“Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib



Yüklə 9,95 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix02.01.2022
ölçüsü9,95 Mb.
#1385
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
Günel ASLANOVA

ALİMİN NURLU XATİRƏSİ ANILDI

Tələbə-Gənclər Təşkilatının seçki-

hesabat konfransı olub


http://www.amu.edu.az

15 dekabr 2014-ъц ил

4

ATU-nun mətbuat xidməti

Tədbirdə bütün fakültələrdən 

500-ədək tələbə, prorektorlar, 

dekanlar, kafedra müdirləri və 

müəllimlər iştirak edib.

Giriş  sözü  ilə  tədbiri  açan 

rektor  son  illər  yüksək  ixtisaslı 

həkim  kadrlarının  hazırlanması 

üçün    görülən  işlərdən  danışıb. 

Universitetdə neçə ildir imtahan-

ların  multimedia  sistemi  ilə  apa-

rıldığına  və  bu  sistemə  keçidin 

heç  də  asan  olmadığına  toxu-

nub: “Hər il ənənəvi olaraq imta-

han məqbul sessiyası ərəfəsində 

tələbələrlə  görüşlər  keçirilir. 

Bu  görüşlərin  səbəbi  tələbələri 

dinləmək,    onları  narahat  edən 

məsələləri  özlərinin  dilindən 

eşitmək  və  lazımi  tədbirlər 

görməkdən ibarətdir. 

Bilirsiniz  ki,  bu  ilki  imtahan 

məqbul  sessiyamız  əvvəlki 

illərdən  bir  qədər  fərqli  olacaq. 

Buna  səbəb  ölkəmizdə  iyun 

ayında  baş  tutacaq  Bakı  I  Av-

ropa  Oyunlarının  keçirilməsidir. 

Nazirlər  Kabineti  və  Təhsil  Na-

zirliyinin  müəyyən  tövsiyəsi  ilə 

ali məktəblərdə keçirilən imtahan 

sessiyasında  korreksiya  aparılıb 

və vaxtı azaldılıbdır. Ona görə bu 

imtahan  sessiyası  bir  az  gərgin 

keçəcək. 

Universitetimizdə  neçə  il-

dir  imtahan  multimedia  sis-

temi  ilə  aparılır.  Bu  sistemə 

keçid  o  qədər  asan  olmayıb 

və  keçid  ərəfəsində  müəyyən 

problemlərlə  üzləşmişik.  Buna 

baxmayaraq  biz  iradəmizi  orta-

ya  qoya  bildik  və  imtahanların  

keçirilməsində  subyektiv  amili 

aradan qaldırdıq.  İmtahanlar ha-

zırda komyuter vasitəsi ilə götü-

rülür.  Necə  ki,  universitetə  daxil 

olanda siz test üsulu ilə imtahan 

vermisiniz,  eyni üsulla da smestr 

imtahanlarını 

verəcəksiniz. 

Bu  üsulla  imtahanın  verilməsi 

tələbələr tərəfindən müsbət qar-

şılanıb  və  bu  səbəbdən  biz  bu 

imtahan  formasını  gələcəkdə 

də  saxlayacağıq”-deyən  rektor  

tələbələri maraqlandıran suallara 

ətraflı cavab verib. 

Tələbələr 

əsasən 

bəzi 


dərsliklərin 

çatışmazlıqlarına, 

həcminin  çoxluğuna,  hazırlanan 

dərsliklərdən  bəzilərinin  dilinin 

anlaşılmaz  olmasına,  bü  üzdən 

predmetləri  asanlıqla  qavra-

ya  bilməmələrinə  toxunublar. 

Dünyada  qəbul  olunmuş  xarici 

tibb  ədəbiyyatlarının  tərcümə 

olunmasına  ehtiyac  olduğunu 

bildiriblər. 

Əhliman  müəllim  tələbələrin 

toxunduğu    dərslik  probleminin 

müəyyən  hissəsinin    son    illər 

aradan  qaldırıldığını  bildirdi: 

“Dərslik  problemi  var,  amma 

son  illər  bu  problemin  müəyyən 

hissəsi  həll  olunub.  Yeni 

dərsliklər də hazırlanmalıdır. Ça-

tışmayan dərsliklərlə bağlı kitab-

xana  ilə  əlaqə  saxlayırıq.  Kitab-

xananın  verdiyi  siyahı  əsasında 

dərslikləri  alacağıq  ki,  tələbələr 

bu  problemlə  üzləşməsinlər. 

Bu  istiqamətdə  işləyirik  və 

indən  sonra  da  bu  məsələ 

diqqət  mərkəzində  olacaq.    Bi-

zim  proqrama  uyğun  gəlməyən 

tərcümələrin  də  əleyhinəyəm. 

Bu istiqamədə də hazırda lazımi 

iş  aparılır.  Proqrama  uyğunlaş-

dırmaq  şərtilə  bəzi  tərcümələr 

aparılır. İstərdim ki, kafedralarda 

kitablar  hazırlananda  tələbələrin 

də rəyi nəzərə alınsın. Tələbələr 

tərəfindən  verilən  rəylər,  təkliflər 

kafedra müdirləri tərəfindən top-

lanaraq  metodik  şuraya  təqdim 

olunsun  və  müzakirə  ediləndən 

sonra  razılığa  gəlinərsə,  qəbul 

olunsun.” 

Tələbələr  praktik biliklərini ar-

tırmaq  üçün  bəzən  klinikalarda 

müəyyən problemlə üzləşdiklərini 

də rektorun diqqətinə çatdırdılar. 

Rektor məsələnin araşdırılmasını 

və bu cür neqativ halların aradan 

qaldırılması  üçün  elə  yerindəcə 

lazımi göstəriş verdi. 

Akademik  bildirdi  ki,    təd ris 

terapevtik,  tədris  cər rahiyyə  kli-

nikalarında  təcrübi  vərdişlərə 

yiyələnmək  üçün  təşkil  olunmuş 

treyninq  mərkəzləri  tələbələrin 

istifadəsindədir. Çalışmaq lazım-

dır ki, tələbələrimizə bu imkanlar-

dan lazımi şəkildə yararlanmala-

rına şərait yaradılsın. 

Tələbələrdən bəziləri isə tədris 

saatlarının çox, sərbəst iş saatla-

rının azlığından da söhbət açdı-

lar. 


Bu  məsələyə  də  münasibət 

bildirən  rektor  qeyd  etdi  ki, 

Avropa    və  Amerikanın  təhsil 

sistemində  tədris  saatları  bizə 

nisbətən  azdır.  Orada  sərbəst 

işləmək  saatları  üstünlük  təşkil 

edir. İstəyirik ki, gələcəkdə biz də 

tələbələrin sərbəst işləmək saat-

larını artıraq. 

Görüş zamanı ATU-nun Tədris-

terapevtik  klinikasının  direktoru, 

professor  Surxay  Musayev,  elmi 

işlər üzrə prorektor, professor İb-

rahim  İsayev  ,  tədris  hissəsinin 

müdiri,  dosent  Nəsimi  Qasımov, 

insan  anatomiyası  kafedrasının 

müdiri,  professor  Vaqif  Şadliski  

çıxış  etdilər,  tələbələrin  sullarını 

cavablandırdılar.  

Vaqif  Şadlinski  bu  il  imtahan 

sessiyasının Bakı I Avropa Oyun-

larının  keçirilməsi  ilə  əlaqədar 

gərgin  keçəcəyini  vurğulasa 

da,  bu  oyunların  paytaxtımızda 

keçirilməsindən  qürur  duyduğu-

nu bildirdi. “Bir  halda ki, bu oyun-

ların Azərbaycanda keçirilməsinə 

etibar  ediblərsə,  bu  o  deməkdir 

ki,  ölkəmizin  nüfuzunun  dünya 

miqyasında  artıb.  Ona  görə  hər 

birimiz çalışmalıyıq ki, bu oyunlar 

yüksək səviyyədə keçsin.

Sonda  tələbələr  rektora  on-

larla  görüşə  vaxt  ayırdığına 

görə  təşəkkürlərini    bildirib    və 

universitetdə  tələbələrin  yüksək 

biliklərə  yiyələnməsi  üçün  yara-

dılan  şəraitdən  razı  qaldıqlarını 

qeyd ediblər.


Yüklə 9,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin