Düzən Qarabağ Son Neolit dövründə (Kamiltəpə yaşayış yerinin materialları əsasında) Təvəkkül Əliyev



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix23.06.2023
ölçüsü1,02 Mb.
#134329
1   2   3   4   5   6   7   8   9
Düzən Qarabağ Son Neolit döv-də

(16, s. 31-34). 
Kamiltəpənin kərpic platforması Neolit dövrü üçün kifayət qədər iri, 
monumental inşaat sənəti nümunəsidir. Aydın görünür ki, onun tikintisinə 
böyük insan kütləsi cəlb olunub. Funksiyası hazırda da müzakirə mövzusu 
olan bu kərpic platforma, hələlik Cənubi Qafqazın və digər bölgələrin arxeo-
loji irsində birbaşa analogiyası olmayan unikal konstruksiya olaraq qalır. 
Kamiltəpənin Neolit dövrü materiallarının böyük hissəsini boyalı və 
boyasız keramika nümunələri təşkil edir (şək. 5). Onlar əldə bitki qarışığı olan 
gildən hazırlanmışdır. Əksəriyyəti müxtəlif ölçülü mətbəxt qablarından iba-
rətdir. Səthi nahamar, divarları çox vaxt kobud, kələ-kötür olan boyasız qab-


Düzən Qarabağ Son Neolit dövründə 
71 
ların oturacağı düz və gendir, yan divarlar ağıza doğru getdikcə içəriyə tərəf 
meyillənir. Bəzi qabların gövdə hissəsində, yaxud da oturacaqla gövdə ara-
sında yerləşən və çıxıntı halında olan qulpları vardır. Kamiltəpənin boyasız 
keramika nümunələri Cənubi Qafqazın, xususilə I Kültəpə, Əliköməktəpə və 
b. abidələrin qabları ilə oxşarlıq təşkil edir (17, şək., 5: 7-9; 19, X tab., 1, 5; 
26, XLIII tab., 1-10; XLV tab., 1-4). 
Boyalı qablarının hazırlanma texnologiyası boyasız qabların hazırlan-
ma üsulundan fərqlənmir. Onlar da tərkibində bitki qarışığı olan gildən əl ilə 
hazırlanmışdır. Lakin, boyalı qabların formaca daha mütənasibliyi, onların 
səthinin və yan divarlarının hamar olması Kamiltəpə dulusçularının yüksək 
inkişaf səviyyəsini göstərir (21, s.42-43). Bişmiş gil qabların üzərinə hamar-
landıqdan sonra əvvəlcə ağ, daha sonra isə qəhvəyi və ya şabalıdı boya çəki-
lirdi. Çəlləkvari – orta hissəsi gen, lakin çox da hündür olmayan qabların 
bəzilərinin ağız kənarları üçbucaq şəkilli zolaqlarla naxışlanmışdır. Boyalı 
keramikanın digər bir qrupuna daxil olan qablar hündür, silindrik boğaza ma-
likdir. Belə formalı qablar sayca azlıq təşkil edirlər. Boya naxışlı qabların 
üzərində paralel zolaqlar çarpazlaşaraq müxtəlif həndəsi fiqurlar (kvadratlar, 
üçbucaqlar və s.) əmələ gətirir, nərdivan və şimşəyə bənzər işarələr də çoxdur. 
2014-cü ildə tədqiqatları zamanı Kamiltəpədə əldə olunan Neolit dövrü mad-
di-mədəniyyət qalıqları arasında üzərinə boya ilə kompazisiya – əlində ox-
kaman tutmuş ovçu və iki heyvan təsviri çəkilmiş saxsı qab nümunəsi böyük 
maraq doğurur. 
Kamiltəpənin daş məmulatı üçün xammal kimi çaxmaqdaşı, obsidian, 
bazalt, əhəng daşı və s. daş növlərindən istifadə olunmuşdur (şək. 3, 4). Əra-
zidə belə xammal olmadığından bu materiallar başqa yerlərdən Mil düzündə-
ki qədim məskənlərə gətirilmişdir. Məsələn, 13 ədəd obsidian qalığının təhlili 
göstərmişdir ki, onlar indiki Ermənistan ərazisindəki yataqlara – 1-i Qutansar, 
4-ü Geqam, 8-i isə Sünikə aiddir. Şəffaf, cüzi qəhvəyi rəngdə olan bu obsi-
dianlardan kəsici, deşici, qaşov və s. kimi alətlər düzəldilmişdir (şək. 4). Oraq 
dişlərinin hazırlanmasında isə, əsasən çaxmaqdaşından istifadə olunurdu (16, 
s. 169-172).
Kamiltəpənin digər daşlardan (çay daşı, bazalt, qum daşı, əhəng daşı) 
hazırlanan alətləri – sürtgəc, həvəng dəsti, çəkic və b. K. Hamon tərəfindən 
təhlil edilmişdir (16, s. 163-165, şək., 201). Möhkəm bazalt daşından düzəl-
dilmiş bir həvəng dəstinin üzərində cilalanma izi var. Onun kənarlarından əz-
mək və parçalamaq məqsədilə istifadə olunmuşdur (şək. 3: 3). Əhəng daşın-
dan sınmış halda olan bir qabın içərisinin diametri 10 sm, dərinliyi 4 sm, üzəri 


72 
Təvəkkül Əliyev, Barbara Helving 
hamar olan divarlarının qalınlığı isə 2,5 sm-dir (şək. 3: 8). Qabın daxili səthi 
qırmızı rəngdədir. Bu isə ondan boya qabı kimi istifadə olunduğunu deməyə 
əsas verir. Ümumiyyətlə, Düzən Qarabağda, Mil çölündə əkin və digər təsər-
rüfat işləri zamanı dağılan abidələrdən müxtəlif daş qablara tez-tez rast gə-
linir. 
Kamiltəpədən əldə olunan sümük materialı çox deyil. Əldə edilən nü-
munələrin əksəriyyətini çoxfunksiyalı əmək aləti olan bizlər təşkil edir. On-
lar, əsasən qoyunun ayaq sümüklərindən hazırlanmışdır. Abidədən bir ədəd 
buynuzdan düzəldilmiş çəkicə oxşar alət, qaban dişindən asmalar və digər əş-
yalar da də aşkar edilmişdir. Şümük alətlərin və başqa əşyaların azlıq təşkil 
etməsi Kamiltəpəni Şomutəpə mədəniyyətindən fərqləndirən əsas əlamətlər-
dəndir. 
Qazıntılar zamanı Kamiltəpədən bir neçə bəzək əşyasına, o cümlədən, 
firuzə və əqiqdən hazırlanmış muncuqlara rast gəlinib. Qazıntı sahəsinin, de-
mək olar ki, hər tərəfində yüzlərlə “sapand daşları”na təsadüf olunmuşdur. 
Onlar yumurta şəkilli olub, 50-60 qram ağırlığa və müxtəlif ölçülərə malikdir. 
Bütövlükdə, Kamiltəpədən əldə olunan materiallar bir tərəfdən, Naxçı-
van, Qərbi Azərbaycan və Şərqi Gürcüstan, digər tərəfdən, İranın şimalında 
– Cənubi Azərbaycandakı abidələrlə oxşarlıq tapır. Daha çox isə Kamiltəpəni 
Xəzər dənizinin cənub sahilləri arealındakı əlaqələr sisteminə daxil etmək 
olar (22, s. 57).
Kamiltəpə qazıntıları ilə yanaşı, 2010-2012-ci illərdə ətraf ərzilərdə ye-
ni abidələrin aşkar edilib qeydə alınması, tədqiq olunması və arxeoloji xəritə-
nin tərtibi istiqamətində Almaniya Arxeologiya İnistitutunun əməkdaşı A. 
Riccinin rəhbərliyi ilə kompleks araşdırmalar aparılmışdır (12, s. 67-77; 16, 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin