Düzən Qarabağ Son Neolit dövründə (Kamiltəpə yaşayış yerinin materialları əsasında) Təvəkkül Əliyev



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix23.06.2023
ölçüsü1,02 Mb.
#134329
1   2   3   4   5   6   7   8   9
Düzən Qarabağ Son Neolit döv-də

s. 46, şək. 59). 
Şahtəpə yaxınlığında yerləşən Döllüktəpə yaşayış məskənində də yox-
lama qazıntı zamanı Neolit dövrünə aid məzar açılmışdır. 124 saylı abidənin 
(MPS 124) topoqrafik və magnitoloji xəritələri çəkilmişdir. Ərazinin geofizi-
ki yoxlanılması zamanı diametri 50 metrə çatan dairəvi xəndək izi diqqəti 
çəkmiş, onun xarakterini müəyyən etmək məqsədilə burada kiçik şurf qoyul-
muşdur. Üzəri çərtmə naxışlarla bəzədilmiş gil qadın fiqurları Neolit dövrü-
nün sonlarına aid olan bu abidənin ən önəmli tapıntılarındandır. 
Kamiltəpə yaxınlığındakı iki abidədə (MPS 4 və MPS 5) nisbətən geniş 
arxeoloji qazıntı işləri aparılmışdır. Elmi ədəbiyyatda, həm də IV Kamiltəpə 
kimi tanınan MPS 4 yaşayış yeri Kamiltəpədən 0,7 km cənub qərbdə, düzən, 
yerüstü əlaməti olmayan bir sahədə yerləşir. Burada kəşfiyyat işləri aparılar-
kən Neolit dövrünə aid yerüstü saxsı qab nümunələri toplanmış, abidənin geo-
maqnetik xəritəsi tərtib edilmişdir. Xəritədə torpaq altında müxtəlif xəndək-
lərin izləri görünmüşdür. Yoxlama qazıntılar zamanı həmin sahədə divarları 
çiy kərpicdən hörülmüş dairəvi planlı evin qalığına da rast gəlinmişdir. “Ayı 
balası” şəkilində olan kərpiclər əl ilə sadə formada düzəldilmişdir. 2012-
2014-cü illərdə aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olu-
nan xəndəklər xam torpaqda 2,7 m dərinliyədək üçbucaq, yaxud da “V” 
şəklində qazılmışdır.
Xəndəklərdən birinin kənarında 5 metrə yaxın dərinliyi 
olan su quyusu da təmizlənmişdir. Hələlik, Cənubi Qafqazda Neolit dövrünə 
aid ilk dəfə aşkar olunan bu xəndək sisteminin funksiyası haqqında qəti fikir 
söyləmək çətindir. Abidədə açılan profillərdən birində gildən hazırlanmış 
insan fiquru da tapılıb (9, s., 337-338). 
MPS 4 yaşayış yerində rast gəlinən materialların çoxunu saxsı məmulatı 
təşkil edir. Sadə formalı qabların əksəriyyəti açıq və silindrikdir, oturacaqları 
isə gendir. Keramikanın, demək olar ki, hamısı boyasızdır. Yalnız bir neçə 
fraqmentin üzərinə qırmızı boya ilə sadə zolaq çəkilib. Daş alətlər, əsasən 
vulkanik şüşədən (obsidiandan) hazırlanmış qəlpələrdən ibarərdir.


Düzən Qarabağ Son Neolit dövründə 
75 
MPS 4-də bütöv bir emalatxananı (“Muncuq atelyesi”ni) xatırladan ota-
ğın içərisindən balıqqulaqlarından hazırlanmış minlərlə muncuq, onları dü-
zəldərkən istifadə olunmuş çaxmaqdaşından mikrolit alətlər və istehsal tul-
lantıları aşkar olunmuşdur. Otağın döşəməsindən “oxra” qalığı da çıxmışdır. 
Ehtimal ki, ondan muncuqların boyanmasında istifadə edilmişdir. 
“MPS 5” adlı yaşayış yeri Kamiltəpədən
850 metr şimal-şərqdə, kiçik 
təpə üzərində yerləşir. Geomaqnetik xəritə torpaq altında dörd künc formalı 
otaqlar olduğunu göstərmişdir. Bunu aydınlaşdırmaq üçün abidənin iki yerin-
də yoxlama şurflar qoyulmuş, nəticədə dörd künc quruluşlu otaqlar açıl-
mışdır. Divarların hörgüsündə istifadə olunan çiy kərpiclər ölçü və qurluşuna 
görə Kamiltəpənin kərpiclərinə bənzəyir. Otaqlardan birinin döşəməsindən 
sınıq halda olan bir küp qaba və digər materiallara istifadə olunduğu yerdə 
rast gəlinməsi göstərir ki, e.ə. VI minillikdə inşa edilmiş bu evlər indiyə kimi 
toxunulmaz qalmışlar. Burada içərisi küllə dolu quyu (çuxur) və iki otaq 
arasında keçid aşkar edilmişdir. 
Kamiltəpə keramikasından fərqli olaraq, MPS 5-dən əldə edilən saxsı 
qabların oturacaq hissəsi dar, kiçik ölçülü olub ağıza doğru getdikcə genişlə-
nir. Eyni zamanda bu məmulatın çoxu boyasızdır, sadə boyalı keramikaya 
tək-tək halda rast gəlinir. Bəzi qablar üzərində dırnaq izləri qalıb. Gil məmu-
latı arasında bişmiş gildən hazırlanmış 2 ədəd insan fiquru da vardır. Bu fi-
qurlar Zagros dağlarındakı abidələrdən tapılan fiqurlarla oxşardır (16, s. 15-

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin