Düzən Qarabağ Son Neolit dövründə
79
də yüksək səviyyədə olduğunu göstərir. Nümunələri əlimizə gəlib çatmasa
da, belə texnoloji tərəqqiyə nail olan insanların gündəlik həyatında ağaciş-
ləmə və dəriişləmə sənətinin də mühüm yer tutmasını söyləmək olar. Kiçik
bir sahədə – “muncuq atelyesi”ndə rast gəlinmiş balıqqulağından minlərlə
muncuq və onların hazırlanmasında istifadə olunmuş alətlər isə göstərir ki, bu
məhsullar təkcə bir yaşayış yeri sakinlərinin deyil, həm də qonşu və uzaq
məskənlərdə yaşayan əhalinin ehtiyaclarını ödəməyə yönəldilmişdir.
2009-2015-ci illərdə Düzən Qarabağdakı Qarasu hövzəsinin bir qrup
Neolit kəndləri arasında mərkəz rolunu oynamış Kamiltəpə yaşayış yerində
və ətaraf sahələrdə aparılan araşdırmaların nəticələri, təkcə Azərbaycan üçün
deyil, həm də Qafqaz və Dünya elmi üçün xususi əhəmiyyətə malikdir. Belə
ki, ilk dəfə Azərbaycan ərazisində – Mil çölündə e.ə. VI minilliyə aid Neolit
yaşayış məskənləri şəbəkəsi aşkar olunaraq tədqiqata cəlb edildi. Kəşfiyyat-
axtarış işləri üzrə araşdırmaların və radio-karbon (14C) analizlərin nəticələ-
rinə görə, Mil düzünün Neolit dövrü abidələrinin dövrləşməsi bu abidələrin
hamısının eyni xronoloji çərçivədə olmadıqlarını göstərir. Burada Qarasu və
Şpartı çayları hövzəsinin Neolit dövrü sakinləri ayrı-ayrı vaxtlarda müxtəlif
səbəblərdən öz yaşayış yerlərini dəyişmiş, çay kənarlarındakı daha münasib,
əlverişli sahələrdə məskən salmışlar. Mil düzü abidələri arasındakı üfüqi stra-
tiqrafiya da bu yerdəyişmələrin nəticəsidir.
Özəl araşdırmalar zamanı aerofotoşəkillərdən istifadə, geofiziki kəşfiy-
yat və maqnitoloji xəritələrin tərtibi, burma vasitəsilə torpaq laylarından əldə
olunan nümunələrin təhlili kimi yeni üsullardan istifadə edilməsi Son Neolit
dövründə Mil düzündə, xüsusilə, Qarasuyun yuxarı axarı boyunda əhalinin
sıx məskunlaşdığını müəyyən etməyə imkan vermişdir. Radiokarbon analiz-
lərin nəticəsi göstərir ki, Mil düzünün qədim əhalisi məsafənin uzaqlığına
baxmayaraq, Cənubi Azərbaycanda (İranın şimal-qərbində) və Xəzər dənizi-
nin cənub sahillərində yaşayan tayfalarla daha sıx mədəni əlaqələr qurmuşlar.
Bununla yanaşı, paleozooloji və paleobotanik təhlillər Cənubi Qafqazda Neo-
lit dövrünün “Qafqaz modeli” adı ilə səciyyələnən kifayət qədər bütöv bir
model olduğunu göstərir.
Tədqiqatlar bəhs olunan dövrdə Azərbaycanın Düzən Qarabağ kimi
qədim bir bölgəsində baş verən sosial-iqtisadi proseslərin rekonstruksiya-
sında, burada təşəkkül tapan ibtidai cəmiyyətin mədəni-təsərrüfat həyatının,
oturaq əkinçilik mədəniyyətinin ayrı-ayrı aspektlərinin araşdırılmasında əhə-
miyyətli rol oynayır.
Dostları ilə paylaş: