76
Təvəkkül Əliyev, Barbara Helving
sisteminin qazılmasından əvvəl daha erkən bir məskunlaşmanın olması müm-
kündür, lakin bu fərziyyə hələ təsdiqlənməmişdir.
MPS 5 saylı abidədən götürülmüş nümunələrin radio-karbon analizləri
isə burada e.ə. 5600-5500-cü illərdə yaşayışın olmasını deməyə əsas verir.
Dövr etibarilə bir-birini əvəz edən bu qonşu abidələrin hər birinin öz
xüsusiyyətləri var: MPS 4 yarımqazma evləri, xəndəkləri, monoxrom kera-
mikası ilə, MPS 5
otağa bənzər kiçik tikililəri, monoxrom qırmızı qabları,
Kamiltəpə isə meydançası, boyalı saxsı məmulatı, ekzotik daşları ilə fərqlənir
(13, s. 63).
Geomorfoloji araşdırmalar göstərir ki, e.ə.
VI minillikdə Qarasu və
Şpartı çaylarının hövzəsi həyat üçün yararlı, ayrı-ayrı təsərrüfat sahələrinin
inkişafı üçün əlverişli, su ehtiyatı və heyvanat aləmi ilə zəngin bir məkan ol-
muşdur. Bu çayların ətraflarındakı təpələr üzərində məskən salan insanlar
“neolit həyat tərzi” sürmüşlər. Onlar çöl heyvanları ovlasalar da, daha çox
əhliləşdirılmiş heyvanları (qoyun, keçi) bəsləmiş, zəruri azuqə kimi dənli bit-
kilərə olan gündəlik ehtiyaclarını yabanı deyil, mədəni bitkilərdən əldə etmiş-
lər.
Təsərrüfatın yeni forması olan əkinçilik və maldarlığın yaranması ilə
əlaqədar olaraq əkinçi tayfalar daha əlverişli ərazilərə köç edirdi. Artıq VII-
VI minilliklərin ayrıcında
Ön Asiyada, o cümlədən Cənubi Azərbaycanda
kütləvi məskunlaşma başlanmışdı. Öz anbarı, ocağı, həyəti və möhrədən tiki-
lən tək otaqlı evləri olan yaşayış yerləri yaranırdı. İlk
əkinçilərə aid belə
qalıqlar Urmiya gölü hövzəsində Həsənli, Hacı Firuz, Yanıqtəpə və s. kimi
qədim məskənlərdən, qonşu Zaqros ərazisindən məlumdur. Azərbaycanın şi-
malında da belə məskənlər yaranmışdır. Məsələn, Ağstafa rayonunda Töyrə-
təpə, Qarğalar təpəsi, Şomutəpə, Naxçıvanda Kültəpə və s. Bu abidələrdən
Neolit dövrünə və Eneolit dövrünə keçid mərhələsinə aid çaxmaq və dəvəgö-
zü daşından çoxlu qəlpələr, bıçaqvari lövhələr, qaşovlar, dən daşları, dəstək-
lər, yığma oraq dişləri, maral buynuzu və iri heyvanların kürək sümüklərindən
hazırlanmış toxalar və s. aşkar edilmişdir
(3, s. 87). Son illər Orta Kür boyun-
dakı həmdövr abidələrdə (Göytəpə, Mentəştəpə, Kamiltəpə və b.) aparılan
intensiv tədqiqatlar bu kolleksiyanı daha da zənginləşdirmişdir. Əldə olunan
maddi dəlillərdən məlum olur ki, istehsaledici təsərrüfatın yaranması cəmiy-
yətin bütövlükdə inkişafına köklü təsir göstərmişdir. Artıq bu zaman fəaliyyət
dairəsi artan, qapalı həyat tərzindən uzaqlaşan insanların sayı nəzərə çarpacaq
dərəcədə çoxalır. Təkcə Mil düzündə Son Neolit dövrünə aid 65-ə yaxın irili-
xırdalı məskənin – Neolit kəndinin qeydə alınması bu fikri əsaslandırmağa
Düzən Qarabağ Son Neolit
dövründə
77
imkan verir. Təsərrüfatın ümumi yüksəlişi ilə yanaşı, tayfalararası əlaqələr də
genişlənir, mübadilə olunan məhsulların çeşidləri artır. Qazanılan mədəni,
texnoloji nailiyyətlər uzaq məsafələrə çatdırılır və daha geniş ərazidə yayılır.
Kamiltəpədə aşkar olunan obsidian, əqiq, füruzə kimi bir çox ekzotik daşlar,
boya naxışlı qablar və s. Qafqaz və Ön Asiyanın, eləcə də Urmiya və Zaqros
ətrafının mədəni mərkəzləri, xammal yataqları ilə əlaqələrinin nəticəsi idi. Öz
növbəsində yerli məskənlərin də öz texnoloji uğurları var idi. Kamiltəpənin
monumental kərpic platforması, MPS 4 məskənindəki mürəkkəb xəndəklər
sistemi Son Neolit dövrünün inşaat sənətində mühüm yeniliklər idi. Yaxud,
MPS 4-dəki emalatxanada yerli xammal kimi balıqqulaqlarından hazırlanmış
minlərlə muncuq, sözsüz ki, yalnız yerli sakinlərin bu bəzək əşyalarına olan
ehtiyacı üçün nəzərdə tutulmamışdır. Mübadilə məqsədilə onların qonşu və
uzaq məskənlərə çatdırılması təbii qəbil oluna bilər.
Maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili göstərir ki, Düzən
Qarabağın qədim sakinləri daha çox İkiçayarası (Halaf) və Urmiya gölü (Hacı
Firuz) hövzəsindəki mədəni mərkəzlərlə iqtisadi, o cümlədən texnoloji əlaqə-
lər saxlamışlar. Obsidian və bəzək əşyalarının hazırlanmasında istifadə olu-
nan firuzə və əqiq materialları ticarətinin geniş yayılması buna misal ola bilər.
Kamiltəpə və ətraf ərazilərdəki abidələrdən aşkar olunan boyalı keramikanın
oxşarına isə daha çox Xəzər dənizi və Urmiya gölü hövzələrindəki abidələr-
dən rast gəlinir. Beləliklə, Mesopatamiyanın şimalında, Anadoluda və Urmi-
ya gölü ətrafında formalaşan “Neolit package” – “Neolit paketi”nin də (əhli-
ləşdirilmiş heyvan növləri, mədəni bitkilərin becərilmə üsulları, saxsı qabla-
rın boyanması, çiy kərpic evlərin tikilmə texnikası və s.)
həmin dövrdə Mil
düzünə gətirilməsi qənaətinə gəlmək olar.
Maldarlıq Kamiltəpənin qədim sakinlərinin əsas istehsal sahələrindən
biri olmuşdur. Yaşayış məskənindən tapılan sümüklərin
əksəriyyətinin ev
heyvanlarına məxsus olması da bunu təsdiq edir. Bu osteoloji materialların
böyük bir qrupu qoyun və keçi sümüklərindən ibarətdir. Daha sonra iri buy-
nuzlu heyvanlardan olan inək sümüklərinə, hətta müəyyən sayda donuz sü-
müklərinə də rast gəlinmişdir. Görünür, ayrı-ayrı çöl heyvanlarının (məsələn,
ceyranın) ovlanmasına baxmayaraq, Düzən Qarabağın oturaq həyat tərzi sü-
rən Son Neolit dövrü sakinləri arasında ovçuluq artıq daha əlverişli məşğu-
liyyət hesab olunmurdu. Aşkar edilən heyvan sümükləri arasında quş və balıq
sümükləri də vardır. Karp və ya çəki, naha (som) balıqlarının sümükləri ara-
sında nərə balığının, quş sümükləri arasında isə bu gün nəsili kəsilməkdə olan
bəzgək quşunun qalıqlarının olması xüsusilə maraq doğurur. Kamiltəpənin
78
Təvəkkül Əliyev, Barbara Helving
(eləcə də Cənubi Qafqazın Aruxlo, Menteştəpə, I Həsənsu
kimi Neolit dövrü
abidələrinin) osteoloji qalıqlarını tədqiq edən Almaniyalı geozooloq dr. Nor-
bert Benekenin fikrincə, nərə cinsindən olan ağ balığın (Huso huso) sümük-
lərinə təsadüf edilməsi onu deməyə əsas verir ki, e.ə. VI minillikdə dəniz su-
ları Kamiltəpə və onun qonşuluğundakı digər Neolit yaşayış məskənlərinə
xeyli yaxın olmuşdur
Dostları ilə paylaş: