s, 127-142). Kəşfiyyat-axtarış işlərində “GİS” (Geographical İnformation
Sysem) sisteminə uyğun “Renote Sensing” (Corona və Google earth) proqra-
mından istifadə olunmuşdur. Bununla yanaşı, bölgədə Holosen dövrünə aid
landşaftı və qədim irreqasiya sistemlərini öyrənmək məqsədilə Örənqala ya-
xınlığındakı arx və kanallarda, Qarqarçayın terraslarında, o cümlədən Qala-
təpənin ətrafında şurflar qazılmış, profillər çıxarılmış, analiz üçün nümunələr
götürülmüşdür. İlkin araşdırmalar zamanı yuxarıda qeyd olunan çayların
hövzəsində müxtəlif tarixi dövrlərə aid, bəziləri çoxtəbəqəli olmaqla 60- dan
çox abidə aşkara çıxarılmışdır. Qeydiyyata alınan abidələrə şərti olaraq MPS
(Mil Plain Survey – Mil Düzü Araşdırmaları) 1, 2, 3... sıra nomrələri veril-
mişdir. Abidələrdən bəzilərinin üzərində arxeolji qazıntılar və yoxlama şurf-
ları qoyulmuş, geomaqnetik, geomorfoloji və topoqrafik işlər aparılmışdır.
Düzən Qarabağ Son Neolit dövründə
73
Yerüstü materiallar əsasında müəyyən edilmişdir ki, 2010-2012-ci
illərdə aşkar olunan abidələrdən 18-i Neolit dövrünə aiddir. Onlardan da 5-i
bilavasitə Kamiltəpənin yaxınlığında yerləşir.
Geomorfoloji araşdırmalardan
məlum olur ki, Neolit dövründə Qarasu və Şpartı çayları bol sulu olduğundan,
həmin dövrə aid məskənlər də daha çox məhz onların kənarlarındakı təbii
təpələr üzərində cəmləşmişdir. Maraqlıdır ki, tədqiq olunan ərazidə Halkolit-
Eneolit və Tunc dövrlərinin hər birinə aid yalnız 3 abidədə mədəni təbəqəyə
rast gəlindiyi halda, sonrakı dövrlərə aid mədəni təbəqəsi olan abidələrin
(Dəmir dövrünə - 12, Antik dövrə - 14, Orta əsrlərə - 35) sayı daha çoxdur.
Müqayisəli təhlillər, radiokarbon analizlər və geomorfolji araşdırmalar gös-
tərir ki, Mil-Qarabağ düzünün Neolit kəndləri bir-birinə yaxın olsalar da, on-
ların hamısında məskunlaşma həmin dövrün – e.ə. VI minilliyin eyni yüzil-
liklərində baş verməmişdir. Bəhs olunan ərazidə geomorfoloji araşdırmaları
Almaniyadan olan mütəxəssislər – V. Bebermayer, F. Şults, A.Goren və Fran-
sa Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) V.Olliver aparmışdır
(16, s.
125, 145-154).
2013-2014-cü illərdə də Düzən Qarabağda özəl araşdırmalar davam
etdirilmiş, burada aşkar edilən abidələrin sayı 170-i ötmüşdür (şək. 1). Onla-
rın da 60-dan artığı məhz Neolit dövrünə aiddir. Yeni qeydə alınan arxeoloji
abidələr, əsasən kiçik çay qolları boyunca düzülmüşlər. Onlar bir-birlərinə
yaxındır, bəzən bu məsafə 1,0-1,5 km təşkil edir. Xatırladaq ki, Mil düzündə-
ki abidələrin bir neçəsi (Kamiltəpə, Üçtəpə, Nərgiztəpə, Qalatəpə, Şahtəpə,
Örənqala və b.) hələ sovetlər dönəmində – 1960-1970-illərdə A.A. İyessen, İ.
Q.Nərimanov və b. arxeoloqlar tərəfindən qeydə alınmış, onlardan bəzilərin-
də tədqiqatlar aparılmışdır (23, s. 10-36, 37-39; 24, s. 7). Füzuli rayonu
ərazisində, Quruçay və Köndələnçay hövzəsindəki Eneolit və Tunc dövr-
lərinə aid bir qrup abidə isə uzun illər Q.İsmailzadənin tədqiqat obyekti
olmuşdur (15, s. 8-46).
Yeni qeydə alınmış abidədən bir neçəsində ilkin araşdırmalar aparıl-
mışdır. Ətrafdakı sinxron abidələrə nisbətən daha böyük sahəni əhatə edən (8
ha) və təxminən 300 ilə yaxın mövcud olmuş “MPS 18” (Qarabel təpə) adlı
yaşayış yerindən həm monoxrom, həm də boyalı qablara təsadüf olunmuşdur.
Bu abidə MPS 4 ilə Kamiltəpə arasında aralıq dövrü əhatə edir və ərazidə
məskunlaşma ardıcıllığındakı boşluğu doldurur. Bu baxımdan, Kamiltəpənin
boyalı keramikası özündə Hacı Firuz ənənələrini əks etdirirsə, monoxrom
qablar Qafqazın Şomutəpə-Şulaveri ənənəsi ilə bağlılığı göstərir (13, s. 67-
68). MPS 16-da 2 yoxlama şurf qoyulmuş, onlardan birindən halkolit dövrünə
74
Təvəkkül Əliyev, Barbara Helving
aid qalın kül qatı və içərisində uşaq dəfn olunmuş küp açılmışdır. Belə küpdə
dəfn adətini Cənubi Qafqazın eyni dövrə aid abidələrində (Leylatəpə, Böyük
Kəsik və b.) izləmək olar (18, s. 13-15, şək. 9-12; 25, s. 18-19, şək. 1, 3-5).
Eyni zamanda Muğanda Alxantəpə yaşayış yerinin keramikası ilə oxşar olan
sadə – boyasız keramika və iki ədəd boyalı keramika da diqqəti çəkir. Lakin,
MPS 16-dan təsadüf olunan boyalı keramika bütövlükdə Mil düzü üçün
səciyyəvi olmayıb İranın qərbindəki “III Sialk 4-5” mədəniyyətinə aiddir (16,
Dostları ilə paylaş: |