158
"Muzdlu tərəfdaşlar"
İngiliscədən çevirəni: Camal Zeynalov
Bar adamla dolu idi. Səndi Veskotun qarşısında iki kokteyli qoyul-muşdu. O, saatına
baxdı, özündə aclıq hiss etdi. O, şam yeməyini saat onun yarısında yeməyi tapşırmışdı.
İndi isə saat ona qalırdı. Yeva Baret həmişə gecikirdi. Və o bunu da bilirdi ki, saat on
birin yarısından əvvəl yemək üçün heç bir şey tapmaq olmayacaqdı. Bu vaxt başqa bir
adam bara daxil oldu. Səndi onu salamladı.
- Salam, Kotman. Bir şey içəcəksinizmi?
- Məmnuniyyətlə, cənab.
Kotman təxminən otuz yaşlı, səmimi baxışlı bir adam idi. O, görkəmindən gənc bir
oğlana oxşayırdı. Onun dolu bədəni, qara saçı və iri qara gözləri var idi.
- Stella necədir? - Səndi soruşdu.
- Yaxşıdır. Səhnəyə çıxmazdan əvvəl dincəlməyi xoşlayır. Bu onun əsəblərini
sakitləşdirir.
- Mən bu təhlükəli işi min paunda edərdim.
- Bəli, belə bir yüksəklikdən iki metr dərinliyi olan suya tullanmağa heç kəs cəsarət
edə bilməz.
- Bu mənim əvvəl gördüyüm oyunlardan daha təhlükəlidir.
Kotman gülümsədi. O, Səndinin sonuncu sözlərini bir kompliment kimi qəbul etdi.
Stella onun arvadı idi. Əlbəttə, o, həyatını təhlükəyə ataraq bu qorxulu oyunu tamaşaçılar
qarşısında edirdi. Hündür bir yerdən alovlu suya tullanmaq adamlara daha artıq zövq
verirdi. Stella iyirmi metr hündürlükdən aşağıdakı ikimetrlik dərinliyi olan suya
tullanırdı. O, tullanmazdan əvvəl suyun üzərinə benzin tökürdülər və məşəl ilə suyun
üzərindəki benzini alovlandırırdılar. Bu, çox qorxulu oyun idi.
Bu vaxt Yeva Baret başqa qonaqları ilə gəldilər. O, çox varlı bir amerikan qadını idi.
Onun stolunda həmişə çoxlu qonaqlar olurdu. Adətən, onlar yeməkdən sonra kart
oynayırdılar.
- Pako, yaxşı bir stol hazırla - deyə Yeva Baret baş xidmətçiyə tapşırdı.
- Ən yaxşı stolu - deyə baş xidmətçinin qara gözlərində ona qarşı valehedici bir ifadə
duyuldu.
- Siz heç Stellanı görmüsünüz?
159
- Əlbəttə. Üç dəfə. Mən indiyə kimi belə qorxulu oyun görməmişdim. Mən onun
ölümünü görmək istəyirəm. Əlbəttə, o bu gecələrin birində öləcək və mən bunu öz
gözlərimlə görəcəyəm.
Pako güldü.
- İndi o, elə müvəffəqiyyət qazanmışdır ki, gərək bunu gələn aya kimi qoruyub
saxlayaq. Avqustun axırına kimi o, özünü öldürməsin, bundan sonra nə edir etsin.
Orkestr çalır, keflənmiş ağalar və xanımlar rəqs edirdilər. Musiqi dayanan kimi baş
xidmətçi nəzakətlə Yeva Baretin qonaqlarını onlar üçün ayrıca düzəldilmiş stola dəvət
etdi.
- Biz Stellanı buradan daha yaxşı görəcəyik.
- Mən hovuza yaxın oturmaq istəyirəm. Buradan onun üzünü daha aydın görə
biləcəyəm.
- O, çox gözəldir? - deyə stol arxasında oturmuş xanımlardan biri soruşdu.
- O qədər də yox. Gözləri cazibəlidir. Stella hər dəfə bu səhnəni göstərəndə
öləcəyindən qorxur.
- Mən buna inanmıram. Bu, sadəcə olaraq, bir oyundur. Burada risk ediləsi heç bir
şey yoxdur.
- Sən nə haqqında danışdığını bilmirsən. Belə bir hündürlükdən dayaz suya tullanmaq
və ani olaraq suya çatanda cəld bir hərəkətlə dönüb suya baş vurmaq, bu, siz
düşündüyünüz qədər də asan iş deyildir. Əgər o bu hərəkətlə
kiçicik bir səhvə yol versə, onda onun kürəyi və başı hovuzun kənarına dəyib
parçalana bilər.
- Əgər bu risk deyildirsə, onda burada heç bir şey yoxdur. Bu iş dəqiqədən asılıdır.
Əgər o öz həyatına risk etmirsə, deməli, bu, müasir zaman üçün ən böyük möcüzədir.
Səhnənin sol tərəfində, sütunların arxasında çox hündür bir nərdivan var idi. Bir
azdan musiqi dayandı, işıqlar söndü. Projektor hovuzu işıqlandırdı. Bu vaxt Kotman
göründü. O, hovuzun yanındakı nərdivana yaxınlaşdı.
- Ağalar və xanımlar - o, yüksək səslə dedi. - Siz indi əsrin gözəl üzgüçüsünü
görəcəksiniz. Madam Stella dünyada ən məşhur üzgüçüdür. O, iyirmi metr hündürlükdən
iki metr dərinliyi olan, alovla şölələnən suya tullanır. Bu indiyə qədər görünməmiş
möcüzədir. Madam Stella bunu edə biləcək hər hansı bir adama yüz funt sterlinq verməyə
hazırdır. Ağalar və xanımlar, indi mən sizə madam Stellanı təqdim edirəm.
160
Bu zaman nərdivanın yanında kiçik bir fiqur göründü. O, hovuza tərəf getdi və ona əl
çalanlara baş əydi. Stella əyninə ipək xalat, başına isə üzgüçü papağı geymişdi. Hamı ona
diqqətlə baxırdı. - Gözəl deyil, - Yeva Baretin stolunda oturan xanımlardan biri dedi.
- Yaxşı fiqurası vardır. Siz görəcəksiniz - Yeva Baret xanımlara dedi.
Stella xalatını çıxarıb Kotmana verdi. Kotman aşağı düşdü. Stella bir anlığa dayandı
və adamlara baxdı. Onlar qaranlıqda olduğundan Stella onların yalnız ağ sifətlərini görə
bildi. Onun bədəninə görə uzun ayaqları görkəminə xüsusi gözəllik verirdi.
Stella nərdivana çıxmağa başladı. Hündürlük bu dəfə çox idi. Onun köməkçisi suya
benzin tökməyə başladı. Kotmana yanan məşəl verildi. O, nərdivanın qurtaracağındakı
kiçik platformada dayanmış Stellaya baxdı.
- Hazırsanmı? - Kotman qışqırdı.
- Bəli.
- Tullan! - deyə Kotman bu dəfə bərkdən qışqırdı.
O, qışqıran kimi əlindəki məşəl ilə suyu odladı. Dəhşətli alov göyə qalxdı. Bu vaxt
Stella tullandı. O, göydən elə bil parlaq bir ulduz kimi alovun içərisinə düşdü. Bir azdan
Stella suyun üzündə göründü. Alqış sədaları ucaldı. Kotman xalatı dərhal onun çiyninə
atdı. Stella tamaşaçılar qarşısında baş əydi. Sonra o, stolların arasından keçərək paltar
geyilən otağa getdi. Yenidən musiqi başladı. İşıqlar yandı, xidmətçilər stollarda
əyləşənlərə cürbəcür yeməklər gətirməyə başladılar.
- Əla, - deyə bir ingilis həyəcanını gizlədə bilmədi.
- Bu möcüzədir - deyə qoca hərbçi adam heç bir şeyə inanmayanlara tərəf döndü.
Səhnədən sonra Stella öz əri ilə barda oturmuşdu. Bu vaxt baş xidmətçi Kotmana
yaxınlaşdı:
- Cənab Kotman, müdir sizi axtarır. O sizi görmək istəyir.
- Haradadır?
- Buralarda olar.
- Əlimdəki pivəni içib gəlirəm.
Sonra Kotman Stellaya tərəf döndü.
- Stella, burada qalmaq istəyirsən, yoxsa otağa keçmək istəyirsən?
Stella cavab vermədi. O ağlayırdı. Onun solğun yanaqlarından göz yaşı axırdı.
161
- Sənə nə olub, əzizim?
- Sid, bu gecə mən bunu təkrar etməyəcəyəm - deyə Stella hönkürdü.
- Axı niyə?
- Qorxuram.
Sid Kotman onu ovundurmaq üçün əlini öz əlinə aldı.
- Bilirəm, sən bu dəfə əvvəlkindən daha yaxşı tullanacaqsan. Sən dünyada ən cəsur
qadınsan. Bir az iç, bu sənin üçün yaxşı olar.
- Xeyr, bu mənim əhvalımı daha da pisləşdirir.
- Sən öz tamaşaçılarını intizarda qoya bilməzsən, bunu özün yaxşı bilirsən.
- Sən bunlarımı deyirsən, bu donuz əti yeyənləri. Onlar nə qədər istəyir yeyir, içir,
daha başa düşmürlər ki, mən hər dəfə öz həyatımı təhlükəyə atıram.
- Əlbəttə, onlar səni görmək üçün xeyli pul xərcləyirlər - Kotman yavaşca dedi. -
Əgər bu gecə qorxub bunu yenidən təkrar etməsən, sabah bizim üçün yaxşı olmaz.
- Xeyr, bu olmayacaq, əsas məsələ budur ki, ikinci dəfə tullanmaq mənim üçün ölüm
deməkdir. Çox ləngidin, əzizim. Cənab Espinelə de ki, bu axşam tamaşa ikinci dəfə
göstərilməyəcək, çünki nədənsə əsəblərimi bu gün cilovlaya bilmirəm.
- O bununla heç vaxt razılaşmayacaq, çünki adamların əksəriyyəti səni görmək üçün
şam yeməyinə gəlirlər.
- Axı bacarmaram!
Kotman bir anlığa susdu. Stellanın kiçik solğun sifətindən yenidən göz yaşı damlaları
göründü. O, başa düşürdü ki, Stella onu necə sevir.
- İndi mən getməliyəm, əzizim. Espinel məni görmək istəyir.
- Nə barədə?
- Bilmirəm. Mən ona deyəcəyəm ki, sən hər gecə yalnız bir dəfə bu səhnəni göstərə
bilərsən. Görək, o buna nə deyəcək. Məni burada gözləyirsən?
- Yox, öz otağıma gedirəm.
On dəqiqədən sonra Stella otaqda tənha dayanmışdı. O, indi şən görünürdü.
162
- Əzizim, mən sənin üçün şad bir xəbər gətirmişəm. Onlar gələn aydan bizim
pulumuzu iki qat artıracaqlar - deyə Kotman sevincək halda otağa daxil oldu.
O, Stellaya yaxınlaşıb öpmək istədi, amma Stella onu kənara itələdi.
- Bu axşam mən yenə də tullanmalıyam?
- Mən qorxuram, amma sən tullanmalısan. Bunun üçün onlar bizə ikiqat pul
verəcəklər.
Stella yenidən ağlamağa başladı.
- Bacarmaram Sid, bacarmaram. Mən özümü öldürəcəyəm.
Bu vaxt Kotmanın da gözləri yaşla doldu. Bu göz yaşları onun Stellaya qarşı olan
hədsiz məhəbbət rəmzi idi.
- Əzizim, sən bilirsən bu nə deməkdir, yenə də köhnə həyat! - deyə Kotman Stellaya
toxtaqlıq verdi.
- Hər şey bundan yaxşıdır.
Köhnə həyat! Hər ikisi bunu xatırladı. Sid on səkkiz yaşından başlayaraq rəqslə
məşğul olurdu. Onun xarici görkəmi gözəl göründüyündən, hətta orta və yaşlı qadınlar da
pul verib onunla rəqs edirdilər. O öz işindən razı idi. O zaman bu, pis həyat deyildi, yaxşı
da gəliri olurdu. Mehmanxanada iki və ya üç adam bir otaqda yaşayırdılar, çünki o
zamanlar mehmanxanalarda kirayə haqqı çox ucuz idi. Onlar istədikləri vaxt yerdən
dururdular. Günorta yeməyini kafedə edirdilər. Sonra saat beşə kimi sərbəst vaxtları
olurdu. Axşam onlar restorana gedir, yaxşıca şam edirdilər. Yenidən rəqs başlayırdı.
Hər gün əlli və ya yüz frank qazanmaq olurdu. O günlərə gün çatmazdı, çünki onda
hamıda pul var idi. Sonra iqtisadi böhran başladı. Hər şey dəyişdi. Mehmanxanalar
boşaldı, müştərilər daha rəqs edənlərə pul xərcləmək istəmə-dilər. Sidin qazandığı pulları
günü-gündən azaldı və nəhayət tükəndi. Paltarların, ayaqqabıların qiymətləri artdı.
Belə bir zamanda Sid Kotman Stella ilə Fransada, dəniz sahilində rastlaşdı. O, çox
gözəl üzürdü. Stella avstraliyalı idi. O, gözəl üzgüçü idi. Kotman onu hər səhər dəniz
kənarında görürdü. Bir axşam Stella mehmanxanada rəqs edirdi. Onların ilk məhəbbət
macərası da buradan başladı. Fəslin sonunda onlar evləndilər.
Bu vaxtlar onlar üçün ağır keçirdi. Onların hər ikisinin mehmanxanada yaşamaları
onlar üçün asan olmadı. Onlar bütün şeylərini satdılar. Nəhayət, onlar Niçsiya gəlib
marafon rəqsinə daxil olmağa məcbur oldular. Onlar gündə iyirmi dörd saat rəqs
edirdilər. Hər saatdan bir on beş dəqiqəlik istirahət olurdu. Bu dəhşət idi.
On birinci gün Stellanın ürəyi getdi. Sonra Sid başqa bir tərəf müqabili ilə rəqsi
davam etdirdi. Ancaq sonra Sidin xəyalına bir fikir gəldi. Stella ona həmişə deyirdi ki, o,
kiçik suya hündür yerdən tullana bilir. Bu, əsil mözücə idi. Bir dəfə Sid yolda benzinin
163
alovlandığını gördü. Bu zaman o öz əvvəlki fikrini tamamladı. Alovlu suya tullanmaq -
bu, adamların xoşuna gələcək yeganə mözücədir.
O bu haqda Stellaya danışdı və Stella da bu fikri bəyəndi. Kotman dostuna ləvazimat
almaq üçün pul lazım olduğunu yazdı.
Sidin dostu Parisdə sirkdə onlar üçün bir nömrə yaratmaq üçün sirk müdiri ilə
müqavilə bağlayır. Bu nömrə böyük müvəffəqiyyət qazanır. Sonra onlar dəniz
kənarındakı bu barla müqavilə bağladılar. Onlar burada yaxşı pul qazanırdılar. Əlbəttə,
qara gün üçün.
Belə bir vaxtda, müvəffəqiyyətin yüksək zirvəsində Stella bunu birdən dayandırmaq
istəyirdi. Kotman ona daha heç bir söz demək istəmirdi, çünki onu çox sevirdi. O,
Stellanı heç vaxt qəmgin görmək istəmirdi.
- Əzizim, sən bilirsən bu nə deməkdir. Bir az yığdığımız o pulu da xərcləsək, acından
ölə bilərik. Özün bilirsən ki, burada başqa iş tapmaq qeyri-mümkündür.
Stella gözlərinin yaşını sildi və Sidə baxdı:
- Bu nədir, əzizim?
O, ayağa qalxdı və paltar şkafına tərəf getdi.
- İndi mənim üçün hazırlaşmaq vaxtıdır. Bəli, mən tamaşaçılarımı intizarda
qoymamalıyam! - deyə o hıçqırdı.
Dostları ilə paylaş: |