164
Esselər
Mişel Monten
1533-cü ilin 23 fevralında Fransada anadan olan Monten dünya ədəbiyyatına esseist
kimi daxil
olmuşdur və o, bu janrın yaradıcısı sayılır. O Fransada şəhər parlamentində
çalışıb, bu illərdə Monten ən yaxın
dostunu itirir, ömrünün sonuna qədər onu ağrı ilə
xatırlayır. 1565-ci ildə evlənir. Altı uşağından ancaq biri yaşayır. 1568-ci ildə atası ölür
və ailənin bütün maddi və mənəvi məsuliyyəti onun üzərinə düşür. Fransada davam edən
katoliklər və provoslavlar arasındakı dini düşmənçilik münasibətlərində vasitəçilik edir.
Böyrək xəstəliyinə tutularaq 1580-ci ildə tutduğu vəzifədən uzaqlaşır,
Avropaya səyahətə
çıxır. Səyahət vaxtı “Yol qeydləri”ni yazır. Romada olarkən onu şəhər bələdiyyəsinin
başçısı seçirlər və o məcburən geri qayıdıb işləmək məcburiyyətində qalır.
IV Henri
hakimiyyətə gələndən sonra onu məsləhətçi olmağa dəvət edir,
Monten isə bu dəvəti
kübarcasına rədd edir. Bundan sonra 1592-ci ilə qədər, yəni
ölümünədək bütün ömrünü
esselərə bağlayır. Montenə görə insanın ən vacib vəzifəsi birinci insan olmağı
öyrənməkdir.
Dostları ilə paylaş: