Frans.
Alman dilindən tərcümə edən: Vilayət Hacıyev
E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=932
“Milenaya məktubları”
Frans Kafka almanca yazıb, onun əsərlərinin dəyərini hələ o vaxt başa düşən Milena
həmin yazıları çex dilinə çevirib. Bu əlaqəyə əsasən tanış olublar. Kafka 1920-ci ildə
ciyər xəstəliyindən əziyyət çəkirdi, Milena Vyanadaydı. Bir-birilərini görmədiklərindən
məktublaşıblar. Bu dostcasına məktublaşma qısa vaxt ərzində atəşli qarşılıqlı məhəbbətə
çevrilib. Ancaq bu sevgi məktublaşmadan o yana keçə bilməyib. Üç il davam edən
məktublaşma müddətində cəmi iki-üç dəfə görüşə biliblər. Kafka bu vaxt daxili əzablar,
ruhi böhran içindəydi, hər görüşdən sonra böyük günah işlətdiyini düşünər, özünü
günahkar sayar, sonra yenə darıxıb görüşərmiş.
Milena o vaxtlar evliydi, Kafka isə eyni qızla üç dəfə nişanlanıb ayrılmışdı, sonra başqa
bir qızla - Dorayla evlənir. Öləndə yanında arvadı Dora və dostu həkim Klopstok
durmuşdular. Ölərkən həkim dostuna demişdi: “Qoyma ağrı çəkim, öldür məni, əgər
öldürməsən, qatil sayılacaqsan”.
Milena nəcabətli bir ailədə doğulmuşdu. Atası vuruşduğu almanlar tərəfindən
güllələnmişdi. Milena əri ilə xoşbəxt deyildi. Milenanın yaxın dostu olan və bu
məktubları yayan Hass, Milena haqqında deyirdi. “Sevincliydi, gözütox, qərarlarında
soyuqqanlı idi. Dostluqda onun kimisini tapmaq çətindir: kömək etməyi xoşlayan, bütün
imkanlarından istifadə edən, etdiyinin də qarşılığını gözləyən bir xanım idi. Arzularına
görə hər şeyi gözə alır və düşüncəsiz hərəkət edərdi. Olanını: həyatını, pulunu,
duyğularını səxavətlə xərcləmiş bir insan idi”.
Hassa bu məktubları Milena 1939-cu ildə verib. Milenanın Kafkaya yazdığı
məktublarsa əldə yoxdur. Amma Milenanın Kafkayla bağlı dostu Maks Broda yazdığı
məktubların bəziləri ilə oxucular tanışdırlar. Milena sonralar ərindən ayrılıb. 1944-cü ildə
vəfat edib. Kafkanın məktublarının bəziləri əldə yoxdur, güman olunur ki, onları Milena,
Hassa verməyib. Kafkanın Milenaya yazdığı məktublardan bir neçəsini sizlərə təqdim
edirik. Növbəti saylarımızda isə Milenanın Maks Broda yazdığı məktublarla tanış ola
bilərsiniz.
Əziz Milena xanım!
61
Sizə Praqadan, sonra da Mirandan yazmışdım. Cavab vermədiniz. Göndərdiyim o qısa
məktublara qarşılıq gözləməyim yersizdi, bilirəm. Yazmamağınızdan məlum olur ki,
yaxşısınız, biz, adətən, yaxşı olduğumuz vaxt susuruq, belədisə, gərək sevinəm. Yalnız
bir şeydən narahatam, xətrinizə dəyməmişəm ki?
(Necə qaba bir əlim olmalıdır ki, istəklərimə belə kobud davransın) ya da lap pisi -
“Bugünlərdə bir az dincəlirəm” demişdiniz, bəlkə də, yaxşı günləriniz keçib, bəlkə, yenə
problemləriniz başlayıb. Sizin xətrinizə dəymək narahatlığı yersizdi, bilirəm, bu mövzuda
deməyə sözüm də yoxdu, amma narahatsınızsa, çox pisdi, məsləhət də verə bilmərəm -
mən hara, məsləhət hara? Ancaq bunu demək istəyirəm. Niyə Vyanadan başqa yerə
getmirsiniz? Başqaları kimi yurdsuz deyilsiz ki! Bohemyaya gedib istirahət edərsiniz?
Amma bəlkə bilmədiyim səbəblərə görə Bohemyaya getmək istəmirsiniz, elədisə başqa
bir yerə gedin. Mirana gəlin da! Bura heç gəlmisiniz? Sizdən iki şey gözləyirəm. Ya bu
sakitliyiniz davam edəcək, bu o deməkdir ki, “narahat olma, yaxşıyam”, ya da
yazacaqsınız.
Necə qəribədir, üzünüzü tam şəkildə gözümün önünə gətirə bilmirəm, şirniyyat evində
stolların arasından keçib getməyinizi, çox yaxşı xatırlayıram. Sanki vücudunuzu,
geyiminizi görürəm.
Hörmətlə: Frans Kafka
* *
Əziz Milena xanım!
Tərcümələrlə o darıxdırıcı Vyanada əlləşib-vuruşursunuz. Bu həm də utandırıcıdı, həm
də məni sevindirir. Həm də gərək Volfdan məktubu indiyə qədər alaydınız, yazacağını
lap əvvəllər mənə bildirmişdi. Bir kataloqda adı “Öldürən” olan hekayə mənim deyil,
yəqin ki, səhv düşüb, amma ən yaxşı hekayə olduğu deyilirsə, bəlkə də, doğrudur,
bilmirəm.
Son məktubunuzla və bundan əvvəlkindən başa düşdüyümə görə dərdləriniz,
problemləriniz keçib, yəqin ki, ərinizin dərdləri də keçib, ikiniz üçün də səbəbli olduğunu
diləyirəm. Haçansa bir bazar günü günortadan sonra ərinizlə rastlaşdım. Qarşılaşdığımıza
görə heç birimiz sevinmədik. Müxtəlif mənalarda olsa da, ikimiz də çərənləyib baş
şişirtməkdə usta sayılırdıq. Bilmirəm, deyəsən, birlikdə gəzindik, yaxud da ancaq
salamlaşdıq, onsuz da vacib deyil bilməyim.
Bu, çox köhnə, keçmiş bir xatirədi, yada salınmamalıdır, gizli qalmalıdır. Eviniz
gözəldir?
Ürəkdən: Frans Kafka
* *
Əziz Milena xanım!
İki gün, bir gecə davam edən yağış indi dayandı. Bəlkə, yağışın dayanmağı da
keçicidir, yenə də tərifləməyə dəyər, sizə yazaraq təbrik edirəm. Bu yağışa dözmək olar,
kiçik də olsa yad bir yerdə insanın ürəyinə qəriblik yayır, bütün bunlar ərazinin
62
qəribliyinə görə belədi. Səhv eləmirəmsə, siz də ( az davam edən, yarısından çoxu
sükutla keçən görüş, deməli, unudulmur) Vyanada qərib olmaqdan əvvəllər sevinirdiniz.
Keçibmi, yenə xoşlanırsınızmı qərib bir yerdə olmaqdan? ( Xoşunuz gəlirsə, bu yaxşı hal
sayılmaz, bəyənmirsinizsə, bəlkə də, elə belə lazımdır).
Mən burda yaxşıyam. Bu ölümlü dünyada bundan çox ömrü bədənim daşıya bilməz.
Otağım bağçaya tərəfdi, eyvan sarmaşıqlarla, çiçəklərlə örtülüb (burda hava çox
qəribədir) Praqada belə havalarda sular donur, eyvandakı çiçəklər tumurcuqladı.) Həmişə
günəşlə lap yaxın oluram (daha doğrusu, tünd buludlarla örtülü göylə, bir həftədir günəş
üzü görmürəm) kərtənkələlərlə quşlar - bir-birinə heç yaraşmayan bu varlıqlar məni
görmək üçün gəlirlər. Mirana gəlməyinizi necə də istəyərdim! Bir müddət əvvəl “nəfəs
ala bilmirəm” deyə yazmışdınız. Dediyiniz kimidirsə, çox uyğundur, bura gəlsəniz, bu
sıxıntılarınız azalar.
Ürəkdən salamları ilə, Frans Kafka
* * *
Deməli, sizin də ciyərinizdi. Bütün gün beynimdə bunu fikirləşmişəm, ta başqa şey
haqqında düşünmürəm. Elə bilməyin ki, xəstəlik məni qorxudur, danışdıqlarınızdan başa
düşdüyümə görə - elə olmağını da diləyirəm - siz də xəstəlik hələ çox zəif başlayıb. Bu
xəstəliyi (Qərbi Avropanın yarısı ciyərindən xəstədir) öz canımdan bilirəm, üç ilə
yaxındır ki, yaxşılığından çox, pisliyi mənə təsir edib. Üç il əvvəl bir gecə qanaxma
başladı məndə. Hər təzə şeydə olduğu kimi, təbii ki, insan həyəcanlanır, tez qalxdım
(sonra öyrəndim ki, gərək heç tərpətməyəsən) pəncərəyə yaxınlaşdım, çölə çıxdım,
otaqda gəzindim, su kranına getdim, yataqda oturdum - qanama heç dayanmadı bu vaxt
ərzində. Amma kədərli deyildim, bilirdim ki, qan dayanan kimi üç-dörd ildir davam edən
yuxusuzluğum sona çatacaq.
Qan dayandı (o gündən bəri bir də olmadı). Mən də səhərə qədər dərin bir yuxuya
getdim. Səhəri gün xidmətçim gəldi. ( O vaxtlar Şönburundan aralıda yaşayırdım). Yaxşı,
ürəyitəmiz, yüngülxasiyyət bir qız idi. Qanı görən kimi “tez həkim” dedi, “az vaxtda,
yəqin, ölərsən”. Amma mən özümü əvvəlkindən daha yaxşı hiss edirdim. İşə getdim,
amma günortadan sonra həkimə getmədim. Ondan sonrası çox da vacib deyil, danışmağa
dəyməz. Sizə bunu demək istəyirəm: Məni kədərləndirən xəstəliyiniz deyil. (Xatirələrimə
söykənərək özümü inandırmağa çalışıram, o duyğulu zərifliyinizlə yanaşı, kəndlilərə xas
sağlamlığınız var sizin. Ona görə də inanmıram, bu bir xəbərdarlıqdır bəlkə, ciyəriniz
xəstə deyil). Məni kədərləndirən, düşündürən bu xəstəliyin səbəbidi. “Pulum yoxdu, çay
və yavan çörəklə yaşayıram. İkidən səkkizə qədər işləyirəm” deyə yazmışdınız. Nəysə,
bunların üstündən keçək, bunlar mənim başa düşə bilmədiyim şeylərdir. Bəlkə də,
məktubla başa salmaq olmaz, birgə oturub danışmaq lazımdır bunları. Keçək deyirəm,
ancaq məktubda keçə bilirəm, bir an da huşumdan çıxmır. Sizdə bu xəstəliyi üzə çıxaran
şeyin səbəbini düşünürəm. Özümünkünü bilirəm, onsuz da əksər adamlarda səbəb
eynidir. Belə olur: beynə yığılan kədərli fikirləri, dərdləri axır ki, çəkmək olmur. “Ta mən
dözə bilmirəm” deyir, “Bunları saxlamağı vacib sayan kimsə varsa, mənə kömək etsin,
yükümü azaltsın, bəlkə, yaşamağı bir az da davam edə bilərəm”. Ağciyərin tez vaxtda
itirməli çox şeyi olmadığına görə “burdayam” deyir. Beynimlə ciyərimin bu razılığından
xəbərim olmadı, amma bu razılığın dəhşətli olduğunu indi başa düşürəm..
63
Yaxşı neyləməyi düşünürsünüz? Bəlkə də heç vacib deyil. Yaxşı baxsalar tez keçirə
bilərsiz. Bunu yaxınlarınız, sizi sevənlər bilməlidir. Xudbin düşüncələri də özünüzdən
kənarlaşdırın. Necə? Bu da bir qurtuluş deyil? Haqsızam? Yox, xeyr, zarafat etmirəm,
heç də sevinmirəm, ta ki həyat tərzinizi daha yaxşı, daha sağlam nizama saldığınızı
yazana qədər. Son məktubunuzu oxuyandan sonra niyə artıq Vyanadan ayrılmırsınız deyə
soruşmuram, indi başa düşürəm. Amma Vyanaya yaxın çox gözəl yerlər də var, orada da
istirahət edib rahatlaşa bilərsiniz.
Görürsünüz də bu gün başqa bir şey yaza bilmirəm. Məncə, bundan daha vacib bir şey
yoxdu. Sabah başqa şeylərdən danışaram, dəftər üçün təşəkkürü də sabaha saxlayıram,
mənə təsir etdi, utandırdı məni, amma sevindirdi də. Dayanın, sizə başqa bir şey demək
istəyirəm. Tərcümələrimə bir saniyəlik də yuxunuzu sərf etsəniz, bunu özümə qarğış
sayaram. Haçansa bu işdən ittiham olunmaq lazım olsa, çox səbəb axtarmağa səy
göstərmədən yuxusuzluğu onun üzündən görünür deyəcəklər və məni haqlı olaraq
günahlandıracaqlar. Etməyin deyərkən özümü düşünürəm, özüm üçün yalvarıram.
Sizin Frans Kafka
Tərcümə edən: Fərid Hüseyn
64
Revaz Mişveladze
Çağdaş gürcü nəsrinin tanınmış nümayəndəsi
Revaz Mişveladze 1940-cı il yanvar ayının 1-də Gürcüstanda, Kutaisi şəhərində
anadan olmuşdur. Tbilisi Dövlət Universitetini bitirdikdən (1963) sonra həmin
universitetdə 40 ildən çox bir müddətdə mühazirələr oxumuş, filologiya sahəsində
namizədlik (1966) və doktorluq (1974) dissertasiyaları müdafiə etmişdir. Paralel olaraq
Gürcüstan Yazıçılar Birliyində “Təsəlli” və “Tənqid” jurnallarına, habelə “Yazıçı”
qəzetinə rəhbərlik etmişdir. Hazırda Gürcüstan Yazıçılar Birliyinin sədrinin birinci
müavinidir.
Revaz Mişveladze tanınmış ictimai xadimdir. Aktiv vətəndaşlıq mövqeyinə və ictimai
fəaliyyətinə görə bir neçə orden və medallarla təltif olunmuşdur. Onun yeganə övladı,
oğlu Abxaziya ilə müharibə zamanı həlak olmuşdur, Gürcüstanın Milli Qəhrəmanıdır. Bir
nəvəsi var.
Revaz Mişveladze dünyada görkəmli novella ustası kimi tanınır. Onun əsərləri,
dünyanın bütün aparıcı dillərinə tərcümə olunmuş, o cümlədən Azərbaycan dilində də
kitabı nəşr edilmişdir. O, Gürcüstanın bütün dövlət və ədəbi mükafatlarına, eyni zamanda
Şota Rustaveli mükafatına layiq görülmüşdür.
Bugünlərdə Revaz Mişveladzenin 70 yaşı tamam olmuşdur. Bu münasibətlə oxuculara
Vüqar Vüqarlının tərcüməsində yazıçının “Baci” novellasını təqdim edirik.
65
Revaz Mişveladze
Bacı
Novella
Altı aylıq quraqlıqdan sonra, nəhayət ki, yağış yağdı. Bu il quraqlıq Kaxetiyaya və
Kartliyə daha çox ziyan vurdu. Bulaqların, arxların suyu çəkildi. Ağacların yarpaqları,
əkinlər, üzümlüklər və çöllər saraldı. Bostanların bar-bəhəri qurudu. Mal-qara süddən
kəsildi. Kiçik çayların suyu soğuldu. Canlı nə vardısa, hamısı susuzluqdan mələşirdi.
Yerli sakinlər öz arabacıqları ilə çaydan mal-qaraya su daşıyırlar. Bürküdən nəfəs almaq
olmurdu. Torpaq elə qızmışdı ki, hava təndir kimi adamı qarsırdı.
Nəhayət, dünən gecə saat üçdə yağış başladı. Sonra aramsız olaraq yağdı.
İndi səhər saat doqquzdur. Bütün ailə yatır. Səhər yuxusundan oyananlar isə yataqdan
qalxmırlar və qorxurlar ki, ayağa qalxsalar, birdən yağış dayanar. Ona görə də, dinməzcə
yağışı dinləyirlər.
Özü ilə bərəkət gətirən bolluca və gur yağış gəldi. Ətraf aləm öz rənginə qayıtdı. Meşə
yamyaşıl oldu, kiçik çayların zümzüməsi artdı, həyatın ahəngi bərpa oldu.
- Ay, ev yiyəsi! - deyə, çağıran Bacinin səsi gəldi.
Bu leysanda o necə gəlib çıxdı...
Baci adəti üzrə, günaşırı Msxaldidi kəndindən piyada buraya süd və qatıq gətirir.
Msxaldidi ilə bizim Muxacğaro kəndi arasında məsafə heç üç kilometr də olmaz. Amma
Baci üçün bu yolu gəlmək o qədər də asan deyil.
Arvadım xalatını geyib, Bacini qarşılamağa çıxdı.
Baci, iki brezent torbanı güclə dartıb, daş döşəmənin üstünə qoydu.
Stul verdim. Oturdu. Uzun və gen, qara-boz rəngli donunu düzəltdi.
- Baci, niyə tələsirdin, belə havada səni evdən çıxmağa nə vadar edib? Tamam
islanmısan.
Arvadım dəsmal verdi. Baci üzünü və saçlarını sildi.
- İslanmaq bir şey deyil. Baci yorulub. Sadəcə olaraq mən artıq qocalıram, yoxuşda
xüsusilə lap çox yoruluram.
- Barı ya ərin Məmmədi, ya da gəlinini göndərəydin.
- Məmmədin işi vardı. Bu gün naxır növbəsinə getməlidir. Gəlinə isə yazığım gəlir.
Baciyə islanmaq olar. Baci artıq qocalıb. Gəlinə isə soyuqlamaq olmaz. O cavandır, hələ
uşaq doğmalıdır.
Bacinin üzü, elə bil ki, palıd qabığının rənginə çalırdı. O, üç dənə yun şalla sarınıbdır -
birini başına, birini kürəyinə, birini də yançağına bağlayıb. Qara saçlarına artıq dən
düşübdür. Bacinin rəngi solmuş, üzündə qırışlar əmələ gəlmişdir. Buxağı qarmonun üzü
kimi qat-qatdır. Dərin çuxurunda oturan və moruğa oxşayan qara gözlərinin çevrəsindəki
qəhvəyi xətlər uşaq rəsmlərini xatırladır. Kənd yerində böyümüş və tərbiyə almış bütün
adamlar kimi Bacinin də gur səsi var. Əlləri və sifəti gündən qaralmışdı. Ayağına yun
corab və rezin çəkmə geymişdir.
Baci boş bankaları torbasına yığıb,ətrafa boylandı.
- Hə, necədi, nəhayət ki, yağan yağışlar ürəyincə oldumu? - deyə, Bacidan soruşdum.
- Bu hələ azdır. Gərək belə yağışlar həftələrlə yağsın ki, torpaq doysun, otlar
yaşıllaşsın, inəklər bolluca süd versin. Onda hamı razı olar.
66
- İndi neçə inəyin var?
- Yeddi inəyim var. Onlardan yalnız ikisi sağılır, qalanların südü quruyub. İki banka
qatıq, bir litr süd Sizin üçün, iki litr süd və bir banka qatıq da Nemsadze üçün
gətirmişəm. Olanım budur.
- Dünən Zambaxidzenin gəlini deyirdi ki, mən də süd alacağam.
- Yox, onlara heç nə verməyəcəyəm.
- Niyə, Baci?
Mən həftədə iki dəfə, gündüz saat on ikidə gəlirəm. Deyirəm ki, məni ləngitmə. O isə
əvvəlcə yatağını yığışdırır, sonra geyinir, papiros çəkir - mən isə gözləyirəm. Deyirəm:
“Mən sübh tezdən dururam, üç-dörd kilometr yolu yük gətirirəm”. Bu avara isə saat on
ikidə hələ yatır, bankalarımı da çirkli qaytarır. Sizin bəyəm suyunuz yoxdur? -
soruşuram. O isə bankanı yumağa tənbəllik etdiyini bildirir.
- Sizin gürcü kişilər çox mülayim xasiyyətli olurlar. Əgər mən səhər vaxtında
durmasam, Məmmədim məni kötəkləyər. Zambaxidzenin gəlini bircə həftə mənim ərimə
arvadlıq eyləsə davranışında daha qıvraq, xasiyyətcə isə lap quzu kimi olar... Bizim
qadınlar həm ev işi görürlər, həm bostan becərirlər, üstəlik bazara da gedirlər... Kişilər isə
mal otarır, ot tədarük edir, evin damı axırsa onu düzəldir.
- Baci, sənin neçə nəvən var?, - deyə arvadım soruşdu.
- On doqquz və əlavə də üç.
- Necə yəni, “əlavə də üç”?
- Mənim böyük qızım Bakıda yaşayır. Onun dörd uşağı var. Kiçik oğlum Borçalıda
yaşayır, onun səkkiz uşağı var. Böyük oğlum Qasım, bizimlə yaşayır, onun yeddi uşağı
var. Bax belə on səkkizdir. Qasım şəhərdə bərbər işləyir. Qışda hava pis olanda Qasım
kəndə gələ bilmir. Bir gün gələ bilmir, iki gün gələ bilmir. Axı o kişidir... Ona görə də,
Tiflisdə bir azərbaycanlı qız tapıb evləndi, ondan da üç uşağı var.
- Təzə nəvələri görməmisiz?
- Xeyr, mən hələ görməmişəm. Allah qoysa, yayda təzə gəlinim bizə gələcək, onda üç
təzə nəvəmlə də tanış olacağıq.
- Bəs Qasımın kənddəki arvadı bu işə necə baxır?
- Nə iş? Qasımın arvadı, Qasımın arvadıdır... O, yenə də öz arvadlığını edir, Qasıma
yaxşı baxır. Tezliklə Bakıdan qızım da gələcək. O da dörd uşağını gətirəcək.
- Bu qədər adam harda yerləşəcək, bu qədər nəvə nə yeyəcək?
- Allah Məmmədin ailəsinə süd və qatıq verir. Yağış olsa, ot olacaq. Ot olsa, süd də
olacaq. Msxaldididə biz hamımız bir-birimizə qohumuq. Bütün qonaqlar və uşaqlar -
ümumi qonaqlarımız və uşaqlarımızdır. Hamı bilir ki, hamilə qadınlar və uşaqlar ac
qalmamalıdırlar. Uşaqları tərbiyə etməkdə də bir-birimizə kömək edirik. Adətimiz
belədir.
- Allah köməyiniz olsun, inəklərinizin südü kəsilməsin.
- İnək südlü olsun. Yağış yağsın. Torpaq sulansın, yamaclar otlansın, ot da ki, süddür,
qatıq və süd.
Bax, bu gün, belə yağışda bu qədər yol gəlmisən, iki lari biz verəcəyik, bir lari yarım da
Nemsadze verəcək... Buna dəyərmi?..
- Baci üçün dəyər. Ruzini də, uşağı da, dolanışığı da verən Allahdır. Mən bilirəm ki,
sizə süd və qatıq lazımdır. Sizinlə danışmışıq ki, nə lazımdırsa, günaşırı gətirim. Siz də
məni gözləyirsiniz, bilirsiniz ki, mən gələcəyəm. Əgər tənbəllik edib gəlməsəm,
südü,qatığı başqasından alacaqsınız, Baci isə pulsuz və işsiz qalacaq. Bunun hamısı
hesablanıb. Bu xırda larilər olmasa, biz də ac qalarıq. Heç kəs bizi qapısına qoymaz. Baci
67
yağışdan, soyuqdan qorxmur. Baci bekarçılıqdan, işsizlikdən qorxur. İşləyiriksə, deməli,
yaşayırıq.
Arvadım evdən plaş gətirdi və dedi: Baci, bunu çiyninə at, görürsən ki, yağış yağır,
sonra qaytararsan.
- Sağ ol, xanım. Lazım deyil, Baci yağışı xoşlayır. Bu süd, qatığı siz də, uşaqlarınız da
ağız şirinliyi ilə yeyin.
Baci, pullarını paltarının qatlanmış qoluna qoydu, başını bağladı və Nemsadzenin evinə
tərəf yollandı.
Gürcülər azərbaycanlı qadına “baci” deyə müraciət edirlər.
68
Paulo Koelyo
"Rio-Pyedranın sahilində oturdum və ağladım"
Roman
(Dünyaşöhrətli Braziliya yazıçısından əla bir roman - azəricə)
Azərbaycancaya tərcümə: Aygün Aslanlı
Ön söz
İspaniyalı bir missioner adada üç astek kahininə rast gəldi. Keşiş onlardan soruşdu:
-Siz necə dua edirsiniz?
-Biz bircə dua bilirik, - baş kahin cavab verdi - O da budur: «İlahi, səndə üç ruh birləşib,
biz də üç nəfərik. Bizi əfv elə».
- Pis dua deyil, - missioner dedi.
- Ancaq Allahın eşitmək istədiyi bir az başqa cürdür.Gəlin, mən sizə başqa dua öyrədim
- bundan çox-çox yaxşısını.
Sonra onlara katolik duasını öyrətdi və Tanrı sözünü yaymaq üçün yoluna davam etdi.
Bir neçə il sonra missioner İspaniyaya, öz evinə qayıdanda onun gəmisi həmin adanın
yanından keçməli oldu. Missioner yuxarı göyərtədən üç kahini sahildə gördü və onlara əl
elədi.
Həmin anda onlar suların üstüylə gəmiyə tərəf qaçdılar. İçlərindən biri, gəmiyə ən
yaxın olanı qışqırdı;
-Padre! Padre! Biz tanrının sevimli duasını yadımızda saxlaya bilmədik! Onu bizə
təzədən öyrət!
-Bu vacib deyil, - möcüzə şahidi olmuş missioner dedi. Və vaxtında başa düşmədiyi
üçün Tanrıdan üzr istədi - Tanrı bütün dillərdə danışır.
Bu pritça «Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabında söhbətin nədən
getməsinin ən yaxşı izahıdır. Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu
boynumuza alırıq. Möcüzələr bizim lap yanımızda baş verir, səma işarətləri bizə yol
göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz «Dinə gəlmək üçün konkret
qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır» deyərək qətiyyətlə
özümüzü görməməzliyə vururuq. Anlamırıq: «biz Onun üçün hansı qapıları açsaq, O da
oradan gırəcək».
Ənənəvi dini ayinlər vacibdir, zira birgə dua edən, mərasimləri yerinə yetirən zaman
yaranan vəhdət hissini başqaları ilə bölməkdə bizə kömək edir. Bununla belə unutmaq
olmaz ki, mənəvi təcrübə hər şeydən əvvəl praktik məhəbbət təcrübəsidır. Məhəbbətdə
69
isə qaydalar yoxdur. Əlbəttə, dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış
strategiyası hazırlamaq olar- bütün bunlar cəfəngiyyatdır. Qərarı ürək verir və yalnız
onun qərarı vacib və gərəklidir.
Belə hadisə hər birimizin həyatında baş verib. Bizlərdən hər birimiz bu və ya digər
anda göz yaşları içində təkrar etmişik: «Bu sevgi mənim əzablarıma dəyməz». Biz ona
görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi (bizim fikrimizcə) düşünürük. Ona
görə əzab çəkirik ki, bizim sevgimiz gizli, təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya
bilməmişik, odur ki, əzab çəkirik.
Amma əbəs yerə. Zıra sevgidə bizim mənən böyüməmizin rüşeymləri qoyulub. Nə
Dostları ilə paylaş: |