"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15624
1   2   3   4   5   6   7   8   9   ...   27

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
29
Uilyam Somerset Moyem 
 
 
“Mister çoxbilmiş” 
 
Hekayə 
 
 
 
Maks Keladanı tanımazdan əvvəl ondan xoşum gəlməmişdi. Müharibə yenicə 
qurtarmışdı deyə, okean laynerləri sərnişinlərlə dolu idi. Kayutlarda yer tapılmırdı. 
Tanışlıqla iki nəfərlik kayutdan bir yataq yeri ala bilmişdim. Amma kayut yoldaşımın 
adını öyrənəndə əsəbiləşdim. Yaxından tanımasam da, onun adından da, özündən də 
zəhləm getdi. Lakin on dörd günü kayutda tək keçirmək də mümkün deyildi (San-
Fransiskodan Yokohamaya gedirdim). Əgər bu yol yoldaşımın adı Smit, yaxud Braun 
olsaydı, bəlkə də daha az əsəbiləşərdim. Amma neyləməli? 
 
Kayuta gələndə Mister Keladanın yük çantası artıq orada idi. Hətta çantanın da görünüşü 
xoşuma gəlmədi. Onun üstünə çoxlu etiketlər yapışdırılmışdı. Çamadan-şkafı isə 
həddindən artıq böyük idi. O hələ öz tualet əşyalarını yerbəyer etməmişdi. Öyrəndim ki, 
o, məşhur mister Kotinin fabrikinə rəhbərlik edib. Sonra əlüzyuyanın yanında onun 
ətirini, şampununu və saç kremini gördüm. Bütün bu gördüklərim və Mister Kelada mənə 
heç xoş təsir bağışlamadı. Yolumu siqaret çəkmək üçün ayrılmış otaqdan saldım. Bir 
büküm kart istədim və oynamağa başlayırdım ki, bir nəfər yaxınlaşdı və soruşdu ki, 
mənim adımı səhv salmır ki…və s. və i.a. 
-    Mən Maks Keladayam, – deyə o, sıra ilə düzülmüş inci dişlərini göstərən təbəssümlə 
gülümsədi və oturdu. 
-    Ah, bəli, biz sizinlə bir kayutdayıq. 
-    Yəqin ki, kiminlə otaq paylaşdığınızı bilmirdiniz. Amma mən eşidəndə ki, siz 
ingilissiz, çox sevindim. 
-    Əlbəttə. Yəqin düşünmürsünüz ki, mən amerikalıya oxşayıram, hə? Britaniyalılar 
tündməcaz olur, mən də beləyəm. 
-    Sübut edə bilərəm. 
Mister Kelada portfelini açdı və pasportunu götürüb burnumun altında saymazyana 
yelləməyə başladı. Bu adamda qəribə nə isə vardı. Kelada bəstəboy, sağlam bədənli 
adamdı. Təmiz qırxılmış üzü qarayanız idi, iri burnu qarmağa oxşayırdı. Parlaq və sulu 
gözləri vardı. O səlis danışırdı və tez-tez əl-qol atırdı. Inigilislərdə isə belə xüsusiyyətlər 
yoxdur. Hiss etdim ki, bu Britaniya pasportunda saxtalıq var. Mister Kelada İngiltərədən 
tamamilə uzaqda, mavi səma altında başqa bir ölkədə doğulub. 
-    Nə içəcəksiniz? – o soruşdu. 
Ona şübhə ilə baxdım. Çünki gəmidə bütün spirtli içkilər qadağan olunmuşdu. 
Sözün düzü, mən heç susayanda da bilmirəm ki, nəyi xoşlayıram – zəncəfil pivəsini 
yoxsa limon şirəsini. Amma indi Mister Kelada şərqlilərə məxsus parıltılı bir təbəssümlə 
mənə baxır və cavab gözləyirdi. 
-    Viski, sodalı su, spirtsiz Martini? Birini deyə bilərsən. 
O, yan ciblərinin birindən kiçik bir şüşə çıxardıb stola qoydu. Mən Martini istədim, o, 
ofisiantı çağırıb iki qədəh və bir stəkan da buz sifariş etdi. 
-    Çox yaxşı içkidir, – dedim. 

 
30
-    Hə, ondan burada boldur. Istədiyin qədər ala bilərsən. 
Mister Kelada əsl heyvərə idi. O gah Nyu-Yorkdan, gah da San-Frasiskodan danışırdı. O 
oyunları, şəkilləri və siyasəti müzakirə edirdi. Amma hər şeyə rəğmən, öz işinin 
öhdəsindən asanlıqla gəlirdi. Mən lovğalanmağı xoşlamıram, amma bu yaraşıqlı, gəlmə 
adam adımın qabağındakı “mister” sözünü götürüb məni elə-beləcə çağıranda qəzəb 
hisslərimi cilovlaya bilmirdim. Mister Kelada bunun səbəbini açaraq “sadəcə olaraq 
formallıqdan qaçdığını” deyirdi. Mən Mister Keladanı heç sevmirdim. 
O çox ünsiyyətcil adam idi. Üç gün ərzində gəmidə hamını tanımışdı. O hər şeylə məşğul 
olurdu. Gücünü sınayırdı, alış-verişə rəhbərlik edirdi. Gah qolf oyunlarında uduş üçün 
pul toplayır, gah da konsertlər, bal-maskaradlar təşkil edirdi. O həmişə və hər yerdə 
olurdu. Gəmidə ən çox nifrət edilən edilən adam o idi. Biz onu şax üzünə Mister 
Çoxbilmiş çağırırdıq. O isə bunu kompliment kimi qəbul edirdi. O mübahisəni sevən 
adam idi. Onunla razılaşmayanda, bunu şöhrətinə təhqir hesab edirdi, çünki o hər şeyi 
hamıdan çox bilirdi. Onunla razılaşmayana qədər mövzu mənasız olsa belə, o söhbəti 
bitirməzdi. Heç ağlına da gətirmirdi ki, o da səhv edə bilər. Yəqin o gənc olduğundan 
belə fikirləşirdi. 
Biz təzəcə tanış olduğumuz həkimlə eyni stol arxasında oturduq. Mister Kelada , əlbəttə, 
yenə də öz işində idi. Orada oturmuş Ramsey adlı adam, həkim və mən həmişəki kimi 
canımızı dişimizə tutub yenə onun sicillləmələrinə qulaq asırdıq. 
Ramsey Koledə yerləşən Amerika Xidmət Konsulluğundan gəlmişdi. Xəsis olmasına 
baxmayaraq, gəmidə Qərbdən olan ən yaxşı yol yoldaşı idi. O, işi ilə bağlı haradansa 
qayıdarkən Nyu-Yorka da səfər etmişdi. Təbii ki, o bunu xanımının xoşuna gəlmək üçün 
etmişdi. Çünki Missis Ramsey bir il idi ki, orada yaşayırdı. Missis Ramsey işi boş olan 
gözəl əşyaya bənzəyirdi. O həmişə çox orijinal, həm də çox yüngül geyimlər geyinərdi. 
Mən ona heç vaxt xüsusi diqqət yetirməmişdim. Onun davranışı hamı tərəfindən müsbət 
qarşılanırdı və gəmidə ona ləyaqət simvolu kimi baxırdılar. Mən isə (bilmirəm niyə) tam 
əksinə düşünürdüm. 
Bir axşam yemək zamanı söhbət qiymətli daş-qaşlardan düşdü. Mirvarilərin yaranması, 
mənşəyi haqqında maraqlı söhbət başlandı. Biri dedi ki, guya yaponlar fənd işlədərək 
mirvari düzəldirlər. Həkim isə qeyd etdi ki, buna görə də onlar mirvarinin qiymətini aşağı 
salırlar. Mirvarinin əsl qiyməti haqqında söhbət gedərkən Mister Kelada da adəti üzrə bu 
mövzuda “fəaliyyət” göstərirdi. Kelada dedi ki, o, mirvarilər haqqında hər şeyi bilir. 
Mister Ramsey isə onunla razılaşmadı.  Cəmi beş dəqiqə sonra mövzu ətrafında söbət 
qızışdı. Mən hələ Mister Keladanı indiki kimi belə alovlu nitqlərlə heyvərəlik edən 
görməmişdim. Bir az keçmiş Ramsey ona nə isə dedi. O isə tez stolu taqqıldatdı və 
qışqırdı: 
-  Yaxşı, mən nə danışdığımı bilmirəm, hə? Mən elə indi mirvari biznesinin daxilində baş 
verənləri öyrənmək üçün Yaponiyaya gedə bilərəm. Mən biznesmenəm və burada elə bir 
adam yoxdur ki, mirvarilər haqqında mənim qədər bilsin. Mən dünyadakı ən bahalı, ən 
gözəl daş-qaşları tanıyıram. Bir sözlə, mənim mirvarilər haqqında bilmədiyim şey 
yoxdur. 
Mister Kelada biznesmen olduğunu ağzından qaçırmışdı. Bizim üçün isə bu tamamilə 
yeni xəbər idi. Çünki o hələ nə ilə məşğul olduğunu heç kimə deməmişdi. Biz təkcə onu 
öyrənə bilmişdik ki, o bir neşə ticarət səfərində Yaponiyada olub. Bu vaxt gözüm 
Keladaya sataşdı. O stolun ətrafında dayanıb qalibanə və təntənəli görkəmlə bizə baxırdı. 
Ramsey onunla razılaşmamışdı. Kelada dediklərini sübut etmək üçün fikirləşirdi, birdən 
o, Missis Ramseyin taxdığı boyunbağını gördü. O boyunbağını göstərərək dedi: 

 
31
-  Siz məni sözlərimi təsdiq edin, Missis Ramsey. Hal-hazırda taxdığınız bu zəncir çox 
bahalı və nadir daş-qaşla işlənib. 
Missis Ramsey əvvəlki görkəmini qorumaq istəsə də, yanaqları azacıq allandı və astaca 
zənciri paltarının altına sürüşdürdü. Ramsey qabağa əyildi, boyunbağıya diqqətlə 
baxdıqdan sonra dedi: 
-    Missis Ramseyin boyunbağısı çox gözəldir, elə deyilmi? 
-    Mən bunu bir az əvvəl söyləmişdim, – Mister Kelada cavab verdi. 
Bu əsl daş-qaşdır. 
- Əlbəttə, mən bunu özüm almamışam. Amma mənim üçün maraqlıdır ki, boyunbağının 
qiyməti neçəyədir? 
- Ah, bilirsiniz, ticarətçilər onu on beş min dollara ala bilərlər. Amma bu boyunbağı Nyu-
Yorkdan alınıbsa, siz ona otuz min dollar ödəmiş olduğunuzu desəniz, heç də 
təəccüblənmərəm. 
Ramsey istehza ilə gülümsədi: 
- Siz indi eşitdiyinizə təəccüblənəcəksiniz, Mister Kelada! Çünki xanımım bu 
boyunbağını biz Nyu-Yorku tərk etməzdən bir gün əvvəl mağazadan cəmi-cümlətanı on 
səkkiz dollara alıb. 
Mister Kelada qəzəbləndi: 
- Yalandır. Bu boyunbağı həqiqidir. Bir də ki, mən hələ bu gözəllikdə boyunbağı 
görməmişəm. 
-    Mərc edərsiniz? Mən bu saxta zəncir üçün yüz dollardan mərc edirəm. 
-    Razıyam. 
-    Oh, Elmer, əmin olmadığın bir şey üçün mərc eləmə, – deyə Missis Ramseyin 
dodaqlarından xəfif bir təbəssüm qopdu. Səsində isə incə bir etiraz duyulurdu. 
-    Mərcləşməyim? Mən bu azacıq pulu udmaq üçün bu işə milyonlarımı sərf edərəm və 
lazım gəlsə boyunbağının həqiqiliyini yoxladaram. 
-    Axı necə yoxladacaqsan? İndi yalnız Mister Keladanın və mənim sözüm qarşı-
qarşıyadır. Burada başasının sözü keçmir. 
-    İcazə verin, boyunbağıya yaxından baxım. Əgər saxtadırsa, mən elə indi sizə 
deyəcəyəm. Mən yüz dolları itirmək qorxusu ilə risk etməyi bacarıram. 
-    Çıxar onu, əzizim. Qoy bu centlemen ona istədiyi qədər baxsın. 
Missis Ramsey bir anlığa tərəddüd etdi. 
-    Mən onu aça bilmərəm. Mister Kelada hər halda mənim bu xahişimi qəbul edər. 
Elə bu an mən nəsə bir bədbəxtliyin baş verə biləcəyini duydum, amma deməyə söz 
tapmadım. 
Ramsey cəld yerindən qalxdı. 
-  Mən onu açaram. 
O, boyunbağını Keladaya uzatdı, Kelada cibindən lupa çıxardı və zənciri diqqətlə 
yoxlamağa başladı. Onun həyəcandan qaralmış bənizi az sonra qaydasına düşdü. Qələbə 
sevincinə az qalmışdı. O, boyunbağını geri qaytardı. Elə danışmağa hazırlaşırdı ki, 
qəfildən gözü Missis Ramseyə sataşdı. Missis qorxu dolu bərəlmiş gözlərlə Keladaya 
baxdı. Bu baxışlarda ərinə deməməsi üçün yalvarışlar, ümidsiz xahişlər, müraciətlər 
vardı. Hər şey Keladaya aydın oldu. Mən tez Mister Ramseyə baxdım. Yaxşı ki, o heç nə 
başa düşməmişdi. 
Mister Kelada bayaqdan yaranmış sükutu pozdu. Dərindən ah çəkdi. O, bir ticarətçi üçün 
təhqir olsa da, məsələni öz xeyrinə həll etmədi. Bununla da o, mənim gözümdə ucaldı. O, 
hörmətə və ehtirama layiq idi. 

 
32
- Mən yanılmışam. Çox yaxşı oxşadıblar. Mən lupa ilə baxanda gördüm ki, həqiqi deyil. 
Ümid edirəm ki, on səkkiz dollarlıq əşyanı qiymətli hesab etdiyim üçün sənət yoldaşlarım 
məni qınamazlar. O çek kitabçasını açdı və yüz dollarlıq çek yazaraq Ramseyə uzatdı. 
Ramsey çeki götürərkən dedi: 
-    Gənc dostum, bu sizə dərs olsun. Həmişə özünüzə çox güvənməyin! 
Hiss etdim ki, qəzəbdən Keladanın əlləri əsir. 
Bu gecəyə qədər hər şey çox gözəl və maraqlı keçirdi. Amma bu gecə mənim gördüyüm 
ən gülməli mərc oyunu idi. Missis Ramsey isə bu gecə öz kayutuna şiddətli başağrısı ilə 
qayıtdı. 
Səhərisi gün mən üzümü qırxmaq üçün bir az erkən qalxdım. Kelada yatağında 
uzanmışdı, siqaret çəkirdi. 
Birdən yüngül taqqıltı səsi gəldi və qapının altından içəri bir konvert itələdilər. Qapnın 
aşıb baxdım. Heç kim yox idi. Konverti qaldırdım və Maks Keladaya ünvanlandığını 
gördüm. Göndərənin adı yazılmamışdı. Mən konverti ona uzatdım. 
-    Kimdəndir? – deyib konverti açdı. Ah, ilahi! O, bir kağız çıxardı, lakin bu, məktub 
deyil, yüz dollarlıq çek idi! O, mənə baxdı və pörtdü. 
-    Necə fikirləşirsən qapıdan atılan bu pulla xanım öz borcunu qaytara bildimi? 
Mən cavab verməyə macal tapmamış o, gülərək dedi: 
-    Heç kim keçmişinin üzə çıxmasını istəmir, çünki bu onun həyatını mənfi şəkildə 
dəyişdirə bilər. 
-    Boyunbağı həqiqi idi? 
-    Əgər mən orada həqiqəti desəydim Ramseyin o gözəl xanımı bu ili əri ilə Nyu-Yorkda 
keçirməyəcəkdi. 
Bu andan etibarən mən Keladanı sevməyə bilməzdim. O, çek kitabçasını çıxardı və yüz 
dollarlıq çeki ehtiyatla oraya qoydu. Bax belə! 
 
 
 
Orijinaldan çevirdi: Şəfa Cəbiyeva 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
33
Lui Araqon 
 
 "Nazim Hikmət üçün" 
 
 
Nazim Hikmətin ölümündən üç gün sonra yazılmış dost sözü 
    
  Xeyr, yaza bilmərəm, indi olmaz, xahiş edirəm. Buraxın, mənim üçün tamamilə ölsün, 
yoxsa, daha əvvəl, altmış yaşındakı bu dəliqanlı, bu sarışın, nə həbsxananın, nə xətəliyin, 
nə yaşın təsir edə bildiyi bu insan içimdə yaşadıqca heç bir şey yaza bilmərəm. İndi 
olmaz. Daha sonra. Söz verirəm sizə, yazacağam, hətta bu jurnalda, daha başqa bir 
mövzu üzərində: Ölümündən deyil, həyatından bəhs edəcəyəm. 
    
   Şənbə səhəri satın aldığım «Znamya» jurnalının son sayını evdən çıxarkən özümlə 
götürmüşdüm. Jurnalda Nazimin «Les Romantiques» (“Romantiklər”) adlı romanının son 
hissəsi vardı. O zamanlar hər kəs onun deyil, Papa XXIII Jeanın ölümünü gözləyirdi. Hər 
saat radioların başında. Və bazar ertəsi səhəri Papa hələ yaşayırdı ... Nazimə gəlincə, bizi 
heç xəbərdar etməmişdi, can vermədi, belə ayaqda, bir nərdivanı çıxarkən, qəflətən öldü. 
Yaşayarkən öldü. Bir ağac kimi aşdı. İcazə verin, mənim üçün tamamilə ölsün. O zaman 
yazaram jurnalınıza, uzun- uzun, mənim üçün, başqaları üçün nə məna daşıdığını, burada 
yazaram, bəlkə, gələcək ay, yaza qədər icazə verin mənə, iyula qədər, ona çox yaraşan 
iyul ayına qədər icazə verin. Bundan on səkkiz il əvvəl həbsxanada böyük türk mistik 
ədibi Mövlana Cəlaləddin, ya da iranlı Ömər Xəyyam kimi rübai formasında yazdığı bu 
dörd misranı anlayacaq qədər buraxın mənə:  
     
   «Fasilə...» - deyəcək bizə bir gün təbiət anamız, -  
   «gülmək, ağlamaq bitdi, uşağım...»  
    «Və təkrar ucsuz-bucaqsız başlayacaq:  
   «görməyən, danışmayan, düşünməyən həyat ... »  
     
   Yurdunun bazar ertəsi günü, səhər, onun enişindən dərhal bir-iki saat sonra telefon. 
Nazim. Ey ölüm, günümüzdə nə də sürətli gedirsən! İki saat belə keçmədən bütün 
Avropanı keçmiş, məni axtarmış, ürəyimə işləmişdin, ey ölüm, telefonla gələn, 
görünməyən, düşünülməyən, daha bir sözdən, bir addan başqa, bir şey olmayan ölüm və 
xeyr deyirəm, Nazim ola bilməz. Bəli, O, Nazim ... Ta özü, başqası deyil. Bütün insanlar 
kimi o da. Və şeirindəki bir uşağı xatırladım:  
     
   «Rəcəb, damdan düşər kimi qarışdı sözə:»  
   «Hərbə girdiyin zaman, bir gavur öldürüb»  
   ……«bir qurtum ehtiva etsənsə qanını»  
   ……«qorxu qalmazmış.»  
     
   Mən onun qanından bir damla içməyəcəyəm. Danışmayan ... ucsuz-bucaqsız həyat ... 
Nazim, səndən mənə ilk dəfə 1934 - də danışdılar, sən həbsdə idin, o zaman bir şeylər 
yaza bildim. Dostluğumuz otuz il davam etməyəcəkdi. Nə qədər az, otuz il. 1950-də, 
bizlər: yəni türk xalqı, dünyanın hər guşəsindəki şairlər səni həbsdən qurtardığımız 
zaman, bir on dörd iyul günü dhsdoğru həyatın içinə daldın. Amma bu il, 
səbirsizliyindən, iyulu gözləyə bilmədin ... Həbsanə xaricində on üç il, ya da buna yaxın 

 
34
bir şey, qırx səkkizindən altmış birə qədər, gözəl bir yaşam bu. On üç il, çox şey. 
Həbsanə xaricində öldün, bu da çox şey. Çünki öldün. Bu fikrə alışdıracağıq özümüzü. 
İnsan mənzərələrini sənsiz xəyal etməyə çalışacağıq... Sənin deyiminlə, mənzərəni bu 
ağac olmadan xəyal etməyə çalışacağıq. Ucsuz-bucaqsız həyatı ...     
 
   6 iyun 1963  
   
    
   Türkcədən uyğunlaşdırdı: Turan 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
35
Frans Kafka 
 
 
 
“Atama məktub” 
 
    
  
 Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, 
ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın 
ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu 
yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də 
olmalı idi, çünki Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara, 
müxtəlif ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub və 
700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub avtobioqrafik səciyyə 
daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini aşaraq bəşəri dəyərlər 
baxımından, ümumiyyətlə, insan münasibətlərinin təhlili və qiymətləndirilməsinə həsr 
olunmuşdur. Əlyazmasında məktubu bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, 
amma göndərməmişdi. Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə 
vasitəsilə sahibinə çatdirmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə il 
sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu 
qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki, 
Kafka onu hələ göndərməyib: "Sabah "Atama məktub”u sənin ev ünvanına göndərəcəm. 
Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun..." 
Görəsən, bu məktubu niyə göndərməmişdi? Bəlkə, çoxlarının düşündüyü kimi, bundan 
sonra atası ilə münasibətlərinin daha da kəskinləşəcəyindən çəkinmişdi? Xeyr, inandırıcı 
deyil, çünki bütün ömrü boyu tənhalıqda, dərin mənəvi iztirablar, qorxu, vahimə hissləri 
içində yaşamağa məhkum olunmuş, öz doğma ata evində ögey uşaq kimi böyümüş, 
xüsusən də həmişə Praqanın yüksək cəmiyyətində yer tutmaq, yüksək mənsəbə çatmaq 
arzusu ilə yaşayan və bütün bunları da başqa bir aləmdə yaşamaq üçün dünyaya gəlmiş, 
fiziki cəhətdən zəif, həssas, kövrək, zərif duyğulu oğlundan tələb edən atası ilə 
münasibətləri, az qala, düşmənçilik səviyyəsinə çatmış və beləliklə də bütün yaradıcılığı 
həyatından doğulmuş" (D.V Zatonski) Kafka, atasının elə bil qəsdlə onun bütün arzu-
istəklərinə qarşı çıxmasını, onu mənən əzməsini 1912-ci il sentyabrın 22-dən 23-nə keçən 
gecə birnəfəsə, beşcə saata yazdığı "Hökm" novellasında, bir az sonra "Çevrilmə"də, 
daha sonra da digər əsərlərində bütün çılpaqlığı ilə təsvir etmişdi və bu münasibətlərin 
daha da pisləşəcəyindən qorxmazdı... Görünür, heç kəsin bilmədiyi ayrı bir səbəb də 
varmış. Elə bir səbəb ki, Kafka onu özü ilə qəbrə apardı...  
 
 
Əziz ata! 
 
Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan danışıram. 
Həmişə olduğu kimi, yenə də cavab verə bilmədim. Bir tərəfdən ona görə ki, səndən 
qorxuram, digər tərəfdənsə, bu qorxunun səbəblərini izah etmək üçün bir cox xırdalıqlara 
getmək lazımdır və mən də sözlə bunun hamısını ifadə edə bilməzdim. İndi sənə yazılı 
cavab vermək istəsəm də, yenə ürəyimdən keçənlərin hamısını deyə bilməyəcəyəm, 

 
36
çünki yazanda da səndən qorxmağım, hələ də bu qorxudan əzab çəkməyim buna imkan 
verməyəcək, çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur. 
Sənə bu məsələ həmişə adi görünüb. Ən azı mənə, ya da heç bir fərq qoymadan 
başqalarına bu barədə danışanda... Sən təxminən belə düşünübsən: bütün ömrün boyu 
işləyib, özünü uşaqlarına, ən çox da mənə qurban vermisən, mən isə sənin sayəndə "kef 
içində" yaşamışam, azad şəkildə istədiyim sahəni oxuyub-öyrənmişəm, yemək-içmək 
sarıdan korluq çəkməmişəm, ümumiyyətlə, heç bir çətinlik görməmişəm. Bütün bunların 
əvəzində isə heç vaxt "sağ ol" gözləməmisən, çünki uşaqların "sağ ol"unun nə demək 
olduğunu yaxşı bilibsən, hətta adi bir nəvaziş, mehribanlıq belə ummayıbsan. Bütün 
bunların əvəzində mən həmişə səndən gen gəzmişəm, otağıma, kitablarımın, səfeh 
dostlarımın yanına, gurultulu ideyalarımın ardınca qaçmışam. Heç vaxt səninlə açıq 
danışmamışam, heç vaxt sinaqoqa sənin yanına getməmişəm, Fransensbadda müalicə 
olunanda səni yoluxmamışam, heç vaxt özümü sənin ailənin üzvü hesab eləməmişəm, 
alverindən, eləcə də başqa işlərindən xəbərim olmayıb, fabrikin işlərini sənin üstünə 
atmışam, sonra da başımı götürüb getmişəm, Ottlonun1 tərsliyinə dəstək vermişəm, sənin 
üçün heç nə eləməsəm də (hətta bircə dəfə teatra bilet almasam da), dostlarım üçün hər 
şey eləmişəm. Əgər məni mühakimə eləmək istəsən görərsən ki, mənə ədəbsizliyimi və 
ya hər hansı bir pis hərəkətimi (bəlkə də axırıncı dəfə evlənmək istəyim istisna 
olunmaqla) irad tutmursan... İradın yalnız soyuqluğuma, yadlaşmağıma, 
nankorluğumadır... Və elə tərzdə də irad tutursan ki, guya bunun günahı yalnız məndədir, 
guya sükanı başqa səmtə döndərsəydim, hər şey də başqa cür olardı, sənin burda zərrə 
qədər də günahın yox imiş, mənə qarşı həmişə yaxşı olubsan... 
Sənin düşüncələrinin yalnız bircə tərəfilə razılaşıram ki, - çünki mən özüm də elə 
fikirləşirəm - bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur. Ancaq, eyni 
zamanda, mən də günahkar deyiləm. O vaxt səni buna inandıra bilsəydim, bəlkə də hər 
şey başqa cür olardı. Yox, yeni bir həyata başlaya bilməzdik, çünki bunun üçün ikimizin 
də yaşı keçmişdi, ancaq yenə də, bir növ, sülh şəraitində yaşaya bilərdik, sənin o əbədi 
iradların qurtarmasa da, bir az yumşalardı...  
Qəribədir ki, bəzən mənim nə demək istədiyimi əvvəlcədən duyursan. Məsələn, bu 
yaxınlarda mənə dedin: "Başqa atalar kimi üzdə göstərməsəm də, səni həmişə çox 
istəmişəm və bunu də ona görə belə eləmişəm ki, özümü yalandan başqa cür göstərə 
bilmirəm." Ümumiyyətlə götürəndə, mənə münasibətin heç vaxt pis olmayıb, ata, ancaq 
başqaları haqqında dediklərinlə razılaşmıram. Düz deyirsən, sən özünü başqa cür göstərə 
bilmirsən, amma yalnız buna görə "başqa atalar özlərini üzdə başqa cür aparırlar" 
deməyin ya xalis inadkarlıqdır, ya da - məncə, bu daha düzdür - bizim aramızdakı soyuq 
münasibətin bürüncəkli ifadəsidir və belə münasibəti, günahsız da olsan, sən yaratmısan. 
Əgər sən də belə düşünürsənsə, deməli, ikimiz də eyni fikirdəyik. 
Əlbəttə, bununla heç də demək istəmirəm ki, mən bu gün necəyəmsə, təkcə sənin 
təsirinlə olmuşam. Onda çox şişirtmiş olardım (hərçənd mən belə şişirtməyə bir az 
meyilliyəm). Lap elə də ola bilərdi ki, sənin təsirindən kənarda sərbəst böyüyər, ancaq 
sən istəyən kimi olmazdım. Yəqin ki, yenə də çəlimsiz, qorxaq, qətiyyətsiz, sakit olardım 
və nə Robert Kafkaya2, nə də Karl Hermana3 oxşayardım, hər halda indiki kimi deyil, 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin