Yoxlama üçün suallar
1.
Qan lövhəcikləri. Onların miqdarı və qanaxmanın
kəsilməsində əhəmiyyəti.
2.
Qanın laxtalanmasının əhəmiyyəti. Laxtalanmanın
fazaları.
158
3.
Laxtalanmanın I fazası. Tromboplastinin əmələ
gəlməsi.
4.
Laxtalanmanın II və III fazaları. Trombun əmələ
gəlməsi. Laxtanın lizisi və refraksiyası.
5.
Qanın laxtalanma müddəti və qanaxma müddəti.
Təyin etmə üsulları.
6.
Qanın laxtalanmasını ləngidən fiziki və kimyəvi
amillər.
7.
Qanın əks laxtalanma sistemi.
8.
Ontogenezin ilk dövrlərində qanın laxtalanma sis-
teminin inkişafı.
45 saylı iş. Qan qruplarının təyini və köçürülməsi
Anemiya
və ya bir sıra başqa xəstəliklər zamanı qan
köçürmədən müalicə vasitəsi kimi istifadə olunur. Qan
qrupları məlum olmadan qanköçürmə mümkün deyil.
Damar daxilində uyğun olmayan qanın formalı elementləri
bir-birinə yapışaraq çöküntü əmələ gətirir; bu hadisəyə
aqlütinasiya deyilir. Bu da qanda olan aqlütinogen və
aqlütininlərin təsiri ilə əmələ gəlir.
Qanda
aqlütenin
və aqlütinogenin müxtəlif şəkildə
birləşməsi ilə əlaqədar olaraq qan qrupları əmələ gəlir.
İnsanlardakı kimi bəzi heyvanların da (atın, donu-
zun, inəyin, qoyunun) qan qrupları məlumdur. Qan qru-
pları dəyişməz qalıb, həyat boyu sabit qalır.
Məlum olmuşdur ki, eritrositlərin A və B
aqlütinogenlər, plazmada isə
α
və β aqlütininlər olur.
Qanda bu və ya digər hissəciklərin olmasından asılı olaraq,
4 qan qrupu ayırd edilir; I qrup qanın plazmasında
aqlütinin β
α olur, II qrup qan A( β ), III qrup qan B (
α
),
159
IV qrup qan AB.
Cədvəl 7
Qan qrupları
Yanskiya
görə
Beynəlxalq
təsnifata görə
Aqlütininlər
plazmada
Aqlütinogenlər
eritrositlərdə
I O
β
α
O
II A
β
A
III B
α
B
IV AB O
AB
Qan verən şəxs donor, I qrup qan verən şəxs uni-
versal donor, qan alan şəxs isə resipient adlanır. Donorun
və resipientin qanını qarışdıqda aqlütinasiya reaksiyası o
vaxt baş verir ki, eyniadlı aqlütinin və aqlütinogen (A və
α
, B və β ) qarşılaşmış olsun. Aqlütinasiyanın baş
verməsi müsbət (+), antiaqlütinasiya isə (-) işarəsi ilə qeyd
olunur. Qanköçürmə zamanı resipientin plazması, donorun
isə eritrositləri nəzərə alınır.
Cədvəl 8
Eritrositlərin aqlütinogenlər
Plazma aqlütinləri
I O
II A
III B
IV AB
I
β
α
- + +
+
II
β
- - + +
III
α
-
+
-
+
IV O
-
-
-
-
160
Qan qruplarının köçürmə sxemi.
Sxemdən görünür ki, I qrup qana mənsub olan
şəxslər bütün qruplara qan verir. IV qrupa mənsub olan
şəxslər bütün qruplardan qan ala bilər.
Lazım olan material və avadanlıqlar: I, II və III
qrup standart qan zərdabları, 3 ədəd pipet, 3 şüşə çubuq,
əşya şüşəsi, skarifikator, spirt, efir, yod, pambıq.
İşin gedişi: Qan qruplarını təyin etmək üçün I, II və
III qrup qan zərdabından hazırlanmış standart zərdabdan
istifadə edilir. Belə zərdablar ağzı bağlı üzərində etiketi
olan ampulada olub, soyuq və qaranlıq yerdə saxlanılır.
Barmaqdan qan almazdan əvvəl təmizlənmiş əşya
şüşəsi üzərində qan qruplarını qarışıq salmamaq üçün
qrupun qarşısında şüşə yazanla zərdabların nömrələri qeyd
olunur. Sonra şüşələrin müvafiq nahiyələrinə I, II və III
qrup qan zərdablarından I damcı əlavə olunur. Barmaqdan
alınan qan şüşə çubuqla zərdabla qarışdırılır və bir qədər
(5 dəqiqə) gözləyirlər. Qeyd etmək lazımdır ki, hər
zərdaba müvafiq şüşə çubuq götürülməlidir. Zərdab ilə
qarışdırılmış qanın aqlütinasiya verib-verməməsi
prinsipinə əsasən qan qruplarını təyin edirlər. Əgər hər üç
qrup qan zərdabında aqlütinasiya baş vermirsə təyin edilən
161
qan I qrupa, əksinə hər üç qrup qan zərdabında
aqlütinasiya baş verirsə təyin edilən qan IV qrupa
məxsusdur.
Cədvəl 9
Zərdabda aqlütininlər
Eritrositlərdə
aqlütinogenlər
αβ
β
α
Qan qrupları
-
O
αβ
(I)
A
A
β
(II)
B
B
α
(III)
AB
AB (IV)
I II III
Şəkil 96. Qan qruplarının təyini.
Götürülmüş I və III qan zərdablarında aqlyütinasiya
baş verərsə, təyin edilən qan II qrupa, I, II qrup zərdabda
aqlütinasiya baş verərsə III qrupa mənsub olur.
Qan
qruplarının II və III qrup qan zərdabından
istifadə etməklə də təyin etmək olar.
Qan
qrupları Mosso üsulu ilə müəyyən edilir. Bu
məqsədlə qrupu məlum olan standart qan zərdablarından
(II və III) istifadə olunur. 2 müxtəlif pipet vasitəsilə əşya
şüşəsinin bir tərəfinə II qrup, digər tərəfinə isə III qrup qan
zərdabı damızdırılır. Zərdab damlalarından hərəsinin
yanına barmaqdan alınmış qandan bir damla əlavə edilir və
zərdabla qarışdırılır. Həmin qarışıq əvvəlcə tutqun çəhrayı
rəngli bircinsli damla şəklində olur, aqlütinasiya baş
verdikdə isə 5 dəq. ərzində şəffaflaşır və eritrositlərin
yapışmasından əmələ gələn nöqtələr aydın görünməyə
başlayır (sxem).
Əgər II və III qrup qan zərdablarının müayinə
edilən qanla qarışığı aqlütinasiya vermirsə, deməli,
müayinə edilən qanın eritrositlərində aqlütinogen yoxdur,
162
yəni bu qan birinci qrupa mənsubdur.
III qrup zərbadla (
α
aqqlütinin) aqlütinasiya baş
verirsə, deməli, müayinə olunan qanın eritrositlərində A
aqlütinogen vardır, yəni bu qan ikinci qrupa –II (A) aiddir.
II qrup zərbadın ( β aqlütinin) müayinə olunan qanı
aqlütinasiyaya uğratması isə bu qanın eritrositlərində B
aqlütinogen olduğunu, yəni üçüncü qrupa – II B aidliyinin
göstəricisidir.
Həm II, həm də III qrupun zərdabında aqlütinasiya
müşahidə olunursa, bu sübut edir ki, müayinə olunan
qanın eritrositlərində həm A, həm də B aqlütinogenlər
vardır, yəni qan dördüncü qrupa IV (AB) mənsubdur.
Sxem
Əşya şüşəsi üzərindəki dairələr II və III qrup qan
zərdabını və bu dairələrdəki nöqtələr aqlütinasiyanın
varlığını göstərir.
İnsanlar üzərində aparılan yoxlamalar nəticəsində
aydın olmuşdur ki, insanların təxminən 40% I qrupa, 39%
II qrupa, 16% III qrupa, 5% IV qrupa mənsubdurlar.
46 saylı iş. Eritrositlərdə rezus amilinin (Rh) təyini
Eritrositlərdə ən geniş yayılmış aqlütinogenlərdən
biri rezus amili adlanan antigendir ki, bu da qan
köçürmədə mühüm rol oynayır. Rezus amilini ilk dəfə
163
1940-cı ildə Landşteyner və Viner Makakus Rhesus ad-
lanan əntər meymununun eritrositlərində aşkar etmişlər.
Təxminən 86% insanların eritrositlərində rezus amili var
(Rh
+
), 14% insanlarda isə yoxdur (Rh
-
). Qanda rezus
amilinə qarşı hazır aqlütininlər olmur. Ona görə də,
qanköçürmə zamanı rezus amilinin təyini mühüm
əhəmiyyətə malikdir.
Lazım olan material və avadanlıqlar: bütün qru-
plara aid olan antirezus zərdabları, Petri kasaları, şüşə
çubuqları, su hamamı, 10%-li steril jelatin məhlulu, al-
busid, fizioloji məhlul, spirt, efir, yod, pambıq, skarifika-
tor.
İşin gedişi:
a) Rezus amilini təyin etmək üçün sınaq borusunun
dibinə müxtəlif pipetlə bir damcı standart zərdab, jelatin
(albusid ilə qarışığı) və barmaqdan alınan bir damcı qan;
sınaq borusundakı məhlul yaxşı-yaxşı qarışdırılır və su
hamamına qoyulur (t
0
=47-49
0
C). 5 dəqiqədən sonra sınaq
borusuna 3 ml fizioloji məhlul əlavə edirik, möhkəm
qarışdırırıq və işıqda aqlütinasiya reaksiyasının olub-
olmamasını müşahidə edirik. Məhlulda topacıqlar əmələ
gəlibsə, deməli, aqlütinasiya baş verib və rezus müsbəti
(Rh
+
) göstərir. Aqlütinasiya baş verməyibsə, deməli, rezus
mənfidir (Rh
-
).
b) Rezus amilinin ekspres üsulla təyini:
Lazım olan material və avadanlıqlar: skarifika-
tor, üzərində qan qrupları qeyd olunan boşqab, şüşə çubuq,
pipetlər, standart antirezus zərdabı, fizioloji məhlul, spirt,
yod, kontrol zərdab, pambıq.
İşin gedişi: Petri qabının hər birinə K, digər tərəfinə
Rh yazılır. K olan tərəfə bir damcı kontrol zərdab, Rh
tərəfə isə standart antirezus zərdab damızdırılır. Hər
164
zərdabın yanına barmaqdan alınan bir damcı qan əlavə
edilir. Şüşə çubuğun bir ucu ilə qan damcısı, kontrol
zərdab damcısını, digər ucu ilə isə qan damcısı, antirezus
zərdab damcısı on qəpik ölçüsünü alana qədər qarışdırılr.
Sonra Petri qabını yırğalamaqla aqlütinasiya reaksiyasını
müşahidə edirik. Aqlünitasiya reaksiyasını aydın görmək
üçün hər iki sınağa bir damcı fizioloji məhlul əlavə edirik.
Əgər antirezus zərdabla aqlütinasiya baş verirsə kantrol
zərdabla vermirsə müayinə olunan qan rezus müsbət
(Rh
+
), əksinə hər ikisində aqlütinasiya baş vermirsə bu qan
rezus mənfi (Rh
-
) olur.
Yoxlama üçün suallar
1.
Aqültinogenlər və aqlütininlər.
2.
ABO sistemində qan qrupları.
3.
Rezus amil qan köçürmədə onun əhəmiyyəti.
4.
Ana ilə dölün arasında rezus amil konfilikti.
5.
Standart zərdabları istifadə etməklə
qan qruplarının
təyini.
6.
Qanköçürmə. Aqlütininin titerlərinin əhəmiyyəti.
Qan uyğunluğuna bioloji sınaq.
7.
Qan qruplarının irsi keçirilməsi.
8.
Ontogenezin ilk dövründə qanın qrup və
əlamətlərinin inkişafı.
165
IV FƏSİL
QAN DÖVRANI
Ürəyin fiziologiyası: Qan insanda və heyvanlarda
ürəyin fəaliyyəti nəticəsində ürək-damar sistemində
fasiləsiz hərəkət edərək öz funksiyalarını yerinə yetirir.
Ürək döş qəfəsində ağciyərlərin arasında soldan sağa
assimmetrik vəziyyətdə yerləşir. Ürək daxili qişa –
endokard, orta – miokard, xarici – epikarddan təşkil olub,
ürək kisəsi-perikardın içərisində yerləşir. Perikardın
daxilində ürək mayesi yerləşir. Bu maye ürəyi sürtünmə və
zədələrdən qoruyur.
Ürəyin əzələ qişası onun hər yerində bərabər
qalınlıqda olmur.
Məməli heyvanlar və insan ürəyi 4 kameralı olub, 2
qulaqcıq və 2 mədəcikdən ibarətdir. Sağ qulaqcıqla sağ
mədəcik arasında üç, sol qulaqcıqla sol mədəcik arasında
isə iki taylı qapaqlar yerləşir.
Aypara qapaqlar sol mədəciklə aorta arasında və
sağ mədəciklə ağciyərlər arasında yerləşirlər. Onlar
damarlara tərəf açılırlar. Qapaqlar qanın bir istiqamətdə
axmasına şərait yaradır.
Ürəyin daxilində onun aparıcı sistemi yerləşir. Sağ
qulaqcığın arxa divarında sinir və əzələ hüceyrələrindən
əmələ gəlmiş Sinus düyünü yerləşir. Bu düyünlə əlaqəsi
olan ikinci düyün sağ qulaqcıqla mədəcik arasında yerləşir
ki, buna atrioventrikulyar və ya Aşoff-Tavar düyünü
deyilir. Bu düyündən qulaqcıqlarla mədəciklərarası
arakəsmədə yerləşən və mədəciklərin əzələ qişasını əhatə
edən Purkina liflərini əmələ gətirən Hiss dəstəsi vardır.
Ürək yığıldığı zaman təzyiq yaradır, ürəyin yığıl-
166
masına sistola, boşalmasına isə diastola deyilir. Normal
fəaliyyət zamanı ürək dəqiqədə 70-75 dəfə döyünür.
Ürəyin bir döyünməsi 0,8 saniyə, o cümlədən qu-
laqcıqların sistolası 0,5 saniyə, mədəciklərin sistolası 0,3
saniyə və pauza 0,4 saniyə davam edir.
Şəkil 97. Böyük və kiçik qan dövranı.
Fizioloji təcrübələrin obyekti kimi qurbağa istifadə
olunur. Ürəyin fiziologiyası qurbağa ürəyi üzərində
öyrənilir. Qurbağa ürəyi üç kameralı olub, iki qulaqcıq və
bir mədəcikdən ibarətdir. Qan damarları ürəkdən çıxır və
ürəkdə qurtarır. Mədəcikdən çıxan qan damarlarına
arteriya, ürəyə gələn qan damarlarına vena deyilir.
Qan dövranı iki cür olur: böyük və kiçik. Böyük
qan dövranı sol mədəcikdən aorta ilə başlayıb, bədənin hər
tərəfinə yayılır.
Maddələr və qazlar mübadiləsindən sonra hüceyrə
və toxumalarda arterial qan venoz qana çevrildikdən sonra
167
aşağı və yuxarı boş venalar vasitəsilə əvvəlcə ürəyin sağ
qulaqcığına, oradan isə sağ mədəciyə dolur. Buradan
ağciyər arteriyası ilə kiçik qan dövranı başlayaraq
ağciyərlərə daxil olur.
Ağciyərlərdə qazlar mübadiləsi zamanı CO
2
xaricə
verilir, qan isə oksigenlə zənginləşir, nəticədə venoz qan
arterial qana çevrilir və dörd ağciyər venası vasitəsilə sol
qulaqcığa tökülür.
Qan damarlarındakı təzyiqlər fərqi sayəsində qan
arteriyalardan venalara doğru fasiləsiz axır.
47 saylı iş. Qurbağa ürəyi fəaliyyətinin müşahidəsi və
qrafik qeydi
Ürək fəaliyyətli üzvlərdən olub, yuxarıda qeyd
olunduğu kimi mühüm vəzifə daşıyır. Ürək fəaliyyətini
müşahidə etmək və qeydə almaq (kardioqrafiya) üçün
adətən qurbağa üzərində təcrübə aparılır. Qurbağanın ürəyi
2 qulaqcıqdan, bir mədəcikdən və venoz cibdən ibarətdir.
Buna müvafiq olaraq, qurbağa ürəyi döyünməsinə
qulaqcıqların sistola və diastolası, mədəciyin sistola və
diastolası və pauzadan əlavə, venoz cibin sistola və
diastolası aid edilir.
Qurbağanın döş qəfəsini açdıqda, ürək fəaliyyətini
adi gözlə də görmək mümkündür. Lakin ürək fəaliyyətinin
ayrı-ayrı fazalarını müşahidə etmək üçün ürək fəaliyyətini
yazmaq üsulundan istifadə edilir. Bu zaman ürəyi ürək
fəaliyyətini yazan kardioqrafla birləşdirib, kimoqraf
vasitəsilə kağız üzərində yazılır. Alınan yazını
kardioqramma, yazmaq prosesinə isə kardioqrafiya deyilir.
168
Şəkil 98. Qurbağanın ürək fəaliyyətinin qrafik qeydi:
1-rıçaq; 2-serfin.
Şəkil 99. Qurbağada kardioqrafiya. Kimoqraf:
1-Engelman lingi; 2-yazı qələmi; 3-baraban;
4-elektromaqnilt vaxt qeydedicisi; 5-kimoqraf;
6-saat mexanizmi; 7-disk; 8-serfin.
Lazım olan material və avadanlıqlar: qurbağa, man-
tar lövhə, pinset, qayçı, sancaqlar, iynə, sap, soyuqqanlılar
üçün fizioloji məhlul, kimoqraf, kadiroqraf, pambıq.
169
İşin gedişi: Qurbağa ürəyinin fəaliyyətini yazmaq
üçün döş
qəfəsini açmazdan əvvəl onu
hərəkətsizləşdirirlər. Bunun üçün efir, xloroform və s.
maddələrdən və ya mərkəzi sinir sisteminin pozulması
üsulundan istifadə edirlər.
Qurbağanı hərəkətsizləşdirmək üçün xloroform və
ya efirlə isladılmış pambığı içərisində qurbağa olan
kalpakın içərisinə qoyurlar. Bir neçə dəqiqədən sonra
qurbağa hərəkətsizləşmiş olur.
Mərkəzi sinir sistemini pozmaqdan ötrü sol ələ
alınmış qurbağanın başını sərbəst buraxıb, sağ əllə ənsə
dəliyinə iynə batırıb, əvvəl baş, sonra isə onurğa beyni
pozulur. Belə qurbağanı cərrahi stola bərkidib, cərrahi
pinset ilə döş nahiyəsinin dərisini yuxarı qaldırıb iti qayçı
vasitəsilə kəsib atırlar. Sonra pinsetlə döş sümüyünün
xəncərvarı çıxıntısından tutub qaldırmaqla üçbucaq
şəklində həmin nahiyənin sümük və əzələlərini kəsirlər.
Ürəyi ürək kisəsindən ayırmaq üçün, kisəni ürəyin zirvəsi
tərəfdən pinsetlə tutulur, bir qədər qaldırıb kəsilir və ürək
kisədən azad edilir. Bu zaman ürəyin fəaliyyəti aydın
nəzərə çarpır. Ürək fəaliyyətini qeyd etmək üçün
Engelmanın kardioqrafından istifadə edilir. Bu cihaz metal
ştativdən və ona keçirilmiş ikiqollu lingdən ibarətdir. Ling
öz oxu ətrafında hərəkət edir. Lingin uzun qoluna xüsusi
elastik yazıcı birləşdirilir. Yazıcı 45
0
bucaq altında
kimoqrafın silindirinə toxundurulur.
Lingin
qısa qoluna keçirilmiş və sapla bağlanmış
serfini diastola zamanı ürəyin zirvəsinə keçirilir və
kimoqraf üzərində izlər buraxır.
170
Şəkil 100. Qurbağa ürəyinin kardioqramması:
a-qulaqcıqların sistolası; b-mədəciyin sistolası;
d-mədəciyin diastolası; v-ümumi pauza.
Qeyd etdiyimiz kimi, kimoqrafın hisli kağızı
üzərində alınan
əyriyə kardioqramma deyilir.
Kardioqrammada kiçik və böyük dişlər görünür. Kiçik
dişlər qulaqcıqların, böyük dişlər mədəciklərin fəaliyyətini
əks etdirir.
48 saylı iş. Ürək fəaliyyətinin avtomatizmi
Bədəndən ayrılmış və sinir əlaqəsi kəsilmiş ürəyin
xaricdən heç bir təsir olmadan öz-özünə təqəllüs etməsinə
ürək avtomatizmi (yunanca autos-özü) deyilir. Başqa
hüceyrə və toxumalara nisbətən ürək əzələlərində bu
hadisə daha yüksək dərəcədə inkişaf etmişdir. Bədəndən
ayrılmış qurbağa ürəyini Ringer məhlulunda saxladıqda, o
bədəndən xaricdə saatlarla işləyir. Bu məqsədlə bədəndən
ayrılmış qurbağa ürəyini Ştraube üsulu ilə, yəni aortasın-
dan mədəciyə doğru kanyula keçirib, kanyuladan Ringer
məhlulu buraxdıqda o fəaliyyətini davam etdirir. İstiqanlı
heyvanların bədənindən ayrılmış ürəyindən Langerdorf
171
üsulu ilə, yəni 38
0
C qızdırılmış və oksigenlə doydurulmuş
Ringer-Lokk məhlulu buraxdıqda belə ürəyin uzun müddət
işlədiyini görmək olar.
Avtomatizm haqqında müxtəlif nəzəriyyələr vardır.
Bir sıra alimlər avtomatizmin ürək əzələsilə əlaqədar
olduğunu göstərirlər. Ona görə bu tərəfdarlara
miogenistlər, digərləri isə ürəyin avtomatizmini ürəyin
daxilində yerləşən sinir düyünlər ilə əlaqədar olduğunu
qeyd edirlər ki, bunları neyrogenistlər adlandırırlar.
Ürək avtomatizminın sinir düyünlərindən nə
dərəcədə asılı olduğunu qurbağanın işləyən ürəyindən
liqatura keçirməklə, istiqanlı heyvanların ürəyinin sinir
düyünlərini termod vasitəsilə soyudub-qızdırmaqla sübut
edilmişdir.
Aparılmış təcrübələrdən aydın olmuşdur ki,
soyuqqanlı heyvanların (qurbağanın) venoz cibinin arxa
divarında yerləşən Remak düyünü, istiqanlı heyvanlarda
və insanda bu düyünə müvafiq Kis-Flyak düyünü ürək
avtomatizmi üçün daha yüksək oyanmalar yaradır. Bu
düyünlə əlaqədar olan qurbağada atrioventrikulyar və ya
Bidder düyününün, istiqanlı heyvanlarda və insanda
Aşoff-Tavar düyünü nisbətən zəif olub, I düyündən
impulsları alırlar, Hiss dəstəsi vasitəsilə mədəcik və
qulaqcıqlara verirlər, nəticədə ürəyin uzun müddət öz-
özünə işləməsinə səbəb olur.
Lazım olan material və avadanlıqlar: qurbağa,
mantar lövhə, pinset, qayçı, sancaqlar, fizioloji və ya
Ringer məhlulu, pipet, liqatura, saat şüşəsi, termometr,
saniyəölçən, isti su, buz, termod, pambıq, içərisində 100
ml su olan 4 kimyəvi stəkan, kardioqraf, kimoqraf.
İşin gedişi:
1. Stannius liqaturaları. Qurbağanın onurğa beyn-
172
ini pozmaqla, hərəkətsizləşdirir, döş boşluğunu açıb, ürəyi
kisədən azad edirlər. Aortadan ayrılan şaxələr və boş ve-
nalar, liqaturaya alınaraq bağlanır. Sonra ürəyi qaldıraraq
ürək yüyəni kəsilir. Bu zaman venoz cib salamat saxlanıl-
malıdır. Əgər əməliyyat düzgün aparılıbsa ürək şöbələri
müəyyən ardıcıllıqla təqəllüs edəcək. Əvvəlcə bir dəqiqə
ərzində ürəyin təqəllüsləri sayılır. Sonra venoz cibin altın-
dan sap keçirib, venoz ciblə qulaqcıqlar arasında ilgək
əmələ gətirməklə möhkəm bağlayırlar. Buna stanniusun
birinci liqaturası deyilir (şəkil 101). Həmin liqatura qoyul-
duqdan sonra qulaqcıqlar və mədəcik fəaliyyətindən
qaldığı halda venoz cib əvvəlki ritmdə öz təqəllüslərini
davam etdirir. Birinci liqatura göstərir ki, sinus düyünündə
yaranan impulslar blokadaya alındığından bunlar atrioven-
trikulyar düyünə keçə bilmir. Bunun nəticəsində qu-
laqcıqlar və mədəciklər fəaliyyətdən qalır.
Fəaliyyətdən qalmış ürəyin qulaqcıqlarla mədəciyi
arasında ikinci liqatura qoyulur. Bu zaman ürək
avtomatik fəaliyyətini yenidən bərpa edir. Bunun səbəbi
liqaturanın mexaniki təsirindən atrioventrikulyar və ya
Bidder düyünün oyanması ilə izah edilir – ürəyin
qulaqcıqları və mədəciyinin fəaliyyəti bu liqaturanın necə
düşməsindən asılı olur. Belə ki, əgər liqatura tam ortaya
düşərsə həm qulaqcıqlar, həm də mədəciyin fəaliyyəti
bərpa olunur. Liqatura mədəciyə doğru düşərsə qulaqcıqlar
təqəllüs etdiyi halda, mədəcik təqəllüs etmir. Əksinə
liqatura azacıq qulaqcıqlara doğru düşərsə, onda mədəcik
təqəllüs edir, qulaqcıqlar isə fəaliyyətdən qalır.
Üçüncü liqatura ürəyin zirvəsinə yaxın qoyulur. Bu
zaman təqəllüs edən mədəciyin zirvə nahiyəsi fəaliyyətdən
qalır. Səbəb atrioventrikulyar və ya Bidder düyündən
gələn impulsların zirvəyə çatmamasıdır.
173
Şəkil 101. Stannius liqaturasının sxemi: 1-birinci liqatura; 2-1-ci
və 2-ci liqatura; 3-1-ci, 2-ci və 3-cü liqatura; liqatura qoyulduqdan
sonra ürəyin təqəllüs etdiyi hissələr tünd rəngə boyanıb.
1.
2.Ürək fəaliyyətinə hərarətin təsiri. Bu məqsədlə
ürəkdən müəyyən dərəcəyə qədər qızdırılmış və ya
soyudulmuş Ringer məhlulu buraxdıqda ürək fəaliyyətinin
dəyişdiyini müşahidə etmək olar.
Hərarət ürəyin ayrı-ayrı nahiyələrinin fəaliyyətinə
eyni dərəcədə təsir göstərmir.
Sinus düyünü nahiyəsinə təsir etdikdə ürəyin ritmi
və qüvvəsində baş verən dəyişikliklər daha yaxşı müşahidə
olunur. Belə ki, istinin təsirindən ürəyin ritmi sıxlaşır,
qüvvəsi artır. Soyuğun təsirindən ritm seyrəkləşir, qüvvəsi
azalır.
Dostları ilə paylaş: |