23
təbiətinə görə iki cür olurlar. 1-ci diametri 100 anqstrem
(A) olan miozin teli, 2-ci diametri miozin telindən 2 dəfə
az olan aktin telindən ibarət olur. Lakin aktin teli miozinə
nisbətən uzun olur. Əzələ təqəllüs edəndə aktin teli iki
miozin telinin ucları arasındakı sahəyə sürüşür, boşalanda
isə əvvəlki vəziyyətinə qayıdır.
Mikroskop
altında miozin telinin iştirakı olmayan,
yalnız aktin teli olan orta sahələr işığı bir qat sındırdığın-
dan işıqlı görünür və bunlara izotrop disklər deyilir. Lakin
miozin və aktinin birgə iştirak etdiyi sahələr işığı ikiqat
sındırdığı üçün və mikroskop altında tünd göründüyü üçün
həmin sahələrə anizotrop disklər deyilir.
Əzələnin qısalmasının, yəni yığılmasının fiziki
mexanizminin əsasını aktin tellərinin miozin tellərinin
arasında sürüşməsi təşkil edir.
Sinir-əzələ sistemi fiziologiyası bəhsində əsasən
skelet əzələləri və onları innervasiya edən hərəki sinir
lifləri öyrənilir:
İnsan bədəninin təxminən 40%-ni əzələ toxuması
təşkil edir: 1) eninə zolaqlı skelet əzələsi; 2) eninə zolaqlı
ürək əzələsi: 3) saya əzələlər.
Əzələlər vəzifə və quruluşuna görə bir-birindən
fərqlənsələr də, onların ümumi oxşar cəhətləri var. Oxşar
cəhət – əzələlərin oyanması, oyanan əzələlərin yığıl-
masıdır. Eninə zolaqlı əzələlər saya əzələyə nisbətən çox
həssas olub, qüvvəli yığılma qabiliyyətinə malikdir. Skelet
əzələlərinin oyanıqlığı və keçiriciliyi ürək əzələsinin,
xüsusilə saya əzələlərin eyni qabiliyyətindən yüksəkdir.
Deməli, skelet əzələsini təqəllüs etdirən minimum qıcıq
qüvvəsi saya və ürək əzələsini təqəllüs etdirə bilmir. Ürək
və saya əzələlərin avtomatiya qabiliyyəti isə skelet
əzələsinə nisbətən yüksəkdir. Skelet əzələsi tetanik, ürək
24
əzələsi tək təqəllüs edir. Bu əzələlərin fəaliyyəti sinir
mərkəzləri, xüsusən beyin qabığının başçılığı altında ni-
zama salınır.
Normal
həyat şəraitində əzələlərin fəaliyyəti reflek-
toru yolu ilə nizama salınır. İstər daxili, istərsə də xarici
mühitdə baş verən dəyişikliklər reseptorları qıcıqlandırır;
əmələ gələn oyanma afferent sinir vasitəsilə sinir
mərkəzinə verilir. Efferent sinirlərlə gələn impulsların
təsiri altında əzələlər yığılır və fəaliyyət göstərir. İmpulsun
sinapsdan keçməsi sinir lifi ucundan ifraz olunan kimyəvi
maddələr mediatorlar vasitəsilə olur. Bu zaman hüceyrə
membranının ion keçiriciliyi dəyişir. Qütbləşmənin
dəyişməsi baş verir, nəticədə fəaliyyət potensialı yaranır,
əzələ lifi oyanır və təqəllüs üçün şərait yaranır.
Əzələnin təqəllüsünə səbəb olan kimyəvi mexanizm
aşağıdakı kimi olur. Sarkoplazmatik retikulumdan çıxmış
olan kalsium ionlarının təsirilə ATF-aza fermenti fəallaşıb
LTF-i-adenozin trifosforu Adenozin difosfora (ADF) və
fosfor turşularına parçalayır. Bu zaman ayrılan enerji
əzələnin təqəllüsünə səbəb olur. Kalsium retikuluma qay-
ıtdıqdan sonra isə əzələ boşalır.
ATF-in
fasiləsiz resinter yolu ilə bərpası əzələ
lifindəki kreatin fosfatın kreatinə və fosfor turşusuna
parçalanması yolu ilə alınan enerji hesabına, kreatin fos-
fatın özündən ayrılan fosfat qrupu ADF-lə birləşib ATF-i
bərpa etməsi yolu ilə olur.
Ayrılmış kreatinin qalan hissəsi heksoza-mono-
fosfatdan ayrılan fosfor qrupu ilə birləşərək kreatin-
fosfatini qismən bərpa edir.
ATF-in resintezi üçün digər enerji mənbəyi möv-
cuddur. Bu əlavə enerji mənbəyi anaerob (oksigensiz) və
aerob (oksigenin iştirakı ilə) qlikoliz prosesləridir.
25
Fermentlər təsiri ilə anaerob şəraitdə qlikogen qlükozaya,
sonuncu isə süd turşusuna qədər ayrıla bilir. Süd turşusunun
6
1
4
1 ⋅
hissəsi oksidləşərək suya, karbon qazına və çox
hissəsinin qlikogenə qədər resintezi baş verir.
ATF-in resintezi üçün digər enerji mənbəyi yağların
oksidləşməsindən ibarət aerob prosesləridir.
Müxtəlif sinirlər oyanmaları müxtəlif sürətlə nəql
etdirirlər. Soyuqqanlı heyvanların sinirləri onları 5 – 30
m/san sürətlə nəql etdikləri halda, istiqanlı heyvanların
sinirləri oyanmaları 30 – 120 m/san sürətlə nəql edirlər.
Sinirlərin vəzifəsi onlarla əlaqədə olan üzvlərin fəaliyyəti
ilə müəyyən edilir.
3 saylı iş. Qurbağanı hərəkətsizləşdirmə üsulları
Fizioloji təcrübələrdə qurbağanı hərəkətsizləş-
dirmək üçün mərkəzi sinir sisteminin pozulması üsulundan
istifadə edilir.
Birinci üsul. Baş və onurğa beynin dağıdılması
Qurbağanı sol ələ alıb, göstərici barmaqla başını
əyir, sağ əldə tutulan iti uclu şpris iynəsi ilə təpədən
ənsəyə doğru orta xətt üzrə sürüşdürürlər. İynənin ucunun
böyük ənsə dəliyinə düşdüyünü hiss etdikdə, həmin yerdən
iynə batırılır, beyinə doğru yönəldilir. İynənin ucunu kəllə
boşluğunda tərpətməklə beyin dağıdılır. Sonra iynənin
ucunu arxaya çevirib onurğa kanalına yeritməklə onurğa
beyni pozulur. Bu üsulla hərəkətsizləşdirilmiş qurbağanın
arxa ətraflarını açıcı əzələləri tetanik təqəllüs edir və qur-
26
bağa dartılmış vəziyyət alır.
Şəkil 24. İynə vasitəsilə baş beynini (2) və onurğa beyinini
pozmaqla qurbağanın hərəkətsizləşdirilməsi.
İkinci üsul. Dekapitasiyadan sonra onurğa
beyinin dağıdılması
Bəzi təcrübələrdə qurbağanı daha tez və asan
hərəkətsizləşdirmək üçün qurbağanın ön ətrafları gövdəyə
sıxılmış, arxa ətrafları isə uzadılmış şəkildə salfetə bükülür
(təkcə baş açıqda qalır).
Qurbağanı sol ələ alıb, sağ əldə tutulan qayçının bir
ucunu onun ağzına salıb, alt çənəni saxlamaq şərtilə başını
kəsib atırlar. Belə preparata spinal qurbağa deyilir.
Üçüncü üsul. Narkoz vasitəsilə hərəkətsizləşdirmə
Heyvanları hərəkətsizləşdirmək üçün 10%-li spirt və
ya 2%-li efir məhlulundan istifadə edilir. Qurbağını
eksikatora, onun da yanına spirtdə və ya efirdə isladılmış
27
pambıq qoyub, eksikatorun qapağını kip bağlayırlar. 10 –
15 dəqiqədən sonra qurbağanın əzələləri boşalır, hərəkət
fəallığı yox olur, yəni qurbağa hərəkətsizləşir.
Qurbağanı
hərəkətsizləşdirmək üçün uretan
narkozundan da istifadə etmək olar. Bunun üçün 1 ml 5%-
li uretan dəri altına yeridilir, 15 – 20 dəqiqədən sonra
qurbağa hərəkətsizləşir.
Qurbağanın fiksə edilməsi
Hərəkətsizləşdirilmiş qurbağa mantar lövhə üzərinə
(20x10sm) ətrafları yüngül dartılıb sancaqlarla bərkidilir.
Şəkil 25. Mantar lövhə üzərində qurbağanın
fiksə edilməsi.
4 saylı iş. Sinir-əzələ preparatının hazırlanması və
müxtəlif üsullarla qıcıqlandırılması
Canlı hüceyrələr mühitin dəyişikliklərinə qarşı
qıcıqlara cavab vermək qabiliyyətinə malikdir. Bu
28
qabiliyyət oyanıqlıq adlanır.
Sinir-əzələ hüceyrələri və toxumalarında oyanıqlıq
qabiliyyəti başqa toxumalara nisbətən daha yüksək olduğu
üçün aydın nəzərə çarpır.
Oyanmanı əmələ gətirən amillərə qıcıq, qıcıqların
hüceyrə, toxuma və ya üzvlərə göstərdiyi təsirə qıcıqlanma
deyilir. Qıcıqlar 2 yerə ayrılır: 1) adekvat və ya xüsusi
qıcıqlar; 2) inadekvat və ya ümumi qıcıqlar. Adekvat
qıcıqlar təbii şəraitdə yalnız müəyyən üzvlərə təsir edən
qıcıqlara deyilir. İnadekvat qıcıqlar toxumaların
təkamülündən asılı olmayaraq üzvlərin çoxuna təsir edir,
oyanma əmələ gətirir. İnadekvat qıcıqlara mexaniki,
termiki, kimyəvi, elektrik qıcıqlar aiddir.
Sinir-əzələ preparatı qurbağanın arxa ətraflarından
hazırlanır. Bu preparatdan əzələnin əsas xüsusiyyətlərini
öyrənmək üçün qurbağanın arxa ətrafından hazırlanmış
sinir-əzələ preparatından istifadə etmək olar.
Lazım olan material və avadanlıqlar: mantar
lövhə, qayçı, pinset, sancaqlar, stimulyator, elektrodlar,
naqillər, əşya şüşəsi, spirt, sap, tənzif, pambıq, kimoqraf,
mioqraf, NaCl kristalı, fizioloji məhlul, qurbağa, 10%-li
kurare məhlulu.
İşin gedişi. 1. Sinir-əzələ preparatının
hazırlanması. Sinir-əzələ preparatını hazırlamaq üçün
qurbağanı hərəkətsizləşdirmənin birinci üsulu ilə, yəni baş
və onurğa beynini pozuruq. Qurbağanın arxa ətrafları
onurğa sütununun bel səviyyəsindən qayçı ilə kəsib
ayırırlar. Kəsilmiş onurğanın arxa hissəsinin dərisindən
tutub aşağı doğru dartıb, sonra ətrafların dərisini soyurlar.
Budun arxa əzələlərini aralayıb, oturaq siniri tapıb,
qayçının ucunu sinirin altından keçirib bud sümüyü
əzələlərlə birlikdə diz oynağına yaxın yerdən kəsib atırlar.
29
Oturaq sinir salamat qalır və onurğa sütununun kəsilmiş
fəqərəsinə birləşmiş olur. Əldə olunan preparata reaskopik
pəncə və ya sinir-əzələ preparatı deyilir. Deməli, sinir-
əzələ preparatı: 1. Sinirin ucuna birləşmiş sümük parçasın-
dan; 2. Oturaq sinirdən; 3. Baldır hissədən; 4. Bud
hissədən; 5. Pəncə hissədən ibarətdir.
Şəkil 26. Sinir-əzələ preparatının hazırlanma mərhələləri.
a-çanaq sümükləri səviyyəsində onurğanın kəsilməsi; b-dərini dartıb
ətraflardan çıxarılması; c-onurğa sütununun qalmış fəqərəsindən elə
tuturlar ki, büzdüm sümüyü aydın görünsün; d-2 ətrafı, büzdümü və
onurğa sütununun qalığını düz yarıya bölürlər; e-pinset vasitəsilə
budun arxa nahiyəsinin orta xətti üzrə əzələni ayırırlar; z-siniri kənara
çəkib, bud sümüyünü əzələdən ayırırlar; k-baldır və pəncə dizdən
aşağı kəsilir.
2. Sinir-əzələ preparatının müxtəlif qıcıqlarla qı-
cıqlandırılması
a) Mexaniki qıcıqla qıcıqlandırmaq üçün şüşə
lövhə üzərinə qoyulmuş sinir-əzələ preparatının sinirinə
pinsetin küt ucu ilə ehmalca zərbə endirirlər. Hər zərbəyə
qarşı sinir-əzələ preparatı təqəllüs edir;
30
b) Termiki qıcıq təsirini müşahidə etmək üçün
preparatın sinirinə qızdırılmış metal çubuğun və ya şpris
iynəsinin ucunu toxundurduqda əzələ təqəllüs edir;
c) Kimyəvi qıcığın təsirini müşahidə etmək üçün
preparatın siniri üzərinə NaCl kristalı qoyurlar; əzələnin
qıcığa cavabı gec müşahidə edilir və titrəməsi uzun
müddət davam edir. Elektrik qıcığının qüvvəsini, tezliyini,
müddətini və s. istənilən istiqamətdə dəyişdirmək və
ondan həmin preparatı təkrar qıcıqlandırmaq üçün istifadə
etmək mümkün olduğu üçün elektrik cərəyanı ən çox
istifadə olunan qıcıq vasitələrindən hesab edilir.
Bunu müşahidə etmək üçün sinir-əzələ preparatının
sinirini elektrik cərəyanı olan elektrodun çılpaq
naqillərinin üzərinə qoyurlar. Hər dəfə dövrəni bağladıqda
və ya açdıqda preparat hərəkət edir. Dövrə bağlı qaldıqda
göz ilə görəcək hərəkət alınmasa da daimi cərəyan
dövrədən axır. Bu cərəyan toxumanın oyanma və
oyanmanı nəqletmə qabiliyyətini dəyişir.
3.
Qıcıq qapısının təyini. Canlı toxumanın ən kiçik
reaksiya verməsi üçün tələb olunan minimum qıcıq
qüvvəsi aşağı qıcıq həddi və ya qıcıq qapısı adlanır.
31
Şəkil 27. Təqəllüs effektinin qıcıq qüvvəsindən asılı olduğunu
öyrənmək üçün qurğu (I), əzələ təqəllüsünün yazısı (II): a-qıcıq
qapısı; «o»-qapıaltı qıcıq və ya aşağı qıcıq qapısı, II-yuxarı qıcıq
qapısı və ya qapıüstü qıcıq; q-maksimum qıcıq qüvvəsi; II d-op-
timum (ən yaxşı) qıcıq qüvvəsi; II e–pessimum (ən pis) qıcıq
qüvvəsi; II j –submaksimal qıcıq.
Qıcıq qapısını təyin etmək üçün preparatın sinirini
elektrodlar üzərinə qoyub, stimulyatorda cərəyanın
qüvvəsini dəyişdirən dəstəyi başlanğıc («O») vəziyyətə
gətirir, tədricən döndərməklə cərəyanın qüvvəsi elə
səviyyəyə qədər artırılır ki, əzələ həmin qüvvənin təsiri ilə
zəif təqəllüs edir. Minimum hündürlükdə təqəllüsə səbəb
olan ən zəif qıcıq qüvvəsi həmin əzələ üçün qıcıq qapısı
hesab olunur. Qıcıq, hansıki qüvvəsi qıcıq qapısından
aşağı olub, xarici effektə səbəb olmur, belə qıcığa qapıaltı
və ya aşağı qıcıq qapısı deyilir. Qıcıq qüvvəsi qıcıq
həddindən yüksək olan qıcıqlara submaksimal qıcıq
deyilir. Ən çox effektə səbəb olan ən zəif qıcıq qüvvəsinə
maksimal qıcıq deyilir. Qüvvəsinə görə maksimumdan
zəif olan qıcıqları submaksimal adlandırırlar. Qüvvəsi
maksimumdan yüksək olan qıcıqlara supermaksimal
qıcıqlar deyilir. Ən yaxşı oyanmaya səbəb olan supermak-
simal qıcığa optimal qıcıq deyilir. Ən zəif (pis) oyanma
əmələ gətirən qıcığa pessimal qıcıq deyilir.
4.
Əzələnin vasitəli və vasitəsiz qıcıqlandırılması.
Əzələni təqəllüs etdirmək üçün bilavasitə onun özünə və
ya onu tənzimləyən sinirə qıcıq verilir.
Qıcıq əzələnin özünə verilirsə, buna vasitəsiz, onu
innervasiya edən sinirə verilirsə vasitəli qıcıqlandırma
deyilir.
Vasitəli qıcınlandırmada oyanma əvvəlcə mionevral
sinapsa çatır, sonra əzələyə yayılaraq onun təqəllüs
etməsinə səbəb olur. Oyanmanı keçirməkdə sinapsın
32
əhəmiyyətini isbat etmək üçün sinirin əzələyə daxil olduğu
nahiyəyə 1%-li kurare məhlulu sürtmək lazımdır. Kurare
məhlulu sinapsın keçiriciliyini pozduğundan vasitəli
qıcıqlanma zamanı əzələ təqəllüs etmir.
Şəkil 28. Vasitəli qıcıq qapısını təyin etmək üçün qurğu.
Şəkil 29. Vasitəsiz qıcıq qapısını təyin etmək üçün qurğu.
33
Əzələyə vasitəsiz qıcığın təsirini müşahidə etmək
üçün, qurbağanın dərisini əzələdən ayırıb ştativdən asır və
elektrodların ucunu bilavasitə əzələnin üzərinə qoyaraq
tək-tək qıcıq veririk.
5 saylı iş. Mioqraf üçün sinir-əzələ preparatının
hazırlanması və əzələ təqəllüslərinin
mioqramması
Əzələ toxuması, başqa toxumalardan fərqli olaraq
yığılma qabiliyyətinə malikdir. Qıcıq təsiri altında
əzələnin yığılmasına əzələ təqəllüsü deyilir. Əzələ
təqəllüsü izotonik və izometrik şəkildə təzahür edilir. Əzə-
lə təqəllüs edərkən onun gərilməsi dəyişməyib, uzunluğu
dəyişərsə, yəni yalnız lifləri yığılarsa, belə təqəllüsə
izotonik təqəllüs deyilir.
Əzələnin hər iki ucu möhkəm fiksə olunduğu
zaman qıcıq təsiri altında əzələnin gərginliyi dəyişir; lakin
əzələ lifləri yığılmır, yəni uzunluğu dəyişmirsə belə
təqəllüsə izometrik təqəllüs deyilir.
Orqanizmdə təbii qıcıqlandırıcıların təsiri altında
xalis nə izotermik, nə də izotonik təqəllüslər olmur.
Əzələnin hərəkətlərini yazan cihaza mioqraf deyilir.
Əzələni vasitəli və ya vasitəsiz tək qıcıq ilə
qıcıqlandırdıqda, qıcıq təsiri altında əzələ yığılır və yığılan
əzələ boşalır. Belə təqəllüsə tək əzələ təqəllüsü deyilir.
Təqəllüsün yazısını kimoqraf üzərində qeydə alırlar ki, bu
yazıya mioqram deyilir. Mioqramda latent dövr (qıcığın
verildiyi andan təqəllüsün başlandığı ana qədər keçən
dövr), yığılma və boşalma dövrləri ayırd edilir.
34
Şəkil 30. Əzələnin tək təqəllüsünün yazısı: 1-qıcığın verildiyi an;
2-latent dövr; 3-yığılma dövrü; 4-boşalma dövrü.
Deməli, tək təqəllüs 3 dövrə ayrılır: 1) latent dövrü;
2) enerjinin qalxan və ya əzələnin yığılan dövrü; 3)
enerjinin enən və ya əzələnin boşalma dövrü.
Əzələyə qıcıq göndərilən an ilə yığılması arasında
keçən qısa dövrə latent dövrü (0,01 san.) deyilir. Enerjinin
qalxan dövründə əzələ yığılır (0,05 san.) və özünün
maksimumuna çatır; sonra əzələ yavaş-yavaş boşalır və
enerjinin enən dövrü adlanır.
Orqanizmdə yalnız ürək əzələsi tək təqəllüs edir.
Skelet əzələləri daha mürəkkəb tetanik təqəllüslər edir.
Əgər əzələyə saniyədə 70 – 100 qıcıq verilərsə,
tetanik təqəllüs (hamar tetanik) müşahidə olunur. Tetanik
təqəllüs əzələnin yığılıb, qıcıq kəsilənə qədər yığılmış
vəziyyətdə qalmasıdır. Tetanik təqəllüsün hündürlüyü tək
təqəllüsün hündürlüyündən yüksək olur. Qıcığın sayı
saniyədə 20 – 30-dan çox deyilsə, hər sonrakı qıcıq
əzələnin boşalmağa başladığı dövrə düşdüyündən, alınan
tetanik təqəllüs dişli olacaqdır.
Lazım olan material və avadanlıqlar: stimulyator,
elektrodlar, kimoqraf, mioqraf, mantar lövhə, qayçı,
pinset, sancaq, fizioloji məhlul (0,6%), tənzif, pambıq,
qurbağa, Ringer məhlulu, pipet, universal ştativ.
İşin gedişi.
35
1. Skelet əzələsinin tək təqəllüsünün yazılması.
Əvvəlcə bildiyimiz qayda üzrə qurbağanın arxa
ətraflarından reoskopik pəncə hazırlanır və bundan
mioqraf üçün sinir-əzələ preparatı düzəldirlər. Həmin
preparat onurğanın kiçik bir hissəsindən, oturaq sinirindən,
bud sümüyünün aşağı üçdə bir hissəsindən və nəli
əzələdən ibarət olur (şəkil 31).
Şəkil 31. Mioqraf üçün hazırlanan sinir-əzələ preparatının sxemi:
1-nəli əzələ; 2-oturaq siniri; 3-onurğa sütunundan bir parça;
4-bud sümüyündən bir parça.
31 saylı şəkildə verildiyi qaydada mioqraf üçün
sinir-əzələ preparatını hazırlayırlar. Əzələnin tək təqəl-
lüsünün yazısını almaq üçün preparatın bud sümüyü olan
hissəsi mioqrafın sıxıcısında tutulur, aşil vətəri isə
qeydedici lingdən asılmış qarmağa keçirilir. Lingin ucu
kimoqrafın silindri üzərindəki kağıza toxundurulur. Sonra
orutaq siniri elektrodlar üzərinə qoyulur və ona tək-tək
qıcıqlar verilir. Əzələ təqəllüs etdikcə, lingi hərəkətə
gətirir və bu hərəkət kimoqrafın silindri üzərində qeydə
alınır. Alınan yazı tək təqəllüsün mioqramı adlanır, latent
(0,01san.), yığılma (0,05 san.) və boşalma (0,04 – 0,05
san.) dövrlərinə, həmçinin təqəllüsün müddətinə (0,1 –
0,11 san.) və hündürlüyünə diqqət yetirmək lazımdır.
36
Dövrəni saniyədə 30 – 40 dəfə bağlayıb açdıqda əzələyə
ritmiki tetanik qıcıqlar göndərilir; bunların təsiri altında
əzələ müəyyən vaxt yığılmış vəziyyətdə qalır.
Qıcıqlanmanı dayandırdıqda yığılan əzələ boşalmağa
başlayır. Əzələyə hər dəfə tam boşalmamış vəziyyətdə,
yəni qıcıq enən dövrə düşərsə, əzələ tamamilə boşalmamış
yenidən təqəllüs edir. Alınan hər bir təqəllüs özündən
qabaqkından hündür olur ki, buna superpazisiya və ya
yekunlaşmış təqəllüs deyilir.
Şəkil 32. Əzələ təqəllüsünün mioqramı:
1-tək təqəllüs; 2-dişli tetanus; 3-hamar tetanus;
4-optimum superpazisiya və ya yekunlaşmış.
Tək təqəllüs aldıqdan sonra, tədricən stimulyatorun
qıcıq sıxlığını tənzim edən dəstəyi döndərməklə qıcığın
sayı artırılır. Bu zaman dişli, sonra isə hamar tetanik
təqəllüsün mioqramı qeyd olunur.
37
Şəkil 33. Skelet əzələsinin tək təqəllüsünü
qeyd etmək üçün qurğu.
Saya əzələ təqəllüsünün yazılması
Saya
əzələlərin başlıca fizioloji xüsusiyyəti olan
toniki təqəllüsünü mədə-bağırsaq kanalından kəsilib
hazırlanmış preparatda öyrənmək daha əlverişlidir. Bunun
üçün qurbağanın qarın boşluğunu açıb mədəsini xaricə
çıxarır, sonra mədənin orta hissəsindən ön və arxa
divarları eninə kəsməklə diametri 4 – 5 mm olan həlqə
ayırırlar. Həlqənini köndələninə kəsib, selikli qişasını
qaşıyıb təmizləyir və mioqrafda asırlar. Preparat
qurumasın deyə onu fizioloji məhlulla isladırlar. Saya
əzələnin oyanıqlığının az olduğunu nəzərə alaraq,
preparata nisbətən qüvvəli elektrik qıcığı (50 – 100 m/san.
30 – 50 v) verilməlidir. İstər tək qıcıq və istərsə çox saylı
ritmiki qıcıqlar təsirindən saya əzələ toniki təqəllüs edir.
38
Saya əzələnin təqəllüsü qeydə alınarkən kimoqrafın
silindri yavaş fırlanma rejimində olmalıdır (şəkil 34).
Şəkil 34. Qurbağa mədəsi əzələsinin miaqramı:
1-tək qıcığın verildiyi an; 2-mioqram;
3-10 saniyə hesabı ilə vaxtın qeydi.
Saya
əzələnin uzun müddət (bəzən saatlarla) davam
edən təqəllüsünü (kontrakturasını) asetilxolin məhlulu
təsirilə də almaq mümkündür.
6 saylı iş. Əzələ təqəllüsü hündürlüyünün qıcıq sıx-
lığından, qüvvəsindən və temperaturdan
asılılığı
Qıcıq qüvvəsi dəyişməsinin əzələ təqəllüsünün
hündürlüyünə təsiri
Tək
əzələ
təqəllüsünün hündürlüyü qıcıq
qüvvəsindən asılı olaraq dəyişir. Belə ki, qıcıq qüvvəsi
artdıqca əzələ təqəllüsünün hündürlüyü müəyyən hüduda
qədər artır. Əzələ təqəllüsü maksimum hündürlüyə çat-
dıqdan sonra qıcıq qüvvəsinin artması təqəllüsün hün-
dürlüyünə təsir etmir. Əzələ bir çox əzələ liflərindən təşkil
olunduğu üçün oyanma əmələ gətirən zəif qıcıqların təsiri
altında əzələ liflərinin bir hissəsi yığılır, yığılmayan liflər
39
isə qeyri-fəal halda qalırlar. Qıcığın qüvvəsi artdıqca əzələ
liflərinin digər hissəsi fəallaşaraq oyanmağa başlayır.
Qıcıq qüvvəsi artdıqca, təqəllüsün hündürlüyü yüksəlir.
Şəkil 35. Qıcıq qüvvəsinin dəyişməsi zamanı
əzələ təqəllüsünün yazısı:
b-əzələ təqəllüsünün qeydi; 1-minimal təqəllüs; 2-6-subminimal
təqəllüs; 7-9-maksimal təqəllüs; b-qıcıq qüvvəsinin artması sxemi
(qıcıq qüvvəsi vahidləri şərti rəqəmlərlə); 0,5-subminimal qıcıq; 1-
maksimal qıcıq; 2-6-submaksimal qıcıqlar; 7-maksimal qıcıq;
9-10-maksimaldan yüksək qıcıqlar.
Lazım olan material və avadanlıqlar: stimulyator,
elektromioqraf, kimoqraf, universal ştativ, mantar lövhə,
elektrodlar, qayçı, pinset, sancaqlar, pipet, fizioloji məhlul
(0,6%), spirt lampası, soyuq fizioloji məhlul, pambıq,
qurbağa .
İşin gedişi.
Hazırlanmış sinir-əzələ preparatı mioqrafa bərkidilir
və oturaq sinir elektrodlar üzərinə qoyulur. Stimulyatorun
dəstəyini fırlatmaqla minimum qıcıq qüvvəsi müəyyən
edilir və təqəllüsün yazısı alınır. Sonra qıcığın qıvvəsi
artırılır və müxtəlif qüvvəli qıcıq təsirinə cavab olan
təqəllüsün mioqramı qeyd olunur. Qüvvələr münasibəti
qanuni əzələyə yalnız submaksimal qıcıqlar verilən zamanı
qeyd edilir.
Dostları ilə paylaş: |