77
Şəkil 62. Maksimum qüvvəli cərəyanın təsiri.
(Şərti işarələr 60-cı şəkildəkinin eynidir).
Qüvvətli cərəyanla qalxan istiqamətdə dövrə bağ-
lanan momentdə oyanma qabiliyyəti anod mühitinə paralel
gedir, ona görə də təqəllüs alınmır, ani momentdə təqəllüs
alınır, çünki paralel nöqtədə katod mühitində əzələdən
uzaqdır.
Şəkil 63. Qütbləşən elektrodlar.
78
Mərkəzi sinir sistemi
Mərkəzi sinir sisteminin bütün şöbələrini əmələ
gətirən sinir toxumalarının ən kiçik struktur və funksional
vahidi sinir hüceyrəsi – neyronudur. Beyin çox sadə və
mürəkkəb funksiyalar yerinə yetirir.
Mərkəzi sinir sistemi 2 böyük şöbəyə – baş beyin
və onurğa beyninə ayrılır. Onurğa beyini onurğa
kanalında, baş beyin kəllə qutusunda yerləşir. Sinir sis-
teminin təkamülü heyvanın inkişaf dərəcəsini göstərir.
Sinir sisteminin təkamülü 4 mərhələ keçmişdir: 1) səpkin
sinir sistemi (hidrada); 2) sapa oxşar sinir sistemi (me-
duzalarda); 3) düyün şəkilli sinir sistemi (yastı, sap,
həlqəvarı qurdlar, buğumayaqlılar, malyuskalar və s.); 4)
boru şəkilli sinir sistemi. Boru şəkilli sinir sistemi xordalı
heyvanlarda təsadüf edilir.
Mərkəzi sinir sistemi insan və heyvan orqanizminin
bütün hüceyrə, toxuma və orqanlarını funksional vahid
sistemdə birləşdirir. Mərkəzi sinir sistemi reseptorlar
vasitəsilə orqanizmin daxilində və xarici mühitdə baş
verən dəyişiklikləri qəbul edir, orqanizmlə xarici mühitin
qarşılıqlı əlaqəsini təmin edir. Belə əlaqə sadə reflektoru
və mürəkkəb davranış, psixi fəaliyyətin formalaşması yolu
ilə həyata keçirilir.
Belə ki, beyinə çatmış hissi oyanmalar qavranılır –
sintez və analiz edilir. Qavranış prosesi seçici və
məqsədyönlüdür. Belə ki, hissi sinir uclarında baş verən və
mərkəzi sinir sisteminə çatdırılan saysız-hesabsız və
müxtəlif siqnallara (efferent impulslar) seçici cavab verilir.
Hər hansı siqnala qarşı beyinin cavabı onu əmələ gətirdiyi
və hərəki sinirlərlə üzv və toxumalara göndərdiyi efferent
impulsların – «əmrlərin» sayəsində baş verir. Deməli,
79
orqanizmin bütün üzv və sistemlərinin fəaliyyəti mərkəzi
sinir sisteminin müntəzəm və dəqiq nəzarəti altındadır.
Mərkəzi sinir sisteminin fəaliyyətini öyrənmək
üçün bir neçə üsullardan istifadə edilir:
1) Ekstirpasiya üsulu mərkəzi sinir sisteminin
ayrı-ayrı şöbələrinin cərrahi yolla kəsib götürülməsinə
deyilir. Məsələn, onurğa beyninin vəzifəsini öyrənmək
üçün onu uzunsov beyindən ayırırlar və s.;
2)
Qıcıqlandırma üsulu ilə mərkəzi sinir sis-
teminin fəaliyyətini tədqiq etmək üçün mərkəzi sinir sis-
teminin ayrı-ayrı hissələrinə elektrik və ya kimyəvi
maddələrlə təsir edirlər. Qıcıqlandırma zamanı əmələ
gələn dəyişiklikləri müşahidə edirlər;
3) Elektrofiziloji tədqiqat üsulu, mərkəzi sinir siste-
mində cərəyan edən elektrik hadisələri prinsipinə əsaslanır;
4) Mərkəzi sinir sisteminin fəaliyyətini tədqiq etmək
üçün şərti və şərtsiz refleks üsulundan istifadə edirlər;
5) Elektroensofoloqrafiya, steriotaksis cihazı,
mikroelektrod texnikası və s. istifadə üsulları.
16 saylı iş. Refleks və refleks qövsünün təhlili
Əsas məqsəd refleks qövsünün hər hansı şöbəsinin
pozulması zamanı refleksin həyata keçirilə bilmədiyini is-
bat etməkdir. Refleks qövsündə mərkəzi sinir sisteminin
müxtəlif şöbələri iştirak edir. Beyinin fəaliyyətini
öyrənmək üçün onurğa beyni refleksləri və refleks
qövsünün morfoloji quruluşu təcrübə yolu ilə analiz
edilərək öyrənilir.
Orqanizmin xarici və daxili qıcıqlara mərkəzi sinir
sisteminin iştirakı ilə verdiyi cəld cavaba refleks deyilir.
80
Refleksin mərkəzi sinir sisteminin nəzarəti altında keçdiyi
yola refleks qövsü deyilir. Refleks qövsü iki və üç ney-
ronlu olur. Refleks qövsü aşağıdakı hissələrdən ibarətdir
(şəkil 64):
Şəkil 64. Refleks qövsünün sxemi: 1-reseptor;
2-afferent sinir lifi; 3-mərkəz; 4-efferent lif;
5-işcil üzv; 6-dönən afferentasiya.
1. Reseptor (mühiti hissə);
2. Afferent və ya hissi sinir, duyğu yolu və ya
mərkəzəqaçan sinir afferent neyron;
3. Mərkəzi sinir sisteminin bir hissəsi;
4. Efferent və ya hərəki sinir. Mərkəzəqaçan sinir;
5. Effektor və ya işçi orqan (əzələ, vəzi).
6. Dönən afferentasiya (P.K.Anoxinə görə dönən
əlaqələr).
Hər bir refleks müəyyən reseptorun qıcıqlanması
ilə başlayır. Qıcıqlanma reseptorlarda oyanma əmələ
gətirir; oyanmalar afferent sinir lifləri və ya afferent ney-
ronu ilə mərkəzi sinir sisteminə nəql olunur. Burada oy-
anmalara müvafiq əmələ gələn sinir impulsları efferent
sinirlər, efferent neyron vasitəsilə işçi üzvlərinə nəql ol-
unur. Bu zaman həmin üzvlərin fəaliyyəti dəyişir, yəni
81
əzələlər təqəllüs edir, vəzilər şirə ifraz edir və s.
Reflekslər orqanizmin halından, mərkəzi sinir sis-
teminin funksional vəziyyətindən, qıcıqlandırıcı amillərin
ritmi və qüvvəsindən asılı olaraq dəyişir.
Şəkil 65. 2- və 3-neyronlu reflektor qövsünün sxemi.
I-reseptor; II-afferent yol; III-mərkəzi sinir sistemi;
IV-efferent yol; V-effektor (işçi üzv). A-ikineyronlu qövsün sxemi; B-
üçneyronlu qövsün sxemi. 1-reseptor; 2-afferent yol;
3-onurğa beyin qanqlionu; 4-onurğa beyin; 5-ara neyron;
6-efferent neyronun hüceyrə cismi.
Lazım olan vəsait: Ştativ, mantar lövhə, qayçı,
pinset, sancaqlar, su, kimyəvi stəkan, 0,5% sulfat tur-
şusunun zəif məhlul (0,1 – 0,5-%-li H
2
SO
4
), qurbağa.
İşin gedişi:
1.Reseptorların refleks reaksiyasında əhəmiyyətini
öyrənmək üçün ştativdən asılmış spinal qurbağanın arxa
ətraflarından birinin barmaqları 0,5%-li H
2
SO
4
məhluluna
salıb bükmə refleksini müşahidə edirik; sonra həmin
ətrafın dizdən aşağı dərisini soyub, turşuya salırıq.
Təcrübədən görünür ki, dərisi olan ətraf qıcığa qarşı
bükmə refleksi ilə cavab verir, dərisi soyulan pəncə reak-
siya vermir.
82
2. Efferent sinirin refleksdə rolunu müşahidə etmək
üçün ətraflardan birinin oturaq siniri kəsilir. Siniri kəsilmiş
ətrafda əzələlərin tonusu itir. Həmin ətrafı 0,5%-li sulfat
turşusuna saldıqda bükmə refleksi müşahidə olunmur.
3.
İynəni spinal qurbağanın onurğa kanalına salıb, o
tərəf bu tərəfə tərpətməklə refleks qövsünün mərkəzi
hissəsini pozurlar. Bu əməliyyatdan sonra heç bir refleks
reaksiyası müşahidə olunmur.
17 saylı iş. Silmə, bükmə onurğa beyni reflekslərinin
müşahidəsi
Sadə onurğa beyni refleksini müşahidə etmək üçün
qurbağalardan istifadə edirlər. Bu məqsədlə qurbağanın üst
çənə ilə birlikdə başını kəsib atırıq. Sonra alt çənə prepa-
ratını ştativdəki qarmağa keçirib asırıq. Onurğa beyni
reflekslərini heyvan şok vəziyyətindən çıxdıqdan sonra
öyrənmək lazımdır. Spinal qurbağa üzərində adətən,
bükmə və silmə reflekslərini öyrənirlər.
Lazım olan vəsait: ştativ, qayçı, 0,5 və 1%-li sul-
fat turşusu məhlulları, 0,5%-li novakain məhlulu, xloro-
form, filtr kağızı, mantar lövhə, sancaqlar, içində su olan
stəkan, iki ədəd kimyəvi stəkan, çəkic.
İşin gedişi:
Bükmə refleksini müşahidə etmək üçün əvvəlcə
spinal qurbağanı ştativdən asırıq. Sonra arxa ətraf barmaq-
larını pinsetin ucu ilə sıxır, ya da sulfat turşusu məhlulu
(0,5 və 1a 1%-li məhlul) olan stəkana daxil edirik. Bu
qıcıqlardan hər birinin təsirinə qarşı ətraf əzələlərinin
təqəllüsü bukmə refleksi müşahidə edilir (şəkil 66).
83
Şəkil 66. A. Qurbağada onurğa beyni reflekslərinin müşahidəsi.
B. Onurğa beyin reflekslərinin reseptiv sahəsi; 1-bükmə; 2-silmə.
Silmə refleksini müşahidə etmək üçün sulfat tur-
şusunda (0,5%-li) isladılmış filtr kağızını (4 – 5 mm
2
) qur-
bağanın döş nahiyəsi dərisinə ön ətraflararası sahəyə
yapışdırırıq. Bu zaman spinal qurbağa ön ətraf pəncələrilə
döşünün dərisinə yapışdırılmış kağız parçasını silib, kənar
edir. Bu reaksiya silmə refleksidir. Sonra qurbağanı
bütövlükdə suya salıb, onun döşünün dərisindəki turşunu
yuyuruq.
İnsanda onurğa beyni refleksləri
Əzələdə, vətərlərdə və oynaqlarda yerləşən resep-
torların qıcıqlandırılması zamanı insanda bükmə və açma
refleksləri müşahidə olunur. Belə reflekslərə diz və aşil
refleksləri aiddir ki, bunların öyrənilməsinin əhəmiyyəti
84
vardır.
18 saylı iş. İnsanda diz və aşil refleksləri
İnsanda diz refleksini təcrübədə müşahidə etmək
üçün əvvəlcə insanı stulda sakitcə oturduruq. Sonra xüsusi
çəkiclə yüngülcə budun dördbaşlı əzələsinin vətərinə vuru-
ruq. Bu zaman diz oynağında açma hərəkəti müşahidə
ediləcəkdir. Diz refleksinin mərkəzi onurğa beyninin III və
IV seqmentləri səviyyəsində yerləşir (şəkil 67).
Şəkil 67. Diz refleksi qövsünün sxemi.
İnsanda aşil refleksini təcrübədə müşahidə etmək
üçün aşil vətərinə çəkiclə zərbə endirilir. Bu təsirdən
ayağın bükmə hərəkəti baş verir. Aşil refleksinin mərkəzi
onurğa beyninin I-II büzdüm seqmentindədir (şəkil 68).
85
Şəkil 68. Aşil refleksinin sxemi.
Hər hansı bir refleksin baş verməsi üçün həmin
refleksin qövsünün bütün hissələri morfoloji və fizioloji
cəhətdən salamat olmalıdır. Bunu aşağıdakı təcrübələrlə
sübut etmək olar.
Refleks qövsünün spinal qurbağa üzərində təhlili:
Lazım olan material və avadanlıqlar: spinal
qurbağa, ştativ, pinset, qayçı, 0,9, 0,5, 1%-li H
2
O
4
novakain məhlulu, filtir kağızı, mantar lövhə, su, stəkan,
çəkic, efir və s.
İşin gedişi:
86
1.Reseptorların refleks reaksiyasında əhəmiyyətini
öyrənmək üçün ştativdən asılmış spinal qurbağanın arxa
ətraflarından birinin barmaqlarını sulfat turşusu məhluluna
(0,5 %-li) salıb bükmə refleksini müşahidə edirik. Sonra
isə həmin ətrafın dizdən aşağı dərisini soyub atır və ya
yenidən turşuya daxil edirik. Təcrübə göstərir ki, salamat
qalmış ətraf qıcığa qarşı bükmə refleksi ilə cavab verdiyi
halda, dərisi soyulmuş pəncə belə reaksiya verməyəcəkdir.
2. Efferent və ya mərkəzdənqaçan sinirin refleksdə
rolunu müşahidə etmək üçün ətraflardan birinin oturaq sinirini
kəsirik. Sonra həmin siniri kəsilmiş ətrafı sulfat turşusuna daxil
edirik, ya da pəncəsini pinsetlə sıxaq. Bu zaman bükmə refleksi
müşahidə edilmir. Siniri salamat qalmış ətrafa verilən qıcığa
qarşı isə bükmə refleksi alınacaqdır.
3.
Onurğa beyni mərkəzinin refleksdə rolunu mü-
şahidə etmək üçün iynəni spinal qurbağanın onurğa
kanalına daxil edib, o tərəf bu tərəfə tərpətməklə beyini
(refleks qövsünün mərkəzi hissəsini) pozuruq. Bu
əməliyyatdan sonra nə bükmə, nə də silmə refleksi,
ümumiyyətlə, hər hansı qıcığa qarşı refleks reaksiyası
müşahidə etmək mümkün olmur.
19 saylı iş. Oyanmanın onurğa beynində irradiasiyası –
yayılması
Lazım olan material və avadanlıqlar: ştativ,
qayçı, pinset, filtr kağızı, mantar lövhə, sancaqlar, 0,1, 0,2,
0,3, 0,4, 0,5 və 1%-li sulfat turşusu məhlulları, su ilə dolu
stəkan, qurbağa, pambıq.
İşin gedişi: Oyanmanın MSS-də yayılmasına oyan-
manın irradiasiyası deyilir. Bunu təcrübədə müşahidə etmək
87
üçün spinal qurbağanı ştativdən asır və arxa ətraflardan
birinin pəncəsini zəif sulfat turşusu məhluluna daxil edirik.
Bu zaman yalnız turşuya saldığımız pəncə barmaqlarında
bükmə refleksi müşahidə edilir. Sonra ətrafı içində su olan
stəkana salıb yuyuruq və yenidən qüvvəli turşu (1%-li sulfat
turşusu) məhluluna daxil etməklə təcrübəni təkrar etdikdə
görürük ki, ən qüvvəli qıcığın təsirindən nəinki həmin ətrafın
əzələləri, həm də bədənin digər qrup əzələləri təqəllüs edir.
Bu təcrübə sinir mərkəzlərində oyanmanın geniş miqyasda
irradiasiyasının, generalizasiyasının nəticəsi olduğunu
göstərir.
20 saylı iş. Refleks müddəti və onun təyini
Respiratorların qıcıqlandırılması ilə alınan cavab
arasında keçən vaxta refleks vaxtı deyilir. Refleks vaxtı
refleks qövsünün hissələri arasında oyanmanın nəql
olunmasına sərf olunur. Bu vaxtın bir hissəsi reseptorların
qıcıqlanmasına, oyanmanın afferent sinirlər ilə mərkəzə
nəql edilməsinə, oyanmanın mərkəzi sinir sisteminin
daxilində neyronlar arasında analiz və sintez edilməsinə,
oyanmanın efferent sinirləri ilə işçi üzvə nəql olunmasına,
işçi üzvlərin fəaliyyətə gəlməsinə səbəb olur. Mərkəzi sinir
sistemi daxilində, yəni oyanmanın hissi neyrondan hərəki
neyrona keçməsinə sərf olunan vaxta həqiqi refleks vaxtı
deyilir.
Refleks vaxtı qıcığın qüvvəsindən və mərkəzi sinir
sisteminin funksional vəziyyətindən də asılıdır. Qıcıq
qüvvəli olduqda və sinir mərkəzlərinin oyanıqlığı yük-
səldikdə refleks vaxtı qısalır. Qıcıq zəifdirsə, mərkəzlərin
oyanıqlığı aşağıdırsa, refleks vaxtı o nisbətdə uzanır.
Lazım olan material və avadanlıqlar: Ştativ,
88
mantar lövhə, saniyəölçən, qayçı, pinset, 4 ədəd kimyəvi
stəkan, su, 0,1; 0,3; 0,5% H
2
SO
4
, pambıq, qurbağa.
İşin gedişi: Stəkanlara eyni miqdarda müxtəlif
qatılıqlı (0,1%, 0,3%, 0,5%) sulfat turşusu məhlulu töküb,
ştativdən asılmış qurbağanın pəncəsini əvvəlcə ən zəif
turşu məhluluna (0,1%), sonra isə növbə ilə digər
məhlullara (0,3%, 0,5%, 1%-li) salıb refleks vaxtı
metronom və ya saniyəölçən ilə təyin edilir (şəkil 69).
Şəkil 69. Refleks vaxtının təyin edilməsi.
Qurbağanın pəncəsini hər dəfə su ilə yuduqdan
sonra yeni qıcıq verilənə qədər bir neçə dəqiqə gözləmək
lazımdır. Alınan nəticələr cədvəldə qeyd olunur (cədvəl 5).
Cədvəl 5
Refleks vaxtı (san.)
H
2
SO
4
qatılığı %-lə
1 2 3
orta
vaxt
0,1
0,3
0,5
1
89
21 saylı iş. Onurğa beyin reflekslərinin ləngiməsi
Mərkəzi sinir sistemində ləngimə hadisəsini ilk dəfə
1862-ci ildə böyük rus fizioloqu İ.M.Seçenov kəşf
etmişdir. Fiziologiyada mərkəzi ləngimə adı ilə məhşur
olan bu kəşf İ.M.Çesenova bütün dünyada şöhrət
qazandırdı. Bir çox tədqiqatların nəticələrindən məlum ol-
muşdur ki, qıcığın qüvvəsi, ritmi, heyvanın halı və
mərkəzi sinir sisteminin funksional vəziyyətindən asılı
olaraq, oyanma və ya ləngimə hadisəsi əmələ gətirmək olar.
Bu 2 hadisə qarşılıqlı əlaqədə olub, mərkəzi sinir sisteminin
koordinasion fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir.
Sonralar ləngimə hadisəsini İ.P.Pavlov şərti reflekslər üsulu
ilə dərindən tədqiq etmiş, onun bir çox mühüm cəhətlərini
aydınlaşdırmışdır. Hal-hazırda müəyyən olunmuşdur ki,
presinaptik və ya postsinaptik sahələrdə hiperpolyarizasiya
və ya qüvvəli depolyarizasiya ləngimənin baş verməsində
xüsusi əhəmiyyətə malikdir.
Lazım olan material və avadanlıqlar: mantar
lövhə, skalpel, qayçı, ştativ, pinset, göz qayçısı, sancaqlar,
4 ədəd kimyəvi stəkan, H
2
SO
4
(0,1, 0,2, 0,5%-li) məhlulu,
NaCl kristalları, saniyəölçən, Ringer məhlulu, su ilə dolu
stəkan, pambıq, qurbağa.
İşin gedişi:
1. Seçenov təcrübəsi. Qurbağanın kəllə qapağı açı-
lır, ara beyin nahiyəsində görmə qabarları tapılır və
köndələn kəsiklə uc beyindən ayrılır.
90
Şəkil 70. Qurbağanın baş beyninin köndələn kəsiyinin ardıcıl
mərhələləri: 1-kəllə qutusunun yarılması; 2-baş beyin üzərinin
açılması.
Şəkil 71. Qurbağanın baş beyni: 1-qoxu sinirləri; 2-qoxu payları; 3-
beyin yarımkürələri; 4-ara beyin; 5-orta beyin; 6-beyincik;
7-uzunsov beyin.
Qurbağanı arxası yuxarı vəziyyətdə mantar lövhəyə
sancaqlar vasitəsilə bərkidirlər, kəllə qapağı sümükləri orta
tikiş boyu, sonra yanlara doğru kəsilir, uc beyin və görmə
qabarlarının üzəri açılır. Uc beyin kəsilib atılır və
qurbağanın baş beyninin beş şöbədən ibarət olduğu
91
görünür (şəkil 72).
Qurbağa alt çənəsindən ştativdən asılır və 15 dəqiqə
şokdan çıxması üçün gözlənilir. Arxa pəncənin bar-
maqlarını 0,1%-li H
2
SO
4
məhluluna salıb refleks müddəti
təyin edilir. 2-3 dəqiqədən sonra görmə qabarlarının
üzərinə NaCl kristalları qoyulur və yenidən refleks vaxtı
müəyyən edilir. Görmə qabarlarına NaCl kristallarının
qıcıqlandırıcı təsiri bükmə refleksi vaxtının uzanmasına
səbəb olur. Duz kristallarını kənar edib görmə qabarlarını
Ringer məhlulu ilə yuduqdan 4 – 5 dəqiqə sonra refleksin
əvvəlki vaxtı bərpa olunur.
Şəkil 72. İ. M. Seçenovun təcrübəsinin sxemi. NaCl kristallarının
görmə təpələrinə qoymazdan əvvəl ( I) və qoyandan sonra ( II).
2. Holts təcrübəsi. Spinal qurbağa ştativdən asılır,
pəncənin barmaqları 0,5 – 0,25%-li H
2
SO
4
məhluluna
92
salıb refleks vaxtı təyin edilir. Sonra qurbağanın bir
ətrafını pinsetlə sıxıb eyni vaxtda digər arxa pəncəsini
H
2
SO
4
məhluluna salırlar. 2 ətrafa eyni vaxtda qıcıq
verildikdə bükmə refleksinin ləngidiyi müşahidə olunacaq.
Pəncəni sıxmadıqda isə turşu təsirinə qarşı bükmə
refleksinin əvvəlki müddəti bərpa olacaq. Bu təcrübəyə
əsasən güman olunur ki, ləngimə hadisəsi mərkəzi sinir
sistemində iki oyanmanın və ya daha çox oyanmaların
toqquşması nəticəsində baş verir.
İ.İ.Pavlov şərti refreksləri kəşf etdikdən sonra aydın
oldu ki, davranış reaksiyalarının bütün mərhələlərinin
ümdə fizioloji əsası oyanma və ləngimə hadisələrinin
qarşılıqlı münsibətindən ibarətdir.
Şəkil 73. Holts təcrübəsi.
22 saylı iş. Mərkəzi sinir sisteminin oyanıqlığına
kimyəvi maddələrin təsiri
93
Bəzi kimyəvi maddələr həm mərkəzi, həm də
periferik sinir sisteminə təsir etməklə müəyyən neyronları
oyadır və müəyyən sinapsları blokadaya alır. Belə ki, ad-
renalin təsirindən isə xolinergiq neyronlar oyanır; amina-
zin təsirindən isə həm mərkəzi, həm də periferik adrener-
giq sistem müvəqqəti olaraq fəaliyyətdən düşür. Strixinin
təsiri ilə mərkəzi sinir sisteminin oyanıqlığının yüksəlməsi
mexanizmi ləngidici sinapsların blokadaya alınması və
ləngidici sinapsların oyandırıcı sinir mərkəzlərinin fizioloji
təsiri altından çıxmasından ibarətdir. Heyvana kiçik dozada
strixinin məhlulu yeritdikdən sonra, hətta zəif qıcıqlar belə
şiddətli oyanmaya səbəb olur.
Lazım olan material və avadanlıqlar: iki ədəd
qurbağa, şüşə örtük, boşqab, şpris, 1%-li strixinin-nitrat
məhlulu, qayçı, pinset, mantar lövhə, pambıq.
İşin gedişi:
Strixininin
təsirini təcrübədə müşahidə etmək üçün
əvvəlcə qurbağanı şüşə örtük altına qoyuruq. Sonra qurba-
ğanın pəncələrindən birinə qıcıq veririk. Bu qıcığa qarşı
ətrafın hərəkətini müşahidə edirik. Sonra qurbağanın dərisi
altına, ya limfa kisəsinə 2 ml 0,1%-li strixinin-nitrat
məhlulu yeridirik. 3 – 5 dəqiqə gözlədikdən sonra qurba-
ğanın dərisinə yüngülcə toxunuruq, yelpiklə yelləyir və ya
boşqabın qırağını pinsetlə taqqıldadırıq. Belə zəif qıcıqlara
qarşı intakt qurbağa reaksiya vermədiyi halda strixinin vu-
rulmuş qurbağa qüvvəli hərəkət reaksiyası ilə, hətta bütün
bədənin əsməsi ilə cavab verəcəkdir.
Digər qurbağanı şüşə örtük altına salıb yanına
xloroformda isladılmış pambıq qoyuruq və bir neçə
dəqiqədən sonra mərkəzi sinir sisteminin oyanıqlığı yox-
lanılır. Təcrübə göstərir ki, xloroformlu havada saxlanmış
qurbağanın refleks reaksiyaları zəifləmiş, hətta müvəqqəti
94
yox olmuşdur. Deməli, xloroform (narkotik) tənəffüs yol-
larından qanına keçib mərkəzi sinir sisteminin oyanıqlığını
endirmişdir.
23 saylı iş. Antaqonist əzələlərin resiprok sinirlənməsi
(Şerrinqton təcrübəsi)
Məlum olduğu kimi, bədəni təşkil edən eninə-
zolaqlı əzələlər vəzifələrinə görə bir neçə qrupa ayrılırlar.
Bu qruplar içərisində antaqonist əzələlər daha böyük
maraq kəsb edir. Antaqonist əzələlər qarşı-qarşıya durub
tamamilə əks istiqamətdə fəaliyyət göstərən əzələlərə dey-
ilir. Bu 2 qrup əzələlər arasında qarşılıqlı əlaqə vardır.
Belə ki, ətrafı bükən əzələlər yığıldığı zaman açıcı əzələlər
boşalır. Antaqonist əzələlər arasında olan bu qarşılıqlı
əlaqəyə səbəb mərkəzi sinir sisteminə oyanma və tor-
mozlanma hadisələrinin baş verməsidir.
1897-ci
ildə N.E.Vvedenski müəyyən etdi ki, sinir
mərkəzlərindən birinin, məsələn, ön ətrafın bükücü
əzələlərini tənzimləyən mərkəzi qıcıqlandırdıqda digər
yarımkürələrdəki eyniadlı mərkəzin oyanıqlığı enir. Həmin
mərkəzin antaqonisti olan mərkəzin oyanıqlığı yüksəlir.
Beləliklə, elmdə ilk dəfə olaraq antaqonist mərkəzlərin qar-
şılıqlı əlaqəsi, yəni respirok sürətdə dəyişməsi faktı
müəyyən edildi. Respirok sinirlənmə, müvafiq mərkəzlərdə
oyanma hadisəsi baş verdiyi zaman antaqonist mərkəzdə
ləngimə hadisəsinin əmələ gəlməsidir.
N.E.Vvedenski
ilk
dəfə resiprok sinirlənmənin
fizioloji mexanizmini müəyyən etdi.
Dostları ilə paylaş: |