58
əzələnin sakit vəziyyətindəki potensiallar fərqini sükunət
cərəyanı (sükunət potensialı), təqəllüs edən əzələdəki
potensiallar fərqini isə fəaliyyət cərəyanı (fəaliyyət
potensialı) adlandırdılar.
Sükunət və fəaliyyət potensialı
Toxumalarda
baş verən sükunət və fəaliyyət
cərəyanlarını həm bioloji, həm də fiziki üsullarla
öyrənmək mümkündür.
Adi
eksperimentdə sükunət potensialını Qalvani
təcrübələri, fəaliyyət potensialını isə Matteuççi təcrübəsi
vasitəsilə öyrənirlər.
1. Qalvaninin birinci təcrübəsi (metalla) ondan
ibarətdir ki, sinir-əzələ preparatına misdən və sinkdən
düzəldilmiş qalvani qövsünün toxundurması ilə əzələ
təqəllüs edir.
3
1
59
Şəkil 49. L. Qalvaninin birinci təcrübəsi:
1-onurğanın kaudal hissəsi və sinirlər; 2-arxa ətraflar;
3-ucları miss və sinkdən düzəldilmiş qalvani qövs.
Lazım olan material və avadanlıqlar: qalvani
qövsü, pinset, stimulyator, naqillər, qayçı, mantar lövhə,
sancaqlar, pipet, fizioloji və ya Ringer məhlulu, pambıq,
qurbağa.
İşin gedişi: Gövdənin onurğa hissəsindən və ona
birləşmiş arxa ətraflardan sinir-əzələ preparatı hazırlanır.
Preparatın dərisini soyduqda Oma-büzdüm kələfi və ondan
ayrılıb arxa ətraflara gedən sinirlər görünür. Bu sinirlərin
altından qalvani qövsünün bir ucunu salıb, digər ucunu isə
bud əzələlərinə toxundurduqda ətraf əzələlərinin təqəllüsü
müşahidə olunur.
2. Qalvaninin 2-ci təcrübəsi (metalsız). Mioqraf
üçün hazırlanmış sinir-əzələ preparatının birinin sinirini
digər əzələsinin zədələnmiş səthinə toxundurduqda, həmin
sinirlə üzvi əlaqəsi olan təqəllüs edir. Bu təcrübə bioloji
elektrikin varlığını şübhədən çıxartdı. Məlum olmuşdur ki,
sakit vəziyyətlə əzələnin səthi müsbət, daxili isə mənfi
elektrik yükü ilə yüklənir. Beləliklə, potensiallar fərqi
yaranır. Əzələnin sakit vəziyyətində potensiallar fərqi
sükunət potensialı, təqəllüs edən əzələnin potensiallar fərqi
fəaliyyət potensialı adlandırılmışdır.
Lazım olan material və avadanlıqlar: mantar
lövhə, şüşə lövhə, şüşə qarmaq, qayçı, pinset, filtir kağızı,
Ringer məhlulu, pambıq, qurbağa.
İşin gedişi: 2 sinir-əzələ preparatı hazırlanır. Bir-
inin diz oynağına yaxın nəli əzələsi köndələninə mantar
lövhə üzərinə qoyulur. Əzələnin kəsilmiş səthi filtr kağızı
60
ilə qurudulur. İkinci preparatın siniri və ya 1-ci preparatın
öz siniri şüşə qarmaqla əzələnin kəsilmiş və salamat
səthləri üzərinə atılır. Sinir əzələyə toxunan zaman onunla
üzvi əlaqəsi olan əzələ təqəllüs edir.
Şəkil 50. L. Qalvaninin ikinci təcrübəsi.
Şəkil 51. Qalvaninin ikinci təcrübəsinin sxemi:
1-kəsilmiş əzələ; 2-sinir-əzələ preparatı; 3-şüşə qarmaq.
3. Mateuççi təcrübəsi. Bu təcrübədən görünür ki,
elektrik qıcığı təsirilə təqəllüs edən sinir-əzələ preparatının
əzələsi üzərinə 2-ci preparatın sinirini qoyduqda, həmin
preparatın da əzələsi təqəllüs edir.
61
Lazım olan material və avadanlıqlar: stimulyator, sı-
xıcı, elektrodlar, pinset, Ringer məhlulu, pambıq, qurbağa.
İşin gedişi: Texniki elektrik qıcığının tətbiqilə apa-
rılan bu təcrübə çox sadə olsa da, fəaliyyət cərəyanının
varlığını sübut etməyin yararlı üsuludur. Şəkildə
göstərildiyi kimi hazırlanmış hər iki sinir-əzələ preparatı
bud sümüyü hissəsindən sıxıcıya bərkidilir. Preparatlardan
birinin siniri digərinin əzələsi üzərinə qoyulur və birinin
sinirinə tək-tək ritmik elektrik qıcıq verilir. Hər qıcığa
qarşı 1-ci preparatın və bunun ardınca 2-ci preparatın
təqəllüsü müşahidə olunur. Qıcığın sayını artırdıqda, hər
iki preparat tetanik təqəllüs edəcək. Uzun müddət
qıcıqlandırdıqda birinci preparat yorulur, 2-ci preparatda
təqəllüs etməyəcək.
Şəkil 52. Mateuççi təcrübəsinin sxemi: 1 – 1,2-ci
preparatlar; 2-sinirlər; 3-qıcıqlandırıcı elektrod.
Təcrübədən görünür ki, 1-ci preparatın təqəllüsünə
səbəb texniki elektrikdirsə, 2-ci preparatın təqəllüsü 1-ci
preparatın fəaliyyət potensialının qıcıqlandırıcı təsiri
altında baş verir.
Yoxlama üçün suallar
62
1.
Canlı toxumalarda elektrik potensiallar fərqinin
yaranma səbəbləri. İon qradientləri.
2.
Hüceyrələrin səthi membranı, onun xüsusiyyətləri.
3.
Membran potensialı, onun mənşəyi. Miqdarı və öl-
çülmə üsulları.
4.
Fəaliyyət potensialı; yaranma şəraiti.
Depolyarizasiyanın kritik səviyyəsi.
5.
İki – və birfazalı fəaliyyət potensialı.
6.
Fəaliyyət potensialının müddəti; qeydetmə üsulları.
7.
Fəaliyyət potensialının ion mexanizmi. «Hamısı və ya
heç nə» qanunu.
8.
K-Na nasosu; onun əhəmiyyəti.
9.
Sinir və əzələ lifləri ilə oyanmanın ötürülmə
mexanizmi. Fəaliyyət potensiallarının əhəmiyyəti.
10.
Sinirdən əzələyə oyanmanın ötürülməsi. Sinir-əzələ si-
napsının strukturu və funksiyası. Asetilxolinin rolu.
11 saylı iş. Qütbləşən və qütbləşməyən elektrodlar
Adi metaldan düzəlmiş elektrodlar vasitəsilə bir sıra
fizioloji tədqiqatları, xüsusən bioelektrik hadisələrini
öyrənmək çətinlik törədir. Ona görə ki, metaldan düzəlmiş
elektrodlar qütbləşmə hadisəsini törədir. Bu hadisəni
müşahidə etmək üçün sinir-əzələ preparatının sinirini
misdən düzəlmiş elektrodlar üzərinə qoyub, bildiyimiz
kimi, dövrəsini bağlayan və ya açan kimi preparat hərəkət
edəcək. Lakin dövrəni bağlı qoyduqda daimi cərəyan
preparatdan axdığı zaman, preparat hərəkət etməsə də, bir
dəqiqədən sonra elektrodu akkumulyatordan ayırıb,
uclarını bir-birinə toxundurduqda, əzələ hərəkət etməyə
başlayacaq (şəkil 63). Bu onu göstərir ki, daimi cərəyan
63
preparatdan axdıqda, elektrodların üzərində qütbləşmə
hadisəsini əmələ gətirir. Bununla əlaqədar dəqiq fizioloji
tədqiqatları aparmaq üçün, xüsusi qütbləşmə hadisəsi
verməyən elektrodlardan istifadə edilir (şəkil 53).
Şəkil 53. Qütbləşməyən elektrodlar: 1-şüşə borular; 2-ağ gildən
düzəldilmiş barmaqcıqlar; 3-doymuş ZnSO
4
məhlulu; 4-sink
lövhələr; 5-cərəyan mənbəyinə birləşdiriləcək naqillər.
64
Şəkil 54. Qütbləşməyən elektrodlar:
1-şüşə boru; 2-başmaq; 3-doymuş ZnSO
4
; 4-Zn lövhəsi; 5-naqillər.
Lazım olan material və avadanlıqlar: naqillər;
diametri 4 – 5 mm, uzunluğu 4 – 5 sm olan şüşə boru; 2
ədəd şüşə boru; diametri 2 mm, uzunluğu 3 – 4 sm olan 2
ədəd Zn lövhə; doymuş ZnSO
4
məhlulu; ağ gil tozu; qayçı,
pinset, stimulyator, fizioloji məhlul, pambıq, Zn
elektrodları, qurbağa.
İşin gedişi: Ağ gil tozu fizioloji məhlula qatılıb,
qatı palçıq hazırlanır və 2 şüşə borunun açıq uclarından
birini həmin palçıqla örtüb, ona başmaq forması verilir.
Sonra borulara doymuş ZnSO
4
məhlulu doldurub və Zn
lövhələri boruya daxil edilir. Hər lövhəyə lehimlənmiş adi
naqil cərəyan mənbəyinə birləşdirilir.
Bu cür düzəldilmiş elektrodun gil ucuna başmaq
forması verilir. Ondan ötrü ki, bunların üzərinə qoyulan
preparatın siniri kənara sürüşməsin. ZnSO
4
məhlulu gil
təbəqəsindən keçə bilmədiyindən üzərinə qoyulmuş sinirin
65
oyanıqlığı və keçiriciliyi normal qalır; elektrik cərəyanı bu
təbəqələrin hər birindən asanlıqla keçib sinirə təsir edir.
ZnSO
4
məhlulundan sabit cərəyan keçərkən
dissosiasiya hadisəsi baş versə də, məhlula daxil edilmiş
elektrod Zn lövhəsi olduğuna görə qütbləşmə hadisəsi baş
vermir. Təcrübə zamanı başmaqcıqlar nəm olmalı və bir-
birindən 10 – 15 mm aralı qoyulmalıdır.
Qıcıqlanma qanunları
12 saylı iş. Qıcığın qradiyent qanunu və akkomodasiya
hadisəsi
Sabit
cərəyanın oyandırıcı təsiri yalnız o zaman
nəzərə çarpır ki, onun qüvvəsi tədricən deyil, ani vaxt
ərzində artır, ya azalır. Bu hadisə 1844-cü ildə Dyu-Bua-
Reymon tərəfindən qıcığın qradiyent qanunu kimi təsvir
edilmişdir. Deməli, qıcığın qradiyenti dedikdə, onun
qüvvəsinin hansı tezliklə yüksəlməsi nəzərdə tutulur. Bu
tezliyin vahid zaman ərzində artımı diri toxumanın qıcığa
qarşı reaksiyasının yavaş ya tez icrasının şərtidir. Başqa
sözlə desək, oyanmanın yüksəliş tezliyi qıcığın
qradiyentindən asılı olur, qradiyent azaldıqca oyanma
prosesi yavaş yüksəlir və əksinə. Belə ki, məsələn,
preparatın sinirinə mexaniki zərbəni cəld endirdikdə,
yüksək dərəcəli isti və aşağı dərəcəli soyuq ani zaman
ərzində təsir göstərdikdə əzələ təqəllüsü müşahidə edilir.
Lakin sinirə mexaniki təzyiq tədricən artırıldıqda, sinir
tədricən soyudulduqda və qızdırıldıqda əzələ təqəllüs
etmir. Toxumada tədricən artmaqda olan qıcığa qarşı
adaptasiya müşahidə olunur ki, buna akkomodasiya
66
deyilir. Avtomatiya qabiliyyəti yüksək olan əzələlərdə
akkomodasiya nisbətən zəif olduğundan skelet əzələsində
akkomodasiya meyli ürək əzələsinə və saya əzələyə
nisbətən artıqdır. Hiperbola qanununun sabit cərəyanın
minimal qıcıq qüvvəsi təsirinə müvafiq gəlir. Odur ki,
cərəyanın qüvvəsi çox olduqca, o nisbətdə oyanmanın
latent dövrü azalmış olur.
Təcrübə göstərir ki, cərəyanın tədricən zəifləməsi za-
manı dövrənin açılma anı təqəllüs mümkün olmur. Deməli,
daimi cərəyan qüvvəsinin hansı sürətlə dəyişməsi toxumanın
oyanma prosesi üçün xüsusi əhəmiyyət kəsb edir.
13 saylı iş. Oyanmanın qütb qanunu
Məlum olduğu kimi cərəyan daxili dövrədə müsbət
qütbdən, mənfi qütbə tərəf, xarici dövrədə isə mənfidən
müsbətə doğru axır. Odur ki, yan-yana qoyulmuş
elektrodlarda qütblərdən hansının
əzələyə yaxın
olmasından asılı olaraq cərəyanın istiqamətini təyin etmək
mümkündür.
67
Şəkil 55. Sabit cərəyanın qütb təsirini və elektrotonu öyrənən qurğu.
Qütblər qanununu isbat etmək üçün yalnız orta qüvvəli
cərəyandan istifadə edilir. Orta qüvvəli daxili cərəyan vasitəsi
ilə sinir-əzələ preparatını qıcıqlandırdıqda oyanma həm dövrəni
bağlayan kimi, həm də açan kimi alınır.
Məlum olduğu kimi, dövrənin bağlandığı anda olan
oyanma və dövrə bağlı vəziyyətdə ikən qıcıq qüvvəsinin
sürətlə artırıldığı anda müşahidə edilən oyanma katod
qütbünün toxumaya təmas etdiyi yerdə baş verir. Lakin
dövrənin açıldığı və dövrə açıq ikən cərəyan qüvvəsinin
tez sürətlə azaldığı anlarda oyanmanın yeri anod qütbünün
toxumaya təmas etdiyi sahədir. Oyanma qütblərarası
sahədə və bütün lif boyu deyil, müəyyən şərtlərə müvafiq
olaraq, qütblərdən birində baş verir, sonra isə yayılmağa
başlayır. Oyanmanın sabit cərəyan qütbləri təsir etdiyi
sahədə baş verməsinə oyanmanın qütb qanunu deyilir.
Lazım olan material və avadanlıqlar: stimulyator,
qütbləşməyən elektrodlar, mantar lövhə, elektrodlar, qayçı,
pinset, sancaqlar, ştativ, liqatura, 0,6%-li fizioloji məhlul,
ammonyak məhlulu, pambıq, qurbağa.
İşin gedişi:
1.
Sinir-əzələ preparatının sinirini qütbləşməyən
68
elektrodların üzərinə qoyub, əzələyə yaxın qütbü müəyyən
edirlər. Anod qütbü əzələyə yaxın olarsa, cərəyan qalxan
istiqamətdə, əksinə katoda yaxın olarsa, cərəyan enən
istiqamətdə olur. Oyanmanın qütblərdə əmələ gəldiyini
isbat etmək üçün interpolyar nöqtəni müəyyən etmək
lazımdır. Sonra dövrənin açılma və bağlanması zamanı
təqəllüsə səbəb olan orta qüvvəli qıcıq müəyyən edilir.
Əgər həm dövrəni açanda, həm də bağlayanda əzələ
təqəllüs edirsə, deməli, cərəyan orta qüvvəli sabit
cərəyandır. Bunun ardınca iki elektrod arasında qalan
interpolyar (orta) məsafənin müəyyən nöqtəsində üzərinə
ammonyak məhlulu ilə isladılmış tampon qoyulur. 2 – 3
dəqiqədən sonra ammonyak təsirindən sinir həmin yerdə
zəhərlənir (sinirin keçiriciliyi pozulur). Bundan sonra
dövrəni həm açıb, həm də bağladıqda, təqəllüs alınmır.
Təqəllüsün alınması cərəyanın axma istiqamətindən asılı
olur. Cərəyanın istiqaməti enən olduğu zaman preparat
yalnız dövrənin bağlandığı, əksinə qalxan istiqamətdə
olduqda dövrənin açıldığı an təqəllüs edəcək.
Təqəllüsün olduğunu (+) və olmadığını (-) işarəsi
ilə qeyd edərək təcrübənin nəticələri aşağıdakı cədvəldə
verilmişdir.
Cədvəl 3
Oyanmanın qütb qanunu
Enən cərəyan Qalxan
cərəyan
Təcrübənin
şərti
bağlanma açılma bağlanma açılma
Siniri zəhər-
ləyənə qədər
+ + + +
Siniri
zəhərlədikdən
sonra
+ - - +
69
Şəkil 56. Sabit cərəyanın təsiri ilə qütb qanununu
göstərən təcrübənin sxemi.
Oyanmanın qütb qanununu nümayiş etdirmənin
belə bir üsulu da təklif edilmişdir. Şəkildə göstərildiyi ki-
mi, fəqərə sütununun büzdüm hissəsində əlaqələri
saxlanılmış arxa pəncələrdən ibarət iki sinir-əzələ preparatı
hazırlanır. Bunları əlaqələndirən fəqərə daxilində olan
onurğa beyni hissəsi iynə vasitəsilə pozulur və odur ki,
həmin hissədən impuls keçə bilmir. Sonra preparatlardan
birinin siniri anod, digərininki isə katod üzərinə qoyulur.
Dövrə bağlanarkən preparatlardan birinin, açılarkən isə
digərinin əzələsi təqəllüs edir.
14 saylı iş. Fizioloji elektroton
Keçən təcrübədən məlum olduğu kimi orta qüvvəli
cərəyan ilə sinir-əzələ preparatını qıcıqlandırdıqda, təsir
yalnız dövrəni bağlayan və ya açan an alınır. Təcrübə
göstərir ki, sabit cərəyan arasıkəsilmədən daima sinir və ya
əzələdən axdıqda, onların oyanma və oyanmanı nəqletmə
qabiliyyəti dəyişir. Bu dəyişikliyə fizioloji elektroton dey-
ilir. Bu hadisənin qütblərdə baş verməsinə müvafiq olaraq
katelektraton və anelektroton ayırd edilir. Cərəyanın
qüvvəsindən, bağlanan və açılan andan asılı olaraq
fizioloji elektroton dəyişir. Dövrə bağlanan an oyanma və
70
oyanmanı nəqletmə qabiliyyəti katod qütbündə yüksəlir,
anod qütbündə enir. Buna katelektroton deyilir (şəkil 58).
Dövrə açılan anda oyanma və oyanmanı nəqletmə
qabiliyyəti anod qütbündə qalxır, katod qütbündə isə enir;
bu hadisəyə anelektroton deyilir (şəkil 57).
Lazım olan material və avadanlıqlar: stimulyator,
qütbləşməyən elektrodlar, adi elektrodlar, mantar lövhə,
qayçı, pinset, sancaqlar, fizioloji məhlul, pambıq, qurbağa.
İşin gedişi:
1. Sinir-əzələ preparatının siniri qütbləşməyən elek-
trodların üzərinə qoyulur və dövrə elə qoşulur ki,
cərəyanın istiqaməti enən (katoda yaxın) olsun.
Şəkil 57. Anelektrotonu öyrənmək üçün qurğu:
I-elektrodların yerləşmə sxemi: A-sabit cərəyan ilə qıcıqlandırmaq
üçün elektrodlar; B-ritmik induksion cərəyan ilə qıcıq üçün;
II-elektrotonun yaranıb yox olan an əzələnin tetanik təqəllüsünün
dəyişməsi; a-əzələnin təqəllüsü; b-ritmik induksion cərəyan ilə
qıcığın qeydi; c-sabit cərəyanın açıb bağlama qeydi.
Stimulyatorda sabit cərəyanın orta qüvvəsini seçib,
dövrəsini açır və katod qütbünə yaxın yerdə sinir üzərinə
71
dəyişən cərəyan elektrodları qoyulur. Dəyişən cərəyanın
qıcıq qapısı müəyyən edilib, nəticə qeyd edilir. Sonra sabit
cərəyan dövrəsi bağlanır; 10 – 15 saniyədən sonra dəyişən
cərəyanın qıcıq qapısı təyin olunur. Dəyişən cərəyanın
qıcıq qapısı azalmırsa, sabit cərəyan dövrəsi bağlanır; 10 –
15 saniyədən sonra dəyişən cərəyanın qıcıq qapısı yenidən
təyin edilir.
Təcrübədən görünür ki, katod qütbündə qıcıq qapısı
enmişdir, yəni oyanıqlıq və keçiricilik yüksəlmişdir.
Qütblərin sinir üzərində yeri dəyişdirilir (anoda yaxın),
dövrə bağlanır, 10 – 15 saniyə sonra dəyişən cərəyanın
qıcıq qapısı yenidən qeyd edilir. Dövrənin bağlı
vəziyyətində anod qütbündə sabit cərəyanın qıcıq qapısı
yüksəlir, yəni sinirin oyanıqlığı və keçiriciliyi zəifləyir.
Şəkil 58. Katelektrtonu öyrənmək üçün qurğu:
I-elektrodların yerləşmə sxemi; A-sabit cərəyan ilə qıcıqlandırıcı
elektrodlar; B-ritmik induksion cərəyan ilə qıcıqlandırmaq üçün; II-
katelektronun yaranıb və yox olan an əzələnin tetanik təqəllüsünün
72
dəyişkənliyi; a-əzələnin təqəllüsü; b-ritmik induksion cərəyan ilə
qıcığın qeydi; c-sabit cərəyanın açma qeydi.
2.
Skelet
əzələsinin tetanik təqəllüsünü kimoqrafda
qeyd edib, qalxan və enən istiqamətdə qüvvəli sabit cə-
rəyan dövrəsini bağlayıb, təcrübəni təkrarlayırlar. Katod
qütbü əzələyə yaxın olarsa tetanik təqəllüsün hündürlüyü
artacaq, anod qütbü yaxın olduqda azalacaq və ya əzələ
tam boşalacaq.
3.
Sinir-əzələ preparatının sinirini qütbləşməyən
elektrodlar üzərinə qoyub dövrəni elə qoşurlar ki, cərə-
yanın istiqaməti qalxan olsun. Stimulyatorda dəstəyin
yerini dəyişməklə cərəyanın qüvvəsi maksimuma
çatdırılır. Sonra sabit cərəyan dövrəsini açır və onurğa
beyninə yaxın hissədə sinirin üzərinə NaCl kristalları
qoyulur. Müəyyən müddətdən sonra kimyəvi qıcıq təsiri
altında preparatın tetanik təqəllüsü müşahidə olunur. Bu an
sabit cərəyan dövrəsini bağladıqda anod qütbündə
oyanıqlıq və keçiricilik kəskin enir, oyanma əzələyə nəql
oluna bilmir, əzələ boşalır, təqəllüs etmir.
Şəkil 59. Fizioloji elektroton təcrübəsinin sxemi:
1-sabit cərəyan elektrodları; 2-NaCl kristalları.
73
15 saylı iş. Pflügerin təqəllüs qanunu
Bildiyimiz kimi orta qüvvəli daimi cərəyan ilə
toxumaları qıcıqlandırdıqda oyanma yalnız dövrəni bağ-
layan və ya açan an əmələ gəlir. Cərəyanın qüvvəsini
dəyişdirdikdə oyanmanın əmələ gəlməsi bu qanuna tabe
olmur. Pflüger müəyyən etmişdir ki, sabit cərəyan to-
xumaya təsir etdikdə toxumanın verdiyi cavab cərəyanın
qüvvəsindən, istiqamətindən və verilmə anlarından
asılıdır.
Pflügerin
təqəllüs qanunu, qütblər və fizioloji elek-
troton qanunları ilə izah edilir (şəkil 57, 58, 59).
Lazım olan material və avadanlıqlar: stimulyator,
qütbləşməyən elektrodlar, qayçı, pinset, mantar lövhə,
sancaqlar, mioqraf, fizioloji məhlul, pambıq, qurbağa.
İşin gedişi. Normal əzələdə təqəllüsün əmələ
gəlməsi 3 şərtdən asılıdır: 1 – cərəyanın qüvvəsindən, 2 –
cərəyanın istiqamətindən, 3 –momentdən, cərəyanın
qüvvəsi zəif, orta və qüvvəli, cərəyanın istiqaməti qalxan,
enən və bağlanan, açılan momentlərdən asılıdır.
Zəif cərəyanda katelektroton, anelektrotondan
qüvvəli olur. Orta cərəyanda kateelektroton anelektrotona
bərabər olur. Qüvvəli cərəyanda anelektroton katelektro-
tondan qüvvəli olur.
Zəif cərəyanda cərəyanın istiqamətindən aslılı ol-
mayaraq dövrə bağlanan momentlərdə təqəllüs var, açılan
momentlərdə isə yoxdur.
Orta
cərəyanda cərəyanın istiqamətindən asılı ol-
mayaraq hər iki momentdə təqəllüs var. Qüvvəli cərəyanda
enən istiqamətdə dövrə bağlanan momentdə təqəllüs var,
açılan momentdə yoxdur. Qalxan istiqamətində isə dövrə
74
bağlanan moment təqəllüs yoxdur, açılan momentdə var.
Təcrübə aşağıdakı cədvəldə göstərilən nəticələri
verəcəkdir. Həmin cədvəldə əzələnin təqəllüs etdiyi «+»,
etmədiyi «-» işarəsi ilə göstərilmişdir.
Cədvəl 4
Cərəyanın
enən istiqaməti
Cərəyanın
qalxan istiqaməti
Cərəyanın
qüvvəsi
Bağ. Açı. Bağ. Açı.
Zəif cərəyan + -
+
-
Orta cərəyan + +
+
+
Qüvvətli cərəyan +
-
-
+
Cədvəldən göründüyü kimi, cərəyan zəif olduqda,
istiqamətdən asılı olmayaraq dövrə bağlanan an təqəllüs
edir, dövrə açılan anda isə təqəllüs olmur. Deməli,
cərəyanın qüvvəsi zəif olduqda, dövrə bağlanan an katod
qütbünün toxunduğu yerdə sinirdə baş verən oyanma
kifayət səviyyəyə yüksələ bilib, əzələni təqəllüsə gətirdiyi
halda, dövrə açılan an anod qütbündə oyanma əzələni
təqəllüs etdirəcək səviyyəyə çata bilmir (şəkil 60).
75
Şəkil 60. Zəif cərəyanın təsiri. Enən istiqamət:
I-dövrə bağlanan an; II-dövrə açılan an. Qalxan istiqamət:
III-dövrə bağlanan an; IV-dövrə açılan an, a-oyanmanın kritik
səviyyəyə yüksəlməsi; b-sinir-əzələ preparatı; v-oyanıqlığın
və keçiriciliyin kritik səviyyəyə enməsi.
Zəif cərəyan ilə enən istiqamətdə dövrəni bağlayan
momentdə katod mühitində əmələ gələn oyanma qabiliyyəti,
oyanma xəttini keçdiyi üçün təqəllüs alınır. Dövrəni açan
momentdə anod mühitində əmələ gələn oyanma qabiliyyəti a
xəttinə çatmır və təqəllüs əmələ gətirmir.
Zəif cərəyanda katelektroton anelektrotondan qüvvəli
olduğu üçün indeferent nöqtə anoda yaxın olur.
76
Şəkil 61. Orta cərəyanın təsiri.
(Şərti işarələr 60-cı şəkildəkinin eynidir).
Orta
cərəyanla enən istiqamətdə dövrə bağlanan
momentdə və açılan momentdə oyanma qabiliyyətləri hər
iki mühitdə a xətlərini keçdikləri üçün təqəllüs alınır.
Katelektroton anelektrotona bərabər olduğu üçün
indeferent nöqtə ortaya düşür.
Qüvvəli cərəyanla enən istiqamətdə dövrəni bağ-
layan momentdə katod mühitində əmələ gələn oyanma
qabiliyyəti əzələyə nəql olunur, təqəllüs əmələ gətirir.
Dövrəni açan momentdə anod mühitində əmələ gələn
oyanma qabiliyyəti katod mühitində C xəttini keçdiyi üçün
katod mühitini müvəqqəti paralic edir və təqəllüs alınmır.
Qüvvəli cərəyanda anelektroton katelektrotondan qüvvəli
olduğu üçün indeferent nöqtə katoda yaxın yerləşir.
|