Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


Şəkil 132. Havanın ehtiyat həcmini təyin edən cihazın sxemi



Yüklə 6,71 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix01.01.2017
ölçüsü6,71 Mb.
#4074
1   ...   9   10   11   12   13   14   15   16   17

 
Şəkil 132. Havanın ehtiyat həcmini təyin edən cihazın sxemi: 
1 – ağciyər sxemi; 2 – spirometr. 
 
 Ehtiyat 
havanın həcmini təyin etmək üçün sakit 
tənəffüs zamanı bir neçə saniyə ərzində tənəffüsü saxlayıb, 
spirometrə  dərindən nəfəs vermək lazımdır. Bu zaman 
şkalanın göstərdiyi səviyyə ehtiyat havanın həcmi hesab 
edilir. 

 
227
 
Tənəffüs,  əlavə  və ehtiyat havaların cəmindən 
ibarət ağciyərlərin həyat tutumu, bilavasitə spirometr 
vasitəsilə müəyyən edilən həyat tutumu ilə müqayisə 
edilir. Fərq 10%-dən artıq olmazsa, nəticələr düzgün hesab 
edilir. 
 
Quru spirometrin iş prinsipi çox sadədir. Cihazı 
başlanğıc vəziyyətinə  gətirib, munduştuk vasitəsilə 
spirometrlə nəfəs verdikcə əqrəb hərəkət edir və dayandığı 
səviyyə spirometrdən keçən havanın həcmini göstərir. 
 
 
62 saylı  iş. Tənəffüs zamanı  ağciyərlərin həcminin 
dəyişməsi (Dondersin təcrübəsi) 
 
 
Tənəffüsün bütün həyatı boyu baş verməsinə səbəb, 
alviol boşluğundakı havanın təzyiqinin atmosfer 
təzyiqindən az olması zamanı  nəfəsalmanın,  əksinə, yəni 
çox olduqda isə  nəfəs vermənin uzunsov beyindəki 
tənəffüs mərkəzi tərəfindən tənəffüs əzələlərinin reflektoru 
yolla tənzim olunmasıdır. 
 Atmosfer 
təzyiqi bütün cisimlərə  təsir etdiyi kimi 
ağciyərlərin daxili divarına da təsir edir; lakin bu təzyiq 
ağciyərlərdə əks təzyiqə rast gəlir və atmosfer təzyiqindən 
az olduğu üçün mənfi təzyiq adlanır.  
 
Mənfi təzyiqin orqanizmin həyatı üçün böyük 
əhəmiyyəti var (qanın qan damarları ilə  hərəkəti üçün, 
qanın venalar ilə yuxarı  hərəkət etməsinə, ümumi dövran 
ilə qanın axmasına kömək edir). Mənfi təzyiq sakit 
nəfəsalma zamanı 7 – 9 mm c.s. bərabər olduğu halda, 
dərin nəfəsalma zamanı mənfi 30 mm c.s. qədər azalır. 
 
Nəfəsalma ağciyərlərin genişlənməsi sayəsində baş 
verir və döş qəfəsinin 3 istiqamətdə böyüməsi nəticəsində 
 
228
meydana çıxır. Tənəffüs  əzələlərinin yığılması, döş 
qəfəsinin böyüməsinə səbəb olur. Qabırğaarası əzələlər və 
diafraqmanın yığılması sayəsində döş qəfəsi arxadan önə, 
sakital, yanlara frontal və yuxarıdan aşağı vertikal 
istiqamətdə böyüyür. Döş qəfəsinin böyüməsi ağciyərlərin 
genişlənməsinə  səbəb olur. Bu zaman ağciyərlərdə hava 
seyrəkləşir, bununla da təzyiq azalır, nəfəsalma aktı baş 
verir. Nəfəsalma aktından sonra nəfəsvermə aktı başlayır. 
Döş qəfəsinin kiçilməsi ağciyərlərin sıxılmasına, bu da öz 
növbəsində alveol daxili təzyiqin artmasına, bununla da 
havanın ağciyərlərdən xaric olmasına, yəni nəfəsverməyə 
səbəb olur. Nəfəsalma və  nəfəsvermə aktlarının 
növbələşməsi neyrohumoral yol ilə tənzim olunur. 
 Lazım olan material və avadanlıqlar: qurbağa, 
Donders modeli. 
 
İşin gedişi: Nəfəsalma və  nəfəsvermə aktlarında 
diafraqma  əzələsinin rolunu ağciyərlərin hərəkətini mü-
şahidə etmək üçün Donders modelindən istifadə edilir. 
Dibinə rezin pərdə çəkilmiş şüşə balon götürülür. Balonun 
ağzı 2 ədəd boruya keçirilmiş mantar tıxacla bağlanır. 
Borulardan biri su manometrlə birləşdirilir və balonun 
daxilindəki təzyiqin dəyişməsini qeyd etmək mümkün 
olur. Digər borunun xaricindəki ucu açıq qalır, balon 
daxilindəki ucuna isə  ağciyər modeli kimi götürülmüş 
rezin qovuqcuq və ya dovşan və qurbağanın döş 
qəfəsindən çıxarılmış ağciyərlər bağlanır.  
 
Balonun dibini örtən və diafraqmanı xatırladan 
rezin pərdəni aşağı dartdıqda, həcm artdığı üçün balonun 
boşluğunda təzyiq enir. Bu zaman xarici mühitdə atmosfer 
təzyiqi balondakı təzyiqdən yüksək olduğu üçün xarici ucu 
açıq olan şüşə borudan hava rezin qovuqcuqlara dolub onu 
şişirdir. Deməli, nəfəs alma baş verir. Rezin pərdəni 

 
229
əvvəlki vəziyyətinə qaytardıqda balon daxilində  təzyiq 
artdığı üçün qovuqcuqlar sıxılır və daxilindəki havanın bir 
qismi xaricə qovulur. Bu vəziyyət nəfəs verməyə uyğun 
gəlir. 
 
 
 
 
Şəkil 133. Donders modeli: 1-içərisində qurbağanın ağciyərləri olan 
balon; 2-rezin pərdə; 3-üçlük; 4-sıxıcı; 5-manometr. 
 
 
 
Qovuqcuğun belə dolması  nəfəsalmanı, boşalması 
isə nəfəsverməni xatırladır. Bu modeldə balonun divarları 
döş qəfəsini, rezin qovuqcuqlar ağciyərləri, balonun dibinə 
çəkilmiş rezin pərdə isə diafraqmaya uyğun gəlir. 
 
 
 
230
63 saylı  iş. Qabırğaarası  əzələlərin  tənəffüs üçün 
əhəmiyyəti 
 
 Qabırğarası  əzələlərin periodik yığılıb boşalmaları 
tənəffüs hərəkətlərinə  səbəb olur. Xarici qabırğaarası 
əzələlər çəp vəziyyətdə yuxarı qabırğaların aşağı 
kənarından başlayır, aşağı qabırğaların yuxarı  kənarına 
bağlanır. Qabırğarası sinirlərin gətirdiyi hərəki impulsların 
sayəsində xarici qabırğaarası  əzələlərin yığılması maili 
vəziyyətdə olan qabırğalardan yuxarı qalxaraq üfüqi 
vəziyyət alırlar. Bu zaman döş qəfəsi öndən arxaya saqital 
istiqamətdə böyüyür. Daxili qabırğaarası  əzələlər kimi, 
xarici qabırğaarası  əzələlər də döş sümüyü tərəfindən 
başlayaraq, daxili qabırğaarası  əzələlərin  əksinə olaraq 
qabırğa arasında çəp vəziyyətdə yerləşirlər. Bu əzələlərin 
yığılması döş  qəfəsinin öndən arxaya tərəfə kiçilməsinə 
səbəb olur. 
 
Lazım olan material və avadanlıqlar:  ştativ, 
rombşəkilli taxta çərçivə, sancaqlar, qayçı, pinset, 
stimulyator, elektrod, qurbağa. 
 
İşin gedişi: Qabırğaların təsir fəaliyyətini müşahidə 
etmək üçün diametri 8 – 10 mm qalınlığı 2 – 3 mm olan 
taxtadan çərçivə düzəldilir. Çərçivədə taxtalar bir-birinə 
romb  şəklində  bənd edilir ki, kiçik təsirdən çərçivə romb 
şəklində  dəyişib dördbucaq şəklinə düşə bilsin. Sonra 
qurbağanın arxa ətraflarından hazırlanmış sinir-əzələ 
preparatı  çərçivənin üst və alt kənarları arasına arxadan 
önə, yuxarıdan aşağıya istiqamətdə birləşdirilir. Preparata 
qıcıq vermək üçün stimulyator ilə əlaqəli olan elektrodlar-
dan istifadə edilir. Çərçivənin üst və alt kənarı qabırğaları, 
ön kənarı döş sümüyünü, ştativə bağlı  kənarı onurğa 
sütununu,  əzələ preparatı isə xarici qabırğaarası  əzələləri 

 
231
xatırladır. 
 
 
Şəkil 134. Qabırğaların hərəkətini təsvir edən modelin sxemi. 
 
 Preparata 
tetaniki 
qıcıq verdikdə çərçivənin forması 
dördbucaq şəklinə düşür; bu zaman onun ön kənarı yuxarı 
önə doğru hərəkət edir, bu da döş  qəfəsinin böyüməsinə 
bənzəyir. 
 
 
 
232
VII FƏSİL 
 
İFRAZAT 
 
 Maddələr mübadiləsinin son məhsullarının 
orqanizmdən xaric edilməsində mədə-bağırsaq sistemi, tər 
vəziləri, böyrəklər, ağciyərlər iştirak edirlər. Bu orqanların 
fəaliyyəti nəticəsində su, karbon qazı, sidik cövhəri, sidik 
turşusu, kreatin, südturşusu, sirkə turşusu, aseton, 
xloridlər, fosfatlar, nitratlar, bikarbonatlar və başqa 
maddələr xaric edilir. 
 Böyrəklər qarın boşluğunda, onurğanın bel 
hissəsinin yan tərəfində qarın boşluğunun arxa dirvarına 
söykənirlər. Sağ böyrək sol böyrəkdən bir barmaq aşağıda 
yerləşir. Böyrək daxili beyin, xarici qabıq hissələrindən 
ibarətdir. Böyrəklərin  əsasını nefronlar təşkil edir. Hər 
böyrəkdə millyona qədən nefron (böyrəyin funksional 
vahidi) var. Hər nefron divarı ikiqat epitel toxumasından 
təşkil olunmuş, qədəh  şəkilli Bayman-Şumlyanski 
kapsulasından başlayır. Kapsulanın daxilində Malpiqi 
yumaqcığı yerləşir. Kapsula boşluğundan sidik kanalcığı 
başlayır. Böyrəklərdə hazırlanan sidik, sidik toplayıcı 
kanalcıqları ilə böyrək ləyəninə toplanır; ordan isə sidik 
axarları vasitəsilə sidik kisəsinə toplanır. Sidik axarlarının 
peristaltik hərəkətləri dəqiqədə 1 – 5 dalğalı şəkildə olub, 
2 – 3 sm/san. sürətlə yayılır. 
 Sağlam yaşlı adamın sidik kisəsi 350 – 500 sm
3
 
sidik tutur, bəzi hallarda 750 – 1000 sm
3
  qədər çoxala 
bilər. 
 

 
233
 
 
Şəkil 135. Böyrəyin quruluşu: 1-qabıq maddəsi; 2-beyin maddəsi; 
3-böyrək arteriyası; 4-böyrək venası; 5-böyrək ləyəni; 6-sidik axarı; 
7-kapilyar yumaqcığı; 8-kapsula; 9-böyrək kanalcığı;  
10-böyrək arteriyasının şaxəsi; 11-kapilyar; 12-vena. 
 
 Sidiyin 
ifrazı mürəkkəb reflektoru yolu ilə  tənzim 
olunur. Sidik kisəsinin divarları və sfinkterləri simpatik və 
parasimpatik sinir lifləri vasitəsilə innervasiya olunur. 
Simpatik sinirlərin mərkəzi onurğa beyninin döş 
nahiyəsində, parasimpatik sinir mərkəzi isə onurğa 
beyninin bel-oma nahiyəsində yerləşir. Simpatik sinir 
sfinkteri oyadır, sidik kisəsi divarını boşaldır. 
Parasimpatik sinir sidik kisəsi divarının yığılmasına, 
sfinkterrin boşalmasına səbəb olur. 
 
Simpatik sinir sidik kisəsinin sidik ilə dolmasına, 
parasimpatik sinir isə toplanmış sidiyin ifrazını təşkil edir. 
 
234
 
İfrazat prosesində  ən böyük rol böyrəklərə aiddir. 
İfrazat prosesini müxtəlif heyvanlar üzərində aparılan 
kəskin və xroniki eksperimentlərdə öyrənmək müm-
kündür. 
 
 
64 saylı iş. Kəskin təcrübədə diurezin öyrənilməsi 
 
 Böyrəklərin 
əsas funksiyalarından biri su 
mübadiləsinin tənzimidir; bu da orqanizmin müxtəlif 
şəraitə düşdükdə xaric olan sidiyin miqdarı ilə təyin edilir. 
 Lazım olan material və avadanlıqlar:  cərrahi 
alətlər, cərrahi masa, şpris, diametri 1,0 – 1,5 mm, 
uzunluğu 20 sm polietilen boru, kanyula, su termometri, 
pituitrin məhlulu, heksonal, 39 – 40
0
C isti fizioloji məhlul, 
metilen abısı, siçovul. 
 
İşin gedişi: Siçovulun qarın boşluğunda 1 – 2 ml 
10%-li heksonal yeridilir. Narkoz altında yatmış siçovul 
cərrahi masaya bərkidilir. Cərrahi  əməliyyat olunan 
nahiyəyə isti fizioloji məhlula hopdurulmuş  tənzifdən 
salfetka qoyulur. 
 Qarnın aşağı 1/3 hissəsində orta xətt üzrə qasıq 
birləşməsinə  qədər dəri, qarın divarı  əzələləri və periton 
kəsilir. Sidik kisəsi qasıq birləşməsinin üstündə bilavasitə 
peritonun altında yerləşir. Sidik kisəsinin dibində kiçik 
köndələn kəsik aparılır ki, buradan yumşaq polietilen boru 
ilə birləşmiş kanyula məhlulla doldurulur. Sidik kisəsinin 
divarı liqatura ilə boruya fiksə edilir. 
 
Boruda olan mayenin səviyyəsi fiksasiyadan sonra 
ilkin vəziyyət kimi götürülür. 
 
Diurezin ölçüsü hər 5 dəqiqədən bir polietilen 
borudakı mayenin səviyyəsinin dəyişməsi ilə müəyyən edilir 

 
235
və nisbi vahidlərlə ifadə olunur (xətkeşin bölgüləri ilə). 
 
Şəkil 136. Diurezi öyrənmək üçün qurğunun sxemi: 1-ştativ;  
2-mantar lövhə; 3-lampa; 4-kanyula üçün fiksəedici;  
5-sidik kisəsi ilə fiksə olunmuş kanyula. 
 
 a. 
İlkin diurez: 10 dəqiqə  ərzində sidik kisəsinə 
polietilen borunu saldıqdan sonra ölçülür və təxminən 0,5 
– 1,0 mm/dəq. təşkil edir. 
 
b. Su yükündən sonra diurez: Bağırsağa  şpris 
vasitəsilə 6-8 ml fizioloji məhlul və ya distillə su yeridilir. 
10 – 15 dəqiqədən sonra 3 – 4 mm/dəq. diurez müşahidə 
edilir. 
c. Pituitrinin antidiuretik təsiri: Siçovulun hər 
200 q çəkisinə 1 ml pituitrin əzələyə yeridilir. Pituitrini 
yeritdikdən sonra su yükü fonunda 30 dəqiqə  ərzində 
diuzer qeyd edilir. Pituitrini yeritdikdən 5 dəqiqə  ərzində 
 
236
diurez sıfıra qədər azalır. Anuriya 20 – 30 dəqiqə davam 
edir. 
d. Diurezə oturaq sinirinin qıcıqlanmasının 
təsiri: Budun arxa hissəsində oturaq sinirini tapıb, altından 
elektrodlar salınır. Oturaq sinirini qıcıqlandırdıqda diurez 
azalır və ya kəsilir. 
e. Metilen abısının böyrəklərlə xaric olması: Bud 
venasına 3 ml 1%-li metilen abısı məhlulu yeridilir və 2 – 
3 dəqiqə sonra rənglənmiş sidiyin ifrazı müşahidə edilir. 
 
 

 
237
VIII FƏSİL 
 
HƏZMİN FİZİOLOGİYASINA AİD  
LABORATORİYA İŞLƏRİ 
 
 
65 saylı iş. İtlərdə tüpürcək ifrazının müşahidəsi 
 
Həzmin fiziologiyası 
 
 Qida 
maddələri həzm traktında  əvvəlcə fiziki 
dəyişikliyə  uğrayır. Sonra həzm fermentlərinin təsiri ilə 
kimyəvi dəyişikliyə  məruz qalır. Fermentlərin təsirindən 
qidanın tərkibində olan zülallar  amin turşularına, yağlar 
–  qliserin və yağ turşularına, karbohidatlar isə qlükozaya 
qədər parçalandıqdan sonra qana və limfaya sorulur. Həzm 
borusu boyunca yerləşən həzm vəziləri özlərinə  məxsus 
həzm fermentləri ifraz etdikləri üçün ağız boşluğunda 
əsasən karbohidratlar, mədədə zülallar, nazik bağır-
saqlarda isə  əsasən mədəaltı  vəzi və bağırsaq 
fermentlərinin təsiri ilə qida maddələri hidroliz olunaraq 
son həddə  qədər parçalanıb, qana və limfaya sorulub 
toxuma və hüceyrələrə çatdırılaraq mənimsənilir. Həzm 
sisteminin sekretor (həzm vəzilərinin  şirə ifrazı), mator 
(hərəki) və sorucu funksiyaları neyro-endokrin yolla 
tənzim edilməklə orqanizmin qida maddələrinə olan ehti-
yacı təmin edilmiş olur. 
Lazım olan material və avadanlıqlar: xroniki fis-
tulalı it, şüşə qıf, dərəcələnmiş sınaq borusu, Mendeleyev 
yapışqanı, qırmızı  və göy lakmus kağırzları, çörək,  ət,  ət 
tozu, su, pambıq, çınqıl, qum 0,2 %-li xlorid turşusu. 
 
 
238
 Qulaqaltı tüpürcək vəzi axarının xaricə çıxarıl-
ması 
 
 Tüpürcək vəzilərinin fəaliyyətini tədqiq etmək, 
eləcə  də tüpürcəyin tərkibini öyrənmək üçün müxtəlif 
üsullar vardır. Bu üsullar içərisində  İ.P.Pavlovun klassik 
fistula üsulu, dəqiqliyi və orijinallığına görə daha 
təkmilləşmiş müasir üsul hesab olunur. Heyvan üzərində 
cərrahi  əməliyyat aparılmazdan  əvvəl onun dərisi altına 
hər üç kq çəkiyə 2 sm
3
 1 %-li morfi vurulur. Bu 
əməliyyatdan 30 dəqiqə sonra heyvan arxası üstdə cərrahi 
stola bağlanılır. Heyvanın yanaq nahiyəsinin tükləri qırx-
ılır. Heyvanı uzun müddət narkoz altında saxlamaq üçün, 
onun başına keçirilmiş maskaya 2:1 nisbətində qarış-
dırılmış efir-xloroform narkozu damla-damla əlavə edilir. 
 Heyvan 
dərin yuxuya getdikdən sonra, onun 
çənələri aralanır, yuxarı ikinci və üçüncü azı dişi bərabərli-
yində, axarın sancaq başından böyük olmayan məməciyi 
tapılır. Axar təxminən 3 – 5 sm uzunluqda olur. Axarın 
məməciyini yəqinləşdirdəkdən sonra, əvvəlcə şaquli, sonra 
üfüqi vəziyyətdə axara zond keçirirlər. Axarın vəziyyətini 
yadda saxlamaq üçün məməcikdən 0,5 sm aralı, ön və arxa 
tərəfin selikli qişasına 10 – 12 sm uzunluğunda sap 
keçirib, ön tərəfdəki sapa bir düyün, arxa tərəfdəki sapa isə 
iki düyün vururlar. Kiçik, iti qayçı ilə saplardan kənar 
dairə şəklində selik qişanı kəsirlər. Selikli qişa ilə axarı bir 
yerdə 3 – 4 sm ətraf toxumalardan təmizləyirlər və zondu 
axardan çıxarırlar. Sonra ağız boşluğu tərəfdən közlə ağız 
bucağı xəttinin təxminən ortasından daxildən xaricə doğru 
istiqamətdə deşik açırlar. Pinset vasitəsi ilə sapı selikli qişa 
ilə axarı birlikdə  həmin deşikdən xaricə  çıxarırlar. Axar 
burulmasın deyə, saplara vurulmuş düyünlərə düzgün 

 
239
vəziyyət vermək lazımdır. Belə ki, ön sap arxada, arxa sap 
isə öndə olmalıdır. 
 Üzərində axarı olan selikli qişa, 6 – 8 tikiş ilə yara 
ətrafındakı dəliyə tikilir.  
 
Ağız boşluğunda  əmələ  gələn yaranı fasiləsiz tikiş 
ilə tikmək lazımdır. Dəridəki yaranın tez sağalması və qu-
rumaması üçün pensillin və stereptosid mazlarından 
istifadə edilməlidir. Yaranın üzərinə bir neçə qat tənzif 
örtüb, tənzifin kənarlarını yapışqan ilə dəriyə yapışdırırlar. 
 
Əməliyyatdan 3 – 4 gün sonra tənzifi açırlar. Axar 
tutulmasın deyə 6 – 7 gün heyvanın ağzına bir qədər 0,2 
%-li HCl turşusu tökürlər. 10 – 12 gündən sonra heyvanın 
yarası sağalır. Belə heyvanın üzərində  təcrübə aparmaq 
mümkündür.  
 
Şəkil 137. İtdə qulaqaltı vəzi axarının xroniki fistulası. 
 
İşin gedişi: 
 Tüpürcək axarına fistula qoyulmuş iti dəzgaha 
bağlayırlar. Heyvanın hərəkətlərini məhdudlaşdırmaq üçün 
onun ön və arxa ətrafına lambə keçirirlər. Üzə  çıxarılmış 
axarın dəliyinin ətrafı pambıq ilə qurudulur. Sonra xüsusi 
 
240
qıf Mendeleyev yapışqanı vasitəsilə xarici dəliyə 
yapışdırılır.  İfraz olunan tüpürcəyin miqdarı damarlar və 
ya sınaq borusunun bölgülərinə görə təyin edilir. Bu qayda 
ilə iti təcrübəyə hazırladıqdan sonra, müxtəlif qida və 
qıcıqlandırıcı maddələrin ifraz olunan tüpürcəyin kəmiyyət 
və keyfiyyətcə dəyişməsinə təsirini öyrənirlər. 
 Bu 
məqsədlə itə çörək,  ət, çörək tozu, su, qum, 
çınqıl, 0,2 %-li HCl turşusu məhlulu verirlər. Bu 
qıcıqlandırıcı maddələr 30 saniyə müddətində heyvana 
verilir. Bir dəqiqə müddətində ifraz olunan tüpürcək tədqiq 
edilir. 
 
Aparılan təcrübələrdən aydın olur ki, ifraz olunan 
tüpürcəyin kəmiyyət və keyfiyyəti müxtəlif qıcıqlandırıcı 
maddələrdən asılı olaraq dəyişir. Belə ki, quru çörəyə  və 
çörək tozuna ifraz olunan tüpürcəyin miqdarı təzə yumşaq 
çörəyə nisbətən çox olur. Turşunun təsirinə qarşı ifraz 
olunan tüpürcəyin miqdarı son dərəcə artır. Çünki ifraz 
olunan çox və duru tüpürcək turşunu neytrallaşdırmaqla 
ağızın selikli qişasını zədələnmələrdən mühafizə edir. İtin 
ağzına qum tökdükdə qumun böyük qıcıqlandırıcı  səthə 
malik olması ifraz olunan tüpürcəyin miqdarınca artmasına 
səbəb olur. Əksinə qıcıqlandırıcı səthi kiçik olan və ya heç 
olmayan çınqıl ağıza düşdükdə bu təsirə qarşı ya cüzi 
miqdarda, ya da heç tüpürcək ifraz olunmur. 
 
Qeyd etdiyimiz kimi müxtəlif qıcıqlandırıcı 
maddələrin təsiri altında tüpürcəyin keyfiyyətcə 
dəyişməsini müşahidə etmişlər. Belə ki, turşunun təsirinə 
qarşı ifraz olunan tüpürcəyin tərkibində zülal maddələri 
çox olur ki, turşunu neytrallaşdırsın. Lakin qum və bir sıra 
başqa maddələrin təsirinə qarşı ifraz olunan tüpürcəyin 
tərkibində zülal və başqa üzvi maddələrin miqdarı az, su 
isə çox olur. 

 
241
 Yuxarıda qeyd etdiyimiz müxtəlif 
qıcıqlandırıcıların (çörək, quru çörək, ət, ət tozu, süd, çay 
daşı, qum, xlorid turşusu) tüpürcək vəzilərinə  təsiri bir 
dəqiqəyə  qədər davam etməlidir. Tüpürcək 4 – 5 dəqiqə 
müddətində toplanır və miqdar cədvəldə qeyd edilib, 
müqayisə edilir. 
 
Cədvəl 11  
Müxtəlif qıcıqlara qarşı tüpürcəyin ifrazı 
Qıcıqlandırı-
cının növü 
İfraz olunan 
tüpürcəyin 
miqdarı (ml-lə) 
Keyfiyyəti  
Təsir müddəti 
(san.) 
Çörək 
Quru çörək 
Ət 
Ət tozu 
Süd 
Çay daşı 
Qum 
0,2% HCl 
 
 
 
 
 
66 saylı iş. İnsanda tüpürcəyin ifrazının müşahidəsi 
 
Lazım olan material və avadanlıqlar: Krasnoqor-
skinin kapsulu, nazik rezin borular, şpris və s. 
İşin qısa məzmunu: 
1907 – 1908-ci illərdə insanlarda tüpürcək ifrazına 
müxtəlif qıcıqların təsirini öyrənmək üçün Leşi-
Krasnoqorski kapsulundan istifadə edilmişdir. Bu kapsul 
bir-birinin içərisinə daxil edilmiş 7 – 10 mm diametri olan 
gümüş kasacıqlardan ibarətdir. Bunların dərinliyi 2 – 3 
mm, eni 1,5 – 2 mm, hündürlüyü isə 2 – 3 mm-ə bərabər 
olur. Bu kasacıqlar daxili və xarici olmaqla iki kameraya 
 
242
ayrılır. Hər ikisinə gümüş borucuq birləşdirilməlidir. Dax-
ili kamera tüpürcək ifrazı üçün, xarici kamera oradakı ha-
vanın sorub çıxarılması üçün lazımdır (şəkil138). 
 
 
Şəkil 138. İnsanda tüpürcəyin toplanması üsulu. Tüpürcəyi 
toplamaq üçün işlənən kapsulun xarici görünüşü. 
 
İşin gedişi: 
Krasnoqorskinin kapsulunu 2-ci yuxarı azı dişi 
bərabərliyində, qulaqaltı  vəzi axacağının ağıza açılan 
yerindəki məməciyə  bərkidirlər.  Şpris vasitəsilə xarici 
kameradakı havanı sorurlar. Bu zaman kapsul ağızın 
selikli qişasına möhkəm yapışır, boru isə  sıxıcı ilə 
bərkidilir.  İfraz olunan tüpürcək daxili kameraya, oradan 

 
243
da nazik rezin boru vasitəsilə xaricə tökülür. İfraz olunan 
tüpürcəyi toplayırlar. Bu vasitə ilə müxtəlif qıcıqlandırıcı 
amillərin ifraz olunan tüpürcəyin kəmiyyət və keyfiyyətinə 
təsirini öyrənirlər. 
 
 
67 saylı iş. Tüpürcəyin tərkibi və xassəsi 
 
 Lazım olan material və avadanlıqlar:  10 %-li 
sirkə turşusu, 10 %-li natrium əsası, 0,1 faizli mis sulfat 
məhlulu, 2 %-li dəmir xlorid məhlulu, 1 %-li təzə 
hazırlanmış nişasta məhlulu, yod, ştativ, sınaq  şüşələri, 
şüşə çubuq, qıf, filtir kağızı, su hamamı, termometr, buz, 
spirt lampası və s. 
 
Tüpürcəyin tərkibindəki mutsinin təyini: 
 Tüpürcəyin tərkibindəki mutsini təyin etmək üçün 
sınaq  şüşəsinə insandan və ya itdən alınmış 2,0 – 3,0 ml 
tüpürcək  əlavə edilir. Tüpürcəyin üzərinə bir neçə damla 
10 %-li sirkə turşusu məhlulu damızdırırlar. Bu zaman 
tüpürcək bulanır, çünki sirkə mutsini çökdürür. Tüpürcək 
durulaşdıqda özlülüyü itir. 
 
 
Tüpürcəyin reaksiyasının təyini: 
 Tüpürcəyin reaksiyasını  təyin etmək istədikdə 
qırmızı lakmus kağızından istifadə edirlər. Lakmus 
kağızını sınaq şüşəsinə alınmış tüpürcəyə saldıqda, qırmızı 
rəngli lakmus göyərir. 
 
 
 
Tüpürcək fermentlərinin təsirinin öyrənilməsi: 
  
İtin və bir sıra başqa heyvanların tüpürcəyində 
karbohidratları parçalayan fermentlər ya cüzi miqdarda 
 
244
olur və ya heç təsadüf edilmir, ona görə  də insan 
tüpürcəyindən istifadə edilir. İnsan tüpürcəyinin tərkibində 
sulu karbonları parçalayan ptialin və maltaza fermentləri 
müxtəlif amillərin təsiri altında dəyişir.  
a) Tüpürcək fermentlərinin nişastaya təsiri. 
Bu məqsədlə iki sınaq şüşəsi götürüb hər birinə filtr 
kağızı olan qıf keçirirlər. Filtr kağızının üzərinə 10 – 15 ml 
1 faizli bişmiş nişasta məhlulu tökülür. Bundan sonra bir-
inci sınaq  şüşəsinin üzərinə 1ml tüpürcək, ikinci sınaq 
şüşəsinə eyni miqdar su əlavə edirlər. Bir qədər keçdikdən 
sonra sınaq  şüşələrini yoxlayırlar və müqayisə edirlər. 
Məlum olur ki, tüpürcək  əlavə edilmiş  sınaq  şüşəsindəki 
nişasta məhlulu tüpürcək fermentlərinin təsiri altında suda 
əriyə bilən sadə şəkərlərə çevrildiyi üçün, filtr kağızından 
süzülür. 
 
Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin