191
Şəkil 111. İkikanallı elektrokardioqraf: 1-kontrol lampa;
2-ventilyatoru işə salmaq üçün dəstək; 3-«kalibr» və «iş» rejiminə
keçmək üçün dəstək; 4-aparmaları dəyişdirmək üçün dəstək;
5-kağız lenti hərəkətə gətirmək üçün dəstək.
Şəkil 112. A – Elektrokardioqramma;
B – insan elektrokardioqrammasının üç standart aparmaları.
Cihazı elektrik şəbəkəsinə qoşub, kontrol lampa
yandıqdan sonra dərhal ventilyator işə salınır. Aparatı
kalibr rejiminə keçirərək cərəyan mənbəyindən gələn
müəyyən qüvvəyə malik (1mv) potensialın yazısı birinci
aparmada alınır. Sonra isə cihazı iş rejiminə keçirərək
müayinə olunan tələbənin tam sakit vəziyyətində müxtəlif
aparmalarda elektrokardioqramması yazılır (şəkil 112).
Yazı almaq üçün lenti hərəkətə gətirən dəstək sağa
keçirilərək 50 və ya 25 rəqəmi üzərinə qoyulur.
Elektrokardioqrammada ürəyin hər döyünməsinə
müvafiq gələn P, Q, R, S və T olmaqla (şəkil 113) beş
dişcikdən ibarət əyrilər kompleksi qeydə alınır.
P dişciyi qulaqcıqların, Q R S T dişcikləri isə
192
mədəciklərin oyanmasının elektrik göstəriciləridir. Hər bir
elektrokardioqrammada bir qayda olaraq dişciklərin ( P, R,
T) amplitudası və davametmə müddəti (P Q, Q R S, S T,
R-R) müəyyən edilir.
Şəkil 113. Elektrokardioqramma (EKQ).
Sağlam ürəyin elektrokardioqrammasında diş-
ciklərin amplitudası – P=0,5-0,3 mv; R=0,6-1,6 mv;
T=0,25-0,5 mv-a, davam etmə müddətləri isə PQ=0,12-
0,18; QRS=0,07-0,09; ST=0,1-0,16; R-R=0,72-0,8
mm/san. bərabər olur.
Elektrokardioqrammanın millimetrlərə bölünmüş
lentdə hərəkət sürəti 25 mm/san. olduqda, dişciyin
amplitudasını hər bir bölgünü 0,1mV davametmə müd-
dətini isə 0,04 mm/san. götürməklə hesablamaq olar.
Hər dəqiqə ürək döyünmələrinin (EKQ-yə görə)
sayını hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:
R
R
T
W
−
=
,
W-bir dəqiqədə ürək döyünmələrinin sayı;
T- 60 saniyə;
R-R – dişiciklərin davametmə müddəti.
Əgər R-R intervalı 0,75 olarsa, onda müqayisə
193
olunan tələbədə nəbzin sayı
80
75
,
0
60 =
=
W
olacaq.
Adətən elektrokardioqrammada amplitudasına görə
ən böyük dişciklər ikinci aparmada, ən kiçik dişciklər isə
üçüncü aparmada alınır. İkinci aparmada dişciklərin böyük
olması ürəyin boylama və elektkrik oxuna, yəni elektrik
cərəyanlarının daha yaxşı nəql olunduğu istiqamətə uyğun
olmasıdır.
53 saylı iş. Ürək tonlarına qulaq asılma
Ürək fəaliyyətdə olduğu zaman mexaniki, elektrik
və səs təzahürləri meydana çıxır ki, bunlara ürəyin xarici
əlamətləri deyilir. Mədəciklərin təqəllüsü və qapaqların
ötürülməsi ilə əlaqədar olan səslər ürək tonları adlanır.
Bunlar ürək xəstəliklərinin diaqnostikasında mühüm
əhəmiyyətə malikdir. Ürəyin birinci (I) və ikinci (II) tonu
ayırd edilir. Birinci ton mədəciklərin sistolasında mədəcik
əzələlərinin təqəllüsü və taylı qapaqların örtülməsi zamanı,
ikinci ton isə mədəciklərin diastolasında aypara qapaqların
örtülməsi zamanı əmələ gəlir. Bəzən birinci tona sistolik
və ya əzələ tonu, ikinci tona isə diastolik və ya qapaq tonu
deyilir. Birinci ton uzun, küt və alçaqdan, ikinci ton isə
qısa, zil və yüksəkdən eşidilir.
Ürək tonlarına stetoskop və ya fonendoskop vasitəsi
ilə qulaq asılır.
Lazım olan material və avadanlıqlar:
fonendoskop, pambıq, spirt və tələbə.
İşin gedişi: Tələbə yarımçılpaq vəziyyətdə stulda
oturur və ya taxtda uzanır.
Müayinə edən şəxs birinci tona qulaq asmaq üçün
194
fonendoskopun kapsulu döş qəfəsində zirvə vurğusu
nöqtəsinə – beşinci qabırğaarası sahədə sol məmə
xəttindən 0,5-1 sm içəriyə toxundurmaqla sol mədəcyin və
ikitaylı qapağın əmələ gətirdiyi səsə, sonra isə döş
sümüyünün xəncərəbənzər çıxıntısı əsasında isə sağ
mədəciyin və üçtaylı qapağın əmələ gətirdiyi səsə qulaq
asır. Daha sonra ikinci tona qulaq asmaq üçün
fonendoskopu ikinci qabırğarası sahədə döş sümüyünün
sağ kənarı yanına toxundurmaqla aorta aypara
qapaqlarının, sol kənarı yanında isə ağciyər arteriyası
aypara qapaqlarının əmələ gətirdiyi səsə qulaq asır.
Normada sakit vəziyyətdə tonların xüsusiyyətlərinə
diqqət yetirdikdən sonra tələbə bir neçə dəfə oturub
qalxdıqdan sonra tonlara yenidən qulaq asılır. Fiziki iş
ürək fəaliyyətinin tezləşməsinə və tonların qüv-
vətlənməsinə səbəb olur.
195
V FƏSİL
QANIN DAMARLARDA HƏRƏKƏTİ
Qanın damarlarla hərəkəti hemodinamika
qanunlarına əsaslanır. Qanın hərəkəti canlı orqanizmin
mürəkkəb bioloji şəraitində gedən fiziki qanunlar olub,
xüsusi əhəmiyyət kəsb edir.
Hidrodinamika qanununa görə boruda mayenin
hərəkəti 2 qüvvədən: borunun əvvəlində və sonunda
təzyiqlər fərqindən və mayenin öz yapışqanlılığı və
sürtülməsi nəticəsində əmələ gələn müqavimətdən asılıdır.
Təzyiqlər fərqi mayenin hərəkətini təmin edirsə, hidrovlik
müqavimət ona maneçilik edir. Təzyiqlər fərqinin
müqavimətə olan nisbəti maye axınının həcm sürətini
təyin edir. Maye axınında müqavimət çoxaldıqca
yapışqanlıq da artır. Qan axını sinir və humoral amillər
vasitəsilə tənzimlənir. Qanın damralarda fasiləsiz cərəyan
etməsinə arteriya damarlarının elastik olmasıdır. Damar
yatağının reseptorlarını qıcıqlandırdıqda qan dövranında
reflektor dəyişkənliklər baş verir. Belə hadisələr daxili
orqanların xemo- və mexanoresep-torlarına və elecədə
xarici mühitin ekstroreseptorlarına qıcıqların təsiri
nəticəsində baş verə bilər.
Damar
yataqlarının funksiyalarının tədqiq üsulları
müxtəlifdir.
54 saylı iş. Kapilyar qan dövranının müşahidəsi
Qan
damarları arteriya, arteriol, vena, venula və
kapilyarlara ayrılırlar. Kapilyarlar ən geniş qan damar
196
yatağını əmələ gətirir.
Kapilyar
arteriyaların ümumi diametrinə nisbətən
800 – 1000 dəfə, venaların ümumi diametrinə nisbətən 400
– 500 dəfə böyük olur.
Şəkil 114. Harveya görə qan dövranının sxemi.
Qan, qan damarları ilə axdığı zaman kapilyarlardan
keçdikcə üzərinə düşən vəzifələri yerinə yetirir. Bu
vəzifələrdən ən əhəmiyyətlisi qanın qazlar və maddələr
mübadiləsi vəzifəsidir. Qan kapilyarlardan axdıqda onların
divarlarından hüceyrələr üçün zəruri oksigen, qidalar və
başqa maddələr hüceyrələrin arasından sızılır, mübadilə
zamanı əmələ gələn karbon qazı (CO
2
) və işlənmiş
hüceyrəarası mayenin bir qismi venalara diffuz edir. Bu
197
zaman arterial qan venoz qana çevrilir.
Kapilyar damarlar yığılma və genəlmə qabiliyyətinə
malikdirlər. Kapilyarlarda qanın axma sürəti başqa
damarlara nisbətən çox azdır. Arteriyalarda qanın axma
sürəti 400 – 500 mm/san., venalarda 200 – 250 mm/san.,
kapilyarlara axan qanın sürəti 0,5 mm/san. olur.
Qanın qan damarları ilə fasiləsiz axmasını
müşahidə etmək qurbağanın üzgəcində, dilində və
müsariqəsində qanın hərəkətini göstərmək olar.
Lazım olan material və avadanlıqlar: qurbağa,
dəliyi olan mantar lövhə, saniyəölçən, mikroskop, qayçı,
pinset, sancaqlar, fizioloji və ya Ringer məhlulu, pipet,
pambıq, 10%-li etil spirtli məhlul.
Şəkil 115. Qurbağada kapilyar qan dövranının öyrənilmə sxemi:
1-mezenterin; 2- dil; 3-üzmə pərdəsi; 4-ağciyər.
İşin gedişi:
a) Qurbağanın üzmə pərdəsində qanın qan
damarlarında hərəkətinin müşahidəsi.
198
Hərəkətsizləşdirilmiş qurbağa qarnı üstə mantar lövhəyə
bərkidilir. Arxa ətraflardan biri mantar lövhədəki dəliyə
qədər uzadılır, kənar barmaqları bir-birindən
uzaqlaşdırmaqla üzmə pərdə dartılır.
Qeyd etmək lazımdır ki, üzmə pərdəsini həddən
artıq gərginləşdirmək olmaz. Əlavə 2 – 3 sancaqla pəncə
dəliyə bərkidilir. Sancaqların sərbəst uclarını arxa tərəfə
dartmaq lazımdır ki, mikroskopun hərəkətinə mane
olmasın. Mantar lövhəyə
bərkidilmiş qurbağa
mikroskopun masası üzərində elə yerləşdirilməlidir ki,
mantar lövhənin dəliyi mikroskopun obyektinin altında
dursun.
Şəkil 116. Qan dövranının müşahidəsi:
A-qurbğanın gərilmiş üzmə pərdəsi; B-mikroskop altında qurbağanın
üzmə pərdəsində xırda damarlar.
Mikroskop
altında qanın axını istiqamətdə
arteriyaların şaxələndiyi, kiçik venaların isə böyük
venalara birləşdiyi sahələrə diqqət yeterilir, onlar bir-
birindən fərqləndirilir. Sonra mikroskopun böyük
böyüdücüsü altında üzmə
pərdəsinin kiçik
kapilyarlarından formalı elementlərin hərəkəti müşahidə
199
edilir. Mikroskopun adi okulyarı, okulyar-mikrometrlə
əvəz edilir. Onun köməyilə görüş dairəsinə kapilyarın
uzunluğu və diametri ölçülür. Gözlə həmin kapilyar
mənfəzindən keçən bir eritrosit fiksə olunaraq,
saniyəölçənin köməyilə kapilyarın ölçülən sahəsindən
onun keçmə müddəti təyin edilir, yəni kapilyarda qan
hərəkətinin xətti sürəti müəyyən edilir.
b)
Qurbağanın dilində qanın qan damarlarında
hərəkətinin müşahidəsi. Hərəkətsizləşdirilmiş qurbağa
qarnı üstə mantar lövhəyə birləşdirilir. Anatomik pinsetlə
dili ağızdan xaricə dartıb, mantar lövhənin dəliyi üzərində
bərkidilir. Sancaqları mümkün qədər dilin kənarlarından
keçirib bərkitmək lazımdır. Mikroskop altında dildə qan
dövranı müşahidə edilir. Mikroskopun görmə sahəsində
müxtəlif damarlarla axan qan aydın görünür.
Şəkil 117. Mikroskop altında müsaqirədə xırda damarlar.
c) Müsaqirədə qan dövranının müşahidəsi.
Hərəkətsizləşdirilmiş qurbağanı arxası üstə mantar
lövhəyə bərkidirlər. Qarın nahiyəsini orta xəttdən bir qədər
200
aralı qayçı ilə 2 sm uzunluğunda kəsib, qarın boşluğuna
dəlik açırlar. Həmin dəlikdən anatomik pinsetlə bağırsaq
ilgəyi dartıb xaricə çıxarılır və Ringer məhlulu ilə isladılır,
onun müsaqirəsi isə mantar lövhə üzərindəki dəliyə
bərkidilir. Mikposkopun görmə sahəsində əvvəlcə arterial,
venoz və kapilyar damarları axtarmaq, sonra isə
damarlarla axan qanın sürətini, istiqamətini, rəngini və
səciyyəsini müəyyən etmək lazımdır. Bundan başqa
kapilyarlarda eritrositlərin hərəkətinə diqqət edilməlidir.
Arteriollar venulalardan bir sıra xüsusiyyətlərinə
görə fərqlənirlər. Belə ki, damar ilə axan qan həmin
damardan ayrılan şaxələrə keçərsə, arteriol 2 və ya 3
şaxənin birləşməsindən bir damara axarsa, venula olduğu
müəyyənləşdirilir.
Arteriollarla axan qanın nisbətən sürəti bir qədər
yavaş, rəngi isə tünd qırmızı olur.
d) Qurbağanın ağciyərlərində qan dövranının
müşahidəsi. Hərəkətsizləşdirilmiş qurbağanı arxası üstə
mantar lövhəyə bərkidirlər. Qurbağanın dilini pinset ilə
dartırlar. Qurbağanın bədəni üzərinə basıb səs yarığını irəli
çəkib kiset tikişi ilə şüşə borusunu yarığa bərkidirlər.
Dərisini kəsib döş boşluğunu açırlar. Balon vasitəsilə
ağciyərlərə hava qovub onu xaricə çıxarırlar. Sonra şüşə
borunu çıxardırlar, ağciyərdə bir az hava saxlayıb kiset
tikişi dartırlar və ağciyəri şüşə lövhəyə yerləşdirirlər (şəkil
118), örtücü şüşə ilə örtüb mikroskop altında müşahidə
edilirlər. Diqqəti kapilyar torun qalınlığına, qanın axma
sürətinə və eritrositlərin kapilyarlardan keçdiyi zaman
formalarının dəyişməsinə yetirirlər.
201
Şəkil 118. A-Qurbağanın ağciyərlərinin səs yarığına qoyulan boru
vasitəsilə şişirdilməsi. B-Əşya və optik şüşə arasında olan hava ilə
dolmuş ağciyərlərin mikroskop altında görünüşü. C- mikroskop
altında qurbağanın ağciyərlərində kapilyar toru.
55 saylı iş. Adrenalinin damar fəaliyyətinə təsiri
Damar tonusuna təsir göstərən kimyəvi maddələr üç
qrupa bölünür; 1) daxili sekresiya vəzilərinin hormonları
(adrenalin, vazopressin və s.). Adrenalin və vazopressin
damar büzücü təsir edib, qan təzyiqini artırırlar; 2) sinir
uclarında və hüceyrə elementlərində əmələ gələn
mediatorlar (asetilxolin, serotonin, histamin, bradikinin)
damarları genəldir; 3) daima damarları əhatə edən
toxumalarda toplanan vazoaktiv kimyəvi maddələr (CO
2
,
kalium ionları, piroüzüm turşusu və s.) damargenəldici
təsir göstərirlər.
Lazım olan material və avadanlıqlar: preparaedici
alətlər, ştativ sıxıcı ilə, perfuziya üçün cihaz, saniyəölçən,
şpris, sancaqlar, sap, kimyəvi stəkan, 2 nazik kanyula,
202
adrenalin (1:1000), Ringer və ya fizioloji məhlul.
İşin gedişi: Perfuziya etmək üçün iki dəliyi olan, 1 l
həcmə malik olan şüşə balon götürülür. Balonun ağzı
tıxacla germetik bağlanır, tıxacın içinə şüşə boru salınır.
Yuxarı dəlikdən keçən boru balonun daxilindəki fizioloji
məhlula salınır. Aşağıdakı qısa şüşə boru kanyulası olan
uzun rezin boru ilə birləşdirilir. Təcrübəni aparana qədər
rezin boruya sıxıcı qoyulur. Perfizion məhlulla dolu olan
balon masanın üst səviyyəsində bir metr yuxarıda
yerləşdirilməlidir.
Qurbağanın baş və onurğa beynini zədələməklə
hərəkətsizləşdirib, qarnı üstə sancaqlarla mantar lövhəyə
bərkidirlər. Qarın divarına «n» oxşar kəsik aparırlar. Dəri
parçası, qarın venası ilə birlikdə qatlanır və qarın
aortasının sağdan və soldan gedən simpatik zəncir aydın
görünür. Qarın aortasının qalça arteriyalarına şaxələndiyi
yerdə 1 sm kənarda bir-birindən 5 mm aralı onun altından
2 liqatura qoyulur. Sonra qurbağanın başı eksperimentator
tərəfə çevrilir. Yuxarı liqatura vasitəsilə aorta qaldırılır,
divarında cərrahiyə alətilə kiçik dəlik açılır. Həmin
dəlikdən damara içərisi fizioloji məhlul ilə dolu olan nazik
kanyula salınır və aşağı liqatura vasitəsilə bağlanır.
Mantar lövhə qurğaba ilə birlikdə ştativə bərkidilir;
başı ətraflardan hündürdə olmalıdır. Sonra perfuziya
cihazının rezin borusundakı sıxıcı açılır və qarın venasına
yerləşdirilən kanyuladan axan fizioloji məhlul ilə qan
qarışığı yuyulur. Fizioloji məhlulun damardan keçməsi
damarın yuxarı dəliyinə keçirilmiş boruya hava
qovuqcuqlarının düşməsilə müəyyən edilir. 3-4 dəqiqə
ərzində qarın venasından stəkana tökülən damcıları bir
dəqiqə ərzində sayılır. Sonra rezin boruya nazik iynəsi
olan şprislə 1 ml adrenalin yeridilir. 2 dəqiqədən sonra
203
damardan axan damcıların sayı 1 dəqiqədə kəskin azalır
(3-4 dəfə).
Şəkil 119. Adrenalinin qurbağa damarlarına
təsirini öyrənmək üçün sistem.
Yoxlama üçün suallar
1.
Damarlarda qanın təzyiqi. Atreriolların əhəmiyyəti.
2.
Damar yatağının müxtəlif sahələrində qanın xətti
sürəti. Fərqlərin səbəbi.
3.
Ontogenezin ilk dövründə arterial və venoz
təzyiqin, qan axının müqavimətinin və qanaxma
sürətinin xüsusiyytləri.
4.
Fasiləsiz qanaxmanın səbəbi.
5.
Kapilyarlarda qan axını.
6.
Venalarda qanın hərəkətinə səbəb olan amillər.
7.
Damarlarda saya əzələlərin tonusu. Bu əzələlərin
oyanmasını təyin edən əsas amillər.
204
8.
Damar-hərəki sinirlər. Vazokonstruktorların
(latınca constriction – daralma) xarateristikası.
9.
Vazodilatatorlar (latınca vas – damar, dilatatio –
genəlmə), onların növləri və xüsusiyyətləri.
10.
Damarlara humoral təsir. Damarları daraldan və
genəldən maddələr.
56 saylı iş. İstiqanlı heyvanlarda qan təzyiqinin müşahidəsi
Qan
təzyiqinin tənzimində əsas rol oynayan sinir
sisteminin fəaliyyəti sayəsində ürək, sistola etdikdə qanı
qan damarlarına vurur və onu hərəkətə gətirir. Yaranan
arterial qan təzyiqi təkcə ürəyin işindən deyil, həm də
damarların müqavimətindən və dövr edən qanın
miqdarından asılıdır. Bu zaman ürəyin yaratdığı təzyiq,
qan damarlarındakı müqavimət və qanın qan damarları ilə
axmasına səbəb olan sürət təzyiqinə ayrılır. Müqavimət
təzyiqi isə qanın damarlarla axdığı zaman rast gəldiyi
müqaviməti aradan qaldırılmağa sərf olunur. Qanın axma
sürəti qan damarlarının diametrindən asılı olaraq dəyişir.
Məlum olduğu kimi qan dar damarlarla gen damarlara
nisbətən sürətlə axır. Ən kiçik qan damar yatağı
arteriyalar, 2 dəfə arteriyalardan böyük venalar; kapilyar
damar yatağı venalara nisbətən 500, arteriyalara nisbətən
1000 dəfə böyük olur.
Ona
görə də kapilyarla axan qanın sürəti venalara
nisbətən 500, arteriyalara nisbətən 1000 dəfə az olur.
Arteriyalarda 1 saniyədə 400 – 500 mm, venalarda 200 –
250 mm, kapilyarlarda 0,5 mm sürətlə axır.
Ürəyə yaxın arteriyalarda müqavimət təzyiqi
yüksək olduğu halda, damar ürəkdən uzaqlaşdıqca mü-
205
qavimət təzyiqi yavaş-yavaş azalır. Ona görə arteriyalara
nisbətən kapilyarlarda təzyiq azalır, ürəyə yaxın
arteriyalarda müqavimət təzyiqi 140 – 150 mm c.s. (civə
sütunu) bərabər olduğu halda kapilyarlarda 30 – 40 mm
c.s. qədər azalır. Başlanğıc venalarda qanın təzyiqi 7 mm
c.s. barabər olduğu halda, aşağı və yuxarı boş venaların
sağ qulaqcığa açılan nahiyəsindən 0 mm-dən də aşağı olur.
Burada təzyiq hətta mənfiyə qədər azalır.
Qan
təzyiqini müşahidə etmək üçün vasitəli və
vasitəsiz üsullardan istifadə olunur.
Vasitəli qanlı üsulla heyvanlarda qan təzyiqi belə
öyrənlilir; heyvanın qan damarını zədələyib, onu
monometrlə birləşdirib təzyiqi təyin edirlər.
Vasitəsiz qansız üsulla insanda qan təzyiqi xüsusi
cihazla təyin edilir.
Lazım olan material və avadanlıqlar: cərrahi
alətlər, civəli manometr, heyvan, şüşə kanyula, rezin boru,
liqatura, 4%-li sitrat məhlulu, fizioloji məhlul, kimoqraf,
bint, pambıq, sıxıcılar, cərrahi masa və s.
İşin gedişi: Heyvanda qan təzyiqini müşahidə
etmək üçün efir xloroform (2:1) məhlulundan və ya
heyvanı traxeotomiya (nəfəs borusunu kəsib, oraya şüşə
boru keçirməklə heyvanı sakitləşdirmək) edirlər. Bu
məqsədlə heyvanı cərrahi masaya arxası üstə yerləşdirib,
boyun nahiyəsini tükdən təmizləyirlər, qulaq venasına
20%-li uretan (3 – 4 ml) məhlulu yeridirlər. Narkoz
yuxusu dərinləşdiyi zaman boyun nahiyəsində orta xətt
üzrə dərini 7 – 8 sm kəsirlər. Dəri və əzələləri ayırıb, küt
alətlə sol və ya sağ tərəfdə yerləşən yuxu arteriyasını tapıb,
sinir və ətraf toxumalardan təmizləyirlər. Yuxu
arteriyasının altından biri digərindən bir az aralı iki sap
keçirilir. Bu arteriyanın ürəkdən uzaq nahiyəsini sapla
206
bağlayırlar. Ürəyə yaxın üst tərəfdən (sıxıcı ilə sap
bağlanmış hissə arasında qalan yerdə) bir qədər kəsirlər.
Həmin yerdən ürəyə tərəf kanyula keçirib, sapla damara
bağlayırlar.
Şəkil 120. Heyvanda qan təzyiqinin ölçülməsi.
1-yuxu arteriyasına keçirilmiş kanyula;
2-civəli monometr; 3-kimoqrafın silindri;
4-azan sinir; 5-depressor sinir.
Kanyula,
içərisi sitrat məhlulu ilə doldurulmuş rezin
boru vasitəsilə civəli monometrlə birləşdirilir. Sitrat
məhlulu qanın laxtalanmasının qarşısını aldığı kimi, təzyiq
dalğalarını da olduğu kimi nəql etdirir.
Monometrin
digər sərbəst qoluna yazıcısı olan
üzücü keçirilir. Yazıçı hislənmiş kimoqrafa toxundurulur.
Damara keçirilmiş sıxıcını açdıqda damardan axan qan
kanyulaya, oradan rezin boruya təzyiq edir. Təzyiq
dalğalar şəklində civəyə verilərək, civənin səviyyəsi aşağı
enir ki, bu sərbəst qol tərəfdəki civənin səviyyəsini yuxarı
207
qaldıraraq yazıcını hərəkətə gətirir, bu hərəkətlər kimoqraf
üzərində qeyd olunur. Alınan yazıya qan təzyiqinin əyrisi
və ya hemoqramma deyilir.
Şəkil 121. İstiqanlı heyvanların kimoqramması və ya
hemoqramması:
1-nəbz dalğaları; 2-tənəffüs dalğaları;
3-Traube-Herinq dalğaları.
Qan
təzyiqinin əyrisi üç müxtəlif dalğalar şəklində
təzahür edir. Birinci dərəcəli və ya nəbz dalğaları ürəyin
sistola və diastolasına uyğun olub, kiçik amplitudaya və
yüksək təzyiqə malik olurlar. Bunlardan böyük tənəffüsün
ritminə uyğun dalğası üzərində 10 – 12 nəbz dalğaları
yerləşir.
Bəzi hallarda bu dalğalardan başqa daha iri
vazomotor sinir mərkəzlərinin müntəzəm oyanması
sayəsində alınan ikinci sıra dalğalardır ki, bunlara Traube-
Herinq dalğaları deyilir. İkinci sıra dalğalar və ya Traube-
208
Herinq dalğaları tənəffüs hərəkətləri ilə əlaqədardır.
Üçüncü dərəcəli dalğalar və ya Mayer dalğalarının hər
dövrü bir neçə tənəffüs hərəkətini əhatə edir. Bunlar qan
damarlarının fəaliyyətinə təsir göstərən sinir mərkəzlərinin
oyanma və ləngimə dəyişiklikləri ilə əlaqədar olur.
57 saylı iş. Arterial nəbzin qeydi (Sfiqmoqrafiya)
Nəbz ürək fəaliyyətinin xarici əlamətlərindən biri
olub, ürəkdən arteriya damarlarına yeridilməsi ilə əlaqədar
olaraq, arteriya qan damarlarının divarının ritmiki
dalğalarına deyilir. Nəbzi mil, gicgah, qasıq və b.
arteriyalarda, daha çox mil arteriyasında qeydə alırlar.
Bunun üçün barmaqları biləkdə mil arteriyasının distal
ucuna qoyub, onu hiss etdikdən sonra saymaq olar. Nəbzin
sayı ürək döyünmələrinin sayına uyğun gəlir. Belə ki,
mədəciklərin sistolasına müvafiq aortaya qovulan qan
elastiki aorta divarını gərginləşdirir. Gərginləşmələr dalğa
şəklində aortadan arteriyalara doğru yayılır. Nəbz
dalğasının yayılma sürəti təxminən 7 – 10 m/san.
bərabərdir.
Kapilyar
və kiçik venalarda nəbz olmur. Aşağı və
yuxarı boş venalarda nəbz hiss edilməyə başlayır.
Mədəciklər sistola etdiyi zaman vena nəbzi itir: belə
nəbzə mənfi vena nəbzi deyilir.
Ürək qapaqlarının çatışmazlığı zamanı
mədəciklərin yığılması nəticəsində qanın bir hissəsi
mədəciklərdən qulaqcıqlara, oradan boş venalara keçib,
venaların boş divarlarını dalğalandıraraq nəbz əmələ
gətirir. Belə nəbzə patoloji nəbz və ya müsbət vena nəbzi
deyilir.
|