Şəkil 139. Tüpürcəyin reflektoru olaraq ifrazının sxemi.
1.Dilin reseptorları; 2. Dilin reseptorlarından oyanmanı aparan affer-
ent neyron; 3. Uzunsov beyində tüpürcək ifrazını tənzim edən
mərkəz.4. Tüpürcək vəzisinə oyanmanı nəql edən effektor-sekretor
sinir; 5. Tüpürcək vəzi və onun axarı.
245
İkinci sınaq şüşəsinə əlavə edilmiş nişasta məhlulu
su ilə qarışır və nişasta parçalana bilmədiyindən cüzi
miqdar bulanıq maye kütləsi şüşənin dibinə toplanır.
68 saylı iş. V.A.Basov üsulu ilə itlərdə mədə fistulasının
qoyulması
Onikibarmaq
bağırsağın genişlənməsindən əmələ
gələn mədə boşluğu, həzm traktının ən geniş şöbələrindən
biridir. Mədə şirəsinin ifrazı üç fazada (beyin, mədə,
bağırsaq) sinir-humoral yolla həyata keçirilir. Qida
mədəyə daxil olduqdan 5 – 7 dəqiqə başlayan mədə şirəsi
ifrazı qida, horra halına düşüb bağırsağa keçənə qədər da-
vam edir. Mədə şirəsini almaq üçün ilk dəfə rus alimi Ba-
sov (1842), fransız alimi Blandula (1843) bir-birindən
xəbərsiz fistula qoymaq üsulunu kəşf etmişlər.
Lazım olan material və avadanlıqlar: cərrahi
alətlər; 2 – 3 ədəd lanset, anatomik və cərrahi pinsetlər, bir
neçə Peano sıxıcısı, kiçik və böyük qayçılar, iynətutan,
ötürücü iynə, fistula borusu, maska, narkoz, sterilizasiya
edilmiş cərrahi materiallar, dezenfeksiyaedici məhlullar;
yod, spirt, pensilin və s.
İşin gedişi:
Cərrahi əməliyyat itlər üzərində aseptika, antisep-
tika şəraitində aparılır.
Cərrahi əməliyyatdan əvvəl bildiyimiz qayda üzrə
məlum dozada itin əzələsinə morfi vurmaq lazımdır.
Təxminən yarım saat sonra iti arxası üstə stola bağlayırlar
və ona efir-xloroform narkozu verirlər. Heyvanın qarın
nahiyəsinin tükləri qırxılır, yuyulur, spirt və yod ilə
246
təmizlənir. Xəncərəbənzər çıxıntıdan başlayaraq, orta xətt
üzrə heyvanın dərisi 6 – 8 sm uzunluğunda çanağa doğru
kəsilir. Sonra dərialtı toxuma və aponevrozu kəsmək
lazımdır. Qarın boşluğunu açdıqdan sonra, böyük piyliyi
bir qədər geri çəkib, mədəni tapırlar. Mədəni xaricə çıxarıb
isti fizioloji məhlulu ilə isladılmış tənzifə bürüyürlər.
Mədənin böyük əyriliyindən təxminən 3 – 4 sm aralı onun
girəcəyinə yaxın nahiyədə fistulanın qoyulması üçün qan
damarları və sinirləri çox az olan yer müəyyənləşdirilir.
Sonra orta dərəcəli cərrahi iynə vasitəsilə seroz qişada fis-
tula müvafiq oval şəkilli büzmə fasiləsiz tikiş aparılır. Bu
tikiş əzələ qişasını da əhatə etməlidir. Sonra cərrahi tikişi
sıxmaqla orta xətt üzrə seroz və əzələ qişasını kəsirlər. Bu
zaman Peano sıxıcısı vasitəsilə selikli qişanı yuxarı
qaldırmaq, selikaltı və həm də selikli qişaları kəsmək
lazımdır. Cərrah o biri əli ilə fistulanı mədəyə daxil edir.
Fistuldan kənarda artıq qalan selikli qişa kəsilib atılır.
Sonra cərrah büzməli tikişin sərbəst qalan saplarını darta-
raq fistulanı möhkəm mədənin divarlarına bərkidir.
Yara tez sağalsın deyə, tənziflə sarıyırlar. Fistulanın
digər ucunu, qarın boşluğundan kənara çıxarıb, qarnın
dərisinə tikirlər. Dərini tikməzdən əvvəl, peritonu, sonra
əzələ qişasını tikmək lazımdır. Dərini tikəndən sonra,
yaranı yod ilə təmizləyirlər. Təxminən 5 – 6 gündən sonra
yaranın tikişləri sökülür. 10 – 12 gündən sonra belə hey-
vanlar üzərində təcrübə aparmaq olar (şəkil 140). Mədəyə
fistula qoymaq operasiyasına qastrotomiya deyilir.
247
Şəkil 140. Basov üsulu ilə xroniki mədə fistulası operasiyasının
sxemi: a-mədənin üzərinin açılması; b-dairəvi tikişin qoyulması; v-
deşiyin açılması; q-fistula borusunun qoyulması.
69 saylı iş. Qastrotomiya edilmiş it üzərində Pavlovun
ikinci əməliyyatı
İşin gedişi:
Cərrahi əməliyyat yuxarıda deyilən qayda üzrə
aseptika və antiseptika şəraitində ümumi narkoz altında
aparılır. Bu əməliyyatdan sonra heyvanın boyun nahiyəsini
təmizləyirlər.
Orta
xətt üzrə 6 – 10 sm uzunluğunda dərini
kəsirlər. Dərialtı toxumalardan sonra, boyunun döş dilaltı
əzələləri görünür. Küt alətlə bu əzələləri ayırıb nəfəs
borusunu tapırlar. Onun arxasında isə yemək borusu aydın
248
görünür. Yemək borusunu bir qədər yuxarı qaldırır və
təxminən 4 – 5 sm uzunluğunda yemək borusunu ətraf
toxumalardan ayırırlar. Həmin hissəni arxa tərəfdən döş-
dilaltı əzələlərinə tikib bərkidirlər. Əzələ səthinə
çıxardılmış yemək borusunu orta hissədən üfüqi vəziy-
yətdə kəsirlər. Kəsilmiş yemək borusunun hər iki kənarını
xaricə çıxarıb boyunun dərisinə fasiləsiz tikiş ilə tikirlər.
Şəkil 141.
Qeyd
etmək lazımdır ki, xaricə çıxarılmış yemək
borusunun ucları bir-birinə birləşməsin deyə, birini
digərindən bir qədər aralı vəziyyəitdə tikmək lazımdır.
Yemək borusunun hər iki ucunu dəriyə tikdikdən sonra,
boyunun yarasını tikirlər. Yaraya yod, vazelin sürtürlər.
Heyvanın yarasının tez sağalması üçün, mümkün olan
bütün imkanlardan istifadə etmək lazımdır. Cərrahi
əməliyyatdan sonra heyvana qulluq edilməsi, eləcə də
heyvanın tüpürcək və selik ifraz edən vəzilərinin
249
fəaliyyətini müvəqqəti gizlətmək üçün, 16 – 18 kq
ağırlığında olan itin bədəninə 5 – 6 mq atropin vurmaq
lazımdır. Heyvanın yarası təxminən 10 – 12 gündən sonra
sağalır. Belə heyvan üzərində təcrübə aparmaq olar.
Yemək borusu üzərində aparılan əməliyyata ezofaqoto-
miya, hər iki əməliyyat birlikdə qastrofaqotomiya deyilir.
Şəkil 142. Qastroezofaqotomiya olunmuş it.
Təcrübə qida qəbulundan 20 – 24 saat sonra
aparılır. Əsas təcrübəyə başlamazdan əvvəl heyvanın
mədəsi bir neçə dəfə şüşə qıf və qıfa birləmiş rezin boru
vasitəsilə 25 – 30 dərəcə qızdırılmış su ilə yuyulur. Mədə
şirəsi toplamaq üçün mədə fistulasına kiçik şüşə qıf, onu
da su olan şüşə boruya bağlayırlar. Şüşə qıfı heyvanın
belindən asılmış rezin boru ilə bağlanmış bölgü olan şüşə
boruya birləşdirirlər. Heyvanı 20 – 30 dəqiqə sakit
buraxdıqdan sonra, bir neçə dəqiqə müddətində şirə
ifrazını yoxlayırlar. Bu zaman çox cüzi halda selik ifraz
olunmağa başlayır, bu şirəni lakmus kağızı ilə yoxlayırlar.
250
Sonra heyvana 10 dəqiqə müddətində döyülmüş və ya
doğranmış ət yedizdirirlər. Yeyilən ət kəsilmiş yemək
borusundan xüsusi qaba tökülür. Saniyəölçən vasitəsilə
mədə vəzilərinin şirə ifrazının latent dövrünü təyin edirlər.
Latent dövrü qidanın ağıza qoyulması ilə ilk mədə şirəsi
damlasının əmələ gəlməsi arasında keçən vaxta deyilir.
Şəkil 143. İ.P.Pavlov üsulu ilə təcrid edilmiş kiçik mədəciyin
sxemi: Selikli qişa; 2. Əzələ qişa; 3. Serroz qişa; 4-5-6. Fistula
borusu;
7. Qarın divarının dərisi. Kiçik mədəciyin boşluğunu (a), böyük
mədəcik boşluğundan (A) ayıran ikiqat selikli qişa.
B- mədəyə giriş; C-Mədənin piloris şöbəsi.
Bir saat, saat yarım müddətində hər 5 dəqiqədən bir
mədə şirəsini toplayırlar və miqdarını təyin edirlər.
Mədə
vəzilərinin
şirə ifrazının reflektor
mexanizmini aydınlaşdırmaq məqsədilə qastroezofa –
qotemiya olunmuş itin boyun nahiyəsini orta xətt üzrə
251
kəsirlər, yemək borusunun hər iki tərəfi ilə gedən azan
sinirləri tapıb, birini kəsir, digərinin altından liqatura
keçirirlər. Sonra heyvanı yuxarıda göstərdiyimiz qayda ilə
yedizdirirlər. Bu zaman fistuladan mədə şirəsi ifraz olunur.
Mədə vəziləri şirə ifraz etdiyi şəraitdə liqaturaya alınmış
azan siniri kəsirlər. Bu zaman heyvanın qidalanmasına
baxmayaraq şirə ifrazı dayanır. Kəsilmiş azan sinirinin
periferik nahiyəsini zəif elektirik cərəyanı ilə
qıcıqlandırdıqda, yenidən şirə ifraz olunmağa başlayır.
Şəkil 144. P.Haydenhayn və İ.P.Pavlov üsulları ilə
kiçik mədəcikdən şirə alınması.
70 saylı iş. Mədə-bagırsaq sisteminin motor funksiyası
Lazım olan material və avadanlıqlar: Qurbağa,
pişik, elektrostimulyator, cərrahi alətlər, duz kristalları,
NaCl fizioloji məhlulu, kanyula, 1,10
8
asetilxolin, 1,10
9
ezerin, 1,10
8
adrenalin, Ringer–Lokk məhlulu, şüşə qablar,
kimoqraf, ştativ, şüşə çubuqlar və s.
İşin qısa məzmunu: Həzm kanalının motor vəzifəsi,
həzm üzvləri divarlarında yerləşən əzələlərin yığılması
252
sayəsində icra olunur.
Bu
fəaliyyət zamanı həzm üzvlərinə düşən qida
bağırsaq boyu hərəkət edir və qarışır. Digər tərəfdən
qidalar həzm üzvlərinin müəyyən nahiyələrində müvəqqəti
saxlanılır. Bu vəzifə həzm üzvlər sisteminin müəyyən
nahiyələrində yerləşən, büzücü əzələlərin, yəni
sifnktorların fəaliyyəti ilə əlaqədardır. Həzm üzvlərinin
motor funksiyası perstaltik və rəqqasi hərəkətlər şəklində
özünü göstərir.
Peristaltik hərəkətlər həzm üzvlərinin divarlarında
yerləşən həlqəvi əzələlərin yığılması ilə başlayır. Bu
hərəkətlər kiçik dalğalı olub, təxminən 15 – 20 saniyəyə
qədər davam edir. Bu hərəkətlər sayəsində qidalar
mədənin girəcəyindən çıxacağına doğru hərəkət edir.
Boylama əzələlərin yığılması rəqsi hərəkətlərə səbəb olur.
Bu zaman qida mədənin divarlarına yaxınlaşır və ondan
uzaqlaşır.
Mədənin hərəkəti zamanı, onun çıxacağından
dibinə nisbətən yüksək təzyiq yaranır. Bu təzyiq mədənin
dibində 35 – 50, çıxacağında isə 100 – 120 mm civə
sütunu hündürlüyünə bərabər olur.
Belə yüksək təzyiqin təsiri altında qida mədədən
nazik bağırsağa keçir və bununla da bağırsaqlar hərəkət
etməyə başlayır. Mədədə olduğu kimi, bağırsaqların
hərəkəti də peristaltik və rəqqasi şəkildə meydana çıxır.
Bu hərəkətlər sayəsində qida bağırsaqlarda qarışır. Eləcə
də qidalar bağırsaqların oral hissəsindən ianal hissəsinə
doğru hərəkət etməyə başlayır.
Həzm üzvlərinin motor vəzifəsi neyrohumoral yol
ilə nizama salınır. Aparılan tədqiqatlar göstərir ki, azan
sinir həzm üzvlərinin hərəkətlərini sürətləndirir, simpatik
sinirlər isə əksinə bu hərəkətləri ləngidir. Bu sinirlərin
253
həzm üzvlərinin motor vəzifəsinə göstərdiyi təsir,
heyvanın halından, həzm üzvlərinin tonusundan, eləcə də
mərkəzi sinir qıcıqlandırılması hərəkətlərin sürətlənməsinə
deyil, əksinə ləngiməsinə səbəb olur.
Sinir sistemi ilə yanaşı həzm üzvlərinin motor
vəzifəsi humoral yol ilə də nizama salınır. Həzm zamanı
əmələ gələn bir sıra bioloji fəal maddələr, müxtəlif duzlar
həzm üzvlərinin hərəkətlərinə təsir göstərir. Məs:
asetilxolin, histamin, ekstraktiv maddələr, CO
2
, kalium
duzları hərəkətləri sürətləndirir.
Adrenalin, noradrenalin, kalsium duzları və s.
maddələr isə hərəkətləri ləngidirlər.
Mədə-bağırsaq sisteminin motor vəzifəsini kəskin
və xroniki təcrübələr ilə öyrənmək mümkündür.
İşin gedişi:
a)
Kəskin təcrübə şəraitində qurbağanın həzm
üzvlərinin motor vəzifəsinin müşahidəsi.
Mərkəzi sinir sistemi pozulmuş qurbağanı arxası
üstə mantar lövhəyə bərkidib, qarın boşluğunu bir qədər
geniş açırlar. Bu zaman mədə və bağırsaqlar aydın
görünür.
Bu
əməliyyatdan bir neçə dəqiqə sonra
bağırsaqların hərəkəti görünür. Nazik bağırsağı pinset ilə
sıxdıqda və ya duz kristalları ilə qıcıqlandırdıqda
hərəkətlər sürətlənir.
b) Qurbağada azan sinir mərkəzinin
qıcıqlandırılmasının mədə-bağırsaq hərəkətlərinə
təsiri.
Qurbağanın kəllə sümüklərini kəsib beyini açırlar.
Uzunsov beyini zədələmək şərti ilə onun mərkəzi sinir
sisteminin yuxarı şöbələrindən ayırırlar.
Bulbar
qurbağanın azan sinir mərkəzini tapırlar. Bu
254
əməliyyatdan sonra yuxarıda qeyd etdiyimiz kimi
qurbağanın qarın boşluğunu açırlar. Azan sinir mərkəzini
zəif cərəyan vasitəsilə qıcıqlandırdıqda, həzm üzvlərində
hərəkətlərin sürətləndiyi aydın görünür.
c) İstaqanlı heyvanlarda həzm üzvlərinin motor
vəzifəsinin tədqiqi.
Təcrübə üçün pişik və ya küçüklərdən istifadə
edilir.
Heyvanı yedirtdikdən 1,5 – 2 saat sonra ona efir-
xloroform narkozu verib, cərrahi əməliyyata başlayırlar.
Qeyd etmək lazımdır ki, həzm üzvləri boş olduqda,
hərəkətlər müşahidə edilmir.
Heyvanın qarın nahiyəsini orta xətt üzrə kəsib qarın
boşluğuna açırlar. Sonra onu qurşağa qədər içərisi 30
0
qızdırılmış Ringer-Lokk məhlulu ilə dolu vannaya salırlar.
Bu zaman bağırsaqlar Ringer-Lokk məhlulunda sərbəst
üzür. Adi göz ilə bağırsaqların hərəktlərini müşahidə
etmək olur.
ç)
İstiqanlı heyvanlarda azan sinirinin
qıcıqlandırılmasının həzm üzvlərinin motor
funksiyasına təsiri.
Təcrübə yuxarıdakı qayda ilə pişik və küçüklər
üzərində aparılır. Heyvanın boyun nahiyəsində dərini
kəsib azan siniri tapır və onu liqaturaya alırlar. Eyni
zamanda vidaci venaya kanyula qoyurlar. Heyvanı
içərisinə Ringer-Lokk məhlulu tökülmüş vannaya salırlar.
Təxminən 15 – 20 dəqiqə keçdikdən sonra həzm
üzvlərinin hərəkətlərini müşahidə edirlər və zəif elektrik
cərəyanı vasitəsilə azan siniri qıcıqlandırırlar. Bu vaxt
hərəkətlər surətlənir.
Asetilxolinin
həzm üzvlərinin motor funksiyasının
təsirini öyrənmək istədikdə, vidaci venaya qoyulmuş
255
kanyula vasitəsilə 2 – 3 ml 1.10
8
dozada asetilxolin və
1.10
9
dozada ezorin qarışığı vururlar. Qeyd etmək lazımdır
ki, ezorin xolinstereza fermentini parçaladığı üçün
asetilxolinin təsir müddətini artırır.
Asetilxolin – ezorin qarışığını qana vurduqda həzm
üzvlərinin hərəkətləri nəzərə çapracaq dərəcədə
qüvvətlənir, bir qədər keçdikdən sonra əvvəlki vəziyyətinə
qayıdır.
Adrenalinin
həzm üzvlərinin motor vəzifəsinə
təsirini öyrənmək istədikdə kanyula vasitəsilə heyvanın
qanına 1.10
8
dozada adrenalin məhlulu yeridilir.
Adrenalinin
təsiri ilə həzm üzvlərinin hərəkətləri
ləngiyir.
d) İstiqandı heyvanlarda nazik bağırsaq ilgəyi
hərəktlərinin müşahidəsi və qeydi.
Bu
təcrübəni dovşanın, pişiyin və ya itin nazik
bağırsağı üzərində müşahidə etmək olar. Heyvanın qarın
boşluğunu açıb nazik bağırsaqdan təxminən 5 – 6 sm
kəsirlər. Kəsilmiş bağırsaq parçasını təmizləmək üçün bir
neçə dəfə Ringer-Lokk məhlulu ilə yuyurlar. Bağırsaq
parçasınıa dayanacağa bərkidilmiş şüşə qarmaq keçirirlər.
Sonra onun aşağı hissəsini liqatura vasitəsilə yazıçıya
bərkidirlər. Yuxarı hissəsini liqatura vasiləsitə yazıçıya
birləşdirirlər. Şüşə qarmaq ilə bağırsaq parçasını bir yerdə
Ringer-Lokk məhlulu ilə doldurulmuş şüşə qaba salırlar.
Məhlulun temperaturunu sabit saxlamaq üçün şüşə qabı su
hamamına salırlar. Əvvəlcə bağırsaq parçasının nomal
hərəkətlərini kimoqrafda yazırlar. Sonra Ringer-Lokk
məhluluna (1:10000) 2 – 3 damla asetilxolin əlavə edirlər
və yazırlar. Sonra bağırsaq parçasını Ringer-Lokk
məhlulunda yuyurlar. Ringer-Lokk məhluluna 3 – 4 damla
1:10000 adrenalin məhlulu əlavə edərək bağırsaq
256
hərəkətlərini yazırlar.
Şəkil 145. İzolə olunmuş bağırsaq hissəsinin hərəki fəaliyyətini
müşahidə etmək üçün düzəldilmiş sistem:
1-ucu əyilmiş şüşə boru; 2-bağırsaq hissəsi; 3-ternometr;
4-rezin balon; 5-Engelman lingi; 6-kimoqraf.
e) Boş mədə hərəktlərinin müşahidəsi.
Bu
təcrübə Basov üsulu ilə mədə fistulası olan itlər
üzərində aparılır. Bu üsul vasitəsilə həzm üzvlərinin motor
fəaliyyətini öyrənmək olar.
Məlum olduğu kimi, heyvanın qidalanmasından
asılı olmayaraq boş mədədə, təxminən hər 1,5 saatdan bir
periodik hərəkətlər ilə yanaşı mədə vəziləri də şirə ifraz
etməyə başlayır. Boş mədənin hərəkətləri 15 – 20 dəqiqə
davam etdikdən sonra, sakitlik dövrü ilə əvəz olunur. Bu
hərəkətləri müşahidə etmək istədikdə heyvanın mədəsinə
rezin balon keçirirlər. Bu balonu rezin boru vasitəsilə
Mareyin kapsuluna birləşdirirlər. Sonra kapsulanın
yazıcısını çox yavaş hərlənən kimoqrafa söykəyirlər. Boş
mədənin periodik hərəkətləri kimoqraf üzərində yazılır.
Təcrübələr 15 – 20 dəqiqədən bir 15 – 20 saat
müddətində aparılır.
ə) Kiprikli epitelin səyirmə hərəkətinin
257
müşahidəsi: Bunu müşahidə etmək üçün onurğa beyni
pozulmuş qurbağanı arxası üstə mantar lövhəyə bərkidib,
qayçının iti ucunu ağız boşluğundan qida borusuna salıb,
mədəyə qədər boylama istiqamətində kəsib və onun
kənarlarını dartaraq mantar lövhəyə bərkidirlər. Ağız
tərəfdən qida borusunun başlanğıcına bir parça qan laxtası,
mantar lövhə hissəciyi qoyub, onun mədəyə doğru
hərəkətini izləyirik. Bundan sonra qida borusunun selikli
qişasının üzərinə 1 – 2 damla adrenalin (1:100000),
asetilxoldin (1:100000), fizioloji məhlul (0,6 %-li) əlavə
edib, mantar lövhənin hissəcəyinin hərəkətinə necə təsir
etdiyini müşahidə edirik. Adrenalinin təsirindən mantar
lövhəsinin hissəciyinin hərəkətinin ləngidiyini,
asetilxolinin isə həmin hərəkəti qüvvətləndirdiyini
müşahidə edirik.
71 saylı iş. Bağırsaq selikli qişasından maddələrin qana
və limfaya sorulmasının müşahidəsi
Öyrənilmişdir ki, sorulmanın icrasında süzülmə,
diffuziya və osmos prosesləri iştirak edir. Süzülmə prosesi
bağırsaqların saya əzələlərinin təqəllüsü nəticəsində bağır-
saq boşluğunda yaranan hidravlik təzyiqlə təmin edilir. Bu
təzyiq 8 – 10 mm civə sütununa qədər artdıqda sorulma
xeyli sürətlənir. Lakin həmin təzyiq 80 – 100 mm civə
sütununa çatarsa, bağırsağın selikli qişasındakı xovlar və
kapilyarlar sıxıldığından sorulma yavaşıyır və dayana
bilər. Suyun və hipotonik məhlulların bağırsaqdan sorul-
ması osmos qanununa tabe olur. Bağırsaq boşluğuna hipo-
tonik məhlul doldurduqda əvvəl su, sonra mineral
maddələr sorulduğu halda, hipertonik məhlul doldurduqda
258
isə əvvəlcə mineral maddələr, sonra su sorulduğu aşkar
edilmişdir.
Bağırsağın selikli qişası xovları da yığılıb-boşal-
maqla sorulma prosesində iştirak edir.
Bağırsağın selikli qişasını natrium-flüoridlə
zəhərlədikdə sorulma prosesi bütövlüklə osmos-diffuziya
qanununa tabe olur. Bu zaman bağırsaq boşluğuna
yeridilmiş NaCl konsentrasiyası osmos-diffuziya
qanununa əsasən qanın konsentrasiyası ilə bərabərləşir.
Məhz buna görə bağırsaq epitelinə yalnız yarımkeçirici
membrana kimi deyil, müəyyən fizioloji funksiyanı fəal
yerinə yetirən üzv kimi baxmaq lazımdır.
Lazım olan material və avadanlıqlar: cərrahi
alətlər, saniyəölçən, ştativ, sap, tənzif, konyula, bölgülü
şüşə boru, rezin boru, sıxıcılar, üçyollu şüşə boru, xörək
duzunun 0,9% - 1,5% - 5%-li məhlulları, natrium-flüoridin
0,00%-li məhlulu, eksperiment üçün heyvan (dovşan,
pişik, siçan).
İşin gedişi:
Narkoz altında yatmış heyvanı arxası üstə cərrahi
masaya bağlayıb, şəkildə göründüyü kimi, qarın boşluğu
açılır, 10 – 15 sm uzunluğunda nazik bağırsaq ilgəyi kəsik
səthinə qaldırılır və hər iki tərəfdən elastiki sıxaclar aras-
ında bağırsağı köndələn kəsiklə kəsib ayırırlar. İzolə
edilmiş ilgəyin damar və sinir əlaqələri salamat saxlanılır.
Sonra kəsilmiş bağırsaq ilgəyi boşluğuna hər iki tərəfdən
bölgülü şüşə boruların ucu daxil edilir. Boruların sərbəst
ucları ştativə bərkidilir.
259
Şəkil 146. 1-heyvanın təcrübə masasına bağlanması və qarın
boşluğunun açılması; 2-nazik bağırsaqdan izolə edilmiş hissə; 3-
bağırsaq preparatına qoyulmuş kanyula.
260
Təcrübə üçün ayrılmış bağırsaq hissəsinin içi yu-
yulur və borulardan həmin bağırsaq hissəsinə izotonik
NaCl məhlulu doldurulur. 5 dəqiqədən sonra bağırsaqdan
sorulmuş olan maddənin miqdarı müəyyən edilir.
Sorulmanın göstəricisi bölgülü büretkada məhlulun
səviyyəsinin aşağı düşməsi olacaqdır. Təcrübəni hipo- və
hipetonik məhlullardan istifadə etməklə də təkrarlayırlar.
Bu məhlullara natrium-flüorid məhlulu əlavə edildikdə
sorulmanın ləngidiyi nəzərə çarpacaqdır. Təcrübənin
nəticələri cədvələ köçürülür.
Cədvəl 12
Bağırsaqdan müxtəlif məhlulların sorulması
№
Məhlulun
konsentrasiyası
Sorulmuş məhlulun
miqdarı
Vaxt
1
2
3
4
0,9 %-li NaCl
0,5 %-li NaCl
5%-li NaCl
0,005 %-li NaCl
Maddələr və enerji mübadiləsi. Qidalanma
Orqanizm daima enerji sərf edir. Orqanizmə enerji
qida ilə daxil olur. Mübadilədə iştirak edən əsas qida
maddələri zülallar, yağlar və karbohidratlardır. Bunlardan
başqa vitaminlər, su və mineral duzlar orqanizm üçün
əhəmiyyətlidirlər. Qida maddələri tikinti materialı olmaqla
yanaşı, enerji mənbəyi kimi də mühüm rol oynayır. Onlar
bir sıra mürəkkəb çevrilmələrdən daha sadə maddələrə
(suya, CO
2
-na) parçalanır və orqanizmdən xaric olunur.
261
Maddələr mübadiləsi 2 prosesdən ibarətdir: assim-
ilyasiya və dissimilyasiya. Dissimilyasiya zamanı ayrılan
enerji orqanizmin bütün proseslərini təmin edir.
Orqanizmdən xaric olan enerjinin miqdarını vasitəli
və vasitəsiz kalorimetriya üsulu ilə təyin edirlər. Geniş
yayılmış üsul vasitəsiz kalorimetriyadır ki, burada istiliyin
miqdarca göstəricisi sərf olunan atmosfer oksigeninin
miqdarı ilə müəyyən edilir.
72 saylı iş. Cədvəl üzrə əsas mübadilənin təyini
Yaşlılarda və uşaqlarda əsas mübadiləni təyin
etmək üçün Benedikt cədvəllərindən istifadə olunur.
Bunun üçün kişilərin və qadınları ayrılıqda boyunu, yaşını
və bədən çəkisini bilmək lazımdır. İki rəqəmi tapıb (1-ci
boy və yaşa görə, 2-ci çəkiyə görə) toplayırlar. Tələbə
üçün sutka ərzində əsas mübadiləni tapıb, bir kq çəkiyə bir
saat ərzində toplayırlar.
Dostları ilə paylaş: |