Ə.H.ƏLİYEV, F.Ə.ƏLİYEVA,
V.M.MƏDƏTOVA
İNSAN VƏ HEYVAN
FİZİOLOGİYASINDAN
PRAKTİKUM
(Dərs vəsaiti)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
24.07.2008-ci il tarixli 952 saylı əmrinə
əsasən dərs vəsaiti kimi təsdiq edilmişdir.
BAKI – 2008
2
Müəllif kollektivi bu dərsliyi Azərbaycanda «İnsan və
heyvan fiziologiyası» elminin banisi görkəmli alim akad. A.İ.Qa-
rayevin, prof. T.D.Qayıbovun və prof. H.A.Hüseynovun əziz
xatirəsinə həsr edirlər.
Elmi redaktorlar:
Əməkdar elm xadimi, ABŞ-ın İllinoys EA-nın
həqiqi üzvü, biologiya elmləri doktoru,
professor Neymət Qasımov,
Gəncə Dövlət Universitetinin biologiya
fakültəsinin dekanı, anatomiya-fiziologiya
kafedrasının dosenti b.e.n. Adil Rüstəmov
Rəyçilər: AMEA-nın A.İ.Qarayev adına Fiziologiya
İnstitutunun analizatorların müqayisəli və
yaş fiziologiyası laboratoriyasının rəhbəri,
b.e.n. Afiq Qazıyev,
dos. Sevinc İbrahimova,
dos. Ruhəngiz Babayeva
Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova. İnsan və heyvan
fiziologiyasından praktikum Bakı: «Bakı Universiteti» nəşriyyatı,
2008, 288 səh.
Oxucuların ixtiyarına verilən praktikum 10 fəsildən ibarət olub
«İnsan və heyvan fiziologiyası» kursu üzrə elmi araşdırmaların
obyekti olan insan və heyvanda baş verən fizioloji proseslərin geniş
və hərtərəfli öyrənilməsi üçün metodoloji yanaşmanı özündə əks
etdirən 83 laboratoriya işindən ibarətdir. Praktikumda bu işlərin
yerinə yetirilməsi üçün verilən metodlar tələbələrin sərbəst işləməsini
və insan və heyvan fiziologiyasından mühazirə dərslərində verilən
materialı necə mənimsəməsini yoxlamaq üçün nəzərdə tutulmuşdur.
2008
)
07
(
658
1903010000 −
−
M
© «Bakı Universiteti» nəşriyyatı, 2008
3
MÜQƏDDİMƏ
Bakı Dövlət Universitetinin bakalavr pilləsində təhsil
alan tələbələrinin müasir «İnsan və heyvan fiziologiyası»
dərsliyinə olan ehtiyaclarını ödəmək üçün yazdığımız «Təc-
rübə-məşğələ» kitabı insan və heyvan fiziologiyası proqramına
(2006) uyğun yazılmışdır.
Girişdə fizioloji təcrübələrin aparılmasına dair
göstərişlər, istifadə olunan cihazlar, məhlullar, narkoz, tədqiqat
üsulları haqqında məlumat verilib. Sonrakı fəsilləri sinir-əzələ
fiziologiyası, mərkəzi sinir sistemi, qan, ürək-damar, tənəffüs,
həzm, maddələr və enerji mübadiləsi, qidalanma, ifrazat, daxili
sekresiya vəzləri, analizatorlar və ali sinir fəaliyyəti funksiya-
larının təcrübə işlərini əhatə edir. Tələbələrin tədris fənnini
necə mənimsəməsini və laboratoriya işlərini sərbəst işləməsini
yoxlamaq üçün bəzi işlərin sonunda suallar verilmişdir.
«İnsan və heyvan fiziologiyası» üzrə «təcrübə-
məşğələ» kitabında verilən işlərin yerinə yetirilməsi üçün
verilən üsullar universitetlərin biologiya fakültəsinin bakalavr
tələbələrinin sərbəst işləməsini və «İnsan və heyvan fiziologi-
yası»ndan mühazirə dərslərində verilən materialı necə
mənimsəməsini yoxlamaq üçün nəzərdə tutulub.
Universitetlərin bakalavr proqramına uyğun olaraq
hazırlanan bu kitab laboratoriya işlərinə aid 152 şəkil və 13
cədvəllə zənginləşdirilib. «Təcrübə – məşgələ» kitabı dövlət,
özəl və pedaqoji universitetlərin biologiya ixtisası üzrə bakalavr
pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub, həmçinin
ondan aspirantlar, dissertantlar və müəllimlər də bəhrələnə
bilər.
Kitab
haqqında qeydlərini bildirən oxucularımıza
minnətdarlığımızı bildiririk.
4
1 saylı iş. «İnsan və heyvan fiziologiyası»ndan aparılan
təcrübələrin təşkili, istifadə edilən
məhlullar və üsullar
Fiziologiya elmi qədim zamanlardan eksperimentə
əsaslanır. Fizioloji təcrübələr aparılan zaman fizioloji
fəaliyyətlə əlaqədar olan funksiyalar xüsusi cihazlar
vasitəsilə dəqiq qeydə alınmalı, təhlil edilməlidir.
Öyrənilən fəaliyyət göstəricilərinin nəticəsi protokol,
fotoşəkil, kinofilm və s. kimi sənədləşdirməlidir.
Hər hansı canlı orqanizm və ya onun üzvü, toxuma
və hüceyrələri üzərində əməliyyat aparılarkən, müxtəlif
cərrahi alətlərdən, məhlullardan, kimyəvi maddələrdən,
cihazlardan və s. istifadə edilir.
Fizioloji
tədqiqatlar, əsasən in vivo (latınca vivus-
canlı), yəni canlılar üzərində aparılır. Bəzi tədqiqatlar isə
in vitro (latınca vitrum-şüşə, sınaq şüşəsi), yəni
orqanizmdən kənarda aparıla bilər. Fizioloji təcrübələrdə
daha çox qurbağa, dəniz donuzu, it, pişik və başqa hey-
vanların üzərində eksperiment aparılır.
Heyvan
üzərində aparılan ekperimentin nəticəsi in-
san orqanizmi fəaliyyətinin bir çox qanunauyğunluqlarını
başa düşməyə kömək edir.
Fizioloji
təcrübələrdə istifadə olunan preparatın
qansızlaşması və qurumasının qarşısını almaq üçün
müxtəlif fizioloji məhlullardan istifadə olunur. Bəzən isə
fizioloji məhlullardan qan əvəzediciləri kimi damara vu-
rurlar. Fizioloji təcrübələrdə daha çox soyuqqanlılar üçün
0,65%-li və istiqanlılar üçün 0,85%-li xörək duzu
məhlullarından, isti və soyuqqanlılar üçün Ringer (Cədvəl
1), Ringer-Lok və Triode (cədvəl 2) məhlullarından
istifadə edilir.
5
Cədvəl 1
Ringer məhlulunun tərkibi (maddələrin miqdarı %-lə)
Tərkib hissələri
İstiqanlılar üçün
Soyuqqanlılar üçün
NaCl 0,8
0,6
KCl 0,042
0,01
CaCl
2
0,024
0,01
NAHCO
3
0,01 0,01
Cədvəl 2
Fizioloji təcrübələrdə istifadə olunan zülalsız
qanəvəzedici məhlullar (maddələrin miqdarı %-lə)
Məhlulun
tərkibi
(%-lə)
Xörək duzun-
dan hazırla-
nan məhlullar
Ringer
məhlulu
Ringer-Lok
məhlulu
Ringer-
Triode
məhlulu
NaCl 0,65,
0,95 0,8
0,9 0,8
KCl
_
_
0,042
0,042
0,02
CaCl
2
_
_
0,024
0,024
0,02
NAHCO
3
_
_
0,02
0,02
0,01
MgCl
2
_
_
_
_
_
_
0,01
NaH
2
PO
4
_
_
_
_
_
_
0,005
Qlükoza
_
_
_
_
0,1
0,01
Oksigen
_
_
_
_
oksigenlə
zənginləşmə
oksigenlə
zəngin-
ləşmə
Fizioloji təcrübələrdə istifadə olunan üsullar
İnsan və heyvan orqanizmində embrional və
postembrional yaş dövrlərində cərəyan edən fizioloji və
biokimyəvi prosesləri öyrənmək üçün müşahidə və təcrübə
üsullarından istifadə edilir. Lakin müşahidə üsulu hər
hansı üzvün fəaliyyəti haqqında dəqiq məlumat almağa
kifayət etmədiyindən fizioloji göstəricilər barədə düzgün
6
məlumatlar almaq üçün kəskin və xroniki təcrübənin
aşağıda adları verilən müxtəlif üsullarından istifadə edilir:
Viviseksiya – Klavdi Qalen tərəfindən tədbiq
edilib; hər hansı orqanın üzvləri cərrahi yolla açılır və mü-
şahidə edilir; təcrübənin sonunda heyvan tələf olur
Ekstripasiya – hər hansı üzvün və ya onun bir
hissəsinin kəsilib bədəndən xaric edilməsidir.
Transplantasiya – bədənə hər hansı üzvün və ya
toxumanın cərrahiyə yolu ilə köçürülməsi,
bitişdirilməsidir. Bu üsul bir neçə istiqamətdə ayto
(özündən-özünə) – homo (eyni cinsdən cinsə) – hetro
(müxtəlif cinslər arasında) – allo (yad cismin bədənə
köçürülməsi) transplantasiya istiqamətində aparılır.
Denervasiya
üsulu – üzvü innervasiya edən siniri
kəsmək və üzvü sinir təsirindən azad etməkdir.
Liqatura üsulu – sinir və ya damarı bağlamaq yolu
ilə üzvü sinir təsirindən və ya qan təchizindən azad
etməkdir.
Fistula üsulu – həzm kanalının müxtəlif şöbələrinə
bədən səthindən dəliklər açılır. İlk dəfə Rus alimi Basov
(1842), sonra isə Fransız alimi Blandula (1843) mədəyə
fistula qoymuşlar. Bu üsulu İ.P.Pavlov təkmilləşdirmişdir.
Fistuladan xaricə axan həzm şirələrini alıb, miqdarını və
tərkibini tədqiq etmək və həzm kanalının fistula qoyulmuş
şöbələrinə müxtəlif qıcıq vasitəsilə təsir etmək yolu ilə
İ.P.Pavlov elmi məlumatlar toplamış, həzm sisteminin
fiziologiyasına dair nəzəriyyələr vermişdir.
Radiotelemetriya
üsulu – müasir elektron cihazları
vasitəsilə bioloji obyektin fizioloji fəaliyyət göstəriciləri
qeydə alınır.
Şərti refleks üsulu – İ.P.Pavlov beyin fəaliyyətinin
bir sıra qanunauyğunluqlarını kəşf etmiş, ali sinir
7
fəaliyyəti haqqında təlim yaratmışdır.
Elektrofizioloji
üsul – üzvi, toxuma və hüceylərdə
əmələ gələn biocərəyanları qeyd etmək, ölçmək və mü-
şahidə etməklə, onların fəaliyyəti haqqında məlumat
toplanır. Fizioloji tədqiqatlarda və klinikada elektrokar-
dioqrafiya, elektromioqrafiya, elektroensefaloqrafiya,
elektroretinoqrafiya, ossiloqrafiya tədbiq edilir.
Denervasiya
üsulu
– üzvə gələn siniri kəsib, üzvü
həmin sinirlə ona daxil olan sinir impulslarından məhrum
etməkdən ibarətdir. Məsələn, mədəni innervasiya edən
azan siniri kəsdikdə mədənin şirə ifrazı ləngiyir.
Qıcıqlandırma üsulu – fizioloji tədqiqatlarda müx-
təlif təbiətli qıcıq növləri tətbiq edilir.
Kimyəvi yolla – qıcıqlandırmada kimyəvi maddələr
bir neçə yolla tətbiq edilir (inyeksiya, elektroforez,
mikroinyeksiya, parenteral).
Termiki yolla – qıcıqlandırma orqanizmin hər
hansı nahiyəsini isitmək və ya soyutmaq yolu ilə həyata
keçirilir.
Elektrik
cərəyanı yolu ilə – elektrik qıcığın
qüvvəsi, tezliyi, təsir müddəti istənilən qaydada tənzim
olunur. Bunun üçün elektrostimulyator və elektrodlardan
istifadə edilir.
Səs və işıq – siqnalları qıcıqlandırmada istifadə
edilir.
Anastomoz üsulu – ürək-damar və mədə-bağırsaq
sisteminin müxtəlif şöbələri anastomoz vasitəsilə
birləşdirilir. Məsələn, mədə xəstə olduqda qida borusu
birbaşa onikibarmaq bağırsaqla birləşdirilir. Bu zaman
udulan qida mədəyə yox, bağırsağa daxil olur.
İri heyvanların ətraflarını cərrahi masaya
bağlamaqla hərəkətsizləşdirirlər. Cərrahi əməliyyatı
8
düzgün aparmaq üçün fiksə etməyin rolu böyükdür. Arxası
üstə bağladıqda ön ətraflar gövdəyə möhkəm sıxılmalı,
arxa ətraflar dartılmalı, boyun və döş qəfəsi yuxarıya
çəkilməlidir.
Heyvanın başını fiksə etmək üçün müxtəlif növ baş
tutanlardan istifadə edilir (məsələn, Qalen baş tutanı).
Şəkil 1. İtin viviseksiya masasına bərkidilməsi (a),
Qalen baş tutanı (b).
Cərrahi əməliyyatı aparmaq üçün 3 növ masa möv-
cuddur: 1) kiçik heyvanlar (siçan, siçovul, dəniz donuzu)
üçün kitazato masası; 2) orta ölçülü heyvanlar (dovşan,
pişik) üçün taxtadan hazırlanmış masa; kimoqrafın
müxtəlif hündürlüyünə çatması üçün qaldırıcı masa; 3)
böyük heyvanlarda (it) taxtadan və ya metaldan hazırlanır.
Perfuziya üsulu – hər hansı üzvün ümumi qan döv-
ranı ilə əlaqəsini kəsib, onun damarlarından qan əvəzinə
tərkibi məlum olan məhlullar axıdıb, üzvün damarlarından
keçən məhlulu (perfuzatı) toplayıb analiz etməkdən
ibarətdir.
9
Radiotelemetrik üsul – müasir texniki cihazların
köməkliyilə uzaq məsafədə, məsələn, idman meydan-
çalarında, təyyarələrdə, kosmosda, ayda olan insanların və
başqa bioloji obyektlərin (qurbağa, it, siçovul, pişik)
fizioloji fəaliyyət göstəriciləri qeydə alınır.
2 saylı iş. Fizioloji təcrübədə istifadə olunan alətlər və
cihazlar
Alətlər. Fizioloji təcrübələri aparmaq üçün aseptika
və antiseptika qaydalarını gözləmək şərtilə cərrahi
alətlərdən istifadə olunur: böyük və kiçik qayçılar,
anatomik, cərrahi və göz pinsetləri, cərrahi iynə, skalpel,
sıxıcılar, preparaedici iynə, iynətutan, qarmaqlar, zondlar,
sancaqlar, ipək sap, kanyulya.
Şəkil 2. Preparaedici alətlər. 1-böyük qayçı; 2-kiçik göz qayçısı;
3-skalpel; 4-preparaedici iynə; 5-göz pinseti; 6,8-sıxıcı;
7-anatomik pinset; 9-sancaqlar; 10-ipək sap.
10
Cihazlar. Fizioloji eksperimentlərdə qıcıqlandırıcı,
gücləndirici, çevirici, qeydedici cihazlardan istifadə olunur
və obyekti qıcıqlandırmaq üçün müxtəlif mənbələrdən
alınan sabit və dəyişən cərəyandan istifadə edilir.
Şəkil 3. Qələvi akkumulyator.
Şəkil 4. İnduksion cihaz (a); onun
dövrədə açılmış vəziyətdə sxemi (b).
Sabit cərəyan mənbəyi kimi XVIII-XIX əsrdə
akkumulyator, dəyişən cərəyana çevirmək üçün Dybua-Rey-
monun sürüşkən induksion cihazından istifadə olunurdu.
Açarlar (d) akkumulyatoru dövrədə açıb bağlamaq
üçün istifadə olunur.
11
Şəkil 5. Sabit və dəyişkən cərəyan ilə iş sxeminin tərtibi üçün
istifadə edilən açarlar: a – açar – rubilnik; b – üçkontaktlı açar.
Metronom
sabit
cərəyandan istifadə edəndə dövrəni
ritmik açıb bağlamaq üçün istifadə edilir.
Şəkil 6. Metronom:
1-rəqqas; 2-manivella; 3-civə fincanı; 4-sürüngəc.
12
Fasiləli cərəyan almaq üçün elektromaqnit kamer-
tondan istifadə olunur.
Şəkil 7. Kamerton. I–xarici görünüşü, II–kamerton dalğalarının
əyrisi.1-ayaqcıqlar; 2-elektromaqnit; 3,4–cərəyan mənbəyilə
birləşdirən kontaktlar; 5-planindən nəql; 6-vint.
Reoxord
və reastat sabit cərəyan ilə qıcıqlandırmaq
üçün istifadə olunur.
Şəkil 8. Reoxord: a – onun dövrəyə birləşmə sxemi;
b – 1, 2-kontaktlar, 3- sürüngəc.
13
Şəkil 9. Reoxord (I), dövrəyə birləşmə sxemi (II):
a, b, e – klemmalar, c- sürüngəc.
Sabit
cərəyanın istiqamətini dəyişmək üçün kom-
mutatordan istifadə edilir.
Şəkil 10. Kommutator: 1, 2, 3, 4, 5, 6 – kontaktlar.
14
Hal-hazırda sabit və dəyişən cərəyan mənbəyi kimi
elektrik stimulyatorlardan istifadə olunur. Stimulyator
cərəyanın formasını dəyişir, onun qüvvəsini, gərginliyini,
tezliyini, təsir müddətini, dövriliyini tənzim edir.
Şəkil 11. Stimulyatorun xarici görünüşü: 1,7,9–açar; 2,3,8,10-
tumbler (gərginlik üçün); 4-tezliyi tənzimləyən tumbler;
5-dəyişdirici açar; 6-işə salma düyməsi.
15
Şəkil 12. Stimulyatorun quruluş sxemi.
Fizioloji elektron stimulyatoru fasiləsiz və proq-
ramlaşdırılmış qıcıqlar verməkdən əlavə, bəzi elektron
cihazları isə sistemin sinxron işlənməsi üçün müvafiq
impulslar göndərmək məqsədilə istifadə edilir.
Elektrodlar
vasitəsilə elektrik impulslar
stimulyatordan obyektə çatdırılır.
Şəkil 13. Elektrodlar: a-iynə elektrodu; b-muftaya birləşən
elektrodlar; c-mantar lövhəyə birləşən elektrodlar; d-qütbləşməyən
elektrodlar. 1-ebonit lövhəcikli iynə elektrodu; 2-nəql; 3-gümüş və ya
platindən uclar; 4-şarpiron cihaz; 5-mufta (halqa).
Bəzi təcrübələrdə metal elektrodlar qütbləşərək təc-
rübənin nəticəsini təhrif edir. Odur ki, sabit cərəyan tətbiq
edilən təcrübələrdə qütbləşməyən elektrodlar işlənilir.
Beynin dərin şöbələrindəki hüceyrələrin fəaliyyətini
öyrənmək üçün şüşə borudan və ya metaldan hazırlanan
mikroelektrodlar tətbiq edilir. Eyni elektrodla həm
hüceyrəni qıcıqlandırmaq, həm də onun elektrik po-
tensiallarını almaq üçün 2 kanallı elektrod istifadə olunur.
16
Bir qütblü (mupolyar) aparma zamanı
elektrodlardan biri tədqiq edilən toxumaya, hüceyrəyə,
digəri isə uzaq məsafədə qoyulur ki, bunların da
birincisinə fəal, ikincisinə indifferent elektrod deyilir.
Bipolyar (2 qütblü) aparmada elektrodlar bir-birinə yaxın
olur.
Asma elektrodlar beyin qabığı səthinə təzyiq edib onu
zədələmir, yalnız təmasda olur. Beyin daxilinə və bədənin digər
nahiyələrinə daxil edilən elektrodların ucları açıq olmalı,
səthləri elektrik keçirməyən lak ilə örtülməlidir.
Siniri
qıcıqlandırmaq üçün mantar və ya şüşə lövhə
üzərinə yapışdırılmış elektrodlar istifadə olunur.
Xroniki
təcrübələrdə elektrodları toxumaya
həmişəlik bərkidirlər.
Müxtəlif qabıqaltı və beyin sütunu törəmələrinin
bioelektrik fəallığı qeydə almaq, həmin törəmələri qı-
cıqlandırmaq və ya dağıtmaq üçün stereotaksis
cihazından istifadə edirlər.
Çevrici cihazlar vasitəsilə əzələ təqəllüsünü, nəbzi,
qan təzyiqini, ürək tonlarını, tənəffüs hərəkətlərini elektrik
dalğalarına çevirib, müvafiq qrafik göstricilər alınır.
Gücləndirici cihazlar qüvvəsi mikroamper, gərginliyi
mikrovoltlarla ölçülən cərəyanları milyon dəfə artırır.
Qeydedici cihazlar mürəkkəb olub mexaniki, pnev-
matik, elektrik, universal cihazlara bölünür.
17
Şəkil 14. Qıcıq qeydedici:
a-xarici görünüşü; b-sxem; c-qıcığın qeydi.
Mexaniki cihazlar – kimoqraf, mioqraf, kordioqraf
təcrübə məşğələlərində geniş istifadə edilir.
Kimoqrafın üzərində yazı almaq üçün onun
silindrinin üzəri hislənmiş kağızla örtülür və qeydedici lingin
lələk qələmi ona toxundurulur.
Şəkil 15. Kimoqraf:
1-silindr; 2-saat mexanizmi; 3-ox; 4-flüqer; 5-açar.
Mioqraf
vasitəsilə izolə (təcrid) edilmiş əzələ
təqəllüsləri qeydə alınır.
18
Şəkil 16. Mioqraflar:
I-düz mioqraf sinir əzələ preparatının əzələ təqəllüsünü qeyd edir; II-
künclü mioqraf bütöv qurbağının əzələ təqəllüsünü qeyd edir.
Təcrid edilmiş əzələnin bir ucunu ştativdəki sıxıcıya,
digər ucunu qarmağa bənd etdikdə təqəllüs zamanı ling
hərəkətə gəlir və kimoqrafın üzərində qeydə alınır.
Kardioqraf cihazı vasitəsilə ürək təqəllüsləri qeydə
alınır. Təcrübə zamanı serfinlə ürəyin zirvəsini tutub
qaldırdıqda, ürək döyüntülərinə müvafiq olaraq, lingin ucu
yuxarı və aşağı hərəkət edir və kimoqraf üzərində qeyd
olunur.
Şəkil 17. Kardioqraf: 1-qeydedici ling; 2-serfin; 3-ştativ.
19
Pelotlu kardioqraf insanda ürək döyüntülərinin
yazısını almaq üçün istifadə olunur.
Şəkil 18. Pelotlu kardioqraf.
Bu cihaz qayışlar vasitəsilə insanın döş qəfəsinə elə
yerləşdirilir ki, onun pelotu sol tərəfdə qabırğaarası sahədə
ürəyin zirvə vurğusu hiss edilən nöqtəyə düşsün.
Pnevmoqraf döş qəfəsində tənəffüs hərəkətlərini
qeyd etmək üçün istifadə edilir.
Şəkil 19. Pnevmoqraf: 1-rezin kamera; 2-marey kapsulası; 3-vaxt
qeyd edicisi; 4-sıxıcı; K-kimoqraf.
20
Şəkil 20. Qan təzyiqi qeyd etmək üçün manometr.
İnsanda nəbzi qeyd etmək üçün istifadə edilən cihaz
sfiqmoqraf adlanır.
Şəkil 21. Sfiqmoqraf: p-pelott; F
1
,F
2
-ling; a-hislənmiş kağız;
s-ling; f-prujin; k-çarx; h-ling.
Sfiqmomanometr insanda qan təzyiqini ölçmək
üçün istifadə edilir.
21
Şəkil 22. Sfiqmomanometr: 1-manometr; 2-boş manjet; 3-vintli
klapan; 4-rezin balon; 5-rezin borular.
Poliqraf metal qutudan, onun üzərini örtən rezin
pərdədən, pərdəyə yapışdırılmış qeydedici lingdən və qu-
tunun deşik divarına lehimlənmiş borudan ibarətdir.
Şəkil 23.Poliqraf:
1-Marey kapsulu; 2-qeydedici ling; 3-metal boru.
22
I FƏSİL
SİNİR-ƏZƏLƏ FİZİOLOGİYASI
Sinir, əzələ və vəzi toxumalarının oyanan toxumalar
adlanmasına səbəb, onların qıcıq təsirindən oyanmasıdır.
Sinirlər vasitəsilə sinir impulsları əzələyə nəql olunduqda
o, təqəllüs, vəzi toxuması isə şirə ifraz edir. Əzələ, vəzi və
sinir toxumalarında gedən maddələr mübadiləsinin
vəziyyətindən asılı olaraq oyanma qabiliyyətinin intensiv-
liyi dəyişə bilər. Hüceyrə qlafının və ya membranının bəzi
ionları, xüsusən kalium və natrium ionlarını toxumanın
sakit və ya fəaliyyət halında seçici keçirmək
xüsusiyyətindən asılı olaraq toxumanın keçiriciliyi və oy-
anıqlığının səviyyəsi dəyişə bilər. Belə ki, əzələ
hüceyrəsində oyanıqlıq və keçiricilik sinirlərə nisbətən
zəif, vəzi hüceyrəsinə nisbətən yüksəkdir.
Əzələnin quruluş və funksional vahidi əzələ hü-
ceyrəsi və ya lifidir. Əzələ lifi bir neçə millimetrdən bir
neçə santimetrə qədər, qalınlığı isə 100 mikrona qədər
olur. Hər bir lif xaricdən mikroskopik örtük sarkolemma-
dan, hüceyrədaxili mühit sitoplazmadan və bu mühitdə
olan nüvələrdən (saya əzələdə bir nüvə olur) ibarətdir. Si-
toplazma isə iki tərkib hissədən ibarətdir. 1-ci səthə yaxın
sarkoplazmadan və dərində olan kinoplazmadan ibarətdir.
Sitoplazmanın təqəllüs etmək qabiliyyəti yoxdur. Kino-
plazma isə sitoplazmanın təqəllüs qabiliyyətinə malik
tərkib hissəsi, yəni əzələ liflərinin təqəllüs aparatıdır. Bu
aparat isə protofibril və ya miofilament adlanan tellərdən
ibarətdir.
Diametri 1 mikrona bərabər olan hər miofibrildə
2500-ə qədər protofibril olur. Protofibrillər kimyəvi
Dostları ilə paylaş: |