Lazım olan material və avadanlıqlar: mioqraf,
stimulyator, qayçı, pinset, skalpel, liqatura, ştativ, pambıq,
fizioloji məhlul, qurbağa.
İşin gedişi: Qurbağanı üzü aşağı vəziyyətdə mantar
95
lövhəyə bərkidirlər. Bud nahiyəsinin dərisini kəsirlər və
budda yerləşən antaqonist əzələlərindən birinin üçbaşlı və
yarımvətərli əzələlərini tapırlar. Bu əzələlərin aşağı
nahiyəsində vətərləri ətraf toxumalardan təmizləyirlər.
Ayrı-ayrılıqda vətərlərin altından liqatura keçirib bağ-
layırlar, kəsib sümükdən ayırırlar. Sonra heyvanın baldır
nahiyəsinin dərisini kəsirlər. Qamış sinirini tapıb onu
liqaturaya salırlar. Sonra üçbaşlı əzələnin təqəllüsünə
səbəb olan dəri sinirini bud nahiyəsində tapıb liqaturaya
alırlar.
Şəkil 74. Antaqonist əzələlərin mioqrafa birləşməsi.
96
Şəkil 75. Resiprok sinirlənməni öyrənmək üçün qurbağanın sinir
və əzələlərinin yerləşməsi: 1-üçbaşlı əzələ; 2-yarımvətərli əzələ;
3-dəri siniri; 4-kiçik baldır siniri.
Qurumasın deyə sinirləri və əzələləri fizioloji məh-
lul ilə isladırlar. Sinirləri qıcıqlandırmaq üçün elektrik
dövrə düzəldirlər. Ştativə bərkidilmiş qurbağanın üçbaşlı
və yarımvətərli əzələlərinin ayrı-ayrılıqda hərəkətlərini
yazmaq üçün lingə birləşdirirlər. Əsas təcrübəyə
keçməzdən əvvəl oyanma əmələ gətirə bilən cərəyan
qüvvəsini müəyyənləşdirirlər. Çox qüvvəli olmayan belə
bir cərəyan tapırlar ki, qamış və dəri bud sinirini
qıcıqlandırdıqda hər 2 əzələnin təqəllüs etməsi aydın
görünsün. Sonra cərəyanın qüvvəsini bir qədər artırırlar.
Ayrı-ayrılıqda əzələlərin təqəllüsünə səbəb olan sinirləri
qıcıqlandırırlar. Bükücü refleks verən qamış sinirini
qıcıqlandırdıqda, dizi bükən yarımvətərli əzələnin təqəllüs
etdiyini, diziaçan budun üçbaşlı əzələsinin təqəllüs
etmədiyini görəcəyik.
Dizin
açılmasına, yəni üçbaşlı əzələnin təqəllüsünə
səbəb olan sinirini qıcıqlandırdıqda, üçbaşlı əzələnin
97
yığılması bu zaman yarımvətərli əzələnin boşalmasına
səbəb olacaq.
24 saylı iş. Deserebrasiya qıcığı, boyun və labirint
refleksləri
Orqanizmin normal vəziyyətinin mühafizə olun-
ması mürəkkəb reflektoru yolla nizama salınır. Bu
prosesdə tonik reflekslər iştirak edir. Tonik reflekslərin
afferent hissəsi labirintlərdən, boyunun proprioreseptor-
larından keçir. Bu reflekslərin refleks qövsü uzunsov
beyindən keçir; efferent hissəsi uzunsov beyindən impul-
sları əzələlərə nəql etdirməklə müxtəlif əzələ qrupları aras-
ında tonusu bölüşdürür, beləliklə, əzələlərin koordinasi-
yasını nizama salır. Uzunsov beynin əzələ tonusu üçün
əhəmiyyətini deserebrasiya edilmiş heyvanlar üzərində
öyrənirlər.
Deserebrasiya
qıcığı reflektoru yolla əmələ gəlir.
Bu reflekslər daxili qulağın dəhliz cihazı reseptorlarının,
eləcə də boyun və digər proprioreseptorların qıcıqlandırıl-
ması ilə başlayır. İmpulslar uzunsov beynin mərkəzləri
vasitəsi ilə əzələlərə verilir. Aşağı ətraflardan birini
sinirləndirən arxa kökləri kəsdikdə, həmin ətrafda desere-
brasiya qıcığı müşahidə edilməyəcək.
Lazım olan material və avadanlıqlar: cərrahi
masa, cərrahi alətlər, tperan şipsi, peano, müxtəlif ölçüdə
qayçılar, anatomik və cərrahi pinset, skalpel, iynə, iynə
tutan, qrelka, efir, maska, mum, fizioloji məhlul, pambıq,
pişik, tampon.
İşin gedişi: Deserebrasiya əməliyyatı narkoz altında
aparılır. Heyvanı arxası üstə cərrahi masaya bağlayırlar.
98
Boyun nahiyəsinin tüklərini qırxırlar. Boylama
istiqamətdə orta xətt üzrə dərini, sonra əzələləri kəsirlər.
Nəfəs borusunun hər 2 tərəfində yerləşən yuxu arteriya-
larını tapırlar və bağlayırlar. Bundan sonra heyvanı arxası
üstə çevirirlər, başını və boynunun tüklərini qırxırlar. Qaş
qövsləri arası ilə orta xətt üzrə ənsə nahiyəsinə qədər
dərini kəsirlər və hər 2 tərəfdən dərini ayırırlar, dərialtı
əzələləri kəsirlər. Axan qanı tampon ilə saxlayırlar. Trepan
vasitəsilə hər 2 tərəfdən təpə sümüklərini deşirlər. Qanax-
manı ərimiş mum ilə saxlayırlar. Şipsi ilə deşilmiş
nahiyədən kəllə sümüklərini kəsib götürürlər və küt alət ilə
beynin sərt qişasını kəllə sümükdən yavaş-yavaş ayırırlar.
Sonra kəllə sümüklərinin qalan hissəsini də kəsib atırlar.
Bundan sonra qanaxmanın qarşısını almaq üçün saqital
sinusun ön və arxa tərəflərindən liqatura keçirib bağlayır-
lar. Küt aləti beyincik ilə yarımkürələr arasından keçirib
eninə kəsirlər. Bu zaman kəsik uzunsov beyni beynin yux-
arı şöbələrindən ayırır. Kəsilmiş beynin yuxarı şöbələrini
çıxardırlar və boşluğu tampon ilə doldururlar. Əməliyyat
düzgün aparılıbsa, heyvanın başını geri çevirdikdə onun
ətrafı açılmayacaqdır.
Bildiyimiz kimi, diserebrasiya qıclığı reflektor tə-
biətli olub daxili qulağın dəhliz sinirlərinin və boynun
proprioreseptorlarının qıcıqlandırılması ilə başlayır. Ona
görə də belə heyvanın xüsusi ağırlığına qarşı duran və bu
ağırlığa müqavimət göstərən bütün əzələləri (açıcı
əzələlərin) tonusu artır. Bulbar heyvanın başını arxa tərəfə
çəkdikdə ön ətraf əzələlərin tonusu artır, arxa ətraf
əzələlərin tonusu isə azalır. Əksinə, heyvanın başını ön
tərəfə əydikdə ön ətraf əzələlərin tonusu azalır, arxa ətraf
əzələlərin tonusu artır. Heyvanın başını sağ tərəfə əydikdə,
həmin tərəfin müvafiq ətraflarının əzələlərinin tonusu artır,
99
əks tərəfin ətraflarının əzələ tonusu azalır. Başı sol tərəfə
əydikdə, əks nəticələr əldə edilir.
25 saylı iş. Heyvanlarda beyinciyin çıxarılmasının nəticələri
Beyinciyin
vəzifəsini öyrənmək üçün onu bütöv və
ya ayrı-ayrı hissələrinin kəsib çıxarılmasıdır. Beyinciyi
çıxarılmış heyvanın əzələləri arasında tonusun bö-
lüşdürülməsi pozulur, nəticədə hərəkətlərin çevikliyi itir.
Hərəkətlər yöndəmsiz, biçimsiz olur, ətrafların və başın
əsməsi müşahidə olunur; belə heyvan tez yorulur, əzələ
qüvvədən düşür. Beyincik çıxarılandan sonra bir neçə
həftə və ya bir neçə aydan sonra itmiş vəzifələr yavaş-
yavaş bərpa olur.
Lazım olan material və avadanlıqlar: cərrahi
alətlər, efir, narkoz üçün kolpak, cərrahi masa, mantar
lövhə, mum, fizioloji məhlul, pambıq, tampon, qurbağa,
göyərçin.
İşin gedişi:
1-ci
təcrübə. Qurbağanın beyinciyi zəif zolaq
şəklində olub, uzunsov beynin ön kənarında yerləşir. Qur-
bağanın kəllə sümklərini kəsirlər (keçən təcrübədəki kimi),
qanaxmanı dayandırırlar və beyinciyin yerini müəyyən
edirlər. İti nazik skalpel ilə beyinciyin yarısını kəsib atır-
lar. 5 – 10 dəqiqədən sonra qurbağanın hərəkətlərində
əmələ gələn dəyişikliyi müşahidə edirlər. Heyvanın başı və
bədəni beyincik zədələnmiş tərəfə əyilir, hərəkətlər düz
olmur. Belə heyvan atlandığı zaman fəzada 180
0
çevrilir,
arxası üstə yerə düşür.
100
Şəkil 76. Beyincikdə dəri-əzələ hissiyyatının nümayəndəliyi.
2-ci təcrübə. Göyərçini xüsusi cərrahi masaya
bərkidirlər, yuxarı boyun və ənsə nahiyəsini tüklərdən
təmizləyirlər. Quşun başını ön tərəfə əyirlər, orta xətt üzrə
başın dərisini kəsirlər. Trepan vasitəsi ilə kəllə sümüyünü
deşirlər və sümükləri yavaş-yavaş kəsib götürürlər. Axan
qanı mum ilə saxlayırlar. Beyinciyin boz maddəsini xususi
kəsici alət ilə kəsib ağ maddədən ayırırlar. Beyinciyi
çıxartdıqdan bir neçə saat sonra, qurbağada olduğu kimi,
beyinciyin zədələnmiş tərəfə müvafiq quşun qanadı və
aşağı ətrafı dartılır, başı aşağı və yana sallanır, beynini
zədələnmiş tərəfə çevirir və öz oxu ətrafında hərlənməyə
başlayır.
26 saylı iş. Qurbağanın beyin yarımkürələrinin
çıxarılması
İnkişaf prosesinə beyin sütunu üzərində yeni
şöbələr əmələ gəlmişdir ki, bu şöbələrin ən alisi inkişafın
ən yuxarı pilləsini işğal edən böyük yarımkürələrin
qabığıdır. Orqanizmin daxili və xarici qarşılıqlı əlaqə
münasibətlərini təmin etməkdə beyin yarımkürələrinin
101
qabığı həlledici rol oynayır. Mərkəzi sinir sisteminin bu ali
şöbəsi bədəndə baş verən bütün hadisələri öz təsiri altında
saxlayır. Beyin yarımkürələrinin vəzifələrini öyrənmək
üçün bir sıra üsullar var, onlardan da biri ekstripasiya
üsuludur.
Lazım olan material və avadanlıqlar: cərrahi
alətlər, ərinmiş mum, şüşə qıf, sancaqlar, filtr kağızı, yod,
salfet, pambıq, qurbağa.
İşin gedişi: Keçən təcrübədə olduğu kimi,
qurbağanın kəllə sümüyünün dərisni T-şəkildə kəsilir və
dəri yana qatlanır. Sonra heyvanın kəllə sümüyünü elə
kəsirlər ki, beyin zədələnməsin. Görmə qabarlarının ön
tərəfindən köndələn istiqamətdə beyin yarımkürələrini
kəsib çıxarırlar. Kəsilib saxlanmış başın dərisi ilə yaranın
üzərini örtürlər. Belə qurbağanı şüşə banka altına
keçirirlər. Belə heyvan uzun müddət başı qaldırılmış, ön
ətrafları dartılmış vəziyyətdə qalır. Belə qurbağanı arxası
üstə çevirdikdə o, hərlənərək əvvəlki vəziyyətini alır və
yaxud ətrafını çəkir, yana əydikdə əli buraxan kimi ətraf
öz əvvəlki vəziyyətinə qayıdır. Qüvvəli qıcıq ilə belə
qurbağaya təsir etdikdə, qurbağa koordinə edilmiş
sıçrayışlarla cavab verəcək.
Yoxlama üçün suallar
1.
Mərkəzi sinir sistemində ləngimə prosesləri.
2.
Reflektor fəaliyyətin koordinasiyasında ləngimənin
əhəmiyyəti. Strixininin təsiri.
3.
Mərkəzi sinir sistemində ləngimə. İ.M.Seçenovun
təcrübəsi.
4.
Postsinaptik ləngimə. Ləngidici neyronlar və sinapslar.
5.
Presinaptik ləngimə. Onun mexanizmi və əhəmiyyəti.
102
6.
Pessimal ləngimə.
7.
Resiprok ləngimə və antaqonist əzələlərin innervasiyası.
8.
İlk ontogenezdə ləngimənin xüsusiyyətləri.
27 saylı iş. Elektroensefaloqrafiya
Sinir
toxumasında əmələ gələn biocərəyanı əvvəlcə
xüsusi cihazla gücləndirib, sonra gücləndirilmiş po-
tensialları yazmaqdan ötrü müxtəlif markalı katod
ossiloqraflar və elektroensefaloqraflarla yazmaq lazımdır.
Beyin potensiallarının yazılmasına elektro-ense-
faloqrafiya, alınan yazıya elektroensefaloqram (EEQ) deyilir.
Elektroensefaloqrafiya insanda və eksperimentdə oyaq vaxtı,
fizioloji və ya narkoz yuxusu zamanı aparılır.
Lazım olan material və avadanlıqlar: elektron-se-
faloqraf, stimulyator, fonofotostimulyator, iynə,
elektrodlar, mikroelektrodlar, stereotaksis cihazı, dovşan,
efir və ya xloroform, 2,5%-li aminazin məhlulu, 0,9%-li
fizioloji məhlul, insan üçün elektrodlu şlem, elektrod
pastası, tənzif, qayçı, pinset, skalpel, şpris, novakain 0,5%-
li, fosfat-sement, norakril.
İşin gedişi: Heyvanın başı nisbi sərbəst vəziyyətdə
saxlanılır. Kəllə qapağı dərisi altında bir neçə millilitr no-
vakain yeridib keyləşdirilir, dərisi kəsilib atılır, sümüklərin
üzəri skalpel ilə qaşınıb yumşaq toxumalardan təmizlənir
və qanaxma dayandırılır. İynə elektrodların iti ucu kəllə
qapağının sümüklərinə mıx kimi vurulur, küt uclarına
lehimlənmiş naqillər gücləndirici cihazın kanallarına,
cihaz isə naqillər vasitəsilə elektroensefaloqrafa
birləşdirilir. Kəllə qapağına vurulmuş elektrodlarda
yazılan biocərəyan əsasən baş beyin yarımkürələri
qabığının yekun potensiallar olduğundan yazılan EEQ-yə
103
elektrokor-tikoqram deyilir. Yekun potensialda 4 növ
dalğa ayırd edilir (
Δ
,
,
,
T
β
α
).
Şəkil 77. Elektroensefaloqrafiya.
A-müxtəlif fizioloji vəziyyətdə insanda elektroensefaloqram
sxemi; I-oyaqlıq və səsə qarşı fəallıq reaksiyasının inkişafı;
II-iyəbənzər dalğalar – oyaqlıqdan yuxu mərhələsinə keçid;
III-dərin yuxu (
Δ
-dalğalar); B-sakit vəziyyətdə insanın EEQ-si.
Afferent sistemə verilən qıcıq və bədənə yeridilən
farmakoloji maddələrin təsiri ilə EEQ-də baş verən
müxtəlif dəyişiklikləri müşahidə etmək üçün başlanğıc
EEQ-ni yazıb, sonra müvafiq qıcıq verilir.
Heyvanda
narkoz
verilənə qədər və narkoz yuxusu
zamanı yazılmış EEQ-nin müqayisəsi göstərir ki, narkoz
yuxusunda heyvana ağrı qıcığı verdikdə EEQ-da fəallıq
reaksiyası baş verir, yəni yüksək amplitudlu seyrək
dalğalar yox olur, onların əvəzində kiçik amplitudlu sıx
dalğalar qeyd edilir. Lakin heyvanın bədəninə 1ml
aminazin yeritdikdə 5 – 6 dəqiqə sonra həmin qıcığı
104
verdikdə EEQ-da fəallıq reaksiyası olmayacaqdır.
2.
Tələbə xüsusi stulda oturur. Elektrodlara
birləşmiş şlem başa qoyulur və elektrodlar başın dərisinə
kip bağlanır.
Müqaviməti azaltmaq üçün başın dərisinin
elektrodlar qoyulacaq sahələri əvvəlcə efirlə silinir, həmin
sahələrə pasta sürtülür və ya duz məhlulunda isladılmış
tənzif parça qoyulur. Əvvəl elektrodların müqaviməti
ölçülür (10 – 15 omdan artıq olmamalıdır) və sərbəst
ucları gücləndirici cihazın müvafiq kanallarına
birləşdirilir. Elektrodların düzülüş sxemi müxtəlif ola
bilər.
İnsanda EEQ yazılarkən, adətən EEQ-də kağızı
hərəkətə gətirən mexanizmin dəstəyi 1,5 sm/san göstəricisi
üzərində saxlanılır. Müqayisə olunan şəxsin başlancığ
(fon) EEQ-nı yazır və ona gözlərini 1 – 2 dəqiqə
müddətində yummaq, sonra isə açmaq təklif edilir. Gözlər
yumulduqda EEQ-də
α
-dalğalar, açdıqda isə
β
-dalğalar
qeyd edilir.
105
Şəkil 78. Elektroensefaloqrafiya: A-4 kanallı elektroensefaloqraf-
EEQ-4; 1-elektronşüalı borucuqlar ekranı; 2-aparma kommutatorları;
3-elektrodarası müqaviməti təyin etmək üçün indikator;
4-5-qüvvətləndirici kalibrator; 6-qüvvətləndiricinin tənzimi;
7-filtrlər; 8-filtrlərın açma tumbleri; 9-halvanometri dağlama
tumbleri; 10-lentşəkilli mexanizmi sürətinin dəyişdərici açarı;
B-şlem; C-elektrodları qoyulması və insanda ensefaloqram
aparmaları; SQ və LQ–sağ və sol qulaq;
E
1
-different, E
2
-indifferent elektrod.
106
Şəkil 79. Elektroensofoloqramanın əsas dalğaları.
β
-beta dalğalar;
α
-alfa-dalğalar; T-teta dalğalar;
Δ
-delta dalğalar; D-qıclıq (epileptik) dalğalar.
79-cu şəkildən göründüyü kimi ən sıx dalğalar beta
dalğaları və ya ritmi, ən seyrək dalğalar isə delta-dalğaları
və ya ritmidir.
α
-dalğalar yazılan zaman qəflətən 150 – 200 hers
tezliyində səs qıcığı verdikdə, bu dalğalar itəcək, əvəzində
fəallıq reaksiyası qeyd olunacaq.
107
28 saylı iş. Xroniki eksperimentdə heyvanın öz-özünü
qıcıqlandırma prosesi (c. Olds təcrübəsi)
C.Olds üsulunda (1965) heyvan beyninə daxil edil-
miş elektrodla öz-özünə qıcıq göndərmək imkanına malik
olur. Emosiyaların formalaşması hissiyatın əmələ gəlmə
mexanizmi «xoşa gələn», neytral və «xoşa gəlməyən»
kateqoriyalı təsirləri fərqləndirmək imkanı yaradır.
C.Oldsun üsulu öz-özünü qıcıqlandırma, davranış reaksi-
yalarına təsir tədqiqatlar üçün tətbiq edilir və bir sıra far-
makoloji maddələrə qarşı emosiyaların baş verməsi araş-
dırılır.
Şəkil 80. Orta xətt üzrə siçovul beyninin kəsiyinin sxemi (I və II).
Lazım olan material və avadanlıqlar: xüsusi qur-
ğu, siçovul.
İşin gedişi: C.Oldsın göstərdiyinə görə 60%-ə
qədər bütün elektrodların qıcıqlandırılması zamanı emosi-
yalar neytral olur, 5% elektrodlar mənfi emosiyalar, 35%-i
isə müsbət emosiyalar törədir. Elektrod müvafiq fəal
nöqtədə olduqda heyvan ləzzətlə öz-özünü qıcıqlandırır.
Öz-özünü qıcıqlandırma dövründə heyvanın pozası xarak-
terikdir.
Cizgilənmiş nahiyələrin qıcıqlanması müsbət effektlərin
108
alınmasına, nöqtələrlə göstərilən şöbələrin qıcıqlandırılması
uzaqlaşma effektinin əmələ gəlməsinə səbəb olur.
Fəal nöqtədə olduqda heyvan ləzzətlə öz-özünü
qıcıqlandırır. Öz-özünü qıcıqlandırma dövründə heyvanın
pozası xarakterikdir.
Şəkil 81. Öz-özünə qıcıqlandırma təcrübəsi: 1,2-fiksə edilmiş
elektrod vasitəsilə öz-özünü qıcıqlandırma sxemi; 3-siçovulun ətrafı
dövrənin linginin üzərində.
Yoxlama üçün suallar
1.
Elektroensefaloqrafın mənşəyi.
2.
EEQ-də əsas dalğalar növü (ritmi). Onların baş
beynin funksional vəziyyəti ilə əlaqəsi.
3.
Elektroensefaloqrafiyanın üsulu.
4.
İlk uşaq yaşlarında EEQ-nın xüsusiyyətləri.
109
II FƏSİL
DAXİLİ SEKRESİYA VƏZLƏRİ
Axarları olmayan, əmələ gətirdiyi fizioloji fəal
maddələri bilavasitə qana və limfaya verən vəzilərə daxili
sekresiya və ya endokrin vəzilər, onlarda hazırlanan
fizioloji maddələrə isə hormon deyilir. Hormon yunanca
hormaye sözündən götürülüb, mənası oyadıram deməkdir.
Hormonların çox kiçik miqdarı belə orqanizmdə həyati
hadisələri dəyişdirməyə qabildir. Məsələn, bir qram
adrenalin 10 min qurbağanın ürəyinin fəaliyyətinin
artmasına, bir qram insulin isə 125 min ada dovşanının
qanında şəkərin miqdarının azalmasına səbəb olur.
Şəkil 82. Endokrin funksiyaların tənziminin ümumi sxemi.
Setaqolan, Flerko, Meş və Xalasa görə (1965):
1-xarici yoxlama (işıq); 2-hipotalamus; 3-hipofiz; 4-daxili əks
əlaqə; 5-trop hormonlar; 6-xarici əks əlaqə; 7-mişen-nəbzlər;
8-«yük»; 9-hormonlar; 10-periferik orqanlar və toxumalar.
110
Hormonların təsiri qısa müddətli olmaqla, orqaniz-
min bütün toxuma və hüceyrələrinə təsir göstərə bilirlər.
Hormonların sintezi və qana və limfaya daxil olması baş
beyinin şöbələrinin, xüsusi ilə hipotalamo-hipofizar-
böyrəküstü vəzi sistemi vasitəsilə dönən əlaqə prinsipi
əsasında yerinə yetirilir.
Hormonlar sinir sistemi ilə qarşılıqlı əlaqədə ora-
nizmin əsas tənzimedici vasitələrindən biridir. Normal
halda endokrin vəziləri maddələr və enerji mübadiləsinə,
orqanizmin böyüməsinə, inkişafına, ürək-damar, tənəffüs,
həzm, ifrazat, cinsiyyət sistemlərinin fəaliyyətinə və s.
həyati hadisələrə fəallaşdırıcı və ləngidici təsir göstərə
bilirlər. Bu vəzlərin hiper- (hormon ifrazının artması) və
hipo- (vəzin hormon ifrazının azalması) nəticəsində qorx-
ulu endokrin xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Eendokrin vəzilərdə hormonların hazırlanması qana və
limfaya daxil olması maddələr mübadiləsinin
vəziyyətindən asılı olur. Belə ki, əgər qida qəbulundan
sonra qanda şəkərin miqdarı artarsa mədəaltı vəzinin də
Lanngerhans adacıqlarında insulin sintezini ləngidir,
amma əksinə böyrəküstü vəzinin beyin maddəsindən
adrenalinin qana ifrazını sürətləndirir. Qalxanabənzər
vəzinin qana ifraz etdiyi trioksin hormonu hüceyrədəki
mitoxondirilərə təsir edərək, oksidləşmə prosesini
sürətləndirdiyi halda, insulin hormonu qlükozanın ar-
tığının hüceyrələrə keçiriciliyini artırmaqla qanda şəkərin
miqdarını normallaşdırır.
Endokrin
vəzlər bədənin müxtəlif yerlərində
yerləşiblər (qarın, döş boşluqlarında, kəllə qutusunda). En-
dokrin vəzlərə hipofiz, epifiz, qalxanabənzər,
qalxanabənzər ətraf, çəngələbənzər, mədəaltı, böyrəküstü,
cinsi vəzləri və cift aid edilir.
111
29 saylı iş. Qurbağanın göz bəbəyinə adrenalin və
asetilxolinin təsiri
Gözün qüzehli qişasındakı əzələlər bioloji fəal mad-
dələrə qarşı həssasdırlar. Qüzehli qişanın ortasındakı bəbəyin
dairəvi əzələ lifləri yığıldıqda bəbək daralır, radial əzələ
lifləri yığıldıqda isə genəlir. Vegetativ sinir sisteminin
parasimpatik sinir şaxəsinin təsirindən bəbəyin dairəvi
əzələ liflərinin yığılması, bəbəyin daralmasına simpaktik
şöbənin təsirindən qüzehli qişanın radial əzələlərinin
yığılması isə onun genəlməsinə səbəb olur. İşıqda dairəvi
əzələlər yığıldığı üçün bəbək daralır, qaranlıqda isə radial
əzələ lifləri yığıldığı üçün bəbək genəlir.
Lazım olan material və avadanlıqlar: saat şüşəsi,
göz pipeti, mantar lövhə, göz qayçısı, sancaqlar, pinset,
adrenalin (1:20000), asetilxolin (1:100000), fizioloji
məhlul (0,65%), pambıq, qurbağa.
İşin gedişi: Qurbağanın üst çənəsi kəsilir, gözləri
yuxarı olmaq şərtilə sancaqlarla mantar lövhəyə bərkidilir.
Sonra 2 gözü də kəsilib saat şüşələri üzərindəki fizioloji
məhlula (2 – 3 damcı) qoyulur. Gözün birinə bir damcı
adrenalin, digərinə bir damcı asetilxolin töküb, bəbəklərin
diametrinin dəyişdiyini müşahidə edirik. Təcrübədən əvvəl
və sonra bəbəklərin diametri xətkeş ilə ölçülür və müqayisə
edilir. Təcrübə nəticəsində məlum olur ki, adrenalin göz
bəbəyini genəldir, asetilxolin isə daraldır.
30 saylı iş. Dəri piqmentinə hipofiz və böyrəküstü vəzin
hormonlarının təsiri
Xarici mühitin təsirinə qarşı soyuqqanlı heyvanın
112
dərisinin rəngi dəyişir. Bunun səbəbi ondan ibarətdir ki,
melanofor və ya melanosit piqment hüceyrələrində mela-
nin piqmentinin qeyri-bərabər yerləşməsidir. İnsanda
melanin piqmenti dərinin, tükün, gözün rəngini təmin edir.
Melanin ifraz edən melanofor hüceyrələr dərinin derma və
epidermis təbəqələrinin arasında yerləşir.
Dostları ilə paylaş: |