Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,71 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix01.01.2017
ölçüsü6,71 Mb.
#4074
1   2   3   4   5   6   7   8   9   ...   17

40
Əzələ  təqəllüsü hündürlüyünün artması  qıcıq qüv-
vəsinin müəyyən həddə  qədər yüksəlməsi zamanı 
müşahidə edilir. Həmin həddi keçdikdən sonra isə 
maksimum təqəllüs edən əzələ qıcıq qüvvəsinin artmasına 
qarşı təqəllüs hündürlüyünün artması ilə cavab verə bilmir. 
 
Temperaturun əzələnin tək təqəllüsünə təsiri 
 
 
Məlum olduğu kimi mühitin hərarəti artdıqca, 
orqanizmdə gedən biokimyəvi-biofiziki proseslər də  də-
yişir. Təqəllüs edərkən əzələdə bir sıra mühüm biokimyəvi 
proseslər gedir. Mühitin hərarəti 40
0
C-yə  qədər artdıqda 
biokimyəvi proseslər intensiv gedir. Əksinə,  əzələni 
soyutduqda (3
0
C-yə  qədər) təqəllüsün hündürlüyü azalır, 
müddəti artır, latent dövrü uzanır. 
 Lazım olan material və avadanlıqlar:  mioqraf, 
elektrokimoqraf,  ştativ, mantar lövhə, elektrodlar, qayçı, 
pinset, sancaqlar, pipet, fizioloji məhlul (0,06%), soyuq 
fizioloji məhlul, spirt lampası, pambıq, qurbağa. 
 
İşin gedişi. 
 Sinir-əzələ preparatı hazırlanır və mioqrafa 
bərkidilir, oturaq sinir elektrodlar üzərinə qoyulur. Otaq 
temperaturu  şəraitində  tək qıcıq verərək təqəllüs qeyd 
edilir. Sonra əzələnin üzərinə 40
0
C-yə  qədər qızdırılmış 
fizioloji məhlulu damcı-damcı töküb əzələnin tək təqəl-
lüsünü qeyd edirlər. 10 dəqiqədən sonra əzələni soyuq 
fizioloji məhlula salıb mioqramı qeyd edirlər. 

 
41 
 
Şəkil 36. İstinin və soyuğun təsiri zamanı  tək təqəllüsün 
mioqramı: a-otaq temperaturunda; b-isti təsiri zamanı; c-soyuq təsiri 
zamanı. 
 
Qıcıq sıxlığının əzələnin tək təqəllüsünə təsiri 
 
 
Lazım olan material və avadanlıqlar:  mioqraf, 
kimoqraf, stimulyator, elektrodlar, qayçı, pinset, mantar 
lövhə, sancaqlar, qurbağa, fizioloji məhlul (0,6%), spirt 
lampası, hiposulfit kristalları və ya soyuq fizioloji məhlul, 
pambıq.  
 
İşin gedişi. 
 
Qıcıq sıxlığının  əzələnin tək təqəllüsünə  təsirini 
öyrənmək üçün bildiyimiz qayda üzrə mioqraf üçün sinir-
əzələ preparatı hazırlayıb, mioqrafdan asırlar. Oturaq 
sinirini elektrodlar üzərinə qoyur, stimulyatordakı  qıcıq 
sıxlığını  tənzim edən dəstəyi başlanğıc vəziyyətə («O» 
işarəsi) gətirir, sonra isə  tədricən döndərməklə  qıcığın 
sayını artırırlar. Bu zaman əvvəlcə  tək təqəllüsün, sonra 
dişli, nəhayət hamar tetanik təqəllüsünün mioqramını qeyd 
edirlər (şəkil 37). 
 
42
 
Şəkil 37. Müxtəlif qıcıq sıxlığında  
əzələ təqəllüçünün mioqramı: 
1-tək təqəllüs; 2-dişli tetanus; 4-hamar tetanus. 
 
7 saylı  iş. Tək  əzələ  təqəllüsünün hündürlüyünə yükün 
təsiri 
 
 
Əzələnin işi verilən yükün ağırlığına və qaldırılma 
hündürlüyünə görə müəyyən edilir. Yükü tədricən ar-
tırdıqda, iş  də artmış olur; yükün artımı maksimuma ya-
xınlaşdıqca əzələ daha artıq dartılır, təqəllüsün hündürlüyü 
azalır və  iş  tədricən azalaraq sıfıra enir. İşgörmə 
qabiliyyəti yorulma nəticəsində enir və  əzələnin təqəllüs 
edə bilmədiyi səviyyəyə çatır. Çox iş görmək üçün 
əzələnin qaldırdığı yük orta çəkidə olmalıdır.  Əzələnin iş 
görmə qabiliyyəti, həmçinin təqəllüslərin tezliyindən, işin 
və istirahətin rejimindən də asılıdır. 
 
Əzələnin gücünü təyin etmək üçün onun qaldıra 
bildiyi maksimum yük müəyyən edilir. Bu yük bədən çə-
kisindən də artıq ola bilər.  Əzələnin gücü onun en 
kəsiyinin ölçüsü və  tərkibindəki liflərin sayı ilə düz 
mütənasibdir. 
 
Əzələlərin tərkibindəki liflərin ayrı-ayrılıqda en 
kəsikləri məcmusuna  əzələnin fizioloji en kəsiyi deyilir. 
Fizioloji en kəsiyi nə qədər böyük olursa, əzələnin gücü də 

 
43 
o nisbətdə çox olur. Lifləri boylama düzülmüş olan 
əzələlərin fizioloji en kəsiyi həndəsi en kəsiyinə uyğun 
gəlir, lifləri çəp düzülmüş  əzələdə belə uyğunluq yoxdur. 
Lifləri çəp düzülmüş  əzələlər eyni qalınlığa malik, lakin 
lifləri paralel düzülmüş əzələlərə nisbətən daha güclü olur. 
 
İnsan bədənində 600-dən çox əzələ və 15 – 30 mil-
yona qədər  əzələ lifi var. Həmin liflərin hamısını yanaşı 
düzüb təqəllüsə gətirmək mümkün olsaydı, onda insan 20 
– 30 qədər yük qaldıra bilərdi. 
 
Lazım olan material və avadanlıqlar: stimulyator, 
mioqraf, mantar lövhə, elektrodlar, qayçı, pinset, san-
caqlar, tərəzi gözü, çəki daşları (5, 10, 20, 30, 40, 50, 60, 
70, 80, 90, 100, 120, 160 q), xətkeş, dinamometr, 0,6% 
fizioloji məhlul, pambıq, qurbağa. 
 
İşin gedişi.  
 1. 
Əzələnin işi.  Əzələnin işi və gücünü mioqraf 
üçün hazırlanmış sinir-əzələ preparatı üzərində öyrənmək 
olar. Bunun üçün hazırlanmış sinir-əzələ preparatını mio-
qrafa bərkidib, oturaq siniri elektrodlar üzərinə qoyurlar. 
 Yük 
asılmış preparata müəyyən qüvvədə stimul-
yator vasitəsilə elektrik qıcıq verilir və tək təqəllüs kimo-
qraf üzərində qeyd edilir. Sonra mioqrafın lingindəki 
dəliklərdən birinə kiçik tərəzi gözü asılır və ona 10 q 
ağırlığında yük qoyulur. Bundan sonra preparata yenidən 
eyni qüvvədə qıcıq verilir və tək təqəllüs qeyd olunur. Hər 
dəfə yükü artırdıqda (10, 20,…q) preparata qıcıq verilir və 
təqəllüs qeyd edilir. Əzələnin qaldırdığı yük artıqca onun 
təqəllüs hündürlüyü tədricən azalır və axırda sıfır olur, 
yəni yükü daha qaldıra bilmir. Görülən işi A=PH formulu 
ilə hesablamaq olar. Formulda A-görülən iş, P-əzələnin 
qaldırdığı yük, H-təqəllüsün hündürlüyüdür. Alınan nəticələr 
şəkil 38-də olduğu kimi olur.  
 
44
 
Şəkil 38. Tək əzələ təqəllüsünün hündürlüyünə 
 yükün təsirini öyrənmək üçün qurğu. 
 
 2. 
Əzələnin mütləq qüvvəsinin təyini.  Sinir-əzələ 
preparatı hazırlanır və mioqrafa bərkidilir. Yuxarıda 
göstərildiyi kimi əzələnin maksimum qaldırdığı yük 
müəyyən edilir. Sonra nəli  əzələsinin en kəsiyi dairəvi 
olduğundan onun ən qalın yerindən köndələninə  kəsilir, 
xətkeşlə diametri ölçülür, radiusu tapılır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 9  
 
 
 
 
 
 
       0        10      20       40       60       80      100     120    140    160   180 








 
А
=0
 
 
 А
=160
 грам
 
 
А
=
280 
 
А
=
240 
 
А
=
300 
 
А
=
320 
 
 
А
=
300 
 
А
=
240 
 
А
=
140 
 
А
=80
 
  
 
А
=0
 гр
ам
 
0,5 

 
45 
 
Lifləri boylama        Nəli əzələnin   
Lifləri çəp  
 və ya paralel  
     köndələninə    
düzülmüş  
 düzülmüş əzələ      kəsilmiş iyəbənzər  
lələkvarı  
 əzələ    
əzələ  
 
Şəkil 39. Müxtəlif əzələlərin quruluş tipləri.  
 
Əzələnin mütləq gücünü təyin etmək üçün onun 
qaldıra bilmədiyi yükdən  əvvəlki, azacıq qaldıra bildiyi 
axırıncı  ağır yükü (ka-la, ya q-la) əzələnin en kəsiyinin 
sahəsinə (sm
2
  və ya mm
2
) bölməklə hesablanır. Qurba-
ğanın təcrübədə istifadə olunan nəli əzələsi dairəvi olduğu 
üçün, çevrənin diametrinin yarısı olan radiusu tapmaq 
üçün, nəli  əzələni  ən qalın yerindən köndələninə  kəsib, 
diametrini ikiyə bölməklə radiusu (r) tapırıq və qiymətini 
yerinə yazıb kvadrata yüksəldirik.  
2
r
p
F
π
=
 
2
7
,
5
2826
16000
9
.
14
.
3
160
mm
Qr
F
=
=
=
 
 F-mütqəl qüvvə, p-qaldırılan  ən ağır yük, 
2
r
π
-
əzələnin en kəsiyinin sahəsi sm
2
-lə. Tutaq ki, əzələnin en 
kəsiyinin mütqəl qüvvəsi 56 qr/mm
2
 olar. 
 
İnsanda 
əzələlərin gücünü ölçmək üçün 
dinamometrdən istifadə edirlər. Dinamometri sağ  və sol 
əldə növbə ilə  sıxmaqla təcrübə aparılır və  hər  əlin gücü 
tapılır. 
 
İnsanın baldır əzələsinin 1 sm
2
 səthinə düşən yükün 
 
46
ağırlığı 5,9 kq, çiyini bükən  əzələnin ağırlığı 8,1kq, 
çeynəmə  əzələsinin ağırlığı 10 kq, bazunun ikibaşlı 
əzələsinin – 11,4 kq, üçbucaqlı əzələnin isə 16,8 kq-dır. 
 
 
8 saylı iş. Əzələnin yorulması. Erqoqrafiya 
 
İşləyən orqanizmin üzvlərinin və toxumalarının 
tədricən fəaliyyətdən qalmasına yorulma deyilir. Yorulma 
hadisəsinə müxtəlif amillər təsir göstərir; qıcığın qüvvəsi, 
onun sıxlığı, yük, mühit şəraiti və s.  
Fasiləsiz işləyən  əzələ yorulur, əzələ  təqəllüsünün 
hündürlüyü enir, latent və boşalma dövləri uzanır, qıcıq 
qapısı yüksəlir. Yorulmanın əmələ gəlməsinə və onun ara-
dan qaldırılmasına sinir sisteminin, xüsusən ona beyin 
qabığının təsirini İ.P.Pavlov, İ.İ.Seçenov, N.V.Vedenski və 
başqaları öyrənmişlər. 
Yorulmuş  hər hansı bir üzv bir qədər istirahət 
etdikdən sonra yenə də işləmə qabiliyyətini qazanır. 
İ.M.Seçenov 1903-cü ildə yük qaldırmaqla qolun 
birini yorur; istirahət zamanı digər qolun başqa iş görməsi, 
yorulmuş qolun daha tez iş qabiliyyətinin bərpa olduğunu 
görür. İ.M.Seçenov belə istirahəti fəal istirahət adlandırır. 
İ.M.Seçenov reflektor yolu ilə  əzələləri yormuş 
sinir mərkəzlərinin  əzələlərə nisbətən daha tez 
yorulduğunu müəyyən etmişdir. Mərkəzi sinir sisteminin 
funksional fəaliyyətinin dəyişməsi yorğunluğu  əmələ 
gətirdiyi kimi, onun aradan qalxmasına da səbəb olur. 
İnsanların yorulma hadisəsini öyrənmək üçün 
erqoqraf cihazından istifadə edilir. Bu cihazın köməkliyi 
ilə barmaq əzələlərinin yorulmasını müşahidə etmək 
mümkündür. 

 
47 
Lazım olan material və avadanlıqlar: mioqraf, ki-
moqraf, yüklər (5, 10, 20, 30,...,100 q), xətkeş, 
stimulyator, elektrodlar, qayçı, pinset, 0,6% fizioloji 
məhlul, mantar lövhə, sancaqlar, pambıq, qurbağa. 
 
İşin gedişi.  
 1. 
Əzələnin yorulması.  Sinir-əzələ preparatı 
mioqrafdan asılır; mioqrafın linginə yük bağlayıb, 
kimoqrafın silindirini fırlatmaqla əzələnin dartıldığının ilk 
vəziyyəti qeyd olunacaq. Sonra kimoqrafı  işə salıb, 
preparatı vasitəli qıcıqlandırmaqla  əzələni tam yorana 
qədər mioqramı yazırlar. 
 
Təcrübədən görünür ki, ardıcıl qıcıqların təsiri ilə 
əzələnin oyanıqlığı yüksəlir, sonra eyni qüvvəli ardıcıl 
qıcıqlar təsirindən təqəllüslərin hündürlüyü azalır və 
əzələnin tam yorğunluğu nəzərə çarpır. 
 
 
Şəkil 40. İzolə edilmiş əzələnin vasitəsi (1) və  
vasitəsiz (2) qıcıqlandırılması səbəbilə yorulması. 
 
Qıcığın verilməsi kəsilir,  əzələyə 2 – 3 dəqiqə 
istirahət verilir və yenidən vasitəli yolla qıcıqlandırılır. 
Dincəlmiş əzələ qıcığa qarşı təqəllüs edir. 
 2. 
Sinirin 
yorulmasının müşahidəsi. 2 sinir-əzələ 
preparatı hazırlanır. Preparatın birində əzələyə yaxın yerdə 
sinir sabit cərəyan elektrodları üzərinə qoyulur və dövrə 
bağlanır. Sonra hər iki preparatın sinirinə stimulyatordan 
ritmiki qıcıq verilir. Sabit cərəyanı verməkdə  məqsəd 
 
48
sinirdə oyanıqlığı – keçiriciliyi endirməkdən və 
oyanmanın  əzələyə  nəql olunmasının qarşısını almaqdan 
ibarətdir. 
 
Dəyişən cərəyan qıcıqlarının hər 2 preparata veril-
diyinə baxmayaraq, bunlardan biri təqəllüs edəcək. Çünki 
preparatlardan birinin siniri sabit cərəyan təsiri altında 
olduğundan oyanmanı əzələyə keçirə bilmir. Təqəllüs edən 
preparatı tam yorduqdan sonra sabit cərəyan dövrəsi açılır. 
Bu zaman digər preparat dəyişən cərəyan qıcıqları 
təsirindən müvafiq sayda təqəllüs edəcək. 
 
 
Şəkil 41. Sinirin nisbi yorulmazlığını öyrənərkən təcrübənin 
sxemi: 1-arxa ətraflar; 2-oturaq siniri;  
3-dəyişən cərəyan; 4-sabit cərəyan; 5-mantar lövhə. 
 
 3. 
İnsanda  əzələ yorulmasının öyrənilməsi.  İn-
sanda  əzələnin yorulmasını öyrənmək üçün erqoqrafiya 
üsulundan istifadə edirlər. Erqoqrafiya üsulu təklif edən 
alim Mosso öz üzərində təcrübə aparmışdır. O, dinc vaxtı 

 
49 
və  tələbələrlə yekun məşğələsindən yorulduğu zaman 
erqoqrafiya etmiş  və görmüşdür ki, gərgin zehni əmək 
əzələnin işgörmə qabiliyyətini zəiflədir. 
 
Mosso təcrübəsi.  Mosso erqoqrafı 2 hissədən    əli 
fiksə edən  ştativdən və yükü qaldırarkən barmaq 
əzələlərinin təqəllüsünü qeyd edən üfüqi mioqrafdan 
ibarətdir. 
 
Tələbə biləyini erqoqrafın xüsusi hissəsinə fiksə 
edir. Sonra dörd barmaqla dəstəyi tutur, orta və ya şəhadət 
barmağını blokdan asılmış yükə (2 – 4 kq) bağlı ipin 
halqasına keçirir. Dəqiqədə 50 – 60 dəfə barmağı büküb 
açmaqla yükü qaldırıb endirdikdə erqoqrafın üfüqi lövhəsi 
üzərindəki karandaşın hərəkəti sayəsində erqoqram qeyd 
olunur. 
 
 
 
 
 
Şəkil 42. Əzələ işini qeyd etmək üçün qurğu: 1-yük; 2-bağ; 3-blok; 
4-metalik sürüngəc; 5-qeydedici; 6-metalik silindirlər;  
7-manjet; 8-ilgək. 
 
 
50
 
Şəkil 43. Dinc vaxtı və tələbələrlə 6 saatlıq yekun  
məşğələsi zamanı yorğunluğun erqoqramı  (Mosso təcrübəsi). 
 
Barmaq əzələləri yorulmağa başladıqda erqoqramın 
hündürlüyü azalır, tam yorğunluq zamanı isə yük qaldırıla 
bilmədikdə erqoqram yazılmır. 
 
 
 
 
Şəkil 44. Erqoqram. 
 
 Erqoqrafiya 
barmağın bükmə 
və açma 
hərəkətlərinin müxtəlif ritmlərindən (dəqiqədə 60 və ya 
120) və müxtəlif ağırlıqlı yük (2 – 4 kq) qaldırılıb 
endirildikdə aparılır. Təcrübə göstərir ki, ritm 
sürətləndikcə və ağırlıq artdıqca yorğunluğun baş verməsi 

 
51 
tezləşir. 
 Aparılan təcrübələrdən məlum olmuşdur ki, bütöv 
orqanizmdə ən əvvəl sinir mərkəzləri sinapsları, sonra sinir-
əzələ sinapsları,  ən sonda isə  əzələ lifinin yorulması baş 
verir.  
 
 
9 saylı  iş. Sinir və  əzələ lifləri ilə sinir impulslarının 
nəqlolunma qanunları 
 
 Sinir 
və  əzələ liflərində oyanmanın yayılması 
müəyyən qanunlara tabedir. Sinirin əsas fizioloji 
xüsusiyyəti oyanma və oyanmanı nəql etməkdir. 
 Müxtəlif heyvanların sinirləri oyanmanı müxtəlif 
sürətlə nəql edirlər. Qurbağanın sinirləri oyanmanı 10 – 30 
m/san. sürətlə  nəql olunduğu halda, istiqanlı heyvanların 
sinirləri oyanmanı 30 – 120 m/san. sürətlə  nəql edirlər. 
Sinirin oyanmasını ona birləşmiş üzvün fəaliyyətə gəlməsi 
ilə  təyin edirlər. Məsələn; sinir impulsları  əzələyə  nəql 
olduqda,  əzələ  yığılır, vəziyə  təsir göstərdikdə, vəzi 
hormon ifraz edir. 
 Sinirin 
oyanma 
və oyanmanı nəqletmə qabiliyyətinə 
malik olması potensial cərəyanın  əmələ  gəlməsi ilə  də 
müəyyən edilir. Sinirlər sinir impulslarını sinir mərkəz-
lərindən və mühitdən, sinir ucları törəmələrindən alırlar. 
Ona görə sinir lifləri oyanmaları  nəql etmələrinə görə 2 
yerə ayrılırlar; 1) Oyanmaları mühitdən mərkəzə aparan 
mərkəzə qaçan afferent sinirlər və ya afferent neyronlar; 2) 
İmpulsları  mərkəzdən mühitə  nəql etdirən mərkəzdən 
qaçan efferent sinirlər və ya efferent neyronlar. 
 Lazım olan material və avadanlıqlar:  İkikanallı 
ossiloqraf, elektrik stimulyatoru, qıcıqlandırıcı  və aparıcı 
 
52
elektrodlar, qayçı, pinset, mantar lövhə,  şüşə lövhə, 
sancaqlar, sap, 0,6% fizioloji məhlul, ammonyak məhlulu, 
pambıq, qurbağa. 
 
İşin gedişi
1. Oyanmanın iki tərəfə  nəqlolunma qanunu. 2 
ədəd sinir-əzələ preparatı hazırlayırlar. Bunlardan biri 
oturaq sinirindən, digəri isə oturaq siniri və  pəncədən 
ibarətdir. Mantar lövhə üzərinə bir-birindən aralı eyni 
cərgədə 3 elektrod fiksə edilir. Ortadakı elektrodları 
stimulyatora, yandakıları isə ossiloqrafın kanallarına 
birləşdirirlər. Siniri elektrodlar üzərinə qoyub, ortadakı 
elektrodlarla tək-tək qıcıq göndərilir. 
 
 
 
Şəkil 45. Oyanmanın hər 2 tərəfə nəqlolunmasının ossiloqramı: 
1,2 – aparıcı elektrodlar; 3 – qıcıqlandırıcı elektrodlar. 
 
 
Qıcığın qüvvəsi sinirdə oyanmanı yaradırsa, iki 
tərəfə  nəql olunan impulsun elektrik göstəricisi 
ossiloqrafın ekranında  şüaların qalxıb-enməsi ilə alınan 
əyrilər vasitəsilə müşahidə olunacaq. 
 
 

 
53 
 
 
Şəkil 46. Oyanmanın iki tərəfə yayılmasını göstərən təcrübənin 
sxemi: 1-bud əzələləri; 2-baldır əzələləri;  
3-oturaq siniri; 4-qıcıqlandırıcı elekrodlar. 
 
 2. 
Oyanmanın nəql olunmasında fizioloji tamlıq 
qanunu.  Preparatın sinirinə  dəyişən cərəyanla tək-tək 
qıcıq verilir və  əzələ  təqəllüsü qeyd edilir. Sonra əzələyə 
yaxın yerdə sinirin üzərinə ammonyakda isladılmış tam-
pon qoyub və ya liqatura ilə bağlayıb 2 – 3 dəqiqə 
gözləyib, yenidən qıcıq verirlər. 
 
54
 
 
 
Şəkil 47. Oyanmanın nəql olunmasına histoloji və ya fizioloji 
tamlıq qanununun sxemi: 1-qıcıqlandırıcı elektrodlar; 2 – 
liqaturanın qoyulması; 3-əzələ. 
 
 
Təcrübədən görünür ki, sinir zəhərləndikdən və ya 
liqatura ilə bağladıqdan sonra qıcıq təqəllüsə  səbəb ola 
bilməz. 
3. Oyanmanın izolə (təcrid) nəqlolunma qanunu
Qurbağanın dərzi  əzələsini köndələn kəsiklər aparmaqla 
bir-biri ilə  əlaqəsi olan 4 hissəyə ayırıb, hər hissəyə 
elektrik qıcığı verirlər. 
 
 
 
Şəkil 48. Oyanmanın 1) əzələdə a) sinirdə izolə olunaraq  
nəqlolunma qanununun təcrübi sxemi. 
 1-əzələ (a, b, c, d – əzələnin hissələri);  2-qıcıqlandırıcı elektrodlar. 

 
55 
 
 
 
 
 
 
 
 
 
II-sinir (1-elektrodlar; 2-sinir; 3-əzələ). 
 
 
Təcrübədən görünür ki, əzələ lifində boylama isti-
qamətində yayılan oyanma köndələn  əlaqələrdən keçə 
bilmir.  
 
Yoxlama üçün suallar 
 
1.
 
Eninəzolaqlı  əzələlərin strukturu (liflər, miofibrillər, 
protofibrillər) motor (hərəki) vahid. 
2.
 
Tək təqəllüs. Onun əmələgəlmə  şəraiti, müddəti, 
fazaları. İlk ontogenezdə xüsusiyyətləri. 
3.
 
Tez və yavaş  təqəllüs edən  əzələlər («ağ» və 
«qırmızı»). Ontogenezdə müxtəlif sürətlə təqəllüs edən 
əzələlərin diferensiasiyası. 
4.
 
Tetanik təqəllüs. Tək təqəllüsün superpozisiyası. 
Tetanusun növləri – dişli və hamar. 
5.
 
Tək oyanmadan sonra əzələlərin oyanıqlığının 
dəyişməsi (refrakter və superhormal fazaları). Tək 
təqəllüs əyrisi ilə zamanda nisbəti. 
6.
 
Tetanusun hündürlüyünün qıcıq tezliyindən asılılığı. 
Optimum və pessimum hadisələri. 
7.
 
Əzələnin konturakturası. Onun tək və tetanik 
3

+1 
-1 
 
56
təqəllüslərdən fərqi. Konturakturun yaranma şəraiti. 
8.
 
Əzələ  təqəllüslərinin mexaniki şəraiti; izotonik, 
izometrik və işçi. 
9.
 
Əzələlərin ümumi və xüsusi qüvvəsi.  İlk ontogenezdə 
onun dəyişkənliyi. 
10.
 
Əzələnin işi; onun təyini. Erqoqrafiya. 
11.
 
Əzələnin yığılması və işinin yükdən asılılığı. Orta yük 
qanunu. 
12.
 
Əzələ gərginliyi, onun uzunluğundan asılılığı. 
13.
 
Əzələ  təqəllüsünün mexanizmi. Sürüşmə  nəzəriyyəsi. 
Oturaq siniri ilə oyanmanın təcrid olunaraq nəql 
olunmasını müşahidə etmək üçün preparatın sinirinin 
uc hissəsindən ayrı-ayrı liflərə ayırırıq. Sorna ayrılmış 
liflərdən birinin üzərinə elektrod qoyub 
qıcıqlandırdıqda aşağı ətrafın hər hansı bir nahiyəsinin 
qıcıqlandığını müşahidə etmək mümkündür. 
14.
 
Əzələ  təqəllüsünün energetikası. Aerob və anaerob 
şəraitində əzələnin istilik məhsuldarlığı və təqəllüsü. 
15.
 
Yorulma, onun səbəbləri. 
Əzələ liflərinin 
yorulmasında, hərəki sinir liflərinin mionevral 
sinapsların və mərkəzlərin rolu.  
 
 
10 saylı iş. Oyanan toxumalarda bioelektrik 
hadisəsinin müşahidəsi 
 
 Oyanmış toxumalarda müxtəlif növ mexaniki, 
kimyəvi, hərarət enerjisi, eləcə  də elektrik cərəyanı hasil 
olur. Hüceyrə, toxuma və üzvlərdə  əmələ  gələn belə 
elektrik cərəyanına bioelektrik hadisəsi deyilir. Qədim 
vaxtlardan məlumdur ki, müxtəlif yerlərdə yaşayan 
heyvanların bədənində elektrik cərəyanı vardır. Bu 

 
57 
məsələni ilk dəfə 1771-ci ildə İtalyan alimi L.Qalvani kəşf 
etmişdir. L.Qalvani sinir əzələ preparatına müxtəlif 
amillərin təsirini öyrəndiyi zaman maraqlı  təcrübə  əldə 
etmişdir. Heyvan bədənində, xüsusən onurğa beynində 
elektrik cərəyanı vardır. Qalvaninin bu təcrübəsinin doğru 
olmadığını Volta (1792) «heyvani elektrikin» varlığı 
fikrinə  şübhə etmişdir. Volta fiziki yollarla isbat etməyə 
çalışdı ki, əzələnin təqəllüsünə səbəb olan elektrik, qövsün 
müxtəlif metaldan ibarət uclarının nəm mühitə  (əzələyə) 
toxunmasından  əmələ  gəlir; sinir-əzələ preparatı isə 
qövsün uclarını  əlaqələndirməklə dövrəni bağlayan adi 
naqil rolunu oynayır. 
 Voltanın etirazına cavab olaraq, Qalvani və Aldini 
(1794) yeni təcrübələr apardılar.  Əvvəlcə, onlar 
göstərdilək ki, qövsün ucları müxtəlif deyil, eyni metaldan 
olduqda belə, bəzən  əzələ  təqəllüs edir. Daha sonra isə 
metal qövsdən istifadə etmədən sübut etdilər ki, yenicə 
hazırlanmış sinir-əzələ preparatlarından birinin sinirini 
digərinin əzələsinin zədələnmiş səthinə toxunduqda həmin 
sinirlə üzvi əlaqəsi olan əzələ  təqəllüs edir. Məhz bu 
təcrübə bioloji elektrikin varlığını  şübhədən çıxartdı. 
Görkəmli fizioloq Dü-Bua-Reymon Qalvaninin bu təc-
rübəsini sinir-əzələ fiziologiyası sahəsində  əsas təbii 
təcrübə kimi qiymətləndirmişdir. 
 XIX 
əsrin 20-ci illərində elektrik cərəyanı ölçən 
dəqiq cihazların kəşf olunması ilə  əlaqədar olaraq, 
bioelektrik hadisələrinin öyrənilməsinin inkişafı davam 
edir. Dəqiq cihazların köməyilə 1838-ci ildə K.Mateuççi 
ilk dəfə  əzələ  səthinin onun daxilinə nisbətən müsbət 
elektrik yükləri daşıdığını qeyd etmişdir. 
 
Əzələnin təqəllüsü zamanı isə onun səthi və daxili 
arasındakı potensiallar fərqi azalır. Bunu nəzərə alaraq, 
 
Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin