112
İnnervasiya. Skelet əzələlərinin və əzələ liflərinin hərəki və
hissi somatik innervasiyası, onurğa beynin ön buynuzlarının, kəllə
sinirinin hərəki nüvələrinin -
α və -γ motoneyronlarının, onurğa
beyin düyunlərinin psevdounipolyar həssas neyronları, kəllə
sinirlərinin hissi nüvələri yerinə yetirir.
Skelet əzələlərində əzələ liflərinin vegetativ innervasiyası
qeyd olunmur, lakin əzələlərin qan damarlarının divarlarının saya
əzələ hüceyrələri simpatik adrenenergik innervasiyaya malikdir.
Polineyron innervasiya. Hərəkət vahidlərinin formalaşması
postnatal dövrdə baş verir, lakin doğulana kimi hərəkət əzələ lifi
bir neçə motoneyronla innervasiya olunur. Əzələ lifinin təsir po-
tensialı 1-5 mV çəkir, sarkolemmada onun nəqlolunma sürəti T-
borucuqlar daxil olmaqla 3-5 m/s təşkil edir.
Hissi innervasiya. Skelet əzələlərinin hissi innervasiyası
əsasən proprioreseptorlar vasitəsilə yerinə yetirilir – əzələ, vətər,
Holçi orqanoidi, oynaq kapsullunda hissi sinir ucları yerləşir.
Əzələnin yığılması – oyanma dalğası sinir impulsu şəklində
(sinir liflərinin FP) hərəkəti neyronlarının aksonları ilə sinir əzələ
sinapslarına daxil olarkən əzələlərin yığılması baş verir.
Sarkomerlərin yığılması. Əzələ miofibrinləri çoxlu ardıcıl
birləşmiş sarkomerlərin qısalması nəticəsində yığılır. İki müxtəlif
funksional vəziyyətdə sarkomerin quruluşunu müqayisə etdikdə
(şəkil 5.4, A,B), yığılma zamanı eninə cizgilərin və qarşılıqlı
liflərdə dəyişiklikləri görmək olar. Nazik aktin filamentləri yoğun
miozin lifləri boyunca onların arası ilə dəstənin və sarkomerin
ortasına qədər sürüşür.
Şəkil 5.4, A,B sürüşən liflər nəzəriyyəsinin əsas
vəziyyətlərini nümayiş etdirir. Əzələnin yığılması zamanı aktin və
miozin telləri qısalmır. Bunu işıq mikroskopunda aparılmış
təcrübələrdə izah edilmişdir. A-diskinin eni (1,6 mkm) həmişə
dəyişilməmiş qalır, lakin 1-diski və H-zonası yığılma zamanı da-
ralır. Liflərin uzunluğu gərginləşmə zamanında dəyişmir. Nazik
filamentlər yoğun liflərin arasından dartılır, belə ki, onların
dəstələrinin örtülmə dərəcəsi azalır. Onda belə bir sual oluna bilər
ki, aktin liflərin sarkomerin iki nahiyəsində «müxtəlif istiqamətli
113
sürüşməsi» həyata keçirilir.
Bu vasitəli yığılmadır (sinir əzələ sinapsı ötürülmə vasitəsilə
əzələnin vasitəsiz yığılması da mümkündür. Bu hadisələrin ardı-
cıllığı belədir. (1) postsinaptik membranın depolyarizasiyası və
FP generalizasiyası→(2) FP əzələ lifinin plazmolemması ilə ya-
yılması→(3) triadalarda siqnalın SR-ma ötürülməsi→(4) SR-dan
Ca
2+
-nin qovulması→(5) Ca
2+
nazik liflərin C «troponini ilə bir-
ləşməsi→(6) nazik və qalın liflərin qarşılıqlı təsiri (körpücüklərin
normalaşması liflərin bir-birinə sürtünməsi dartınma qüvvəsinin
əmələ gəlməsi→(7) liflərin qarşılıqlı təsiri sikli (8) sarkomerlərin
qısalması və əzələ liflərinin yığılması→(9) boşalma.
Ca
2+
-un nazik liflərlə əlaqəsi. Hərəkətsiz vəziyyətdə nazik
və qalın liflərin qarşılıqlı təsiri mümkün deyil, çünki F-aktinin
miozin birləşdirici sahələri tropomiozinlə blokada olunur. Ca
2+
yüksək qatılığında bu ionlar C-troponini ilə birləşib tropomiozinin
konformasion dəyişikliyinə səbəb olur. Bu da ki, miozinin
əlaqələndirici sahələrinin blokadadan azad olmasına səbəb olur.
Şəkil 5.4. A – miofibrilin eninəzolaqlı strukturu: solda – boşalma,
sağda – yığılma. B – yığılmış və boşalmış sarkomerdə aktin və
mozin liflərinin təşkili.
Energetik tələbatlar. Əzələ təqəllüsü müəyyən miqdarda
enerjinin sərf olunmasını tələb edir. Enerjinin əsas mənbəyi –
ATF-in maqroerqinin hidrolizidir.
Mitoxondridlərdə üç karbon turşuların və oksidləşdirici
downloaded from KitabYurdu.org
114
fosforlaşma tsikli prosesində ATF generasiya olunur. Qlikogen
sarkoplazmada toplanır. Anaerob qlikolizi ATF sintezi ilə
bağlıdır. M xətti nahiyyəsində birləşən kreatinfosfokinaza fosfatın
fosfokreatindən ADF-ə daşınmasını katalizə edib kreatin və ATF
əmələ gətirir. Mioqlobin Hb kimi oksigeni əvvəlki vəziyyətə
dönmə səviyyəsində birləşdirir. Oksigen ehtiyatı əzələnin
uzunmüddətli fasiləsiz işi zamanı ATF-nin sintezi üçün lazımdır.
Bir iş tsiklinə 1 ATF molekulu sərf olunur. Əzələ lifində ATF-in
qatılığı 4 mmol/l bərabərdir. Belə enerji ehtiyatı təqəllüsü 1-2 san
enerji ilə təmin üçün kifayətdir.
Əzələ liflərinin növləri. Skelet əzələlərini əmələ gətirən
əzələ lifləri – yığılma sürəti, yorulma, diametri, rəngi və s. görə
fərqlənirlər.
Məsələn, mitoxondrilərin miqdarı, mioqlobin, kapilyarların
sıxlığı əzələnin rənginin dəyişməsinə səbəb ola bilər. Ənənəyə
görə qırmızı və ağ, asta və cəld əzələlər və əzələ lifləri ayırd
edilir.
Əzələnin növü onun tərkibində olan hər hansı bir əzələ lifinin
sayından asılı olaraq təyin edilir.
Əzələ lifini növünün aşağıdakı təsnifat kriteriləri vardır:
təqəllüsə (fazalı və tonik) yığılma (cəld və asta (ləng)) və
oksidləşmə mübadiləsi tipli (oksidləşmiş-qırmızı, qlikolitik-ağ).
Əzələ lifinin 3 növü var: cəld yığılan – qırmızı, tez yığılan –
ağ və asta yığılan – aralıq növü. Qısa məsafəli qaçış və tullanma
zamanı cəld yığılan asta əzələ lifləri əzələnin uzunmüddətli işi
üçün uyğunlaşıblar, məsələn, bədənin məcburi düz vəziyyətdə
saxlanması və ya marafon qaçışı zamanı əzələlər işə başlayır.
Qısamüddətli işlərdə qırmızı, uzunmüddətli hərəkətlər icra edəndə
isə ağ və aralıq əzələlər fəaliyyət göstərir.
Deməli, skelet əzələləri növünə görə «qırmızı», «ağ» və ya
«cəld», «asta» olur. Belə ki, hər əzələ onun tərkibinə daxil olan
əzələ liflərinin spektr növlərinə görə fərqlənirlər. Bu spektr
genetik determinə olunur. Bundan təcrübədə əzələ lifi tipinə
uyğun yaxın və uzaq məsafəyə qaçan idmançıların seçilməsində
istifadə edirlər.
115
Əzələnin quruluş və funksional vahidi, əzələ hüceyrəsi və ya
lifidir.
Çoxlu nüvəsi olan eninəzolaqlı əzələ lifinin uzunluğu
santimetrlərlə ölçülür. Bir nüvəsi olan saya əzələnin lifinin
uzunluğu isə millimetrlərlə ölçülür.
Quruluşuna görə əzələ hüceyrəsi xaricdən sarkolemma,
daxilində isə sitoplazma və nüvədən (eninəzolaqlı əzələdə
nüvələrdən) ibarətdir.
Eninə zolaqlı əzələnin sitoplazması iki hissədən: 1) təqəllüs
qabiliyyəti olmayan sarkoplazma və 2) yığıla bilən
kinoplazmadan ibarətdir. Sarkoplazma mayedir. Kinoplazma pro-
tofibril və ya mioflament adlanan tellərdən ibarətdir. Hər
miofibrildə orta hesabla 2500 protofibril vardır. Protofibrillər
miozin və aktin zülalları molekullarından əmələ gəliblər. Lakin
aktin teli miozinə nisbətən uzundur.
Əzələnin təqəllüsünün molekulyar mexanizmi. Skelet
əzələsinin 1 qr toxumasının tərkibində 100 mq «yığıla bilən zülal»
– aktin və miozin vardır. Sadə əzələ təqəllüsləri zamanı həmin
«yığıla bilən» zülalların qarşılıqlı təsir mexanizmini Xaksli və
Xanson sürüşən liflər nəzəriyyəsi ilə izah etmişlər.
Sürüşən liflər nəzəriyyəsi. Yığıla bilən aktin və miozin zülal-
ları miofibrillərdə nazik və yoğun, yəni diametri az və çox olan
miofilamentlər əmələ gətirir. Onlar əzələ hüceyrəsi içərisində biri-
birinə qarşı paralel yerləşir (şəkil 5.2, A, B).
Miofibrillər diametri 1 mkm-ə qədər olan qısalan liflər
(filamentlər) dəstəsini təmsil edir.
Əzələ sakit vəziyyətdə olduqda, aktin telinin hər biri ona
paralel düzülən iki miozin telinin uclarından arasına daxil olur.
Aktin telinin orta hissəsi isə miozin telləri arasına düşməmiş olur.
Belə düzülüş sayəsində skelet əzələsində miofibril boyu müxtəlif
quruluşlu və müxtəlif optik xassəli, sahələr-disklər əmələ gəlir
(şəkil 5.5 A,B,V). Belə ki, yalnız aktin tellərinin orta hissəsindən
ibarət olan sahələr adi işıq şüasını birqat sındırdığından mik-
roskop altında işıqlı görünürlər. Bunlara izotrop disklər (İ) adı
verilmişdir. Aktin və miozinin birgə iştirakı olan sahələr isə şüanı
downloaded from KitabYurdu.org
116
ikiqat sındırır və buna görə də mikroskop altında tünd görünürlər.
Həmin sahələrə anizotrop disklər (A) deyilir. «H» işarəsi ilə
göstərilən açıq H zolağı kiçik sahə olub, aktin tellərdən azaddır.
Aktin tellərini birləşdirən tünd Z membranını profibrillər mil kimi
deşib keçdiklərindən o, miofibrildə istinad vəzifəsini görür və
əzələ təqəllüsü zamanı lifin daxilindəki eyni təbiətli disklərdən
birinin digərinə nisbətən yerdəyişməsinə imkan vermir. Miofibril
daxilində Z membranından əlavə miozin və aktin tellərini bir-
birilə birləşdirən saysız-hesabsız digər körpücüklər olduğu da
aşkar edilmişdir.
Eninə körpücüklərin işi. Miozin liflərinin başcığı 150 mole-
kula miozindən və 20 nm uzunluğu olan eninə çıxıntılardan
ibarətdir. Yığılma zamanı hər bir başcıq (eninə körpücük) miozin
lifini qonşu aktin lifi ilə birləşdirə bilər.
Eninə körpücüklərin aktin lifi boyunca bir dəfə hərəkəti
nəticəsində sarkomer, ancaq 2
×10 nm, başqa sözlə, təqribən öz
uzunluğunun 1%-i qədər qısalır. Lakin qurbağanın əzələsinin
izotonik təqəllüsü zamanı sarkomerlər 0,1 san-yə 0,4 mkm,
uzunluğu 20% qısalır. Əzələ boşalan zaman miozin başcıqları ak-
tin liflərindən ayrılır. Nəticə etibarilə əzələ boşalan zaman uz-
anluğunun dəyişməsi fəal deyil, passiv xarakter daşıyır.
Şəkil 5.5. A-miofibrillərin-elektron-mikroskop sxemi; I-izotrop
disklər; A-anizotrop disklər və H-zolaqları. B qalın miozin və na-
117
zik aktin tellərinin boşalma vəziyyəti və V-miofibrillərin yığılmış
vəziyyəti.
5.3. Sinir və əzələnin fizioloji xassələri.
İzotonik və izometrik təqəllüs, əzələ təqəllüsünün növləri
Sinir və əzələ liflərinin üç ümumi xassəsi vardır. Bu xassələr
qıcıqlanma, oyanıcılıq və keçiricilikdən ibarətdir. Bundan başqa
əzələ bir də dördüncü xassəyə malikdir ki, o da təqəllüs (yığılıb-
boşalma) qabiliyyətidir.
Qıcıqlanma. Mühitin orqanizmə göstərdiyi təsirə qıcıq dey-
ilir. Qıcığı törədən vasitəyə qıcıqlandırıcı adı verilir. Qıcığı başa
gətirmək üçün canlıya müəyyən miqdar enerji ilə təsir etmək
lazımdır. Təbiətdə başlıca 5 kinetik enerji forması olduğu üçün
ona müvafiq olaraq 5 növ qıcıq vardır: mexaniki, istilik, kimyəvi,
elektrik və şüa (işıq). Canlıların qıcığı qəbul edə bilmək
qabiliyyətinə qıcıqlanma deyilir. Canlının qıcığa qarşı verdiyi
cavaba oyanma deyilir. Qıcıqlanma və oyanıcılıq isə hər bir
bioloji varlığa xas olan həyat prosesidir. İndi biz bu beş elementin
hər birisindən ayrıca danışmalıyıq.
Qıcığı törədən amilə qıcıqlandırıcı deyilir. Təbiətdə
qıcıqlandırıcının sayı tükənməzdir. Məsələn, mexaniki təsir
göstərən bütün cismlər, yanan kibrit, şam, duz, turşu, qələvi, üzvi
və qeyri-üzvi məhlullar, daimi, dəyişən, induksion elektrik
cərəyanı, Günəş şüası, süni işıq, radiofəal şüalanma (alfa, beta və
qamma şüaları, rentgen şüaları), bioloji varlıqlar – heyvanlar,
bitkilər, mikroblar, viruslar və s. qıcıqlandırıcı hesab edilir.
Əzələlərin təqəllüsü. Skelet əzələsi yığılarkən 3-4 kq/san
2
yaxın güc şərf edə bilər. Bir çox əzələlər nisbətən böyük eninə
kəsiyə malikdirlər və çox böyük güc şərf edə bilərlər. İnsanın
bütün əzələlərinin əmələ gətirə biləcəyi gərginlik təqribən 25 tona
yaxındır. Sərf edilən əzələ gücü əzələnin işinin xarici mexaniki
şəraitindən asılıdır. Yığılma izotonik və izometrik olur.
Adətən əzələ innervasiya olunduğu motoneyronlardan ona
fəaliyyət cərəyanı daxil olduqda oyanır; sinir-əzələ sinapsından
vasitəsiz daxil olan oyanmanın nəticəsində əzələ də fəaliyyət po-
downloaded from KitabYurdu.org
118
tensialı generasiya olur. Ancaq təcrübə şəraitində əzələ lifinin bir
dəfə vasitəsiz stimulyasiyası mümkündür. Məsələn, qurbağanın
izolə olunmuş əzələsini müddəti 1 ms qədər olan elektrik impulsu
ilə 1 dəfə qıcıqlandırdıqda, qıcıqlandırma yerindən əzələ lifi
boyunca təqribən 1-2 m/s sürəti ilə fəaliyyət cərəyanı yayıla-
caqdır, həm də bir neçə milli saniyə sonra o yığılacaqdır (şəkil
5.6). Beləliklə, yığılma fəaliyyət cərəyanı ilə, başqa sözlə, lifin
membranının oyanması ilə baş verir.
Şəkil 5.6. Fəaliyyət potensialının müvəqqəti hərəkəti və eninəzolaqlı
əzələnin izometrik təqəllüsü.
Sadə üsulla əzələnin təqəllüsünün mioqrammasını qeyd etmək
və təqəllüsə səbəb olan qıcıq qüvvəsini təyin etmək üçün qurbağa
bədənində sinir əzələ preparatı hazırlanır, mioqrafdan asılaraq
qeydedici lingə birləşdirilir və kimoqrafın üzərində olan kağıza
toxundurulur. Qıcıgın təsiri altında əzələ lifinin uzunluğu və ya
gərginliyinin dəyişməsinə təqəllüs deyilir. Əgər qıcıq təsiri altında
əzələnin uzunluğu dəyişib gərginliyi dəyişmirsə, belə təqəllüsə
119
izotonik təqəllüs deyilir, çünki əzələ qısalır. Gərginlik daima
verilən yükün təsiri altında dəyişməz qalır. Əksinə, uzunluğu
dəyişməyib, gərginliyi dəyişilirsə, belə təqəllüsə izometrik
təqəllüs deyilir. Çünki əzələnin gücü yükünə üstün gəlmək üçün
kifayət etmir. Məsələn, əzələ yük qaldırdıqda onun uzunluğu
dəyişdiyi halda gərginliyi dəyişmir. Lakin statik iş zamanı izo-
metrik təqəllüs müşahidə olunur. Orqanizmdə təmiz halda
izotonik və ya izometrik təqəllüs müşahidə edilmir.
Əgər elektrodları əzələnin üzərinə toxundurub, qıcıq
verilməklə təqəllüs əmələ gətirilirsə, vasitəsiz qıcıqlanma, həmin
əzələni innervasiya edən sinirin üzərinə toxundurub qıcıq
verməklə törədilən qıcığa vasitəli qıcıqlandırma deyilir.
Əzələ təqəllüsünü yazan bu üsul sadə olub, mürəkkəb
avadanlıqlar tələb etmir (şəkil 5.7). Lakin alınan məlumat dəqiq
olmur. Bu çatışmazlığı aradan qaldırmaq üçün mexaniki
dəyişikliyi elektrik cərəyanına çevirən xüsusi cihazlardan
məsələn, ossilloqrafdan istifadə edilir. İşıq şüasının köməyilə
fotokimoqraf üzərində aparılan optik qeyd daha dəqiq üsuldur
(şəkil 5.8).
Şəkil 5.7. Əzələnin izotonik qeydi üçün mioqrafiya üsulu. M-əzələ;
a-qeydedici link; B-sıxıcı; E-qıcıqlandırıcı elektrodlar; V-yük.
downloaded from KitabYurdu.org
120
Əzələyə vasitəsiz və ya vasitəli yolla tək bir qıcıq verdikdə
əzələ bir dəfə yığılıb-boşalır. Buna əzələnin tək təqəllüsü deyilir.
Tək təqəllüsün əyrisi kimoqraf üzərində qeyd olunur. Bu da
mioqramma adlanır. Hər mioqrammada üç dövr latent və ya gizli
dövr, yığılma və boşalma dövrləri ayırd edilir (şəkil 5.8).
Latent dövr qıcığın verildiyi andan əzələnin yığılmasına qədər
keçən dövrü əhatə edir. Əyridə qalxan qol əzələnin yığılması,
enən qol isə boşalmasına uyğun gəlir. Əzələ təqəllüsünün adi
mioqrafiyası zamanı latent dövr 0,01 san, yığılma dövrü 0,05 san
və boşalma dövrü 0,04-0,05 san-yə bərabər olur. Daha
təkmilləşmiş üsulda təqəllüsün optik qeydi zamanı latent dövr
qısa, 0,0025 san-yə çatır.
Əzələnin təqəllüsünə səbəb olan qıcıq qüvvəsini təyin etmək
üçün sinir-əzələ preparatı hazırlanıb mioqrafa bərkidilir.
Tənzimləyici dəstəyi hərəkət etdirməklə cərəyanın qüvvəsini
tədricən artırıb elə həddə çatdırmaq olar ki, bu zaman əzələnin ilk
və ən minimum təqəllüsü baş versin. Belə qıcıq qüvvəsi qıcıq
qapısı adını almışdır. Qıcığın qüvvəsini artırmaqla əzələnin
maksimum dərəcədə yığılmasını almaq olar. Bu qıcıq qüvvəsi
optimum qıcıq qüvvəsi adlanır. Əzələnin maksimum təqəllüsünü
belə izah etmək olar. Qıcığın qüvvəsi nə qədər çox olarsa, bir o
qədər çox lif oyanır. Maksimal təqəllüsdə əzələnin bütün lifləri
yığılır.
Şəkil 5.8. Skelet əzələsi tək təqəllüsünün əyrisi. a-qıcıqlandırma
anı; a-b-latent dövr; b-v-yığılma dövrü; v-q-boşalma dövrü; əzələ
təqəllüsü əyrisinin altında vaxtın qeyd edilməsi.
Yuxarıda göstərdiymiz kimi, əzələnin tək təqəllüsü ancaq bir
qıcıq verdikdə baş verir. Normal şəraitdə tam orqanizmdə tək
təqəllüs müşahidə olunmur. Çünki əzələlərə mərkəzi sinir
121
sistemindən həmişə bir çox qıcıqlar aldıqda buna uzun müddət
yığılmaqla cavab verir. Belə təqəllüs tetanik təqəllüs və ya tetanus
adlanır. Tetanik təqəllüs almaq üçün qıcıqlar arasındakı fasilə tək
təqəllüs müddətindən qısa olmalıdır və ondan əvvəlki qıcığın
təsirindən əmələ gələn təqəllüs qurtarmamış verilməlidir.
İki növ tetanik təqəllüs müşahidə edilir (şəkil 5.9): dişli tetanus
(B) və saya tetanus (V). Növbəti qıcığın təqəllüsün hansı dövrünə
rast gəlməsindən asılı olaraq ya dişli, ya da saya tetanus müşahidə
olunur.
Şəkil 5.9. Müxtəlif tezlikli qıcıqlanmalar zamanı əzələnin təqəllüsü. Tək-
tək qıcıqlar – tək təqəllüs (A), nisbətən çoxsaylı – dişli tetanus (B), daha
çox – saya tetanus (V) verir.
Növbəti qıcıq əzələ boşalmağa başladıqda, lakin hələ tamam boşal-
madıqda verilərsə, əzələ ona yeni yığılma ilə cavab verir. Beləliklə,
əzələyə boşalma zamanı gələn növbəti qıcıqlar tetanus əmələ gə-
tirəcəkdir. Dişli tetanus saniyədə 20-30 qıcıq verdikdə qeyd olunur.
Qıcığın tezliyi saniyədə 50-70 olduqda, növbəti qıcıq ondan
əvvəlki qıcığın törətdiyi yığılma dövrünə düşəcək və nəticədə əzələ
yığılmış vəziyyətdə qalacaq, yəni saya tetanus əmələ gələcəkdir.
Buradan aydın olur ki, qıcığın tezliyi nisbətən az olduqda dişli, çox
olduqda isə saya tetanus baş verir. Tetanik təqəllüsün hündürlüyü
tək təqəllüsün hündürlüyünə nisbətən artıq olur.
Tək təqəllüs, superpozisiya və tetanusu müşahidə etmək
üçün başqa təcrübəyə baxaq. İzometrik şəraitdə bir dəfə
qıcıqlandırma gərginliyin tez artmasına, sonra isə yenidən
düşməsinə səbəb olur (tək əzələ təqəllüsü, şəkil 5.9 və 5.10).
Əgər, əzələni onun tam boşalmasından sonra yenidən
stimulyasiya etsək, ikinci yığılma birincinin üzərinə əlavə
downloaded from KitabYurdu.org
122
olunacaq və ümumi gərginlik artacaqdır (mexaniki summasiya və
ya superpozisiya). Əgər qıcıq və ya stimullar qısa intervallarla –
fasilələrlə verilərsə, onda tək təqəllüs tetanik təqəllüslə əvəz
olunur.
Şəkil 5.10. Qurbağanın əzələsinin ritmik qıcıqlandırılması zamanı tək
təqəllüsün summatsiya və birləşməsi (0
°C). Təqəllüsün toplanması
zamanı stimullar arasında interval 500 Ms və saya tetanus zamanı 50
Ms təşkil edir.
Əzələnin yığılması və yük arasında münasibət – izotonik
təqəllüs – bu əzələnin daimi gərginlik və yük təsiri zamanı
yığılmasıdır. İzolyasiya olunmuş əzələnin bir ucunu sakit
vəziyyətdə sıxıcıya bərkidib, digər ucundan isə yük asırıq,
yerdəyişmənin ölçüsü onun qısalması ilə mütənasibdir. Belə
vəziyyətdə uzunluq dəyişir, gərginlik dəyişmir.
Skelet əzələləri əksər hallarda tetanik təqəllüsdə olur. Bu onu
göstərir ki, iş vaxtı skelet əzələlərinə hərəki mərkəzlərdən
fasiləsiz impulslar seli gəlir və tetanik təqəllüsü yaradır. Təkcə
ürək əzələsi tetanik təqəllüsü vermir. Bunun səbəbi ürək
əzələsində skelet əzələsinə nisbətən refrakter dövrün uzun
olmasıdır.
Qıcıq kəsilən kimi əzələ tamamilə boşalmır. Onun ilk
uzunluğu müəyyən müddət ərzində bərpa olunur. Bu vəziyyət
kontraktura adını almışdır. Kontraktura maddələr mübadiləsi
123
pozulduqda və ya əzələ zülallarının xüsusiyyətləri dəyişdikdə baş
verir.
Kontrakturanın xüsusi növü ölümdən sonra əmələ gələn meyit
qıclığıdır.
Tədqiqatlar göstərir ki, tetanik təqəllüsün əmələ gəlməsinin
əsasında çoxsaylı qıcıq göndərərkən əzələdə xolinestereza
fəallığının azalmasıdır. Ezerin, prozerin kimi xolinestereza
fəallığını azaldan maddələr əzələ kontrakturasını xeyli artırır.
Skelet əzələsinin fəaliyyəti iradi, saya və ürək əzələlərinin
fəaliyyəti isə qeyri-iradidir. İradi hərəkətlər beyin yarımkürələri
tərəfindən tənzim olunur.
5.4. Əzələ təqəllüsündə Ca
2+
ionlarının rolu
Oyanmış hüceyrə membranından təqəllüs üçün hüceyrənin
dərinliyində olan miofibrillərə əmrin verilməsində əsas rolu Ca
2+
ionları oynayır.
Sarkoplazmatik şəbəkə və T-borucuqlar. Sarkoplazma
zəngin endoplazmatik şəbəkəyə malikdir (sarkoplazmatik
retikulun – SR) (şəkil 5.11).
downloaded from KitabYurdu.org
124
Şəkil 5.11. Sarkoplazmatik retikulumun çənlərindən Ca
2+
-in xarici
olması mexanizmi.
Sarkoplazmatik retikulum borucuqlar formasında olub, bir-
birilə anastomozlaşan və daha çox miofibrillərin boyunca yerləşir.
SR hər sarkomerin ucunda genişlənmiş sahədə əmələ gəlir.
İki qonşu sisternlərin ucları arasında T-borucuq yerləşir. Bu kom-
pleks (iki ucluq sisterni və T-borucuq) «triada» adlanır.
Triadalarda əmələ gələn oyanma əzələ lifinin plazmatik mem-
branın fəaliyyət potensialı şəklində son çənlərin membranına
ötürülür. SR rianodin reseptorlarını fəallaşdırır (Ca
2+
kanal).
SR-modifikasiyalanmış hamar endoplazmatik şəbəkə - kal-
sium deposu funksiyasını yerinə yetirir. SR-un Ca
2+
transport edən
ATF-azaları kalsium ionlarını sarkoplazmadan çıxarır (şəkil 5.11).
Ca
2+
birləşdirici kalsekvestrin zülalı SR-un daxilində yerləşir.
Rianodin reseptorları ilə əmələ gəlmiş kalsium kanalları Ca
2+
-mu
depodan sarkoplazmaya qovur.
Ca
2+
deposu. Bir çox hüceyrələrin hamar endoplazmatik
şəbəkəsinin çənləri daima sitoplazmadan Ca
2+
-un qovulması yolu
ilə onlarda Ca
2+
-in toplanmasına ixtisaslaşırlar. Belə depolar
skelet və ürək əzələsində, neyronlarda xromafin hüceyrələrdə,
yumurta və endokrin hüceyrələrində vardır.
Hüceyrə daxili vasitəçi, Ca
2+
qatılığının dəyişməsi
nəticəsində müxtəlif siqnallar (hormonlar, neyromediatorlar,
böyümə faktoru) hüceyrələrin fəallığına təsir edir. Məsələn, əzələ
elementlərinin yığılma şərti sitozolda Ca
2+
qatılığının kəskin
yüksəlməsi şəraiti hesab edilir. Bunun üçün SR-nun Ca
2+
ehtiyatı
çənlərindən əmələ gəlmiş xüsusi depolarda Ca
2+
toplanması
zəruridir. Çənlərin içində Ca
2+
birləşdirici zülallar vardır.
Çənlərin membranında Ca
2+
deposunda Ca
2+
nasosu və Ca
2+
kanalı var.
Əzələ lifinə Ca
2+
iynə vasitəsilə yeridilməsi onların yığıl-
masına səbəb olur. Ca
2+
miofibrilə birbaşa təsirini nümayiş
etdirmək üçün intakt canlılara nisbətən, hüceyrə membranı pozul-
muş və ya çıxarılmış lif daha əlverişlidir. Sarkolemması təcrid
edilmiş əzələ lifini tərkibində ATF və ATF-azanı aktivləşdirmək
Dostları ilə paylaş: |