343
Xayalarda kişi cinsiyyət hormonları androgenlər və cüzi miq-
darda estrogenlər əmələ gəlir. Daha fəal androgen testosterondur.
Androgenlərin təsiri altında orqanizmdə ikinci dərəcəli kişi
cinsiyyət əlamətləri inkişaf edərək, müvafiq cinsi davranış for-
malaşır. Androgenlər ümumi maddələr mübadiləsinə də təsir
edərək, bu baxımdan STH-nin fəaliyyətini tamamlamaqla yanaşı,
toxumaların inkişafını sürətləndirərək, zülalların sintezini stimul-
laşdırırlar. Androgenlərin cüzi miqdarı spermatozoidlərin əmələ
gəlməsi prosesini fəallışdırır.
Xayalıqların funksiyaları hipotalamusun hipofizin ön payının,
qalxanabənzər vəzinin və böyrəküstü vəzi qabığının hor-
monlarının tənzimləyici təsiri altında olur. Hipotalamusun qapı
venasına ifraz etdiyi rilizinq amillərin təsiri ilə hipofiz vəzin ön
payı həm qadın, həm də kişi cinsiyyət vəzilərinin fəaliyyətinə
təsir edən qonadotrop hormonlar – follikulu stimulə edən (FSH),
lüteinləşdirici (LH) və prolaktin (PH) hormonlarını hazırlayır.
Lakin kişi cinsiyyət vəzilərinin hormonal tənzimlənməsində
həlledici rol hipofizar hormonlara: FSH və LH-a aid olur. FSH
spermatogenezi, LH isə testosteronun əmələ gəlməsini stimullaş-
dırır. Xayalıqlar öz növbəsində hipofizə təsir göstərirlər.
Kastrasiya olunmuş heyvanlarda cinsiyyət vəzilərinin yeniləri
ilə əvəz olunması orqanizmin bir çox pozulmuş funksiyalarının
praktik şəkildə bərpa olunması ilə nəticələnir.
İnsanda cinsi yetişkənlik 5 dövrə bölünür:
1) Uşaqlıq dövrü – oğlanlarda 10 yaşa, qızlarda 8 yaşa qədər
davam edir.
2) Yetişkənlik dövrü – oğlanlarda 10-14, qızlarda isə 9-12 yaşı
əhatə edir. Qızlarda follikullar və qraf qovucuqları əmələ gəlməyə
başlayır. Oğlanlarda sperma əmələ gəlir.
3) Gənclik dövrü – oğlanlarda 14-18 yaşı, qızlarda isə 13-16
yaşı əhatə edir. İkinci cinsi əlamətlər sürətlə inkişaf edir. Onlar
cinsi əlaqədə olmaq qabiliyyəti əldə edir. Qızlarda qraf qovucu-
qları yetişir və partlayır, aybaşı dövrləri baş verir.
4) Qocalıq dövrü – qadınlarda 45-50, kişilərdə isə 60 yaşdan
sonra başlayır. Buna cinsi qocalıq deyirlər. Klimaksteriya dövrün-
downloaded from KitabYurdu.org
344
də qadınlarda aybaşı kəsilir (yaş amenoreyası), yumurtalıqların
follikulları tədricən yox olur. Kişilərdə isə spermatazoidlərin
fəaliyyəti zəifləyir, cinsi əlaqə çətinləşir.
Hermofrodizm adlanan xəstəliyə düçar olmuş insanlarda isə
eyni bir bədəndə həm toxumluq, həm də yumurtalıq olur.
Cinsiyyət vəzilərinin fəaliyyəti sinir sistemi və hipofizin,
həmçinin epifizin hormonları ilə tənzim edilir. Onlar çoxlu
afferent və efferent sinirlərlə təchiz olunmuşdur. Lakin vəzilərin
funksiyalarının reflektor tənzimi hələ mükəmməl
öyrənilməmişdir.
Məlumdur ki, mərkəzi sinir sistemi normal cinsi fəaliyyətin
təmin olunmasında mühüm rol oynayır. Məsələn, müsbət
emosiyalar (şadlıq, sevinc) cinsiyyət hormonlarının ifrazını artırır,
mənfi emosiyalar isə (qoxu, kədər, ağrı, iztirab) əksinə, azaldır.
Hipotalamusun təsirindən hipofizin ön payı üç növ qonadotrop
hormon-folikulu stimuləedən (FSH), liteninləşdirici (LH) və
prolaktin hormonları hazırlayır.
FSH folikulların qraf qovuqcuğuna çevrilməsinə,
spermatazoidlərin əmələ gəlməsinə, LH toxumluq və
yumurtalıqda androgen və estrogenlərin sintezinə və partlamış
qraf qovuqcuğunun yerində sarı cismin əmələ gəlməsinə səbəb
olur. Prolaktin süd ifrazını tənzim edir.
7.17. Epifiz (əzgiləbənzər) vəzinin daxili sekresiyası
130-201-ci illərdə yaşamış qədim Roma həkimi K.Qalenə,
XVII əsrdə yaşamış fransız alimi R.Dekarta məlum olmasına
baxmayaraq, bu sirli orqanın sirləri elm üçün hələ də ətraflı
öyrənilməmiş qalır.
Epifiz baş beyinin III mədəcik damının 5-8 mm-lik çıxıntısı
olub, məməlilərdə epifiz vəzi (əzgiləbənzər cisim), orta beyinin
arxa hissəsində dördtəpəli cismin yuxarı təpələri arasında nisbətən
dərində yerləşmişdir. O, heyvanlarda çoxlu funksiyalar yerinə
yetirir. Filogenetik cəhətdən qədim heyvanlarda epifiz işığa qarşı
həssaslığa malikdir və işığın sirkadion ritmlərinə təsirini təmin
345
edir. Epifiz vəzi vegetativ sinir sisteminin simpatik şöbəsi ilə
tənzim olunur. Sümüklü balıqlarda, suda-quruda yaşayanlarda,
sürünənlərdə epifiz başın təpə nahiyəsində yerləşir. Onun altında
kəllə qapağında birləşdirici toxuma ilə örtülü dəlik vardır. Bu
törəmə təpə gözü adlanır. Məməlilərdə işığın birbaşa təsiri ehti-
mal ki, II dərəcəli əhəmiyyətə malikdir, lakin onu nəzərə al-
mamaq lazımdır ki, fotonlar vəziyə, hətta dəridən və kəllədən
keçərək daxil ola bilərlər. Məməlilərdə də epifiz sirkadion
ritmlərin tənzimində iştirak edir. İşıq tor qışa ilə qəbul olunur və
bu informasiya sinir yollarilə vasitəsiz olaraq hipotalamusa (reti-
nohipotalamik trakt) çatdırılır. Hipotalamusdan siqnallar ney-
ronlar zəncirindən keçərək simpatik sinir sisteminin yuxarı boyun
şöbəsinə daxil olur. Sonra yuxarı boyun düyünündən keçərək
kəlləyə daxil olan qalxan simpatik liflərə qoşulur və epifiz onu
innervasiya edir. Mövcud halda neyromediator simpatik innerva-
siyalı bütün strukturlarda noradrenalindir. Bu cür mürəkkəb yolla
epifiz hüceyrələri işığın və qaranlığın, yəni gecə və gündüzün
ritmik növbələşməsi haqqında məlumatı alır. Epifizin vacib
məhsullarından biri melatonindir. Epifizin hormonu melatonin
Yerin Günəş ətrafında fırlanması ilə koordinasiya olunan bioloji
ritmlər (sutkalıq, aylıq, fəsil və illik ritmlər) sirkadion-sutkalıq
ritmin tənzimində iştirak edir. Melatoninin sintezi və ifrazı işıqda
azalır, qaranlıqda artır. Heyvanlarda melatoninin bir çox funksiya-
ları çoxalma ilə əlaqədardır. Melatonin (N-asetil-5-metooksitrip-
tamin) qana və Likvora daha çox gecələr ifraz olunur. Mela-
toninin plazmada gecələr miqdarı 1-3 qr/ml, yaşlı uşaqlarda 250
pq/ml, yeniyetmələrdə – 120 pq/ml, 50-70 yaşlarında – 20 pq/ml
olur. Eyni zamanda istənilən yaşda gündəlik miqdarı 7 pq/ml
təşkil edir.
XIX əsrin sonunda oğlanda epifiz vəzinin şişi nəticəsində vax-
tından əvvəl cinsi yetişkənlik müşahidə olunmuşdur. Elə bu
illərdə uşaqları olmayan gəncin yuxarı simpatik düyününün
epifizlə əlaqəsinə ləngidici təsir etdikdən sonra uşaqları olmuşdur.
Heyvanlar üzərində aparılan çoxlu sayda təcrübələr epifiz vəzinin
çoxalma ilə əlaqədar cinsi aparata ləngidici təsir göstərdiyi və bu
downloaded from KitabYurdu.org
346
təsirin günün uzunluğundan asılı olduğu məlum oldu.
Epifiz vəzi heyvanlarda fotoreseptor funksiya daşımaqla ona
ətraf mühitin işıqlanmasından asılı olaraq mühitdən bələdçiyə ilk
dəfə 1959-cu ildə amerikan alimi dermotoloq Lernerin rəhbərlik
etdiyi alimlər qrupu epifiz vəzinin qovuqcuqlarından dəriyə
ağardıcı təsir göstərən (melatonin serotonindən, o isə triptofan-
amin turşusundan sintez olunur) və çox yüksək müalicəvi təsirə
malik melatonin hormonunu sintez etdilər. Melatonin gözün torlu
qişasında və bağırsaqlarda əmələ gəlir. Buradan aydın olur ki, epi-
fiz vəzi yüksək fəaliyyət göstərən neyrosekresiya vəzisidir.
Melatonin məmlilərin cinsiyyət vəzilərinə təsir edərək cavan
heyvanlarda cinsi yetişkənliyi ləngidir. Yaşlı dişi heyvanlarda isə
yumurtalığın kiçilməsinə, estral dövrün ləngiməsinə təsir edir.
Epifiz vəzinin hormonu melatoninin sintezi işıqda azaldığı üçün,
quşlarda cinsi fəallıq fəsli xarakter daşıyır və günün uzunluğu
uzun olan yazda və yayda cinsi fəallıqları artır. Bu isə özünü bala
verməkdə, yumurta qoymaqda göstərir.
Beləliklə, epifiz vəzini ona simpatik sinirlə daxil olan
məlumatları humoral amillərə çevirən neyroendokrin transduktor
orqan kimi adlandırmağa əsas verir. Serotonin epifizdə gündüzlər
daha çox sintez olunur, gecələr isə iki fermentin (HİOMT –
hidrooksindolmetiltransferaza və asetil aniltransferaza) təsiri ilə
melatoninə çevrilir.
Serotonin qan təzyiqini yüksəldir, MSS-də impulsların nəql ol-
unmasında mediator rolu oynayır. Epifiz maddələr mübadiləsini,
su, duz, karbohidrat mübadiləsini, digər endokrin vəzilərin
fəaliyyətini hipotalamo-hipofizar-böyrəküstü vəzi sistemi
vasitəsilə tənzimləyir – ləngidici təsir göstərir. Melatonin ürək-
damar, şiş xəstəlikləri, diabet, insult və s. xəstəliklərin
müalicəsində effektli təsir göstərir.
Beləliklə, epifiz gecə və gündüzü işıqlanma ritmindən asılı
olaraq orqanizmin uyğunlaşma prosesində iştirak edən bioloji saat
rolunu oynayır. Melatoninin təsir mexanizmi aşağıdakı kimidir.
Torlu qişanın işıqlanmasının intensivliyinin dəyişməsi görmə
yolu və əlavə ritinohipotalamik yolla hipotalamusun xiazma üstü
347
(restroventral hissəsinə) nüvəsinə verilir. Supaxiazmatik nüvədən
siqnallar paraventikulyar nüvə vasitəsilə onurğa beyninin yan
sütunlarının preqanqlionar simpatik neyronlarını aktivləşdirir
(şəkil 7.29,B). Simpatik preqanqlionar lifləri simpatik sütunun
yuxarı boyun düyününü fəallaşdırır. Yuxarı boyun düyününün
postqanqlionar simpatik lifləri pinealositlərin plazmolemması ilə
qarşılıqlı təsirdə olan noradrenalin sintez edir. Melatonin effekti
zəif öyrənilsə də, melatoninin və hipofizdə period-1 (endogen
saatla əlaqəsi olan geni) hipotalamus geninin transkripsiyasını
insulə edir. Melatoninin reseptorları G-zülalı ilə əlaqəsi olan
transmembran qlikoprotein-hipofizdə, xiazmaüstü nüvədə (N-
supraxiazmatikus) hipotalamus, torlu qişa, MSS-nin müxtəlif
nahiyələrində və bir sıra orqanlarında mövcuddur.
7.18. Timus (çəngələbənzər) vəzinin daxili sekresiyası
Timus. İnsanda döş qəfəsində yerləşən timus vəzi yuxarı ucu
nəfəs borusuna, aşağı ucu aortaya bitişir. 14-16 yaşına qədər
çəkisi 35-50 qr-a qədər çatır. Bu yaşa qədər əsas funksiyası
cinsiyyət vəzilərin inkişafına mane olmaqdır. Bu vəzi cinsiyyət
vəziləri yetişənə qədər uşaqlarda onu ləngidir. Cinsiyyət
yetişkənliyi dövrü başladıqdan sonra bu vəzi cinsi funksiyaya
təsir edə bilmir. Bu cinsiyyət vəzilərinin ləngidici təsiri ilə
bağlıdır.
Döş sümüyü önündə yerləşən bu orqan bir sıra peptidlər hazır-
layır. Hesab olunur ki, bu peptidlər immunoloji müdafiə
mexanizmlərində iştirak edirlər, ancaq bu hərtərəfli öyrənilməyib.
Tumus vəzi zədələndikdə əzələ zəifliyi, süstlük və psixi
pozğunluqlar baş verir. Cavan yaşlarda tumus vəzinin çıxarılması,
mineral mübadiləsinin pozulmasına səbəb olur. Sınmış sümüklər
gec sağalır. Deməli, timus vəzi kalsium duzlarının sümük
hüceyrələrinə daxil olmasını tənzim etməklə, onların uzanmasına
səbəb olur. Timus vəzi limfositlərin əmələ gəlməsini tənzim
etməklə qan yaradıcı funksiyaya kömək etmiş olur. Bəzən həddi
buluq dövründən sonra da, timus vəzi öz fəaliyyətini davam et-
downloaded from KitabYurdu.org
348
dirir.
7.19. Böyrəklər. Toxuma hormonları
Böyrəklər. Yuxarıda qeyd olunub ki, böyrəklər endokrin
orqanlardırlar, belə ki, o, renin və (vitamin-D)-hormonu sintez
edir. Qanın funksiyaları bəhsində böyrəklərdə eritropoetinin
yaranması və onun eritropoezdə rolu əks olunub.
Toxuma hormonları. Əvvəldə endokrin vəzilərin hormonları
ilə müxtəlif toxumalarda yaranan və həmin toxumada qonşu
hüceyrələrə hormonobənzər təsirə malik olan maddələr arasında
sərhəddin müəyyənləşdirilməsinin çətinliyi qeyd olunub. Paraktin
təsirə malik bu cür maddələr qrupuna indi belə hesab edirlər ki,
aşağıdakılar daxildir: prostaqlandinlər, prostatsiklinlər və tron-
boksanlar. Onlar orqanizmin müxtəlif funksiyalarında vacib rol
oynayırlar və digər hormonların təsirini artırır və ya azaldırlar. Bu
yaxınlarda müəyyən olundu ki, ürək endokrin orqandır, belə ki,
onda böyrəklərlə Na-un çıxarılmasını stimulə edən peptid hazır-
lanır. Bu peptid ürəkönünatrium-uretik faktor adını alıb.
Müxtəlif orqanların xüsusi hüceyrələrində hazırlanan bu hor-
monlar histohormonlar və ya parathormonlar adlanır. Məsələn,
həzm sisteminin orqanlarında aşağıdakı adları verilən hormonlar
haqqında ətraflı məlumat verilir: qastirin, sekretin, pankreozmin,
entroqastrin, entroqastron, xolisistokinin və villikilin və s.
Böyrəklərin yukstomaqlomerulyar aparatında hazırlanan renin
fermenti, böyrəklərdən qana keçir və plazmanın zülal fraksiyası
qlobulini hipertenzinogenin (angiotenziogen), peptid hipertezin və
ya angiotenzin-1-ə çevirir. Bu isə dipeptidkarbolksipeptidaza fer-
mentinin təsirindən agiotenzin-II-yə çevrilərək damarların daral-
ması üçün saya əzələlərinə büzücü təsir edir.
Ağciyərlər, mədəaltı vəzidə, tüpürcək vəzidə əmələ gələn kal-
lidin hormonu qan təzyiqini aşağı salır. Ağrı qıcığının təsirindən
dəridə, əzələdə, mədədə əmələ gələn bradıkinin damarlara
genəldici təsir edir. Histamin əks laxtalanma təsirinə malik ol-
349
maqla kapillyarların keçiriciliyini artırır.
Serotonin (5-hidrooksitripriptamin)-arterial təzyiqi yüksəldir,
adrenalinə bənzər təsirə malikdir.
Paratorin – çənəaltı vəzinin ekstraktından alınıb. Bu maddə
qığırdaq, sümük toxumasının inkişafına təsir göstərir.
downloaded from KitabYurdu.org
345
VIII FƏSİL
ANALİZATORLARIN FİZİOLOGİYASI
HİSS (DUYĞU) ÜZVLƏRİ, SENSOR SİSTEMLƏR
8.1. Hiss üzvləri haqqında anlayış
Hiss üzvləri və ya duyğu orqanları barədə ilk naturalistik
təsəvvürlər hələ çox qədim zamanlarda yaranmışdır. Eramızdan
üç əsr əvvəl Qədim Yunanıstanın məşhur filosofu və alimi
Aristotel heyvanlara və insana xas olan hissləri təsnif edərək
onları beş növə ayırmışdır: görmə, eşitmə, iybilmə (qoxu),
dadbilmə və lamisə (toxunma. taktil) hissi. Sonralar fiziologiya
elmi hissiyyatların başqa növləri-əzələ hissiyatı. daxili (visseral)
hissiyat, müvazinət (vestibulyar) hissi, dəri hissiyyatının bəzi
modifikasiyaları (tempratur hissi və s.) aşkar etmişdir.
Duyğu orqanlarının qıcıqlandırılması və onlardan beyin
yarımkürələri qabığına impulsların daxil olması nəticəsində əldə
olunan məlumatlar analiz-sintez edilir və müvafiq cavablar verilir.
Analizin ali forması isə əsasən baş beyin yarımkürələri qabığı ilə
həyata keçirilir.
Heyvan və insan orqanizmində hissetmə, duyma qabiliyyəti
canlı aləmin təkamül prosesində formalaşan mərkəzi sinir
sisteminin və sinir-reseptor cihazların fəaliyyəti ilə bilavasitə
bağlıdır.
Reseptorla müxtəlif növ qıcıqları qəbul edən afferent sinir uc-
ları və ya mühitdəki dəyişmələri həssaslıq göstərən xüsusi sinir
hüceyrələridir.
Onurğasız və onurğalı heyvanlarda, xüsusən də ali
məməlilərdə, o cümlədən insanda, hiss üzvləri xarici aləmin, eləcə
də orqanizmin öz daxili mühitinin cürbəcür təsirləri qəbul etməyə
və sinir sisteminə ötürməyə qabil olan xüsusi morfo-funksional
törəmələr kimi formalaşmışlar. Hiss üzvlərinin təkamül inkişafı
346
çox heyrətamiz dəyişiklikləri nümayiş etdirir. Həm
onurğasızlarda, həm də onurğalılarda bəzi hiss orqanları, əsasən
də görmə, lamisə, vestibulyar-eşitmə və qoxu orqanları təkamül
inkişafı zamanı istər anatomik, istərsə də funksional baxımdan
kəskin dəyişikliklərə məruz qalırlar.
Bizim indiki elmin təsəvvürlərimizə görə, hissetmə, duyma
qabiliyyəti olmayan heyvan və ya insanın yaşaya bilməsi müm-
kün deyil. Belə orqanizm tezliklə ölümə məhkumdur. İ.M.Se-
çenov «Baş-beyin refleksləri» əsərində yazmışdır ki: «Xarici hiss
oyanması olmadan şüurda heç bir psixi akt yarana bilməz».
İ.P.Pavlov qıcığı qəbul edən mühitdə olan reseptor, oyanmanı
nəql edən siniri və beyin qabığında yerləşən mərkəzi birlikdə
analizator adlandırmışdır. Maddi cismin təsirlərinə qarşı meydana
çıxan müxtəlif hissiyyatlarından asılı olaraq analizatorlar bir neçə
növə bölünür. Bunlara görmə, eşitmə, temperatur (istilik və so-
yuqluq hissi), ağrı, toxunma, qoxu və dad analizatorları aiddir.
Hiss üzvləri və onların daha sadə quruluşlu təmsilçiləri olan
reseptorlar orqanizmi onu əhatə edən xarici aləmlə bilavasitə
əlaqələndirirlər. Məcazi mənada desək, xarici mühitlə bilavasitə
təmasda olan duyğu üzvlərini (göz, qulaq, burun, dil, dəri)
«orqanizmin xaricə açılan pəncərələri» adlandırmaq olar. Bədənin
xarici səthlərində və daxili toxuma və orqanlarında yerləşən hiss
üzvləri və ya reseptor cihazlar xarici və daxili təsirləri hiss etmək
üçün ixtisaslaşmışlar.
Görmə üzvü olan gözlər, ancaq xarici aləmin işıq şüalarını qəbul
edərək görmə hissi doğurur. Eşitmə hissini qulaqlar tərəfindən
tutulan səs dalğaları yaradır. Qoxu və dad hissləri xarici aləmin və
orqanizm tərəfindən qəbul edilən qida maddələri və mayelərin
müəyyən kimyəvi təsirlərindən oyanır. Dəri örtükləri xarici mühitin
tempetarur, mexaniki toxunma və təzyiq dəyişikliklərini hiss edir.
Vestibulyar aparat bədənin və başın məkanda müvazinətini təmin
edir. Proprioreseptorlar skelet əzələlərində yığılma zamanı yaranan
gərginlik, daxili (visseral) reseptorlar isə orqanizmin daxili
mühitinin fiziki-kimyəvi, kimyəvi-mexaniki, temperatur və digər
dəyişiklikləri hiss etmək üçün uyğunlaşmışlar.
downloaded from KitabYurdu.org
347
Orqanzmə təsir göstərən hər hansı bir qıcıq (stimul) hiss üzvü
və ya reseptor səviyyəsində öz təbiətini dəyişərək sinir impulsu
(sinir siqnalı, sinir oyanmaları) yaradır. Deməli, hiss üzvləri və ya
reseptorlar təbiətən müxtəlif olan xarici və daxili təsirləri yeganə
bir fizioloji prosesə, daha doğrusu, sinir prosesinə çevirən
(transformasiya edən) xüsusi aparatlar kimi işləyirlər.
Sensor sistemlər xarici və daxili təsirlərə yüksək həssaslıq gös-
tərməklə yanaşı geniş adaptiv (uyğunlaşma) imkanları təzahür
etdirir, bu və ya digər qıcığın ən zəif və ən qüvvəli təsirləri bu
sistemlərin funksiyalarını müvafiq şəkildə dəyişdirə bilir.
Bununla yanaşı, sensor sistemlər qıcıqları gücləndirən və
zəiflədən mexanizmlər kimi fəaliyyət göstərirlər. Mərkəzi sinir
sisteminin və onun ayrı-ayrı şöbələrinin mütəmadi fəaliyyəti üçün
müxtəlif sensor sistemlər eyni əhəmiyyət kəsb etmir.
8.2. Hiss üzvlərinin və reseptorların təsnifatı
Hiss üzvləri və reseptorlar bədənin anatomik (morfoloji)
strukturlarında yerləşməsi qaydalarına, xarici və daxili təsirləri,
məsafədən və ya bilavasitə təmas nəticəsində qəbul etmək
qabiliyyətinə, təsir edən amillərin təbiətinə görə təsnif edilir.
Sensor reseptorların bir neçə təsnifatı mövcuddur: modallığına
görə; görmə, eşitmə, qoxu, dad, təcil, toxunma, təzyiq, isti, soyuq,
oksigenin gərginliyi (PO
2
), PH, osmotik təzyiq.
Adekvat qıcığın növündən asılı olaraq reseptorları mexano-,
termo-, xemoreseptorlar, ağrı və elektromaqnit reseptorları kimi
təsnif edirlər. Digər təsnifata uyğun olaraq isə, distant (məsafədən
siqnalları qəbul edən); eksteroreseptorlar (xarici mühitdən
qıcıqları qədul edən); daxili mühitin qıcıqlarına reaksiya verən
interoreseptorlar; bədənin məkanda vəziyyətindən məlumat alan
proprioreseptorlar təsnif edirlər.
Hiss üzvləri və reseptorlar bədənin xarici səthində və ya
daxilində lokallaşmasından asılı olaraq ekstro (xarici) və intero
(daxili) hissi cihazlara ayırırlar. Birincilər sırasına görmə, eşitmə,
müvazinət (vestibulyar), qoxu, dad və dəri hissi cihazlar aiddir.
348
Əzələ-vətər və oynaq (proprio və ya kinestezik) reseptorlar və
daxili reseptorlar interoresepsiya növləri kimi xarakterizə edilir.
Resepsiya növlərinin təkamül inkişafı baxımından təsnifi hansı
resepsiya növünün filogenezdə əvvəl və ya sonra yaranmasına
görə aşağıdakı sıra üzrə yerləşdirmək olar: xemoresepsiya,
mexanoresepsiya, fotoresepsiya (görmə resepsiyası), statosit
(müvazinət-vestibulyar) resepsiya, fonoresepsiya (eşitmə
resepsiyası), termoresepsiya, baroreseptorlar.
Hiss üzvləri və reseptorları distant və kontakt hissi cihazlara
ayırmaq olar. Distant hiss üzvlərinin ən əsas təmsilçiləri görmə,
eşitmə və qoxu üzvləridir. Dilin, dərinin, daxili (visseral)
orqanların reseptorları və proprioreseptorlar təmas (kontakt) hissi
cihazlar kimi xarakterizə edilir.
Ayrı-ayrı hiss üzvləri və ya reseptorlar orqanizmin həyat
fəaliyyəti və reaksiyaları üçün müstəsna əhəmiyyət kəsb edir.
Bununla belə, heyvan orqanizmlərinin təkamül inkişafından,
yaşadıqları şəraitdən və həyat tərzindən asılı olaraq bu və ya digər
hiss üzvləri onlar üçün az və ya çox əhəmiyyət kəsb edə bilər.
Suda yaşayan bir sıra heyvanların (balıqlar, məməlilərin bu həyat
tərzinə keçmiş bəzi növləri) həyatında statosit (müvazinət) və
eşitmə orqanları xüsusi rol oynayır. Havada uçmağa daha çox
alışmış quşların görmə qabiliyyəti və qravitasiya hissləri yüksək
inkişaf etmişdir. Yırtıcı heyvanlar üçün eyni zamanda qoxu,
eşitmə, görmə və kinestezik hissi aparatlar olduqca böyük
əhəmiyyət kəsb edir. İnsan orqanizmi daha çox görmə, eşitmə,
vestibulyar, kinestezik və temperatur hissi aparatları möhtacdır.
Somatik (bədən) və visseral (daxili) duyğular öz mənşəyinə
görə 3 sinfə ayırmaq olar:mexanoreseptiv, temperatur və ağrı
duyğuları.
8.3. Reseptorların morfo-funksional təsviri
Bizim indiki təsəvvürlərə görə hər bir heyvan orqanizmi xarici
mühitdə və bədən daxilində baş verən dəyişiklikləri hiss etmədən
yaşaya bilməz. Heyvan orqanizmi üçün ilk növbədə xarici
downloaded from KitabYurdu.org
349
mühitdə baş verən proses və hadisələri hiss etdirən xüsusi
mexanizmlər zəruridir. Vaxtilə rus fizioloqu İ.M.Seçenov belə bir
doğru mülahizə irəli sürmüşdür ki, orqanizmə verilən elmi tərifə
mütləq xarici mühit anlayışı da daxil edilməlidir. Həqiqətən də
ətraf mühit və onun qavrayışı mürəkkəb quruluşa və funksiyalara
malik olan hər bir heyvan orqanizm üçün əlahiddə əhəmiyyət
kəsb edir. İnsanlar xarici gerçəkliyi, burada baş verən hadisə və
prosesləri, aləmdən hissi (sensor) siqnallar almadan, onları təhlil
və tərtib etmədən yaşaya bilməz.
Heyvan və insan orqanizmi ətraf mühitin müxtəlif təsir
formalarına çox həssas sazlanmış spesifik reseptor hüceyrələrə
malikdir. Xarici mühitin müxtəlif enerji formaları reseptor
hüceyrələr üçün stimul (qıcıq) kimi təsir göstərir. Orqanizm üçün
hansı stimullar (qıcıqlar) gərəkdirsə və hansı qıcıqlar zərərli və ya
lazımsızdırsa, bu artıq az və ya çox dərəcədə sensor üzvləri və
onların reseptor törəmələri səviyyəsində müəyyən olunur.
Sensor modallıqları (hissi təsir müxtəliflikləri) özündə müxtəlif
submodallıqlar və ya keyfiyyətləri ifadə edə bilər. Məsələn, biz
müxtəlif maddələrin qoxusunu və dadını eyni zamanda duya
bilərik, temperatur duyğularını həm isti, həm də soyuq kimi qəbul
edirik, biz müxtəlif işıq dalğalarını müxtəlif rənglər kimi görürük
və i.a.
Reseptorlar haqqında tam təsəvvür formalaşdırmaq üçün
onların təkamül inkişafı mənzərəsi ilə tanış olmaq vacibdir.
Heyvanat aləmində reseptorların olduqca çoxlu formaları təmsil
olunmuşdur. Reseptorların mənşəyini tədqiq edəndə belə bir ilkin
postulat irəli sürülmüşdür ki, ilkin hissetmə qabiliyyəti elementar
səviyyədə hər bir canlı hüceyrənin xarici səth membranına
məxsus olan xüsusi zülal, zülal-lipid və qlüko-zülal
biomolekulyar komplekslərin və onları əhatə edən ion
mühitlərinin xassələri ilə əlaqədardır. Ona görə də müxtəlif növ
və tip heyvanlarda ən müxtəlif reseptorların hissi xassələrində
ümumi və oxşar xüsusiyyətlər mövcuddur ki, bu da onlarda ilkin
molekulyar represiya mexanizmlərinin çox yaxın olması ilə izah
edilir.
Dostları ilə paylaş: |