Onurğalı heyvanların endokrin vəziləri.
Onurğalı
heyvanlarda endokrin vəzilər onurğasız heyvanlardan fərqli
olaraq orqanizmin fizioloji sistemlərinin tənzimlənməsində daha
da vacib rol oynayır. Daxili sekresiya vəziləri, insan da daxil
olmaqla, bütün onurğalı heyvanlarda müstəsna hallarda həm
quruluş, həm də funksiyanın vahid planına malikdirlər.
Altı əsas ayrı-ayrı daxili sekresiya vəzilərindən başqa insanda
hormonal maddələr digər fizioloji funksiyalara malik bir sıra di-
284
gər orqanlarda hasil olunurlar. Belə ki, hormonal maddələr
mədədə, onikibarmaq bağırsaqda əmələ gəlir. Mədənin pilorik
şöbəsinin selikli qişasında cüzi pH və pepsin tərkibinə malik
mədə şirəsinin fazalarını stimullaşdıran qastrin hormonu əmələ
gəlir. Onikibarmaq bağırsağın seliyində mədəaltı vəzinin xarici
ifrazat funksiyasını fəallaşdıran sekretin öd kisəsinin motorlu
fəallığını stimullaşdıran xolesistokinin ifraz olunur. Onikibarmaq
bağırsağın seliyində mədənin sekretor və motor fəaliyyətinə
tormozlayıcı təsir göstərən enteroqastron hormonu sintez edilir.
Qalxanabənzər vəzin daxili sekresiyası. Qalxanabənzər vəzi
boyun nahiyəsində yerləşib, iki paydan ibarətdir. Vəzi çəkisi 25-
30 qr-a çatır. Bir saat ərzində vəzidən 5-6l-ə qədər qan keçir.
Vəzi toxumasının əsasını kublu epitel hüceyrələri təşkil edir.
Qalxanabənzər vəzinin mikroskopik quruluşu bütün onurğalı
heyvanlarda eynidir. Qalxanabənzər vəzinin quruluş vahidi
divarları epitel hüceyrələrindən təşkil olunmuş içiboş kisə –
folikuldur. Folikul divarlarının epitel follikulu boşluğuna
yodtərkibli yarımmaye halında olan kolloid maddə ifraz edir.
Vəzin hormonları follikulların kolloid hissəsində tireoqlobin
halında olur və irimolekullu olduğu üçün hüceyrə membranından
keçə bilmir. Hipofizin ifraz etdiyi treotrop hormonun təsirindən
treoqlobulinin proteolitik parçalanması baş verir. Bu zaman
yodlaşmış amin turşuları – mono diyodtirozin əmələ gəlir. İki
molekul diyodotriozin birləşərək trioksin (tetrayodtrironin) bir
molekul monoyodotrirozin birləşərək triyodtrionin hormonunu
əmələ gətirir.
Trioidli hormonların sekresiyasının normal səviyyəsinin müt-
ləq şərti kifayət qədər miqdarda yodun qida məhsulları ilə
orqanizmə fasiləsiz şəkildə daxil olmasıdır.
Tireoid hormonların sintezinin baş verməsi üçün yodun
sutkalıq qəbulu 150 mkq olmalıdır. Qida ilə qəbul olunmuş yod
bağırsaqdan qana sorulur və oradan qalxanabənzər vəzin
hüceyrələri tərəfindən udulur.
Yoda olan sutkalıq tələbatın çoxu bağırsaqda tam şəkildə
sorulma ilə təmin olunur. Axırıncı qandan qalxanabənzər vəzin
285
hüceyrələri tərəfindən udulur və molekulyar yoda qədər
peroksidaza ilə oksidləşir. Qalxanabənzər vəzdə tireozin ilə
zəngin treoqlobilin sintez olunur və yodla qarşılıqlı təsirdə olur.
Tireoid hormonlarının sintezinin tənzimlənməsi. 1969-cu
ildə Şali və Qyullemin tərfindən rəhbərlik edilən 2 qrup və biri
digərindən xəbərsiz donuz və qoyunun hipotalamusdan hipofiz
tərəfindən TTH-nun sekressiyanın stimulə edən tripeptid aldılar.
Bu kimyəvi cəhətdən öyrənilən və sintetik yolla alınmış tretropin-
rilizinq-hormonu (TRH) idi. Bu peptid hipotalamusun
neyronlarında hazırlanır və qapı sisteminə buraxılır və qapı
sistemi ilə hipofizə düşür, buradan isə treotrop hormonun (TTH)
sekresiyasını stimulə edir. TTH qalxanabənzər vəzidə tiroksinin
(T4) həmçinin triyodtironinin (T3) yaranmasını induksiya edir.
Həmçinin triyodtironinin (T3) hipofizə, mümkünsə hipotalamusa
əks əlaqə mexanizmi üzrə təsir edərək TTH-nun seleksiyasını
zəiflədir. Əks əlaqə mexanizmi üzrə tireoid hormonlar hipofiz və
hipotalamusa təsir edər və haçan ki, onların qanda qatılığı
maksimal olur, onda TTH-nun sekresiyası minimuma enir.
Əksinə, tireoid hormonların qatılığı aşağı olanda TTH-un yüksək
sürətli sekresiyasını təmin edir.
Tiroksin və triyodtironinin az miqdarı qaraciyər və böyrəklərdə
deyodlaşmaya məruz qala bilər və bu prosesin hesabına yoda olan
sutkalıq tələbatın bir hissəsi (təxminən 50 mkq) ödənilə bilər.
Qalxanabənzər vəzinin kolloidində tireoid hormonların kifayət
qədər ehtiyatı saxlanılır. Bu orqanizmin yod olmadan bir neçə ay
keçinə bilməsini təmin edir. Ancaq qidada yodun uzunmüddətli
çatışmaması zamanı artıq tireoid hormonların orqanizmin normal
həyat fəaliyyətini təmin edə biləcək qədər yarana bilmir.
7.5. Tireoid hormonların funksiyaları
Tireoid hormonlar həyati əhəmiyyətli funksiyalar görür. Belə
ki, o, bütün orqanizmdə metobolizmi stimulə edir.
Triyodtironin güman ki, hüceyrələrinin nüvəsindəki reseptorla
286
birləşir və genlə təsirdə olaraq transkripsiya və translyasiyanı
sürətləndirərək bunun nəticəsində orqanizmin bütün
hüceyrələrində zülal sintezini stimulə edir. Bundan əlavə tireoid
hormonlar Na+ ionlarının hüceyrədən çıxmasına, K+ isə daxil
olmasına təsir edir. Nəhayət, onlar bir çox fermentlərin, ilk
növbədə, karbohidratların parçalanmasında iştirak edən
fermentlərin aktivliyini artırır. Ona görə də tireoid hormonların
yüksək səviyyəsində xüsusilə karbohidratların metabolizminin
intensivliyi artır.
Belə ki, göstərilən bu proseslərdən çoxu hüceyrələrin
mitoxondrilərində gedir. Tireoid hormonların yüksək
səviyyəsində bu orqonoidlərin aktivliyi çox artır və onlar ölçücə
böyüyürlər. Tireoid hormonların təsiri ilə fermentlərin
aktivliyinin artması energetik mübadilənin sürətinin artması ilə
müşayiət olunur. Ona görə də əsas mübadilənin intensivliyilə
qanda tireoid hormonların qatılığı arasında düzünə əlaqə
mövcuddur.
Uşaqlarda tireoid hormonlar fıziki boy atmağı təmin edir. Xü-
susilə bu effekt postnatal dövrdə beyinin normal inkişafı üçün
vacibdir. Döl uşaqlıqda olduğu müddətdə qalxanabənzər vəzin
çatışmamazlığı qorxulu deyil, belə ki, o, tireoid hormonların
kifayət qədərini anadan alır.
Qalxanabənzər vəzinin insan və heyvan orqanizmində boy ar-
tımı, inkişaf və differensasiya proseslərinə təsiri çox güman ki,
tireoidli hormonların toxuma və yaxud hüceyrə mübadiləsinə
təsiri ilə əlaqədardır. Qanda tireoidli hormonların miqdarının azal-
ması zamanı orqanizmin şəkərə olan tələbatı aşağı enir: şəkərin
çoxu sidik vasitəsilə ifraz olunduğu üçün böyrəyin həcmi azalır.
Tireoidli hormonlar yağ mübadiləsinə əhəmiyyətli təsir
göstərirlər. Orqanizmdə tireoidli hormonunun kəskin azalması
adətən metabolizmin səviyyəsinin kəskin şəkildə azalması ilə
müşayət olunaraq, lipidlərin miqdarının çoxalması ilə nəticələnir.
Qalxanabənzər vəzi hormonları sinir mərkəzlərinin, ürək
əzələlərinin oyanma səviyyəsini tənzimləyirlər. Qalxanabənzər
vəzi hormonlarının sinir toxumasının inkişafı və diferensasiyasına
287
əhəmiyyətli təsiri müəyyən olunmuşdur. Erkən yaşlarda
qalxanabənzər vəzinin qeyri-kafi endokrin fəallığı uşaqların əqli
inkişafının geridə qalması ilə nəticələnir.
Qalxanabənzər vəzidə parathormon kimi orqanizmdə Ca və P
mübadiləsinin tənzimlənməsində fəal şəkildə iştirak edən, lakin
həmin vəzin follikullarından kənarda yerləşən hüceyrələr
tərəfindən hazırlanan daha bir hormon – tireokalsitonin hasil ol-
unur. Bu hormonun təsirindən sümük toxumasının əmələ
gəlməsinə səbəb olan ostioblastların fəaliyyəti artır, əksinə os-
teoklastların fəaliyyəti isə zəifləyir, nəticədə, qanda kalsium
ionlarının mənimsənilməsi çətinləşir.
Qalxanabənzər vəzinin hipo və hiperfunksiyaları zamanı
orqanizmdə baş verən funksional pozğunluqlar. Qalxanabənzər
vəzi hormonunun molekulunda yodun varlığı vəzinin funksional
fəallığı ilə qidadakı yod tərkibi arasındakı sıx əlaqəsini izah edir.
Dəniz suyunun, dəniz mənşəli məhsulların, dəniz sahillərində
bitən mədəni bitkilərin tərkibində külli miqdarda yod olur. Qidada
və suda yodun çatışmaması zamanı zob kimi məlum olan en-
demik ur və ya zob xəstəliyi meydana çıxır (şəkil 7.8). Bu
xəstəlik qalxanabənzər vəzi toxumasının çox böyüməsi zamanı
müvafiq hormonal çatışmamazlığı ilə xarakterizə olunur. Zob
xəstəliyini cərrahi yolla müalicə etmək olar. Endemik zob
müəyyən coğrafi regionlarda, əsas etibarilə isə yüksək dağlıq
sahələrdə və yaxud qitələrin ucqarlarında inkişaf edir. Hal-hazırda
bu coğrafi sahələrin əhalisində zob və ya ur xəstəliyi inkişafı
yodun xörək duzuna əlavə edilməsi ilə aradan qaldırılır. Böyümüş
bu cür vəzi normal miqdarda hormon ifraz edir (şəkil 7.9).
288
Şəkil 7.9. Zoblu xəstə
Qalxanabənzər vəzinin hipofunksiyası zamanı orqanizmdə
müxtəlif pataloji hadisələr müşahidə olunur: bradikardiya,
hipotoniya, istiliktəşkilinin azalması, ümumi zəiflik hissi, üzvi
hipotermiya və maddələr mübadiləsinin, xüsusilə də yağlar
mübadiləsinin pozulması. Vəzinin hormonal çatışmazlığı istifadə
olunan yağın böyük hissəsinin istifadə olunmaması nəticəsində
yağ qalığının çökməsi ilə nəticələnir.
Qalxanabənzər vəzinin hipofunksiyası zamanı orqanizmdə
tiroksin çatışmamazlığı
nəticəsində normal maddələr
mübadiləsinin pozulması ilə əlaqədar miksodema xəstəliyi inkişaf
edir. Miksodema xəstəliyi zamanı dil böyüyür, dərialtına
seliyəoxşar maye toplanır (şəkil 7.10) və ödemləşir, göz yarığı
daralır, səs kobud və boğuq olur, maddələr mübadiləsi, ürək
döyünməsi və zehni bacarıq zəifləyir. Cinsi fəaliyyət pozulur
(qadınlarda aybaşı kəsilir). Müalicə tiroksin hormonunu qəbul
etməkdən ibarətdir.
Uşaq yaşlarında qalxanabənzər vəzinin hipofunksiyası boyun,
fiziki inkişafının geriyə qalması və əqli çatışmamazlıq ilə nəti-
cələnir.
289
Şəkil 7.10. Miksodema
Qalxanabənzər vəzinin hormonunun çatışmazlığı
(hipofunksiyası) nəticəsində əmələ gələn Kretinizmi xəstəliyi
zamanı uşaqlarda ətraflar qısa, baş böyük, ağıldankəm (idotizm),
ikinci cinsi əlamətlər inkişaf etmir, boy kiçik olur (şəkil 7.11).
Kretinizmin əsas əlamətləri – cırtdanboy və beynin ali funk-
siyalarının dərin pozğunluqlarıdır.
Yaşlı insanda qalxanabənzər vəzinin hipofunksiyası apatiya,
ümumi zəiflik, yaddaşın zəifləməsi, tüklərin tökülməsi, üzün və
göz qapaqlarının şişməsində təzahür edir.
Qalxanabənzər vəzi hormonları suda-quruda yaşayan
heyvanların metamorfozunu idarə edirlər. Buna görə də
çömçəquyruqdan qalxanabənzər vəzinin xaric olunması heyvanın
fasiləsiz artımı ilə nəticələnsə də, çömçəquyruq heç bir zaman
qurbağaya çevrilmir. Tiroksin daxil edilməsi metamorfozun
stimulyasına səbəb olur – çömçəquyruqlar müəyyən olunmuş
müddətdən tez qurbağaya çevrilirlər. Lakin hipofizin
ekstiropasiyası bu effekti istisna edir. Qalxanabənzər vəzi
hormonunun təşkili və ifraz olunması, o cümlədən də metamorfoz
hipofiz vasitəsilə tənzimlənir.
Qalxanabənzər vəzinin hiperfunksiyası (hipertireoz) zamanı
290
Bezedov xəstəliyi baş verir. Bu xəstəlik üçün əsas 3 əlamət-vəzin
böyüməsi, ürək döyünmələrinin artması (taxikardiya) və göz
almalarının önə çıxması (ekzoftalm) xarakterdir (şəkil 7.12). Belə
xəstələr tez yorulur, çox əsəbi olurlar, arıqlayırlar, tər ifrazı artır.
Müalicə etmək üçün dərmanlardan və ağırlaşma zamanı vəzin bir
hissəsini çıxardırlar ki, vəzin normal hormon ifrazı bərpa olunsun.
Şəkil 7.11. Kretinizm
Şəkil 7.12. Bazedov xəstəlikli
qadın.
Tireoid hormonların artıqlığı və ya çatışmaması ilə əlaqədar
çoxlu patalogiyalar mövcuddur. Bu patalogiyalar hipo- və
hipertireoz adlanır.
Hipotireoz. Böyüklərdə qalxanabənzər vəzin çatışmamazlığı
bütün metobolik proseslərin zəifləməsilə xarakterizə olunur. Bu
halda, həmçinin ətraf mühitin qıcıqlandırıcılarına qarşı ləngidici
reaksiyası şəklində əks olunan psixi simptomlar müşahidə olunur.
Bu xəstələrin dərisi solğun rəngdə olur. Bu sindrom miksedema
adlanır. Boyüklərdə bu simptom tireoid hormonunun ağızdan
qəbulu ilə aradan qaldırılır. Erkən uşaq yaşlarında isə bu
hormonun olmaması inkişafın fiziki və zehni qıcıqlandırılmasına
gətirir. Bu kretinizim adlanır. Belə xəstələr kiçikboylu olur, çünki
291
tireoid hormonunun olmaması nəticəsində boy hormonunun
sümüklərin epifızar inkişafına stimuləedici təsiri zəifləyir. Yeni
doğulmuşlarda hipotireoz zamanı dərhal beynin zədələnməsini
aradan qaldırmaq üçün əvəzedici hormonoterapiya edilməlidir.
Tireoid hormonların çatışmazlığının səviyyəsindən, dərəcəsindən
asılı olaraq tamamilə idiotizmə gətirə bilər. Ona görə bütün
inkişaf etmiş ölkələrdə yeni doğulmuşların qanında tireoid
hormonlarının miqdarını müəyyən edirlər. Tireoid hormonlar
qidada kifayət qədər yod saxlanıldıqda normal miqdarda
hazırlanır. Qidada yodun saxlanılması böyük regional müxtəliflik
mövcuddur. Bir qayda olaraq dağ yerlərində onlar az, sahil
rayonlarında çox olur. Yodun endemik defisiti olan bəzi
rayonlarda kretinizm və miksedema daha çox rast gəlinir. Hazırda
bu xəstəliklərin inkişafının qarşısı yod profilaktikasının köməyi
ilə alına bilər. Məsələn, xörək duzuna yodu NaCl şəklində əlavə
etmək.
Hipertireoz. Tireoid hormonların patoloji hipersekresiyası –ge-
niş yayılmış haldır. Bu xəstələrdə əsas mübadilə yüksəlmiş olur,
həmçinin zülal və yağların sintez və parçalanma sürəti artır. Bu
halda xəstələr çox həyəcanlı olurlar. Hipertireoz boynun
zobşəkilli qalınlaşmasilə də müşayət olunur. Ancaq çox vaxt bö-
yümə diffuz olur və ya avtonom «alovlu» düyünlər formasında
olur. Bir çox xəstələrdə ekzoftalm – gözlərin önə qabarması olur.
Bu halın yaranmasının patogenezi hələlik məlum deyil, ancaq
qanda ekzoftalmik faktorla adlandırılan maddələr tapılıb və
güman ki, bunlar hipofizar törəmədir. Tireoid hormonların sekre-
siyasının normallaşması antitireoid preparatların köməyilə ola
bilər.
Tireoid hormonların çoxluğu kimi azlığı da orqanizmin bütün
hüceyrələrinə güclü təsir edir. Təəccüblü deyil ki, bu cür
kənaraçıxmalarda bir çox funksiyalar pozulur, hansı ki, tireoid
hormonların təsiri ilə bilavasitə əlaqədar deyillər. Bunu xüsusilə,
kişi və qadınlarda cinsi pozğunluğun müalicəsində nəzərə almaq
lazımdır. Bu cür pozğunluğun çox vaxt hipotalamo-hipofizar-
qonad sisteminin pozulması deyil, qalxanabənzər vəzin çatış-
292
mazlığı və ya fəallığı səbəb olur.
Qalxanabənzər ətraf vəzilər. Qalxanabənzər ətraf vəzilər
paxlaşəkilli formaya malik olub, hər iki tərəfdən vəzinin toxu-
masında (düyü boyda dörd ədəd) yerləşmişdir. Onlar balıqları
istisna etməklə, bütün onurğalı heyvanlarda olurlar. İnsanda bu
vəzinin çəkisi 25-100 mq olur. Qalxanabənzər ətraf vəzidə
orqanizmdə Ca və P mübadiləsini tənzimləyən parathormon hasil
olunur. Bu vəzilərin hazırladığı hormonlar 1926-cı ildə Xanson və
Kolin parathormon adını veriblər.
Ca ionları orqanizmin toxumalarının
funksiyalarının tənzimlənməsində vacib
rol oynayır. Qalxanabənzər ətraf vəzinin
hipofunksiyası zamanı sinir və əzələ hü-
ceyrələrinin oyandırıcı proseslərində nor-
mal gedişatda nəzərə çarpan pozğunlu-
qlar baş verir; qeyri-iradi əzələ dartılma-
ları, qıcolma – tetaniya halları meydana
çıxır. Bu xəstəlik ətraf, üz, qırtlaq
əzələlərinin qıc olması ilə özünü göstərir
– «mama əli vəziyyəti» (şəkil 7.13).
Heyvanlarda qıcolma halları qanda
Ca
2+
ionunun 10-dan 7maq%-ə qədər qa-
tılığının azalması zamanı başlanır. Bu za-
man qaraciyərin sintetik funksiyasında da
bir sıra pozğunluqlar müşahidə olunur.
Qalxanabənzər ətraf vəzilərin eks-
trapasiyası daha böyük əhəmiyyət kəsb
edir. Onların itlərdən kənar edilməsi
qanda və toxuma mayesində Ca
2+
miqdarının azalması, fərdi qıcolma hal-
larına, nəticədə isə heyvanın tələf olması
ilə nəticələnən əzələlərdə qıcolma – te-
taniya hallarının meydana çıxmasına
səbəb olur. Bu qıcolmalar heyvanda tənəf-
füs çatışmazlığına və ölümə səbəb olur.
Şəkil 7.13. Tetaniya zamanı
əllərin qıc olması, «mama əli
vəziyyəti», qalxanabənzər ətraf
vəzinin funksiyasının
çatışmazlığı zamanı.
293
Qalxanabənzər ətraf vəzilərin hipofunksiyası qanda fosfatların
və Ca
2+
ionlarının sayının azalmasına səbəb olur. Normal halda
kalsiumun miqdarı 10-11 mq%-ə qədər olur. Qalxanabənzər ətraf
vəzi hormonunun təsiri kalsium ilə fosforun ionlu formasına şamil
olunaraq zülallar ilə başlıca və P-a aid edilir. Fosfatlar
toxumaların buferli sistemləri ilə karbohidratların mübadiləsində
iştiark etdiklərindən qalxanabənzər ətraf vəzinin hipofunksiyası
orqanizmdə həyati baxımdan vacib fizioloji proseslərində
dəyişikliklərə – pozğunluqlara səbəb olur.
Qalxanabənzər ətraf vəzilərin hiperfunksiyası qana çoxlu miq-
darda Ca ifraz olunduqda müşahidə olunur. Bu hal daha çox vəzi
şiş xəstəliyinə tutulduqda baş verir. Bu zaman sümük toxumasını
dağıdan osteoklastların fəaliyyəti artır. Vaxtında cərrahi yola şiş
çıxarıldıqda qanda Ca və P miqdarı normallaşır. Əzələ zəifliyi,
beldə, ətraflarda əziyyət verən ağrılar aradan qalxır.
Kalsium və fosfor mübadiləsinin hormonal tənzimlənməsi.
Qalxanabənzər ətraf vəzilərdə əmələ gələn parathormon –
yüksəkmolekulyarlığa malik zülallı birləşmədir (m.m.=650 000).
Orqanizmdə parathormonun tərkibindən, yəni qalxanabənzər ətraf
vəzilərin fizioloji fəallıq səviyyəsindən P və Ca qanda
konsentrasiyasından asılıdır. Parathormonun təsiri altında qanda
Ca
2+
ionunun miqdarının çoxalması və sümük toxuması ilə
dişlərdə azalması baş verir. Parathormon sümük maddəsini
dağıdan hüceyrələrin – osteoklastların miqdarını artırır, bunun
nəticəsində qana külli miqdarda Ca
2+
ionu daxil olur. Buna görə
də orqanizmdə parathormonun miqdarının çoxalması zamanı
(vəzi toxumasının inkişafı zamanı baş verən), fibrozlu astit-
sümüklərdə mineral maddələrin miqdarının tamamilə azalması
inkişaf edərək, onlarda Ca
2+
ionlarının kəskin şəkildə azalmasının
nəticəsi kimi sümüklər ilə dişlərin yumşalması müşahidə olunur.
Əksinə, qalxanabənzər ətraf vəzilərin hormonal funksiyasının
xroniki çatışmamazlığı zamanı sümüklərdə Ca
2+
ionu qalığının
çökməsi baş verərək, bunun nəticəsi kimi sümüklərin
yoğunlaşması və onların kövrəkliyinin kəskin şəkildə artması baş
verir.
294
Ca
2+
ionunun sümüklər ilə dişlərdən qana keçməsinə şərait
yaradan parathormon qanda Ca
2+
miqdarının azalmasına cavab
olaraq qalxanabənzər ətraf vəzidə hasil olunur. Ca
2+
ionunun
konsentrasiyasının 1 mq% azalması parathormonun ifraz
olunması üçün adekvat siqnala çevrilir. Fosfatların miqdarının
çoxalması bilavasitə deyil, Ca
2+
ionunun tərkibində müvafiq
dəyişikliklər vasitəsilə analoji təsir göstərir. Qalxanabənzər ətraf
vəzilərin ekstirpasiyası zamanı orqanizmdə Ca
2+
ionunun
miqdarının kəskin şəkildə azalması baş verir. Qanda Ca
2+
ionunun
miqdarının kəskin şəkildə çoxalması zamanı isə qalxanabənzər
vəzi sümüklərdə Ca
3
(PO
4
)
2
çökməsini stimullaşdıran kalsitonin
ifraz edir. Qanda Ca
2+
ionu miqdarının 0,5 mq% artması qanda
Ca
2+
ionunun konsentrasiyasını azaldan kalsitoinini sekresiyasına
şərait yaradır.
Qalxanabənzər ətraf vəzinin fəaliyyəti ilə qanda kalsiumun
miqdarı arasında iki tərəfli əlaqə vardır. Belə ki, qanda Ca miq-
darının artması, parathormonun miqdarının azalmasına, bu azalma
isə onun miqdarının çoxalmasına səbəb olur.
Deməli, orqanizmdə Ca
2+
ionunun tərkibinin hormonal şəkildə
tənzimlənməsini növbəti cür təsəvvür etmək mümkündür. Qanda
Ca
2+
ionunun miqdarının azalması qalxanabənzər ətraf vəzilərin
fəallaşması ilə nəticələnir. Parathormonun təsiri altında sümük
toxumasının dağılması, Ca
2+
ionunun sümüklərdən təmizlənməsi
və onların qana daxil olması baş verir. Qanda Ca
2+
ionunun
qatılığının çoxalması əks proses – Ca
2+
ionunun sümük toxumasına
qayıdışını doğuran kalsitoninin hasil olunmasına dair siqnal kimi
çıxış edir. Antaqonist hormonların təsiri altında Ca
2+
ionunun
qanda toplanması və onun sümük toxumasında tərkibi normal
fizioloji hüdudlarda qorunub saxlanılır.
Kalsium və fosfat tarazlıgının homeostazı. Ca
2+
ionlarının
homeostazı əsas etibarı ilə 3 hormon ilə həyata keçirilən çox incə
tənzimləmə ilə saxlanılır. Bu hormonlar aşağıdakılardır: 84 amin
turşusundan təşkil olunmuş və 2 cüt qalxanabənzər ətraf vəziləri
tərəfindən (epitel cisimlər) hazırlanan parathormon, 32 amin tur-
şusundan təşkil olunmuş və qalxanabənzər vəzin toxumalarına
295
səpələnmiş C-hüceyrələr tərəfindən hazırlanan kalsitonun - tireo-
kalsitonun, böyrəklərdə D-vitaminindən yaranan (vitamin D)-
hormonudur.
7.6. Hormonal tənzimləmə
Parathormon (paratireoid hormon, P.T.H)
Qanda Ca
2+
ionlarının qatılığının azalması nəticəsində parat-
hormonun sekresiyasının fızioloji stimulu edir. Prothormon os-
teoklastları aktivləşdirir, onlar da sümüklərdən Ca və P-un qana
daxil olmasına səbəb olur. Eyni zamanda P.T.H. böyrəklərlə fos-
fatın çıxarılmasını stimulə edir və onun Ca ilə birləşməsinə mane
olur. Orqanizmdə Ca
2+
-un ləngiməsi, həmçinin böyrəklərdə para-
thormona birbaşa təsir edir, nəticədə Ca
2+
ionlarının ekskresiyası
azalır. Qanda Ca
2+
ionlarının qatılığının artması parathormonun
sekresiyasının azalmasına səbəb olur.
Kalsitonin. Qanda Ca
2+
-un qatılığının artması qalxanabənzər
vəzinin C-hüceyrələrinin tərəfindən kalsitoninin sekresiyasını ar-
tırır, nəticədə sümüklərin reabsorbsiyası azalır və onlarda Ca
2+
-un
miqdarı artır. Başqa sözlə, kalsitonin parathormonun antiqonisti
kimi təsir edir.
(Vitamin D)-hormon. Qanda Ca-un daimi səviyyəsinin sabit
saxlanmasında parathormon və kalsitonunla bərabər, həm də vita-
min D-dən yaranan hormon yaxından iştirak edir. Qrqanizmdə vi-
tamin D olması üçün qida ilə bitki və heyvan təbiətli provitamin-
inin sələfi – erqosterol (preprovitamin D
3
) və ya dehidroksixoles-
terol (preprovitamin D
2
) daxil olmalıdır. Dəriyə günəş şüalarının
təsiri ilə bu sələflərin molekullarında 2 karbon atomu arasında
əlaqə qırılır və provitamin D
2
və D
3
yaranır. Axırıncılar qaraciyərə,
oradan isə böyrəklərə düşür. Bu zaman yaranmış 1,25-dihidroksika-
lsiferol (vitamin D)-hormon bioloji aktivliyə malikdir və qanda Ca-
un homeostazının saxlanmasında iştirak edir. Beləliklə, mənfi əks
əlaqə mexanizminə görə (vitamin D)-hormon parathormonun sek-
resiyasını zəiflədir. Beləcə bu 2 hormon qapalı tənzimedici sistem
əmələ gətirir.
|