246
borusuna və bronxlara gedən hərəki lifləri, qida borusuna, mədə
və bağırsaqlara, mədə vəzilərinə, mədəaltı vəzi və qara ciyərə və
böyrəklərə gedən sekretor lifləri göstərmək olar.
Bundan başqa azan sinirin tərkibinə ürəyi ləngidən liflər və
bir çox damarları genəldən liflər də daxildir.
XI cüt – əlavə sinir (n.accessorius). Bu sinir yalnız məməli
heyvanlarda müstəqil sinirdir; başqa onurğalılarda isə onun
vəzifəsini azan sinirin arxa kökləri daşıyır. Bu sinir saf hərəki
sinir olub, döş-körpücük-məməyəoxşar və trapesəoxşar əzələləri
sinirləndirir. Bu sinir zədələndikdə baş geriyə meyl etdiyi kimi
kürək sümüyünün də vəziyyəti dəyişir.
XII cüt - dilaltı sinir (n.hypoglossus). Onurğalı heyvanlarda
isə onurğa beyni sinirlərindən hesab olunur. Bu sinirin nüvəsi
uzunsov beyində yerləşmişdir. Bu sinir zədələndikdə dilin və
eləcə də dilaltı sümük əzələlərinin hərəkət vəzifəsi pozulur və dil
ağızdan xaricə çıxaraq zədələnmiş tərəfə meyl edir.
Beləliklə, baş-beyin sinirləri də bədənin müvafiq hissələrini,
xüsusilə baş və gövdə hissələrini sinir lifləri ilə təmin edir. Bu
liflər bir tərəfdən dad, qoxu, eşitmə, görmə üzvləri kimi oy-
anıqlığı son dərəcə yüksək olan hiss üzvlərini, digər tərəfdən üzün
mimiki əzələlərini, dil və göz əzələlərini və bu kimi incə və zərif
hərəkətlərə qabil olan əzələləri sinirləndirir (şəkil 48). Bəzi
sinirlər somatik funksiyalarla yanaşı, vegetativ funksiyalara da
təsir göstərir.
Bütün baş-beyin sinirlərinin (12 cüt) nüvələri beyin qabığı ilə
sıxı surətdə əlaqədardır.
Bu nüvələrin fəaliyyətinə baş-beyin qabığı başçılıq edir.
Xarici mühiti faktorları beyin qabığı vasitəsilə bu sinirlərin
nüvəsinə, buradan da daxili üzvlərə təsir göstərir.
Törabənzər törəmə – retikulyar formasiya. Torabənzər
törəmə beynin bütün şöbələri ilə qarşılıqlı əlaqədədir. Bu təsir
həm fəallaşdırıcı, həm də ləngidicidir. Torabənzər törəmədən
retikulospinal yolla onurğa beyninə efferent beyin sütununa affer-
ent və efferent siqnallar gedir.
Beyin sütununun mərkəzi hissəsində uzunsov beyindən orta
247
beyinə qədər neyron və sinir liflərinin tərkibinə və düzülüşünə
görə beynin digər törəmələrindən kəskin surətdə fərqlənən
anatomik törəmə yerləşmişdir. Mikroskop altında tor kimi görün-
düyünə görə hələ keçən əsrin ikinci yarısında O.Deyters həmin
nahiyəyə torabənzər törəmə və ya retikulyar formasiya adı ver-
mişdir. Onun neyronlarında çoxlu miqdarda afferent liflər qur-
tarır. Bu yollar bir tərəfdən beyin borusundan keçən uzun hissi lif
dəstələrinin şaxələnmiş çıxıntıları, digər tərəfdən isə beynin yux-
arı şöbələrindən enən efferent sinirlərin çıxıntılarından ibarətdir.
Belə ki, o, enən yollar vasitəsilə onurğa beynin reflektor
fəaliyyətinə həm ləngidici, həm də fəallaşdırıcı təsir göstərə bilir.
O, qalxan yollarla beyin yarımkürələri qabığına daha çox oyadıcı
təsir göstərir.
Retikulyar formasiya neyronları müxtəlif hormonlara, bir çox
mübadilə məhsullarına, ayrı-ayrı kimyəvi birləşmələrə qarşı oldu-
qca həssasdır. Retikulyar formasiya beyində sanki yüksək fəallıq
əmələ gətirən «qurğu» funksiyasını yerinə yetirir.
Retikulyar formasiyadan gələn impulslar birbaşa onurğa
beyninin hərəki neyronlarına ləngidici təsir göstərə bilir.
Retikulyar formasiyada onurğa beyni hüceyrələrini
fəallaşdıran neyronlar da vardır.
Beyin sütunun yuxarı şöbələrində retikulyar formasiyanın
pozulması heyvanı dərin yuxu vəziyyətinə gətirir.
Orta beyin beyin qabığına fəallaşdırıcı təsir göstərir.
Orqanizmin reseptorlarından impulsları talamusa gətirən affer-
ent liflər retikulyar formasiyaya çoxlu miqdarda şaxələr verir. Bun-
dan əlavə, retikulyar formasiya beyincikdən, qabıqaltı düyünlərdən,
limbik sistemdən və beyin yarımkürələri qabığından impulslar alır
və onların fəallığını saxlamaqla yanaşı, eyni zamanda özü də
onlardan daimi gələn impulsların təsirinə məruz qalır.
Retikulyar formasiya qabıqaltı nüvələr və hipotalamusla sıx
əlaqədədir. C.Oldsun təcrübəsi bunu bir daha sübut edir. O, siçan
beyninin müxtəlif şöbələrinə – hippokampa, arxa hipotalamus və
orta beynə xroniki elektrodlar yerləşdirib onları stimullaşdırıcı ci-
hazla birləşdirdi və heyvana elektrik dövrəsini açıb-bağlayan
248
tutqacı ayaqla basa bilmək imkanı yaratdı. Əgər elektrod arxa hi-
potalamusda və ya orta beynin retikulyar formasiyasının müəyyən
nahiyələrinə düzgün yerləşdirilmişsə belə qıcıqların heyvanın
beyninə stimullaşdırıcı təsirindən heyvan həzz alırsa, heyvan onu
basıb öz beyninin mərkəzlərini qıcıqlandıracaqdır. Siçan özünün
digər fəaliyyət aktlarını kəsərək onda o, tutqacı reflektor olaraq
saatlarla basmaqla məşğul olacaqdır. Bu təcrübələrdən Olds belə
qərara gəlmişdir ki, heyvanlarda orta və aralıq beynin bəzi nahi-
yələrinin qıcıqlandırılması müsbət, digər nahiyələrin
qıcıqlandırılması isə mənfi reaksiyalara səbəb olur. Belə beyin
sahələri obrazlı olaraq «cənnət» və ya «cəhənnəm» nöqtələri ad-
landırılmışdır.
Deməli, beyinin bu nahiyələrinin qıcıqlandırılması heyvanda
mənfi emosiya (qorxu, hiddət və s.) əmələ gətirir.
Retikulyar formasiyanın ayrı-ayrı hissələri tənəffüs
hərəkətlərində, həmçinin ürək-damar sisteminin nizamlanmasında
mühüm rol oynayır.
Limbik sistemin funksiyası. Limbik sistem beyin
yarımkürələrindən başlayaraq aralıq beynə, hətta orta beynə qədər
yayılmış geniş bir sahəni əhatə edir. Limbik sistemə hippokamp,
parahippokampal qırışıq, qurşaq və qoxu payının filogenetik
cəhətdən köhnə törəmələri, alın və gicgah paylarının alt hissələri
və badamcıq aiddir. Limbik sistemin tərkibinə daxil olan qabıqaltı
törəmələrə badamcıq (amiqdal), septal nüvələr, talamusun və hi-
potalamusun öz nüvələri (perioptik sahə) və mamillyar cisimcik
aiddir.
Limbik sistemə aid edilən bu törəmələr həm öz aralarında,
həm də beynin digər şöbələri ilə mürəkkəb qarşılıqlı əlaqədədir.
Ona görə də, onları şərti olaraq ayrıca sistem halında
birləşdirmişlər. Qabıq və qabıqaltı limbik törəmələr hipotalamus
və mamillyar cisimlər vasitəsilə orta beyinlə əlaqələnir (şəkil
6.30).
249
Şəkil 6.30. Limbik sistem. A-limbik sistem dövrəsi: 1-qurşaq
qırışığı; 2-döyənək cismi; 3-mərkəzi şırım; 4-təpə payı; 5-mahmız
şırımı; 6-ənsə payı; 7-hippokamp; 8-hippokampönü qırışıq; 9-
gicgah payı; 10-Qarmaq; 11-badamcıq; 12-qoxu soğanağı; 13-ön
bitişmə; 14-alın payı. B-limbik sistemin afferent və efferent
əlaqələri. OBLS – orta beynin limbik sistemi: 1-qurşaq qırışığı; 2-ön
talamus; 3-qurşaq; 4-tağ; 5-terminal xətt; 6-hippokamp; 7-
hippokampönü qırışıq; 8-gicgah qabığı; 9-məməcikli cisim; 10-
badamcıq; 11-hipotalamus; 12-uc beyinin medial dəstəsi; 13-qoxu
soğanağı; 14-arakəsmə; 15-alın qabığı (C.Dudel və b.1985)
Limbik sistemin əsas törəmələri hippokamp və amiqdaladır.
Hippokampa, hətta limbik sistemin «ürəyi» də deyilir.
Amiqdalektomiya məruz qalmış meymun sürünün digər
üzvlərindən kənarlaşır, onlardan qaçır, narahat və iradəsiz olur.
Limbik sistem hər fərd üçün xüsusi fizioloji əhəmiyyət qaza-
250
nır, onun məqsədyönlü davranışını müəyyən edir, daim dəyişilən
xarici mühit şəraitinə uyğunlaşmasını asanlaşdırır. Limbik sistem
visseral, somatik və endokrin reaksiyalara da tənzimləyici təsir
göstərir.
Uc beyin – beyin yarmıkürələri, beyin yarımkürələri və
onların funksiyaları. Neyroontogenezdə yarımkürələr sinir boru-
sunun ön hissəsində formalaşan iki yan qovuqcuqdan inkişaf edir.
Mərkəzi sinir sisteminin, daha cavan şöbəsi beyin böyük
yarımkürələri və onun qabığıdır (şəkil 6.5, 6.31, 6.32). Baş bey-
inin ən iri və mürəkkəb şöbəsi olan beyin yarımkürələrinin əmələ
gəlməsi nəticəsində mərkəzi sinir sisteminin ümumi morfofunk-
sional formalaşması başa çatır.
Şəkil 6.31. Beyin yarımkürələri qabığında bəzi funksiyaların
yerləşmə sxemi (K.Bıkova görə, 1956): I-onurğa və uzunsov beyin,
II-beyin sütunu, III-beyin qabığı.
251
Şəkil 6.32. İnsanda böyük beyin yarımkürələri qabığı sahələrinin sito-
arxitektonik xəritəsi (Brodmana görə): a–beyin yarımkürələrinin
xarici səthi, b–beyin yarımkürələrinin daxili səthi. Rəqəmlər
hüceyrəvi sahələrin nömrəsini göstərir.
Ontogenez baxımdan uc beynin əsasında ən tez əmələ gələn
qanqlioz qabar, qoxu qabarları. Ammon buynuzları və hippokamp
adlanan törəmələrdir.
Beyin yarımkürələrinin inkişafında müşahidə edilən ən
252
xarakter əlamətlərdən biri onların toxumasında girinti və çıxıntı-
ların əmələ gəlməsidir.
7-12 yaşında yarımkürələrin şırım və qırışıqlarının anatomik
mənzərəsi yaşlılarda olduğu kimidir.
Yarımkürələr çəpkəndən (pallium) və qoxu beynindən
ibarətdir. Hər yarımkürədə dörd pay – öndə alın, arxada ənsə, or-
tada təpə və yanlarda gicgah şöbəsi ayırd edilir.
Yarımkürələrin alt səthindən Silvi çuxuru şəklində başlanıb
beynin yan tərəfləri ilə yuxarı və öndən arxaya doğru uzanan yan
şırım (silvi şırımı) gicgah payını alın və təpə paylarından ayırır.
Yarımkürələri çıxarılmış quşu havaya buraxdıqda uçur,
görmə, eşitmə qabiliyyətini saxlayır. Onlar qidanı və suyu sərbəst
tapa bilmir, nəsil qayğısına qalmaq instinktlərini qismən itirir.
Beyin yarımkürələri çıxarılmış it çox yatır, ətrafa laqeyd olur,
yeməkdən imtina edir, iy seçə bilmir.
Beyin yarımkürələrinin çıxarılmasını makak – rezus meymun
çox ağır keçirir, uzun müddət yaşamır.
Beyin yarımkürələri inkişaf etməmiş (anansefal) insan cəmi
bir neçə gün yaşayır. Nadir hal kimi, bir anansefal uşaq 3 il 9 ay
yaşamışdır. Bu uşağın beyin yarımkürələri yerində iki qalın
divarlı qovuqcuq, aralıq beyin isə normaldır.
Yarımkürələrin boz və
ağ maddəsi. Beynin
yarımkürələrinin səthi boz maddə ilə örtülmüşdür. Ona beyin
qabığı (korteks) deyilir. Qabığın altında ağ maddə vardır. Yaşlı
adamda onun qalınlığı orta hesabla 2,5-3 mm-ə bərabər olur.
Qabıq beyində neyronların ən çox toplaşdığı yerdir.
Təxminən hesablamalara görə burada 12-20 milyarda qədər
neyron vardır. Qabıqda qlial hüceyrələr bundan təxminən 10 dəfə
çoxdur.
Hər yarımkürədə alın, təpə, gicgah, ənsə və adacıq
paylarından başqa limbik və hippokamp payları da ayırd edilir.
Beyin yarımkürələrinin qabığı quruluş və funksiyasına görə
seçilən 52 əsas sahəyə bölünür (şəkil 6.32). Bəzi müəlliflərə görə
yaşlı adamın beyin yarımkürələri qabığında 200-ə qədər müxtəlif
sahə ayırmaq olar. Hər bir qabıq sahəsi orqanizmin bu və ya digər
253
funksiyasının qabıq «nümayəndəliyini» təmsil edir. İ.P.Pavlov
qabığa, müxtəlif analizatorların toplusu kimi baxırdı. Dəri və əzələ-
oynaq hissiyyatı yarımkürələrin mərkəzi şırımı boyunca uzanan ön
mərkəzi qırışıqdakı 1, 2, 3 və qismən 5 və 6-cı sahələrlə bağlıdır.
Arxa mərkəzi qırışıqdakı 6, 8, 9 və 10-cu sahələr dəri və əzələ-
oynaq aparatının hərəki mərkəzləri sayılır. Mahmız şırımının hər
iki tərəfində yerləşən 17, 18 və 19-cu sahələr görmə mərkəzləri,
yuxarı gicgah qırışığını və köndələn qırışığın ön hissəsini əhatı
edən 41-ci sahə eşitmə, ona yaxın olan 37-ci sahə isə müvazinət
hissi mərkəzi hesab edilir. Alın, gicgah və təpə payları
sərhədlərində yerləşən 42, 22, 44, 39 və 40-cı sahələr insanda nitq
fəaliyyəti ilə bağlıdır.
Beyin qabığının quruluşu. Qabıq mikroskopik quruluşla,
hüceyrələrin və liflərin yerləşməsində yüksək nizamlılıqla səciy-
yələnir (şəkil 6.33).
Şəkil 6.33. Beyin qabığında neyronların (A) və sinir liflərinin (B)
yerləşməsi sxemi (soldakı rəqəmlər qabıq təbəqələrin nömrəsini
göstərir).
254
Ali məməlilərin və insanın yetkin beyin qabığında 6-7 təbəqə
vardır. Onlar aşağıdakılardır:
1.
Xarici molekulyar təbəqə. O, xırda və seyrək
hüceyrələrdən və üfüqi vəziyyətdə sıx yerləşən sinir liflərindən
əmələ gəlmişdir.
2.
Xarici dənəli qat. Burada çoxlu dairəvi, üçbucaq, çoxbu-
caq şəkilli xırda hüceyrələr toplaşmışdır.
3.
Piramidal təbəqə. O, kiçik, orta və iri piramidal
hüceyrələrindən əmələ gəlmiş üç yarımtəbəqəyə ayrılır.
4.
Daxili dənəli qat. O, qabığın hərəki sahələrində zəif, hissi
sahələrində, xüsusilə görmə qabığında, yaxşı inkişaf etmişdir.
5.
İri piramidal neyronlar təbəqəsi. Bu təbəqədən beyin
qabığının səthinə və qabıqaltı sahəyə doğru çoxlu miqdarda
yoğun sinir lifləri gedir.
6.
Müxtəlif formalı neyronlar təbəqəsi. Buradan çıxan neyron
çıxıntıları yarımkürələrin ağ maddəsinə doğru uzanır.
7.
İyvarı neyronlar təbəqəsi. Bu təbəqənin neyronlarının
lifləri 1-ci təbəqəyə, qabıqaltı və beyin sütunu mərkəzlərinə daxil
olur.
Yarımkürələrin ağ maddəsi. Ağ maddədən ibarət olan sinir
lifləri yarımkürələrdə nəqledici yolları əmələ gətirir. Onlar:
1) proyeksion liflər, beyin qabığından enən və beyin qabığına
qalxan yolların tərkibinə daxildir. Onlar qabıq şöbələrini
piramidal yollar vasitəsilə mərkəzi sinir sisteminin aşağıda duran
törəmələri ilə birləşdirir.
2) Assosiativ liflərə eyni yarımkürənin ayrı-ayrı nahiyələrini
birləşdirən liflər də aiddir. İnsanda qabığın assosiativ yolları daha
yaxşı inkişaf etmişdir və böyük yarımkürələrin müxtəlif
şöbələrinin incə əlaqələndirilmiş fəaliyyətinin həyata keçməsində
mühüm rol oynayır.
3) Kommissural və ya bitişdirici (spayk) liflər iki
yarımkürəni öz aralarında və həm də qabıqaltı mərkəzlərlə
birləşdirir.
Ağ maddədən ibarət olan sinir liflərinin səthinin mielin
təbəqəsi ilə örtülməsi onların quruluş və funksiyalarının
255
müəyyənləşməsində mühüm rol oynayır. Yenidoğulmuşlarda sinir
ləfləri, demək olar ki, mielinləşmiş olur, lakin bu proses insanda
1-2 yaşda başa çatır. Onurğa beyni liflərinin mielinləşməsi isə 3
yaşa kimi qurtarır. Nadir hallarda mielinləşməsi 5-10 yaşlarına
kimi davam edə bilər.
İnkişafın aşağı pilləsində duran heyvanlarda beyin qabığını
təşkil edən hüceyrələr əsasən dənəli hüceyrələrdir. Piramid
neyronlar ilk dəfə sürünənlərdə müşahidə edilmişdir, lakin bunlar
hələ təkmilləşməmiş və az çıxıntılıdır. Sürünənlərdən sonra gələn
heyvanlarda piramid hüceyrələrin sayı artır.
İnsanın beyin qabığında nitqlə əlaqədar olan sahələr vardır,
insanabənzər meymunlarda bunlar yoxdur. Bütün bunlar göstərir
ki, heyvan və insanın sinir sisteminin quruluşunda və
funksiyalarında ümumi cəhətlərlə yanaşı fərqli cəhətlər də vardır.
Qabığın somatik hissi (sensor) sahələrindən birincisi dəri və
əzələ oynaq aparatının, ikincisi isə daxili orqanların reseptor
aparatlarının proyeksiya olunduğu yerlərdir. Buraya həmçinin
talamusun nüvələrindən müxtəlif afferent liflər də daxil olur (şəkil
6.34).
Şəkil 6.34. İnsanda beyin yarımkürələri qabığının somatosensor
zonasında bədən hissələrinin proyeksiyası (Penfildə və Rasmussenə
görə): 1-cinsiyyət üzvləri, 2-barmaqlar, 3-ayaq pəncəsi, 4-diz, 5-
256
bud, 6-bədən, 7-boyun, 8-baş, 9-çiyin, 10-dirsək oynağı, 11-dirsək,
12-said, 13-bilək, 14-əl, 15-çeçelə barmaq, 16-adsız barmaq, 17-
orta barmaq, 18-göstərici barmaq, 19-baş barmaq, 20-göz, 21-
burun, 22-üz, 23-üst dodaq, 24-dişlər, 25-alt dodaq, 26-damaq, çəeə
və dişlər, 27-dil, 28-udlaq, 29-daxili üzvlər.
Görmə analizatorunun qabıq mərkəzi və ya qabıq
qurtaracağı hər iki yarımkürənin ənsə payında, mahmız şırımını
əmələ gətirən nahiyədə yerləşmişdir. Qabığın ilkin görmə
sahəsinə impulslar bilavasitə ara, orta beyinin ön təpələrindən
beynin xarici dizəbənzər cismindən və talamusdan daxil olur.
Eşitmə analizatorunun qabıq mərkəzi hər iki yarımkürənin
gicgah payının köndələn qırışığında yerləşmişdir.
Dadbilmə mərkəzi. Əsasən gicgah payının aşağı hissəsində
qoxu mərkəzləri yaxınlığında dadbilmə yollarının qabıq mərkəzi
yerləşir. İnsanda dadbilmə mərkəzi gicgah nahiyəsində, Silvi
şırımında yerləşmişdir.
Embrional inkişaf zamanı əmələ gələn qoxu qabarları qoxu
beyninə başlanğıc verir.
1-ci cüt kəllə beyin siniri olan qoxu siniri burunun selikli
qişasının reseptor sahələrindən başlanıb beynin qoxu qabarlarında
qurtarır. Qabarlardakı neyronların lifləri qoxu siqnallarını
Ammon buynuzu və hippokamp qırışığındakı ali qoxu
mərkəzlərinə ötürür.
Qoxu mərkəzi yolunun birinci neyronu (iybilmə hüceyrələri)
burunun selikli qişasında, ikinci neyronu isə qoxu soğanağında
yerləşir. İkinci neyronun çıxıntıları görmə qabarlarından
(talamusdan) keçməyən qoxu reseptorlarının yolunu əmələ gətirir
ki, bunun da lifləri qabığın ön armudvarı nahiyəsində qurtarır.
Qabığın hərəki mərkəzi. Qabığın ali hərəki sahəsi Roland
şırımının ön mərkəzi qırışığında cəmləşmişdir. Burada nəhəng
piramid neyronlar yığılmışdır ki, onların aksonları onurğa beyninə
enərək onun aralıq və hərəki neyronlarında qurtarır (şəkil 6.35).
Sensor sahədə olduğu kimi burada da əsas sahəni əl, üz,
dodaq, dil əzələlərinin nümayəndəliyi, az sahəni isə, gövdə və
aşağı ətraf əzələlərinin nümayəndəliyi tutur.
257
Qabığın premotor mərkəzi. Hərəki mərkəzdən bir qədər öndə
yerləşən qırışıq qabığın mərkəzi adlanır, burada iri piramidal
neyronlar çoxdur, onların akson lifləri zolaqlı cismə, quyruqlu
nüvəyə, qırmızı nüvəyə, qara maddəyə, beyincik nüvələrinə və
onurğa beyninin hərəki mərkəzlərinə daxil olur.
Bir yarımkürənin premotor sahəsinin qıcıqlandırılması
bədənin əks tərəfində əzələlərin yığılmasına səbəb olur.
Qabığın assosiativ sahələri. Xarici mühitdən beyin qabığına
gələn siqnallar təkcə onun hissi sahələrində deyil, onlarla təmasda
olan digər neyronların ən çox cəmləşdiyi qabıq hissələri assosiativ
sahələr kimi qəbul edilən sahələrdə də yayılır.
Qabığın alın, təpə və gicgah paylarının sahələri ən güclü
assosiativ mərkəzlər hesab olunur.
Pişiyin beyin qabığının assosiativ sahəsində eşitmə, görmə,
proprioseptiv qıcıqları qəbul və analiz edən neyronlar aşkar
edilmişdir.
Şəkil 6.35. İnsanda beyin yarımkürələri qabığının mərkəzi qırışığında
hərəki funksiyaların proyeksiyası (Penfildə və Rasmussenə görə): 1-
barmaqlar, 2-topuq, 3-diz, 4-bud, 5-gövdə, 6-çiyin, 7-dirsək, 8-bilək,
9-əl, 10-çeçələ barmaq, 11-adsız barmaq, 12- orta barmaq, 13-
göstərici barmaq, 14-baş barmaq, 15-boyun, 16-qaş, 17-göz qapaqları
və göz alması, 18-üz, 19-dodaqlar, 20-çənə, 21-dil, 22-qırtlaq, (18-22-
nitq funksiyaları ilə əlaqədar olan hərəki orqanlar).
İnsanda görmə və eşitmə assosiativ sahəni tamamilə pozduq-
da korluq əmələ gəlmir, ancaq xəstə gördüklərini qiymətləndirə
258
bilmir, oxuduğu sözlərin mənasını dərk etməkdə çətinlik çəkir,
eşidilən sözlərin mənasını ayırd elə bilmir.
6.21. Vegetativ və ya avtonom sinir sistemi
Vegetativ funksiyaların sinir tənzimi. Vegetativ və ya av-
tonom sinir sisteminin funksiyası daxili mühitin sabitliyini qoru-
maq və ya onu xarici mühitin dəyişən şəraitinə uyğunlaşdır-
maqdır.
İnsan və heyvan orqanizmi qidalanır, tənəffüs edir, onda
maddələr, qazlar və enerji mübadiləsi baş verir, lazımsız maddələr
bədəndən xaric olunur. Bütün bunlar vegetativ funksiyalardır.
Bu sistemin tənəffüs, qan dövranı, maddələr mübadiləsi, qi-
dalanma, ifrazat, çoxalma və sairə kimi vegetativ prosesləri beyin
yarımkürələrinin başcılığı ilə qeyri-iradi olaraq həyata keçirir.
Somatik sinir sistemi skelet əzələlərinin iradi olaraq tənzim
etməklə, vegetativ sinir sistemindən fərqlənir. Hər iki sistemin
şöbələri qarşılıqlı əlaqə və təsirdə fəaliyyət göstərir.
Vegetativ sinir sisteminin mərkəzləri sütun və onurğa beyn-
inin hər yerinə səpilməyib, onların müəyyən nahiyələrində to-
plaşmışdır. Bu yerlər: 1) orta beyin, 2) uzunsov beyin, 3) onurğa
beyninin döş və bel şöbəsi, 4) onurğa beyninin oma şöbəsi olmaq
üzrə dörddür (şəkil 6.36, 6.37).
Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi, ara beyin və uc
beyninin zolaqlı cismində ali vegetativ mərkəzlər vardır ki, bu
mərkəzlərin vəzifəsilə orqanizmin bir çox üzv və sistemlərinin
fəaliyyətini birləşdirmək və nizama salmaqdır. Vegetativ sinir sis-
teminin orta və uzunsov beynində və onurğa beyninin oma
nahiyəsində yerləşən mərkəzlərindən çıxan lifləri parasimpatik
sinir sistemini, onurğa beyninin döş və bel nahiyələrində
yerləşmiş mərkəzlərindən çıxan və simpatik düyünlərdə qırılan
lifləri isə simpatik sinir sistemi əmələ gətirir. Vegetativ sinir sis-
teminin mühiti hissəsi uc hissəyə – simpatik, parasimpatik və en-
tral (bağırsaqların intramural neyronları bura aid edilir) bölünür.
Vegetativ sinir sistemi ardıcıl birləşmiş iki tip neyronlardan
259
ibarətdir. 1-ci tip neyronlar onurğa beyni və beyin sütununda
yerləşir. Periferik vegetativ efferentin ikinci neyronları mərkəzi
sinir sisteminin hüdudlarından kənarda – vegetativ düyünlərdə
yerləşir. Hüceyrə cisimləri vegetativ düyündə olan aksonları isə
düyündən çıxaraq işçi orqanlara yönələn bu neyronlara postqan-
qlionar neyronlar deyilir. Periferik vegetativ sinir efferentinin
mərkəzi neyronlarının cisimləri mərkəzi sinir sistemində yerləşir,
aksonları isə vegetativ düyünlərə gəlir və burada postqaanqlionar
neyronların cisimlərində sinaptik təmaslar əmələ gətirir. Bunlara
preqanqlionar (düyün önü) neyronlar deyilir.
Vegetativ sinir sisteminin hər iki şöbəsi hipotalamusda, lim-
bik sistemdə və sütun törəmələrdə yerləşən ali vegetativ
mərkəzlərə tabedir.
Simpatik sinir sistemi. Preqanqlionar simpatik neyronların
cisimləri onurğa beynin döş və bel seqmentlərinin boz maddəsinin
yan buynuzlarında yerləşir.
Simpatik sinir sisteminin neyronları bütün daxili orqanları
(qan damarları, həzm, ifrazat, tənəffüs və cinsiyyət orqanları, saya
əzələlər, ürək, bəzi vəzilər – tər, göz yaşı, ağız şirəsi, cinsi vəzilər,
böyrəküstü vəzi, beyin maddəsi və s.) sinirləndirir.
Simpatik sinirlər (şəkil 6.36) onurğa beynindən çıxdıqdan
sonra onurğa sütununun sağ və sol tərəfi ilə üstdən aşağı uzanmış
olan və zənciri xatırladan düyünlərə tərəf yönəlir və bu düyün-
lərdən keçir. Bu düyünlər bir-biriləri ilə birləşərək hüdud sütunu
deyilən bir boylama sütun əmələ gətirir. Bu sütun onurğa
sütununa müvafiq olaraq boyun, döş, bel, oma və büzdüm
şöbələri adı ilə beş şöbəyə bölünür. Düyünlərin sayı,
ümumiyyətlə, fəqərələrin sayına bərabərdir, yalnız boyun və buz-
dum şöbələrində düyünlər nisbətən azdır, məsələn: boyun
nahiyəsində üç düyün olduğu halda, büzdüm şöbəsində bir düyün
vardır. Bu düyünlərdən döş boşluğunda və qarın boşluğunun yux-
arı hissəsində yerləşənləri birləşdirici şaxələr (rami communi-
cantes) deyilən liflər vasitəsilə onurğa beynilə əlaqədardır.
Bu hüdud sütundan başqa, şəkildən göründüyü kimi, simpatik
sinir sisteminə beş sinir düyünü daxildir ki, bunlar da kiprikli
Dostları ilə paylaş: |