Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə20/33
tarix28.11.2016
ölçüsü66,66 Kb.
#320
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

Beyincik. Beyincik kütləcə arxa beynin ən böyük hissəsidir. 
Beyincik iki kiçik yarımkürədən və onları birləşdirən 
soxulcanvarı cisimdən ibarətdir. 
Ayrı-ayrı heyvanlarda beyincik müxtəlif dərəcədə inkişaf 
etmişdir. Suda-quruda yaşayanlarda, sürünənlərdə ibtidai şəkildə 
olan beyincik quşlarda daha yaxşı inkişaf etmişdir. Məməlilərdə, 
xüsusilə insanda, beyincik öz inkişafının  ən yüksək mərhələsinə 
çatmışdır.  İnsanda beyincik beyin yarımkürələrinin  ənsə payının 
altında, Varol körpüsü ilə uzunsov beynin üstündə yerləşmişdir. 
Beyinciyin soxulcanvarı hissəsi, filogenez etibarilə nisbətən 
köhnə  şöbəsi olub, köhnə beyincik, onun yarımkürələri isə daha 
cavan şöbə olub, yeni beyincik adlanır. 
Beyincik üç cüt ayaqcıqla beynin demək olar ki, bütün 
hissələri ilə birləşib çox mürəkkəb afferent və efferent yollara 

 
235 
malikdir. Beyinciyə oyanma siqnallarını  gətirən afferent liflər 
onun ayaqcıqlarının tərkibinə daxil olur. 
Orta ayaqcıq, beyinciyi Varol körpüsü ilə birləşdirdiyindən 
körpü ayaqcıqları adlanır. Yuxarı ayaqcıqlar birləşdirici 
ayaqcıqlar adlanıb, beyinciyi dördtəpəli cismə birləşdirir. Üçüncü 
cüt ayaqcıqlar, alt ayaqcıqlar kəndirəoxşar cisim adlanıb, 
beyinciyi uzunsov beyinlə birləşdirir. Beyinciyin yarımkürələri və 
soxulcanı xaricdən boz maddə  təbəqəsi – qabıqla örtülüb, 
daxilində  ağ maddədən ibarətdir. Ağ maddənin içərisində 
beyinciyin dörd cüt nüvəsi:  ən böyük dişli nüvə, beyinciyi 
yarmıkürəsinə aid olan mantar, kürəyə oxşar, nəhayət, soxulcanın 
ağ maddəsində yerləşən IV mədəciyin damında yerləşən dam 
nüvəsi. 
Beyincik, həm afferent, həm də efferent liflər vasitəsilə MSS-
nin bütün şöbələri ilə  əlaqədardır. Beyincik yerinə yetirdiyi 
funksiyalara görə baş beyinin köməkçisidir. 
Beyincik bədənin  əsas sensor yollarından kənarda yerləşmiş 
və onlardan bilavasitə hissi siqnallar almır. Buna baxmayaraq, 
beyinə gələn afferent somatik impulslar müəyyən mexanizmlərlə 
beyinciyə ötürülür ki, həmin sensor məlumatlar  əsasında o, 
bədənin vəziyyətindən xəbərdar olur. Beyinciyin əsas vəzifəsi 
bədən tonusunu və hərəkətlərini tənzimləməkdir. 
Beyincik çıxarıldıqda və ya pozulduqda hərəkətlərdə baş 
verən dəyişikliklər.  Beyinciyin funksiyasını öyrənmək üçün 
heyvanlarda onu bütünlüklə  və ya ayrı-ayrı hissələrini cərrahi 
yolla çıxarıb heyvanın hərəkətlərində baş verən dəyişiklikləri 
müşahidə etmək lazımdır. İnsanlarda belə müşahidələr beyinciyin 
xəstəlikləri zamanı aparılır. 
Beyinciyin cərrahi yolla birtərəfli çıxarılması zamanı ilk ağ-
rılar keçdikdən sonra heyvan ayağa qalxa bilsə  də, onda hərəkət 
pozğunluğu müşahidə olunur. 
Beyincik tam çıxarıldıqdan (şəkil 6.28) sonra ilk vaxtlar 
heyvanın ayağa qalxmaq cəhdləri baş tutmur. Sonralar heyvan 
tərpənmək istədikdə  yıxılır, heyvan öz bədəninin vəziyyətini 
məkanda saxlamaq üçün ayaqlarını geniş açıb dayanır və i.a. 
 
236 
İnsanda beyincik pozulduqda o gözləri açıq halda ayaq üstə 
dayansa da səndələyir, gözlərini örtəndə  yıxılır, düzgün yeriyə 
bilmir. 
Beyinciyi çıxarılmış heyvanların hərəkətlərində bir sıra poz-
ğunluqlar baş verir. Bu pozğunluqlara: atoniya, asteniya, astaziya, 
ataksiya, dezekvilibrasiya və dismetriya aid edilir. 
 
Şəkil 6.28. Beyinciyi çıxarılmış itdə yerimə 
hərəkətlərinin dəyişməsi (E.B.Babski və b., 1966). 
 
Dezekvilibrasiya – bədən müvazinətinin pozulmasıdır. Bu 
əlamət beyinciyin arxa beynin dəhliz nüvələri ilə sıx əlaqədə olan 
nahiyəsi çıxarıldıqda müşahidə olunur. 
Atoniya və ya əzələ tonusunun zəifləməsi – beyincik 
çıxarıldıqdan bir neçə gün sonra baş verir. Düzgün, beyincik 
çıxarıldıqdan sonra əvvəlcə əzələ tonusdan düşür. Lakin sonralar 
açıcı əzələlərin tonusu bərpa olunur və əvvəlkindən daha yüksək 
olur. Bükücü əzələlər isə əvvəlki zəif tonusunu mühafizə edir. 
Astaziya – beyincik zədələnən zaman baş və ətraflarda müşa-
hidə olunan əsmə  hərəkətləri kimi xarakterizə edilir. Beyinciyi 
zədələnmiş it pəncəsini qaldırmaq istədikdə onu bir neçə  dəfə 
yuxarı  və  aşağı  hərəkət etdirir, yemək istərkən heyvan başını ye-
mək qabının üzərinə  dəqiq istiqamətləndirə bilməyib başını  dəfə-
lərlə qaldırıb endirir, başladığı hərəkəti dərhal dayandıra bilmir. 
Ataksiya – beyincik çıxarıldıqdan sonra hərəkətlərin 

 
237 
əlaqələndirilməsində baş verən xüsusi pozğunluqdur. Belə 
heyvanlarda hərəkətlər son dərəcə yöndəmsiz olur, yeriş zamanı 
ayaqlar normada olduğundan yuxarı qalxır; «xoruz yerişi» əmələ 
gəlir. Müəyyən vaxt keçdikdən sonra da belə vəziyyət qalır. 
Asteniya  – beyinciyi zədələnmiş heyvanın son dərəcə tez 
yorulmasına, əzələlərin qüvvədən düşməsinə deyilir. 
Beyinciyi zədələnmiş adamın yerişi sərxoş adamın yerişinə 
bənzəyir. Yeriyərkən əllərin və ayaqların hərəkəti qeyri müəyyən 
olur. Xəstə əlini dəqiq hərəkət etdirə bilmir. Əgər ondan əlin baş 
barmağını  hər hansı bir əşyaya yaxud öz burnunun ucuna dəqiq 
toxundurmağı tələb edilərsə, o bunu bacarmayacaqdır. 
Beyinciyin çıxarılmasından uzun müddət sonra hərəki poz-
ğunluqlar bir qədər azalır, lakin bir neçə il keçdikdən sonra da ta-
mamilə aradan çıxmır. Beyincik çıxarıldıqdan sonra hərəki funk-
siyaların bərpası yeni şərti hərəki reflektor əlaqələr yaratmaqla 
mümkündür.  
Beyincik, xüsusilə bədənin əzələ-dayaq hissiyyat aparatından 
çoxlu məlumat alır ki, bunun sayəsində beyincik bədənin 
məkanda vəziyyətinə  tənzimləedici təsir göstərir. Beyin 
sütununun retikulyar formasiyası  və orta beynin qırmızı nüvə 
kimi hərəki mərkəzi ilə beyinciyin əlaqələri daha mürəkkəbdir. 
Bu əlaqələr hesabına əzələlərin tonusu çox incə bir şəkildə idarə 
olunur. Beyincik, qabığın hərəki reaksiyaları ilə bağlı olan 
sahələrin neyronlarına, onların fəallığına tənzimləedici təsir 
göstərir. Beyincik zədələnərkən qanda şəkərin miqdarının artması 
bağırsaq və  mədənin tonusu və  hərəkətinin dəyişməsi, ürək və 
ağciyərlərin fəaliyyətində  dəyişiklik  əmələ  gəlməsi, beyinciyin 
eyni zamanda vegetativ funksiyaların tənzimində  iştirak etdiyini 
göstərir. 
Ara beyin. Beyin sütunu mərkəzi sinir sisteminin əsas şöbəsi 
olan onurğa beyni üzərində tədricən qurulmuş refleks qövslərindən 
və mərkəzlərdən ibarət yeni şöbə kimi təsəvvür etmək olar. 
Onurğa beyni üzərində olan birinci şöbə uzunsov beyindir. 
Uzunsov beyin onurğa beyninin bütün seqmentlərini birləşdirir, 
bütün skelet əzələlərinin tonik təqəllüsünü nizama salır. 
Sonrakı şöbə olan orta beyin, mərkəzi sinir sisteminin aşağı şö-
bələri üzərində üstünlük qazanır. Eşitmə  və görmə kimi mühüm 
 
238 
reseptorlara malik olan orta beyin, orqanizm üçün xarici mühitə qarşı 
daha mükəmməl cavab vermək imkanı yaradır. Orta beyin qırmızı 
nüvə sayəsində əzələ tonusunun paylanmasında iştirak edir. 
Beyin sütununun üçüncü hissəsi olan ara beyin və uc beynin 
qabıqaltı  mərkəzləri, instinkt deyilən mükəmməl və mürəkkəb 
aktları (refleksləri) təmin edir. 
Uc beynin yarımkürələri meydana gəldikcə, heyvan və insan 
fərdə məxsus mürəkkəb şərti reflekslər qazanır və psixi fəaliyyət 
kəsb edir. 
Bundan sonra ali sinir fəaliyyətində, ancaq insan üçün səciyyəvi 
olan ikinci qabıq siqnal sistemi meydana gəlir. Bu, başqa sistemləri 
özünə tabe edib insanın mürəkkəb reaksiyalarını tənzim edir. 
Embrional inkişaf prosesində ara beyin, sinir borusunun ön 
beyin qovuqcuğundan  əmələ  gəlir. Ön beyin qovuqcuğu  əvvəlcə 
iki hissəyə (ön və arxa) ayrılır. Ön tərəfdəki hissədən uc beyin və 
ya beyin yarım kürələri, arxa tərəfindəki hissədən isə ara beyin 
əmələ  gətirir. Embirional inkişaf sonuna qədər ara beynin ayrı-
ayrı törəmələrinə ayrılır. 
İnsanda uc beyin, iki yarımkürədən ibarət olub, bütün beyin sü-
tununu örtmüşdür. Beynin bütün başqa hissələri kimi yarımkürələr 
də boz və  maddədən təşkil olunmuşdur. Boz maddə bir tərəfdən 
səthdə toplanaraq yarımkürənin qabığını, digər tərəfdən ağ maddənin 
içərisində yerləşərək orada məhdud sinir hüceyrələr yığını  əmələ 
gətirir ki, buna qabıqaltı törəmələr və ya düyünlər deyilir. 
Ara beynin içərisində müəyyən boşluq vardır ki, buna üçüncü 
mədəcik adı verilir və orta beyindəki beyin suyolunun bilavasitə 
mabədini təşkil edir. Üçüncü mədəcik iki dəlik vasitəsilə 
yarımkürələrin içərisindəki boşluqlarla, yəni yan mədəciklərlə 
birləşir. 
Beləliklə, onurğa beyninin daxilində olan mərkəzi kanal, 
uzunsov beyində genişlənərək dördüncü mədəciyi, orta beyində 
yenidən daralaraq beyin suyolunu, ara beyində yenidən 
genişlənib, üçüncü mədəciyi və nəhayət, iki dəlik vasitəsilə beyin 
yarımkürələrinə keçərək yan mədəcikləri təşkil edir. 
Üçüncü mədəciyin yan divarlarında iki böyük boz maddə yı-
ğını vardır. Boz maddədən – görmə qabarları  və ya talamus 
(thalami optica), məməciyəbənzər cisim, hipotalamus və ya 

 
239 
qabaraltı sahə əmələ gəlir. Görmə qabarları, vəziyyəti və inkişafı 
etibarilə onurğa beyninin arxa buynuzlarına müvafiq olub hissi 
vəzifə daşıyır. Görmə qabarları mürəkkəb quruluşa malikdir. 
Görmə qabarlarının arxa tərəfi yastıq adlanan törəməyə 
məxsusdur, onun altında daxili dizəbənzər cisim, üstündə isə 
xarici dizəbənzər cisim yerləşmişdir. III mədəciyin üzərində beyin 
çəpkəni, əsasında isə epifiz – epitalamus yerləşir. Əsas törəmələri 
talamus və hipotalamusdur. 
Talamusun fiziologiyası.  Ümumiyyətlə, talamusda 40-a 
qədər müxtəlif nüvə  aşkar edilmişdir. Onları funksional 
xassələrinə görə iki böyük qrupa ayırırlar. Birinci spesifik nüvələr 
qrupu öz liflərini beyin qabığının hissi və assosiativ zonalarına 
göndərir və onların neyronları ilə spesifik əlaqələr  əmələ  gətirir. 
Bu liflərə spesifik talamik yollar deyilir. İkinci qrup nüvələr öz 
liflərini qabığın  ən müxtəlif zonalarının neyronları ilə 
əlaqələndirir, bunlara qeyri-spesifik talamik yollar deyilir. 
Elektrofizioloji tədqiqatlar  əsasında Q.Casper belə  nəticəyə 
gəlmişdir ki, talamusun qeyri-spesifik sistemi beyin qabığının tez 
və qısamüddətli fəallaşmasında iştirak edir. Bunun əksinə olaraq, 
qabığın zəif və uzunmüddətli fəallaşması isə beyin sütununun 
retikulyar formasiyasının iştirakı ilə həyata keçirilir. 
Bəzi tədqiqatçılar (Q.Hed və b.) belə hesab edirlər ki, talamus 
ağrı hissinin ali mərkəzidir. Bu, bir sıra dəlillərlə isbat edilir. Əgər 
talamus qıcıqlanarsa, bu zaman kəskin ağrı və xoşagəlməz hisslər 
əmələ gəlir. Buna görə də talamusun bir sıra zədələnmələri zamanı 
ağrı hissi yaranır. Talamus pozulduqda, ən zəif qıcıqlanmalar 
(dəriyə toxunma, iynə batırma, səs və işıq qıcıqları) belə xəstələrdə 
dəhşətli ağrıya səbəb olur. Bəzən də talamusun pozulması zamanı 
ağrı hissi itir (analgeziya baş verir). Bütün bunlar göstərir ki, ağrı 
hissinin əmələ gəlməsində talamusun böyük rolu vardır. 
Hipotalamusun fiziologiyası. Hipotalamusun quruluşu da 
çox mürəkkəbdir. Diametri təxminən 5 mm-ə çatan iki məmə-
ciyəbənzər cisimdən və onların arasında yerləşən boz qabardan 
ibarət bu törəmə ən mühüm vegetativ mərkəz sayılır. Boz qabarın 
aşağı hissəsi daralaraq qıf adlanan ucu kor törəmə  əmələ  gətirir. 
Qıf, beyin artımı – hipofiz vəzisi ilə bitişmişdir. Boz qabarın 
önündə görmə sinirlərinin kəsişməsi yerləşmişdir. Məməli 
 
240 
heyvanların hipotalamusunda 32 cüt nüvə aşkar edilmişdir. 
Hipotalamus nüvələri beynin ali vegetativ mərkəzləri sayılır. 
Onun supraoptik və mamilyar nüvələri hipofizin hormon ifrazı 
fəaliyyətinə güclü təsir göstərir. Bəzi hipotalamik nüvələr 
neyrohormonlar, xüsusilə hipofizin sektor hüceyrələrinə  təsir 
göstərən rilizinq faktorlar adlanan neyropeptidlər hazırlayır. Bu 
maddələr sinir və humoral yollarla hipofizə daxil olur və onun 
fəaliyyətini tənzim edir. 
Hipotalamus nüvələrində orqanizmin ali vegetativ mərkəzləri 
yerləşmişdir və bunlar onun simpatik və parasimpatik şöbələrinin 
funksiyalarını tənzimləyir. 
Hipotalamusun ayrı-ayrı nüvələrini pozmaqla, onların 
funksiyaları haqqında daha dəqiq məlumatlar  əldə edilir. Belə 
tədqiqatlarla aşkar edilmişdir ki: 1) hipotalamusun arxa və orta 
nüvələrinin qıcıqlandırılması daxili üzvlərin fəaliyyətində bir sıra 
dəyişikliklər əmələ gətirir. Bu zaman qan təzyiqi yüksəlir, ürəyin 
fəaliyyəti artır, mədə-bağırsaq yolunun perestaltik hərəkətləri 
güclənir. 2) Hipotalamusun ön və yan nüvələri qıcıqlandıqda bu 
dəyişikliklər  əks xarakter daşıyır.  İstiqanlı heyvanlarda bədən 
temperaturu nisbi sabitdir və bu sabitlik iki mexanizmlə: istilik 
əmələgəlmə  və istilikvermə ilə  tənzimlənir. Bu mexanizmlər hi-
potalamusun fəaliyyəti ilə  əlaqədardır. Müəyyən edilmişdir ki, 
temperaturun nizama salınması  təkcə hipotalamusla deyil, digər 
qabıqaltı törəmələrin fəaliyyəti ilə də əlaqədardır. 
Aclıq və susuzluq reaksiyaları da hipotalamik törəmənin 
fəaliyyəti ilə sıx əlaqədardır. 
Hipotalamusun orta və yan nüvələrində ventrolateral 
nüvəsində «aclıq», ventromedial nüvəsində isə «toxluq» müvafiq 
mərkəzləri mövcuddur. Bu mərkəzlərin oyanması qidanın 
axtarılması, onun mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir 
sıra vegetativ və hərəki reaksiyalar baş verir. 
Hipotalamik nüvələr qandakı maddələrin kəmiyyət və 
keyfiyyət tərkibinin dəyişilməsinə qarşı da çox həssasdır. 
Hipotalamus neyronları, həmçinin osmoreseptorlara malikdir. 
Hipotalamusu qıcıqlandırmaq, yaxud pozmaqla aparılmış 
eksperimental və kliniki tədqiqatlar göstərir ki, burada cinsi çoxal-
manın dövriliyini nizamlayan xüsusi mərkəz vardır. Uşaqlarda 

 
241 
erkən cinsi yetişkənlik halları bu mərkəzlərin fəaliyyəti ilə bağlıdır. 
Hipotalamusda cinsi davranışı nizama salan mərkəzin olması 
tədqiqatlarla sübut olunmuşdur. Müşahidələr göstərmişdir ki, arxa 
hipotalamik  şöbədə xüsusi «həzz mərkəzi» vardır.  Əgər, heyvana 
bu mərkəzi elektrik qıcığı ilə özü qıcıqlandırmağı öyrədirsə, o qı-
cıqlanmanı fasiləsiz və yüksək tezliklə etməyə başlayır. Öz-özünü 
qıcıqlandırma metodu ilə hipotalamusda bir sıra başqa mərkəzlərin 
(qorxu, hiddət, aclıq, susuzluq və s.) olduğu aşkar edilmişdir. 
Hipotalamusun mühüm funksiyalarından biri də onun yuxu 
və oyaq vəziyyətlərinin növbələşməsində iştirak etməsidir. Hipo-
talamusun müxtəlif nahiyələrinin qıcıqlandırılması ümumi soma-
tovegetativ dəyişikliklərlə yanaşı, yuxu və oyaqlığın 
növbələşməsinin pozulmasına da səbəb olur. 
Zolaqlı cismin funksiyası.  Mühüm qabıqaltı  mərkəzlərdən 
biri də zolaqlı cisimdir. 
Zolaqlı afferent impulslar cismə talamusdan və beyin 
qabığından gəlir. O, öz efferent impulslarını solğun nüvəyə 
göndərir. Zolaqlı cisim funksiyasını nizamlayan mühüm effektor 
mərkəzdir.  İnsanda zolaqlı cismin solğun nüvəyə  ləngidici təsiri 
nəticəsində  və ya zədələndikdə atetoz – ətrafların ritmik stereotip 
hərəkətləri və xoreya – güclü və düzgün olmayan hərəkətlər baş 
verir. 
Təcrübələrdən müəyyən olunmuşdur ki, burada həmçinin mad-
dələr mübadiləsini, istilik və vazomotor reaksiyalarını tənzim edən 
ali vegetativ koordinasiya mərkəzləri də yerləşir. Zolaqlı cisim 
özünün hipotalamusla əlaqəsi sayəsində vegetativ sinir sistemi 
vasitəsilə innervasiya olunan üzvlərə təsir göstərə bilir. 
Solğun nüvənin funksiyası. Aralıq beynə bitişik nüvələrdən 
biri solğun nüvə yaxud palliumdur. Solğun nüvə hərəki funksiya-
ları yerinə yetirir. Onun qıcıqlandırılması boyun, ətraf və gövdə 
əzələlələrinin əks tərəfə yığılmasına səbəb olur. Bu nüvə afferent 
impulsları talamusdan alır, efferent liflərini orta və arxa beyinə 
göndərir. 
Onun mühüm funksiyalarından biri də özündən aşağıda 
yerləşən nüvələri, xüsusilə orta beynin qırmızı nüvəsini tor-
mozlandırmasıdır. Solğun nüvə  qırmızı nüvəyə öz tormozlayıcı 
təsirini göstərə bildikdə skelet əzələlərinin tonusunu həddən artıq 
 
242 
yüksəldir. Solğun nüvənin qıcıqlandırılması, skelet əzələlərinin 
yığılmasını  ləngidir. Bu isə onun orta beynin qırmızı nüvəsi ilə 
əlaqədar olduğunu göstərir. 
Solğun nüvəsi zədələnmiş xəstələrdə bir sıra mürəkkəb aktlar 
itir, onlarda qəfildən verilən səsə, yaxud işıq qıcığına qarşı 
müdafiə reaksiyası müşahidə olunmur. 
 
6.20. Beyin sinirlərinin vəzifələri 
 
Beyindən çıxan (şəkil 6.29) 12 cüt sinirdən birinci cütü, yəni 
qoxu və ikinci cüt görmə sinirləri, mənşəyi və inkişafı etibarilə 
başqalarından fərqlənir. Görmə sinirləri beynin çıxıntısı xarici 
mühitə açılan pəncərəsi olduğu halda, qoxu siniri xüsusi qoxu 
çuxurunun böyüməsindən əmələ gəlir. 
 
 
Şəkil 6.29. Beyin sütunu əsasının sxemi: 1-qoxu yolu, 2-görmə siniri, 
3-görmə qabarı, 4-adacıq, 5-məsaməli ön maddə, 6-məməciyəoxşar 
cismlər, 7-məsaməli arxa maddə, 8-beyin ayaqcıqları, 9-gözün hərəki 
siniri, 10-blokaoxşar sinir, 11-üçlü sinir, 12-Varol körpüsü, 13-

 
243 
beyincik, 14-uzaqlaşdırıcı sinir, 15-üz siniri, 16-eşitmə siniri, 17-dil-
udlaq siniri, 18-azan sinir, 19-əlavə sinir, 20-dilaltı sinir, 21-uzunsov 
beynin piramidləri, 22-zeytun nüvə, 23-onurğa beynin ön şırımı, 24-
onurğa beynin ön sütunu, 25-onurğa beynin yan sütunu, 26-birinci 
boyun sinirinin ön kökü. 
 
Hər bir beyin siniri haqqında qısa da olsa aşağıda məlumat 
verilmişdir. 
I cüt – qoxu siniri (n.olfactorius). Saf hissi sinir olub, bu-
runun selikli qişasından başlayaraq incə tellər  şəklində  xəlbir 
sümüyünün xəlbir səfhəsindəki xırda dəliklərdən keçir və qoxu 
soğanaqları deyilən hissəyə çatır. Qoxu sinirləri həmin qoxu 
soğanaqlarından sonra ilk qoxu mərkəzlərindən keçərək Amon 
buynuzu və dəniz atı alt qırışındakı ali qoxu mərkəzində qırmaq 
və dənizatı qırışığının qırmağa yapışan hissəsində yerləşir. 
II cüt – görmə siniri (n.opticus). Saf hissi sinir olub, gözlərin 
torlu qişasındakı sinir hüceyrələrindən başlayır. Göz yuvasındakı 
görmə  dəliyindən keçərək kəlləyə girən bu sinirlər beynin alt 
səthilə gedərək orada çarpazlaşır və görmə çarpazı əmələ gətirir. 
İbtidai fəqərəlilərdə bu çarpaz tam çarpaz olduğu halda
məməlilərdə torlu qişanın gicgah hissəsindən çıxan liflər 
çarpazlaşmayıb, yalnız burun hissəsindən çıxan liflər 
çarpazlaşırlar. Ona görə  də görmə sinirləri və ya sinirlərin 
mərkəzləri birtərəfli pozulduqda göz tamamilə kor olmayıb, sağ 
və sol gözdən hər birinin yarısı  sıradan çıxır və hemianopsiya 
deyilən pozğunluq alınır. Görmə yolunun lifləri somatik afferent 
sinir lifləri olub, görmə qabarlarının balışında və dördtəpəli 
cismin ön iki təpəsində qurtarır. Görmə yolu bu iki mərkəzdən 
daxili kapsula vasitəsilə beynin ənsə payındakı mahmız yarığına 
gedir və oradakı ali görmə mərkəzində mahmız şırımında yerləşir. 
Dördtəpəli cisimdən bir qrup lif ayrılaraq gözün hərəki 
sinirinin nüvələrinə gedir və  bəbək refleksinin qövsü buradan 
keçir. Bu refleks sayəsində işıq təsirindən bəbək daralır. 
III cüt – gözün hərəki siniri  (n.oculomotorius). Bu sinir üç 
növ lifdən təşkil olunmuşdur. Göz almasının altı əzələsindən dör-
dünü (üst, alt, içəri düz və aşağı çəp əzələ) sinirləndirir. Bu liflər, 
 
244 
orta beyində yerləşən n.oculomotorius-un nüvəsini təşkil edən 
hüceyrələrin neyritlərindən ibarətdir. Beləliklə, bəbəyi daraltmaq 
və büllur cisimin akkomodasiyasını  təmin etmək vəzifəsini 
daşıyır. 
IV cüt – blokaoxşar sinir (n.trochlearis). Saf somatik sinir 
olub, göz almasının blokaoxşar və ya üst çəp  əzələsini 
sinirləndirən efferent liflərdən və həmin əzələnin propriosetiv af-
ferent liflərindən ibarətdir. Bu sinirin nüvəsi üçüncü cütün nüvəsi 
ilə yanaşı olub, orta beyində yerləşmişdir. Bu sinir zədələndikdə 
göz sagital ox ətrafında çevrilmiş olur. 
V cüt – üçlü sinir (n.trigeminus). Beyin sinirlərindən yeganə 
sinirdir ki, quruluşca onurğa beyni sinirlərinə oxşayır. Üçlü sinirin 
uzunsov beyində yerləşmiş nüvəsi vardır. 
Üçlü sinir üzün hissi siniridir. Bu sinir zədələndikdə üzün bir 
tərəfi hissiyyatdan məhrum olur. Xüsusən göz daha çox zərər 
çəkir. Belə hallarda göz, gözə düşən çirkli şeylərə qarşı qırpma və 
göz yaşını qüvvətləndirməklə cavab verə bilmir. Ona görə  də 
əksərən bu hal buynuz qişanın iltihabına səbəb olur. 
VI cüt – uzaqlaşdırıcı sinir (n.abducens). Bu sinirin nüvəsi 
Varol körpüsü nahiyəsində rombaoxşar çuxurun dibində 
yerləşmişdir. Bu sinir yalnız gözün bayır düz əzələsini 
sinirləndirir. Bu sinir xarab olduqda göz alması burun tərəfə 
çevrilir. 
VII cüt – üz siniri (n.facialis). Bu sinir səkkizinci cüt sinirlə 
birlikdə Varol körpüsünün arxa hissəsindən, zeytunların yanından 
çıxırsa da, bunların nüvələri ayrı-ayrıdır. Məməlilərdə üz siniri, 
demək olar ki, tamamilə hərəki sinir olub, çeynəmə əzələlərindən 
başqa üzdə olan bütün əzələləri (mimik əzələləri) və eləcə də di-
laltı sümüyün bəzi  əzələlərini göz yaşı  vəzlərini və eləcə  də 
çənəaltı və dilaltı tüpürcək vəzlərini sinirləndirir. Bunun tüpürcək 
vəzlərinə gedən liflərinə təbil siniri (chorda tyumpani) deyilir. Bu 
liflər sinir sisteminin parasimpatik hissəsinə aid olub, xüsusi 
nüvəyə malikdir ki, bu nüvə  də üz sinirinin nüvəsi yaxınlığında 
yerləşmişdir. 
Üz siniri zədələndikdə üzün mimik hərəkətləri pozulur və 

 
245 
xəstə udquna bilmir. Üzün zədələnən sinirə müvafiq gələn yarısı 
hərəkətsiz qalır və ifadəsini itirir. 
VIII cüt – eşitmə siniri (n.acusticus). Saf hissi sinir olub iki 
yerə bölünür, bir qismi iç qulağın ilbiz hissəsinə gələrək oradakı 
eşitmə üzvünü sinirləndirdiyindən buna ilbiz siniri deyilir (n.. 
cochlearis), digəri isə iç qulağın dəhliz və yarımdairəvi kanal-
larına gedərək oradakı müvazinət və  hərəkət duyğusu üzvünü 
sinirləndirir və özü də  dəhliz siniri (n.vestibularis) adlanır. Bu 
sinir iki vəzifə daşıdığından uzunsov beyində onun bir çox nüvəsi 
vardır. Səkkizinci cüt sinirin zədələnməsi nəticəsində eşitmə, mü-
vazinət və hərəkət duyğuları pozulur. 
IX cüt – dil-udlaq siniri (n.glossopharyngeus). Bu sinir, bun-
dan sonra gələn azan sinirlə birlikdə uzunsov beyindən və onun 
zeytun deyilən hissəsinin arxasındakı şırımdan çıxır. Bu sinir dilin 
kökünə gedərək onu dad lifləri və ümumi hissi liflərlə təchiz edir. 
Bundan başqa bu sinirin tərkibində  bəzi udlaq əzələlərinə gedən 
hərəki liflər və qulaqaltı tüpürcək vəzisinə gedən sekretor liflər də 
daxildir. Beləliklə, doqquzuncu cüt sinir qarışıq sinirlərdəndir. Bu 
sinirin tüpürcək vəzisinə gedən lifləri parasimpatik sinir sisteminə 
aid olub, ona Yakobson siniri deyilir. 
X cüt – azan sinir (n.vagus). Bu sinir fizioloji cəhətcə qarışıq 
sinirlərdən olub, tərkibinə hissi, hərəki, həm də sektor liflər dax-
ildir. Azan sinirin nüvəsi uzunsov beyində olub üç yerə bölünür. 
Bu nüvənin birinci hissəsi, sinirin tərkibinə daxil olan çoxlu para-
simpatik liflərin başlanğıcını təşkil edir. 
Azan sinir əsas parasimpatik sinir olub baş, boyun 
nahiyəsində bəzi üzvləri sinirləndirdikdən sonra döş və qarın boş-
luqlarına daxil olub, orada bütün daxili üzvləri parasimpatik 
liflərlə təchiz edir. 
Azan sinir nüvəsinin ikinci və üçüncü hissəsi bundan əvvəlki 
dil-udlaq siniri ilə birlikdə hissi və  hərəki nüvələri təşkil edir. 
Azan sinir qırtlaq, udlaq, qida borusu, mədənin selikli qişasını və 
bir çox başqa üzvləri hissi liflərlə təchiz edir. Bunlardan ən mü-
hümü ağciyər və aorta kökündən başlayan hissi liflərdir. Azan 
sinirin efferent liflərindən damağa, qırtlaq və udlağa, nəfəs 
 
Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin