41
dəfə az olur və vahidi şəkil 5-də üçxəttli prinsipial sxem
şəklində göstərilmişdir. Adamın birqütblü (bir fazlı) bu cür
şəbəkəyə toxunması zamanı adam bədənindən yerlə qapanan
elektrik dövrəsi yaranır və bu dövrədən axan cərəyanın
qiyməti, ancaq faz gərginliyindən və adamın müqavimətindən
asılıdır.
Şəkil 5. İki transformatorlu baş alçaldıcı yarımstansiyanın elektrik
sxemi. a - əsas birləşmərinin birxətli sxemi;
b – transformatorların
üçxətli qida sxemi
42
Qeyd etmək lazımdır ki, 110 və 220 kV-dan və yuxarı
gərginlikli bilavasitə torpaqlanmış neytrallı şəbəkələrdə
cərəyan keçirən hissələrə toxunmaq qeyri-mümkündür. Çünki,
bu cür şəbəkələr çəpərlənir və ya onlar əlçatmaz hündürlükdə
yerləşdirilir.
Yerdən izolə olunmamış cərəyan keçirən hissələrə adam
yaxınlaşdıqda (açılmamış hava xətti dayağına çıxdıqda)
elektrik qövsü vasitəsilə cərəyanın təsirindən xəsarət almaq
labüddür. Gərginliyin qiyməti daha yüksək (110000/ 3 V və
220000/
3
V) olduğundan birqütblü toxunmların bütün
hallarında cərəyanın təsiri ölümcül olur.
Bilavasitə torpaqlanmış neytrallı və 1000V-a qədər
gərginlikli şəbəkələr sənaye müəssisələrində daha geniş
yayılmışdır. Bunlara həmçinin 380/220V gərginlikli dörd
naqilli şəbəkələr də daxildir. Bu cür şəbəkələrin qida mənbəyi
adi üçfazlı güc transformatorunun ikinci tərəf dolağı və ya
nadir hallarda üçfazlı generatorun dolaqları olur.
Şəkil 6. Bilavasitə neytralı torpaqlanmış
şəbəkənin
bir xətti ilə (naqilə) toxunma sxemi
43
Ələlxüsus üçfazlı dörd naqilli nominal gərginliyi
380/220V olan şəbəkələr, güc və işıqlandırma yüklərini
ümumi transformatorlardan qidalandırmaq üçün daha geniş
yayılmışdır. Neytralın müqaviməti sıfra yaxın olan halda bu
cür şəbəkəyə birqütblü toxunmanın izahını verən sxem şəkil 6-
da göstərilmişdir.
Adam şəkildə göstərilən şəbəkənin hər hansı bir fazasına
toxunduqda, 220V gərginlik altında qalır və bədəndən axan
cərəyanın qiyməti ancaq adamın müqavimətindən asılı olur.
Dostları ilə paylaş: