39
a) xüsusi nəm;
b) kimyəvi
aktiv mühitli;
v) eyni vaxtda iki və ya daha çox artırılmış təhlükəli
şərtlərinə malik.
3. “Artırılmış təhlükəli” və “xüsusi təhlükəli” şərtləri
olmayan qorxusuz (artırılmış) təhlükəli otaqlar.
Elektrik təhlükəsizliyi məsələlərinə baxıldıqda, EQQ-də
qəbul edilmiş xüsusi terminlərdən istifadə olunur. Çox
zamanlar aşağıdakı anlayışlar işlədilir:
Yerlə qapanma dedikdə, gərginlik altında olan elektrik
qurğularının hissələrinin, elektrik avadanlıqlarının konstruktiv
hissələri və ya bilavasitə yerlə təsadüfən elektrik birləşməsi
başa düşülür. Elektrik maşınlarında, aparatlarda, xətlərdə,
qurğuların torpaqlanmış konstruktiv hissələrində baş verən
qapanma, gövdəyə qapanma deyilir.
Qapanma yerindən torpağa axan cərəyana, yerə
qapanma cərəyanı deyilir.
Toxunma gərginliyi dedikdə, yerə qapanma cərəyanın
dövrəsində, ona adam toxunduğu anda iki nöqtə arasında
yaranan gərginlik başa düşülür.
Addım gərginliyi dedikdə isə, adamın eyni vaxtda ayaq
basdığı torpaq və döşəmə nöqtələri arasında yerə qapanma
cərəyanının yaratdığı gərginlik başa düşülür.
Elektrik qurğularının istismarı zamanı, onlara xidmət
göstərən işçinin gərginlik altında qalma ehtimalı mövcuddur.
Əksər hallarda cərəyan keçirən hissələrə toxunma, adam yerdə
və ya keçirici oturacağın (təməlin) üstündə durduğu halda baş
verir. Bu halda (iki qütblü) toxunma hissələrindən biri adamın
bədəni, digəri yer olmaqla insanın orqanizminndan axan
40
cərəyan
a
a
r
U
I
düsturdan hesablanır.
Birqütblü toxunmada bədəndən axan cərəyan, təkcə
gərginlikdən asılı olmayıb, başqa faktorlardan da, məsələn
neytralın rejimindən, şəbəkənin izolyasiyasının vəziyyətindən,
otaqda döşəmənin halından, adamın ayaqqabısından və s.
asılıdır.
Müxtəlif şəbəkələrin xüsusiyyətlərinə baxaq.
Dostları ilə paylaş: