Elektrik şəbəkələri Müəssisənin
elektrik
təchizatı
sistemi
adətən
qidalandırıcı, paylaşdırıcı transformatorlardan və çevirici
yarımstansiyalardan, onları əlaqələndirən hava və kabel
xətlərindən ibarət olur.
35-220kV gərginlikli elektrik enerjisini bir qayda olaraq
hava, 6-10kV gərginlikdə isə kabel xətləri ilə paylayırlar.
Müəssisənin ərazisindən və ya əhalinin yaşayış
sahələrindən keçən hava xətləri qırılmaya qarşı daha davamlı
olmaqla yanaşı naqillər buraxılan həddən aşağı düşməməlidir.
EQQ-na əsasən hava xətlərinin altından keçən
nəqliyyatın təhlükəsizliyini təmin etmək üçün 1000V-a qədər
gərginlikdə yerdən sallanmış naqilə qədər olan məsafə 6m,
1000V-dan yuxarı və 110kV-a qədər – 7m, 220kV
gərginlikdə isə 8m-dən az olmamalıdır. Həmçinin hava
xətlərindən
müxtəlif
binalara
və
tikililərə
qədər
normallaşdırılmış məsafəni gözləmək tələb olunur.
Etibarlılıq və təhlükəsizlik şərtlərinə görə hava xəttinin
naqillərinin en kəsiyi belə olmalıdır: 1000V-a qədər gərginlikli
hava xətləri üçün – alüminium naqillərinin 16mm
2
, polad-
alüminium 10 mm
2
, çoxnaqilli polad 25 mm
2
, bir naqilli
poladın diametri 4mm. 1000V-dan yuxarı gərginlikli hava
xətləri üçün naqillərin minimal en kəsiyi alüminium naqillər
35mm
2
, polad-alüminium 25mm
2
, 35kV və aşağı gərginlikli
hava xətləri üçün alüminium naqillərin en kəsiyi 25mm
2
,
61
polad-alüminium naqillər üçün isə 18mm
2
icazə verilir.
1000V-a qədər gərginlikli hava xətlərinə xidmət zamanı
təhlükəsizliyi təmin etmək üçün dayaqlarda sıfır xəttini faz
xətlərindən aşağıda çəkirlər. Xarici işıqlandırma naqilləri hava
xətləri ilə bir dayaqda quraşdırdıqda, onları sıfır xəttindən
aşağı çəkməyə icazə verilir. Əriyən qoruyucular dayaqlarda
naqillərdən sonra quraşdırılır.
Kabel xətləri, zədələnməyə və ətrafdakı təhlükəyə görə
hava xətlərindən daha etibarlı sayılır, çünki onların cərəyan
keçirən damarları mexaniki zədələrdən mühafizə olunmuşdur.
Kabel xətləri, birbaşa torpaqda xüsusi kanallarda, tunellərdə
və binaların daxilində yerləşdirilir.
Bütün bu hallarda kabel xətləri mexaniki təsirlərdən
qorunmalıdır. Əks halda mexaniki örtük və izolyasiya qatı
dağılır, elektrik cərəyanının təsirindən xəsarət alma ehtimalı
artmış olur. Ona görə də yerin altından çəkilən kabel xətləri
beton panellər vasitəsilə qorunur, ya da asbest və keramiki
boruların içərisi ilə çəkilir.
Kabel xətlərinin çəkildiyi yol yerli planda qeyd olunur
və müəyyən məsafələrdə yerin altından kabelin keçməsini və
onun zədələnməsi zamanı yaranan təhlükə barəsində
xəbərdarlıq işarələri qoyulur. Zirehli kabellərin üstünə
mühafizə örtüyü (ələlxüsus yanar lifli materiallardan)
çəkilməsi icazə verilmir.
Kabel xətlərinə xidmət zamanı elektrik təhlükəsizliyini
təmin etmək üçün onların metal örtüklərini torpaqlamaq
vacibdir.
Elektrik paylaşdırıcı qurğularda quraşdırılmış kabel,
xüsusi çəpərlənməyə malik kameralarda yerləşdirilir, ya da
62
toxunması mümkün olmayan hündürlükdə bərkidilir.
Təzə çəkilmiş kabel xəttini istismara buraxmazdan öncə
onun cərəyan keçirən hissələrinin (damarlar) izolyasiyasının
sınağını aparırlar.