Hər bir elektrik qurğusu elə layihələndirilməli və
quraşdırılmalıdır ki, istismar prosesində onlar etibarlı və
təhlükəsiz işləsinlər. Elektrik maşınlarının, aparatların,
paylaşdırıcı quruluşların və elektrik şəbəkələrinin cərəyan
keçirən
bütün
hissələri
metal
gövdələrdən
və
konstruksiyalardan etibarlı izolə olunmalı və əlçatmaz yerdə
quraşdırılmalıdır. Bütün naqil birləşmələri səliqəli və etibarlı
yerinə yetirilməlidir, yağla doldurulmuş aparatların gövdələri
və ya bakları möhkəm olmalıdır.
60
Ayrı-ayrı elektrik qurğularının elektrik təhlükəsizliyi
baxımından EQQ-nın tələbləri nəzərdən keçirək.