Ə. Q. Abbasov


Şəkil 16. Nüvənin və ikinci tərəf dolağının bir



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə38/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   34   35   36   37   38   39   40   41   ...   104
Şəkil 16. Nüvənin və ikinci tərəf dolağının bir  
ucunun torpaqlanması sxemi. 
 
2.2 İzolyasiyaya nəzarət 
 
Elektrik  cərəyanın  təsirindən  alınmış  xəsarətlərin  təhlili 
göstərir  ki,  zədələrin  təhlükəsi  əsasən  şəbəkələrin 
vəziyyətindən  və  onun  izolyasiyasının  müqavimətindən 
asılıdır. 
Texniki  istismar  qaydalarının  (TİQ)  tələblərinə  görə 


68 
 
1000V 
gərginliyə 
qədər 
paylaşdırıcı 
quruluşların 
izolyasiyasını, onun müqavimətinin qiymətini yerə nəzərən və 
fazalar  arası  müqavimətini  ölçməklə  yoxlayırlar,  eləcə  də 
yüksək gərginliklə izolyasiyanın deşilmə sınağını aparırlar. 
Bu  sınaqlar,  paylaşdırıcı  quruluşla  əlaqədə  olan  güc  və 
işıqlandırma  elektrik  xətlərinin  izolyasiyasının  sınağı  ilə  eyni 
vaxtda  aparılır.  Paylaşdırıcı  quruluşun  seksiyaları  arası 
izolyasiyanın  müqaviməti,  eləcə  də  iki  mühafizə  aparatı 
arasındakı  sahələri  izolyasiya  müqaviməti  0,5MOm-dan  az 
olmamalıdır.  İzolyasiya  müqavimətinin  qiymətini  hər  faza 
üçün  yerə  nəzərən  və  fazalararası  ölçürlər.  Ölçü  zamanı 
1000V gərginlikli meqoommetrdən istifadə olunur. 
1000V-dan 
yüksək  gərginlikli  güc  kabellərinin  
damarlarının  izolyasiyasının  sınağı,  onları  quraşdırdıqdan  və 
ya  təmirdən  sonra,  eləcə  də  istismar  zamanı  mütamadi 
profilaktik  sınaqlar  düzləndirilmiş yüksək  gərginliklə  (5-6)U
n
 
aparılır. Rezin izolyasiyalı kabellər ikiqat nominal gərginlikdə 
sınaqdan    keçirilir.  Kabellərin  izolyasiyasını  dəyişən  yüksək 
gərginlikdə  yoxlamırlar,  çünki,  dəyişən  gərginlikdə  kabel 
məmulatlarında  hiss  olunacaq  dərəcədə  tutum  cərəyanları 
yaranır. 
Kabellərin  izolyasiyasının  yüksək  gərginlikdə  sınaq 
müddəti  onları  quraşdırdıqdan  sonra  10  dəqiqə,  əsaslı 
təmirdən sonra və istismar zamanı isə 5 dəqiqə olur. 
Kabellərin  izolyasiyası  sınaq  zamanı  deşilməyibsə, 
sürüşmə boşalmaları baş vermirsə, sızma cərəyanları sıçrayışla 
və sınaq müddətindən asılı olaraq artması müşahidə olunmursa 
bu cür izolyasiya keyfiyyətli sayılır. 
Qısa kabel xətləri (200m-ə qədər) üçün sızma cərəyanın 


69 
 
qiyməti  onların  nominal  gərginliyindən  asılı  olaraq  müxtəlif 
olur. məsələn, 6kV-luq kabellər üçün 75mkA; 10kV-110mkA 
və 35kV-200mkA.  Uzun kabel xətləri üçün sızma cərəyanları 
göstərilən gərginliklərdə 500mkA-dan çox olmamalıdır. Sızma 
cərəyanlarının  qiymətini  adətən  sınağın  sonunda  ölçürlər. 
Nominal  gərginliyi  1000V-a  qədər  olan  kabel  izolyasiyasının 
sınağı,  çıxış  gərginliyi  1000V  olan  ölçü  transformatorları  və 
ya 2500V-luq meqommetr vasitəsilə aparılır. 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin