Ə. Q. Abbasov


 Kiçik gərginliklərin tətbiqi



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə37/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   33   34   35   36   37   38   39   40   ...   104
 
2.1 Kiçik gərginliklərin tətbiqi  
və şəbəkələrin mühafizə açılması 
 
Konkret  istehsal  şəraitindən  asılı  olaraq,  bir  yerdən 
başqa  yerə  daşınan  (səyyar)  az  güclü  cihazlardan  (yerli 
işıqlandırma lampaları, elektrik deşikaçıcıları və s.) texnikada 


66 
 
geniş istifadə olunur. Bu cür cihazlardan istifadə olunduqda iş 
icraçısının  elektrik  cərəyanın  təsirindən  zədə  alma  ehtimalı 
mövcud olur (bilavasitə cərəyan keçirən hissələrə toxunduqda, 
izolyasiyanın deşilməsi nəticəsində, cihazın gövdəsi gərginlik 
altına  düşdükdə  və  s.).  Ona  görə  bu  cür  cihazlarla  işləyən 
şəxslərin  tam  təhlükəsizliyini  təmin  etmək  üçün  həmin 
cihazları  qidalandırdıqda  42V-a  qədər  (məs.  12  və  36V) 
gərginlik tətbiq edilməlidir. 
Kiçik 
gərginlik 
mənbələri 
olaraq, 
qalvanik 
elementlərdən  yığılmış  batareyalardan,  akkumulyatorlardan, 
düzləndiricilərdən,  düzləndirici  qurğulardan  və  alçaldıcı 
transformatorlardan  istifadə  olunur.  Düzləndirici  qurğulardan 
istifadə  olunduqda,  onlar  220/380V-lu  şəbəkələrə  alçaldıcı 
transformatorlar 
vasitəsilə 
birləşdirilir 
(avtotransformatorlardan istifadə etmək olmaz). 
Elektrikləndirilmiş  bəzi  alətləri  (elektrik  deşikaçanlar, 
vibratorlar,  cilalayıcı  dəzgahlar)  qidalandırmaq  üçün  yüksək 
tezlikli  (200-400Hs)  cərəyanlardan  istifadə  olunur.  Bu  halda 
həmin  alətlərin  çəkisi  və  qabarit  ölçüləri  azalır,  iş  şəraiti  isə 
yaxşılaşır.  Bu  cür  qurğularda  təhlükəsizliyi  artırmaq  üçün, 
ancaq  gərginliyi  azaltmaq  lazımdır,  çünki  200-400Hs  tezlikli 
cərəyanlar  insan  həyatı  üçün  sənaye  tezlikli  (50Hs) 
cərəyanlardan daha təhlükəlidir. 
Alçaq  gərginlikli  işlədicilər  üçün  daha  geniş  yayılmış 
qida  mənbəyi  bir  və  ya  üç  fazlı  alçaldıcı  transformatorlardır 
(220/12, 220/24 və ya 220/36V). 
Alçaldıcı  transformatorlardan  (220/12,  220/24  və 
220/36V)  istifadə  olunduqda  elektrik  cərəyanla  xəsarət  alma 
təhlükəsi, 
transformatorların 
dolağının 
izolyasiyasının 


67 
 
zədələnməsi  zamanı  birinci  tərəf    gərginliyinin  ikinci  tərəf 
dolağa  keçməsi  və  ya  transformatorun  gövdəsinin  gərginlik 
altına  düşməsi  nəticəsində  yarana  bilir.  Bu  cür  hallarda 
yaranan  təhlükədən  mühafizə  olunması  üçün  transformatorun 
ikinci  tərəf  dolağının  bir  ucunu,  gövdəsini  və  nüvəni 
torpaqlayırlar (şəkil 16). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin