Elektrik mühərrikləri və işəburaxma aparatları Elektrik
mühərriklərinin
konstruksiyası,
onların
dolaqlarının ətraf mühitin təsirindən qorunma qaydasına görə
otağın xarakterinə uyğun olmalıdır. Belə ki, açıq tipli elektrik
mühərriklərdən nəm və tozlu otaqlarda istifadə edildikdə dolaq
izolyasiyasının tezliklə zədələnməsinə və fazalardan birinin
gövdəyə qapanması baş verə bilər. Bu halda gövdə
torpaqlanmamış olarsa, ona toxunan (yerdən izolə olunmamış)
adam ağır xəsarət ala bilər.
Bütün işə buraxma və tənzimləmə aparatları elə
quraşdırılmalıdır ki, elektrik inteqalından idarə məqsədilə
istifadə olunduqda adam gərginlik altına düşməsin. Bu
baxımdan açarlar, ayrıcılar, çeviricilər, reostatlar və
kontaktorlar ya metal şkaflarda quraşdırılmalıdır, ya da etibarlı
metal örtüklərin içərisində yerləşdirilməlidir. İşəburaxıcı
aparatlarını şkafların içərisində quraşdırdıqda, onların idarə
dəstəkləri şkaflarda açılmış yarıqlardan çölə çıxmalıdır.
Kontaktorlardan istifadə edib idarə əməliyyatlarını
apardıqda, işə buraxma, işdən saxlama düymələrini xüsusi
örtüklərin içərisinə batırılmış vəziyyətdə olmalıdır.