107
hava doldurulmuş əlcəyi sıxmaqla) yoxlamaq vacibdir.
Əlcəklərdən istifadə etməklə bəzi kobud işləri (məsələn,
gərginlik altında olan çılpaq kabeli bir yerdən başqa yerə
daşıdıqda) gördükdə onları mexaniki zədələrdən qorumaq
üçün dielektriki əlcəklərinin üstündən brezent əlcəklər taxılır.
Dielektriki botular, 1000-dan yuxarı gərginliklərdə
istismarda olan elektrotexniki qurğularda əlavə mühafizə
vasitəsi kimi xidmət edir, yüksək keyfiyyətli xüsusi açıq-boz
rəngli rezindən hazırlanır.
Dielktriki botulardan ayrıcılar və açarlarla əməliyyatlar
aparıldıqda gərginliyin olub-olmamasını yoxladıqda və
müvəqqəti torpaqlayıcılar tətbiq edildikdə istifadə olunur. Hər
botuda onun hazırlanma tarixi, ölçüsü növü və sınaq gərginliyi
(20kV) göstərilir.
Dielektriki qaloşlar 1000V-a qədər elektrotexniki
qurğularda əlavə mühafizə vasitəsi kimi, eləcə də ixtiyari
gəginlikli qurğularda “addım” gərginliyindən qorunmaq üçün
tətbiq olunurlar və yüksək keyfiyyətli rezindən hazırlanırlar.
Dielektriki “xalçalardan” ixtiyari gərginlikli ancaq
qapalı elektrotexniki qurğularda istifadə olunur.
Standarta görə
“xalçalar” 6mm qalınlıqda 50x50 sm-dən az olmamaqla
ölçüdə və səthi relyef formasında buraxılır. Rezin “xalçanın”
alt hissəsində onun ölçüləri sınaq gərginliyi, sınaq tarixi və
tipi-işçi
ştampı
vurulur.
Sınaq
gərginliyi
zavodda
hazırlandıqdan sonra 1000V-a qədər gərginlikli qurğular üçün
5.5kV, 1000V-dan yuxarı gərginlikli qurğular üçün isə 20kV
olur. İstismar prosesində isə 1000V-a qədər 3.5kV və 1000V-
dan yuxarı gərginliklərdə 15kV olur.
İzoləedici ayaqaltılar rezin “xalçaların” əvəzində əsasən
108
nəm otaqlarda tətbiq edilir. Dielektriki xalçalar kimi
ayaqaltılardan da bağlı otaqlarda istifadə olunur.
Dostları ilə paylaş: