Gərginlik göstəriciləri və cərəyanaxtaranlar
Elektrik qurğularının istismarı zamanı onların cərəyan
keçirən hissələrində gərginliyin mövcudluğunu yoxlamaq (tez
– tez hallarda) tələb olunur. Bundan başqa, paralel işləyən
qidalandırıcı xətlərin və transformatorların fazlaşdırılmasını
təmin etmək üçün üçfazlı şəbəkələrdə müxtəlif fazalar
arasında gərginliyin olmasını və eyni fazlar arasında
gərginliyin olmamasını yoxlamaq tələb olunur. Belə hallarda
adətən gərginliyin ölçməsini yox, ancaq onun olub –
olmamasının müəyyənləşdirmək tələb olunur. Gərginlik
göstəriciləri müxtəlif konstruksiyalarda və qabaritlərdə
(qurğunun gərginliyindən asılı olaraq) hazırlanır. Bunlardan
daha geniş yayılmışları tutum cərəyanının axması prinsipində
işləyən gərginlik göstəriciləridir.
10kV qədər gərginlikli elektrik qurğularında istifadə
olunan gərginlik göstəricisinin konstruksiyasının sxemi şəkil
27-də göstərilmişdir. Şəkildən göründüyü kimi gərginlik
göstəricisi əsasən işçi və izoləedici hissələrdən ibarətdir. İşçi
hissəsində kiçik neon lampası yerləşdirilmişdir. Bu cür
lampadan çox kiçik cərəyan belə keçdikdə o, işıqlanmaya
başlayır. Neon lampalı, şəkildə göstərilmiş konstruksiyanın
sxemindən göründüyü kimi bakelit borusunun içərisində
103
quraşdırılır və elektrodlarla (metal qırmaq 1 və bakelit boruda
yerləşdirilmiş kondensatorla) etibarlı təmas yaradır. Metal
qırmaq (1), neon lampası və kondensator ardıcıl birləşmiş
olur.
Gərginlikli
xəttə
göstərilmiş qırmaq hissəsini
yaxınlaşdırdıqda neon lampası işıqlanmağa başlayır (1-2sm
məsafədən) və bu halda göstəricini tutmuş adamın bədənindən
1mkA-dən az cərəyan axır ki, bu da insan üçün tam
təhlükəsizdir.
Gərginlik göstəricisinin izoləedici hissəsi bakelit
borudan və metal sonluqdan (hara işçi hissəsinin ucu vintlə
bərkidilir) ibarətdir.
Konstruksiyası şəkil 27-də göstərilən gərginlik
göstəricisi 10kV-a qədər gərginlikli elektrik qurğularında
tətbiq
olunur.
10kV-dan
yuxarı gərginlikli elektrik
qurğularında isə gərginlik göstəricisi izoləedici ştanqa ilə
birlikdə işlədilir (ştanqanın uzunluğu gərginlikdən asılı olaraq
seçilir).
1000V
yuxarı
gərginlikli
üçfazlı
şəbəkələrdə
fazlaşdırma əməliyyatını aparmaq üçün şəkil 28-də göstərilən
quruluşdan istifadə olunur.
Fazlaşdırma gərginlik göstəricisi, neon lampaya malik
gərginlik göstəricisindən və analoji konstruksiyaya malik
borudan (borunun içərisində istiliyə davamlı və 6-7MOm
müqavimət quraşdırılmışdır) ibarət olub, öz aralarında elastik
naqillə birləşdirilir.
Fazlaşdırma
əməliyyatından
əvvəl,
gərginlik
göstəricisinin köməyilə şəbəkəni qidalandıran hər iki
mənbənin altı sıxacında gərginliyin mövcudluğunu müəyyən
edirlər.
|