İzoləedici mühafizə vasitələri İzoləedici mühafizə vasitələrinə bakelitən, çinidən
(farfor), ağacdan, rezindən və plastikkütlədən hazırlanmış
izoləedici və ölçü ştanqaları, müvəqqəti torpaqlamanı yerinə
yetirən ştanqaları, boru formalı qoruyucuları sıxaclarda
yerləşdirmək və ya çıxarmaq üçün qısqaclar (kəlbətin, maşa),
gərginlik göstəricilərinin və cərəyanölçənlərin izolyasiya
hissələri, elektriklərin alətlərinin izolyasiya hissəsi, dielektrik
əlcəklər, qaloşlar, botular, rezin xalçalar və ayaqaltılar, çini
izolyatorlar üstündə quraşdırılmış taxta altlıqlar və izoləedici
nərdivanlar aiddir.
Çəpərləyici mühafizə vasitələri elektrik avadanlıqlarının
cərəyan keçirən hissələrini müvəqqəti olaraq hasarlamaq üçün
xidmət edir. Bunlara şitlər və qəfəslər formasında səyyar
çəpərlər aiddir. İzoləedici mühafizə vasitələri əsas və əlavə
olmaqla iki yerə ayrılır.
Əsas mühafizə vasitələrinin izolyasiyası elektrik
qurğusunun işçi gərginliyinə etibarlı davam gətirir. Bu
vasitələrlə gərginlik altında olan cərəyan keçirən hissələrə
toxunmağa icazə verilir. Əsas mühafizə vasitələrini qurğunun
işçi gərginliyindən asılı olaraq yüksək gərginliklə sınaqdan
keçirirlər.
1000V-dan yuxarı gərginlikli elektrik qurğularında
istifadə olunan əsas mühafizə vasitələrinə əməliyyat və ölçü
ştanqları, izoləedici və cərəyan ölçən qısqaclar; gərginlik
göstəriciləri, izoləedici quruluşlar və təmir işləri üçün
tərtibatlar (izoləedici nərdivanlar və s.) aiddir.