Ə. Q. Abbasov


Əlavə mühafizə vasitələri



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə60/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   56   57   58   59   60   61   62   63   ...   104
Əlavə mühafizə vasitələri 
 
Əlavə 
mühafizə 
vasitələri, 
bilavasitə 
verilmiş 
gərginlikdə  mühafizə  funksiyasını  yerinə  yetirə  bilmir  və  ona 
görə  də  əsas  vasitələrlə  əlavə  tədbir  sayılır.  Əlavə  mühafizə 
vasitələri  elektrik  qurğusunun  gərginliyindən  asılı  olmayaraq 
sınaq  gərginliyə  məruz  edirlər.  1000V-dan  yuxarı  gərginlikli 
elektrotexniki  qurğularda  istifadə  olunan  əlavə  mühafizə 
vasitələrinə  dielektriki  əlcəklər,  dielektriki  botular,  dielektriki  
“xalçalar”  və  çini  izolyatorlara  quraşdırılmış  izolyasiya 
ayaqaltılar aiddir. 
1000V-a  qədər  gərginlikli  elektrik  qurğularında  tətbiq 
olunan  əsas  mühafizə  vasitələrinə  əməliyyat  ştanqları, 
qısqaclar  (kleş),  dielekrtiki  əlcəklər,  dəstəkləri  izolə  edilmiş 
alətlər və gərginlik göstəriciləri aid edilir. 
1000V-a  qədər  gərginlikli  elektrik  qurğularında  əlavə 
mühafizə  vasitələri  kimi  dielektriki  qaloşlardan,  rezin 
“kovriklər”dən və izoləedici ayaqaltılardan istifadə olunur. 
Köməkçi  mühafizə  vasitələri  elektrotexniki  xidmət 
işçilərini  müəyyən  hündürlükdən  düşməsindən  (qoruyucu 
qurşaqlar,  sığorta  kanatları),  təhlükəsiz  olaraq  hündürlüyə 
qalxmaq  zamanı  (qarmaq,  nərdivan)  mühafizə  etmək  üçün 
xidmət edir. 
Bundan  başqa  köməkçi  mühafizə  vasitələri  xidmət 
işçilərini  elektrik  cərəyanının,  işıq,  istilik,  mexaniki  və 
kimyəvi  təsirlərindən  qorumaq  üçün  də  tətbiq  edilir.  Bu  cür 
vasitələrə  misal  olaraq  mühafizə  eynəklərini,  əleyhiqazları, 
brezent  və  ya  rezin  əlcəklər,  mahlıc  kostyumlarını  və  s.-ni 
göstərmək olar. 


100 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin