Ə. Q. Abbasov



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə61/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   57   58   59   60   61   62   63   64   ...   104
İzoləedici qısqaclar 
 
İzoləedici qısqaclar (kleşlər), 35kV gərginlikli qurğulara 
boru  şəkilli  qoruyucuları  dəyişdikdə  və  birqütblü  ayırıcılarda 
rezin 
qapaqlardan 
istifadə 
olunduqda 
tətbiq 
olunur. 
Elektrotexniki  qurğuların  normal  gərginliyindən  asılı  olaraq 
izoləedici  qısqaclar  müxtəlif  ölçü  və  konstruksiyalarda 
hazırlanır. 
İzoləedici  qısqaclardan  istifaə  etdikdə  dielektriki 
əlcəklər  geyinməlidir,  boru  formalı  qoruyucuları  dəyişdikdə 
isə qara eynəklərdən istifadə olunmalıdır. 
 
Cərəyan ölçən qısqaclar 
 
Cərəyan  ölçən  qısqaclar  (kleşlər)  qısa    müddətdə 
cərəyanın  qiymətini  ölçmək  üçün  tətbiq  edilir.  Onlar  cərəyan 
transformatorundan  (sökülən  maqnit  nüvəsinə  və  bir  ədədi 
ikinci dolağa malik) və ölçü cihazından ibarət olur.  
Cərəyan  transformatorunun  birinci  dolağı,  onun  maqnit 
nüvəsinin  əhatə  etdiyi  cərəyanlı  naqil  təşkil  edir. 
Elektromaqnit  materialdan  hazırlanmış  nüvənin  üzərinə 
sarınmış ikinci tərəf dolağa ampermetr birləşdirilir. 
10kV-dan  çox  gərginlikli  elektrik  qurğularında  bir 
yerdən  başqa  yerə  daşınan  (səyyar)  cihazlardan  istifadə 
olunmur.  
600V-a qədər gərginliklərdə tətbiq olunan cərəyan ölçən 
qısqacın 
sadələşdirilmiş 
konstruksiyası 
şəkil 
26-da 
göstərilmişdir. 
Şəkil 26-da göstərilən konstruksiyada çoxhədli detektor 


101 
 
sistemi  ampermetrdən  istifadə  olunmuşdur  və  ölçülən 
cərəyanın qiyməti 600A-ə  qədərdir. 
Cərəyanölçən qısqacların gövdəsi və dəstəyi keyfiyyətli 
izolə  edilir,  bununla  təhlükəsizlik  təmin  olunur.  Bu  halda 
şəbəkələrdə  600V-a  qədər  gərginlik  ölçülür  və  bu  məqsədlə 
cihazın  qabaq  panelində  iki  sıxac  nəzərə  alınmışdır. 
Cərəyanölçən  qısqaclarla  çılpaq  və  izolə  olunmuş  naqillərdən 
axan  cərəyan  ölçülür.  Ölçü  aparan  işçi  eynəkdə  olmalıdır, 
1000V-dan  böyük  gərginliklərdə  ölçmələr  aparan  zaman  isə 
dielektriki əlcəklərdən və izolə olunmuş ayaqaltlardan istifadə 
olunmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin