2.5 Mühafizə vasitələri Klassifikasiya və ümumi tələblər Elektrik qurğularının istismarı zamanı elektrotexniki
xidmət işçilərinin təhlükəsizliyinin təmin olunmasında
mühafizə vasitələri və qoruyucu tərtibatlar əsas rol oynayır.
Elektrotexniki qurğularda mühafizə vasitələri dedikdə,
elektrik cərəyanının, elektrik qövsünün və onun yanması
məhsullarının təsirindən elektrotexniki xidmət işçilərinin
mühafizəsini təmin edən aparatlar, səyyar tərtibatlar və
quruluşlar, eləcə də cihaz və tərtibatlarının ayrı-ayrı hissələri
başa düşülür.
Təyinatına görə bütün mühafizə vasitələri şərti olaraq
izoləedici, hasarlayıcı (qoruyucu) və köməkçi olurlar.
İzoləedici mühafizə vasitələri adamları gərginlik altında
olan elektrik avadanlıqlarının cərəyan keçirən hissələrdən
izolə etmək üçün xidmət edir. Bundan başqa izoləedici
mühafizə vasitələri yerdə dayanmış və eyni vaxtda elektrik
avadanlığının cərəyan keçirən hissələrilə toxunan adamı
(xidmət işçisi) yerdən izolə etmək üçün tətbiq olunur.