7
1.ƏMƏK MÜHAFİZƏSİ VƏ ELEKTRİK
TƏHLÜKƏSİZLİYİNİN ƏSASLARI
1.1.Əmək şəraiti
Əmək fəaliyyətində adamların bədənində damarların,
tələffüz üzvlərinin, əsəb sisteminin və qan dövranının işi ilə
əlaqədar biokimyəvi proseslər baş verir. Bu halda insan
bədəni, qida məhsullarının oksidləşib parçalanması üçün
müəyyən miqdarda oksigen tələb edir. İstehsal şəraitində
insanlar tərəfindən görülən iş, sərf olunan əzələ və əsəb
enerjilərinin qiyməti ilə təyin olunur. Bir sıra hallarda əsəb
enerjisi əzələ enerjisindən çox sərf edilir. Məsələn,
kommutasiya aparatlarla distansion (uzaqdan) idarədə çox
cüzi fiziki qüvvə tələb olduğu halda, elektrik şəbəkələrində
mürəkkəb əməliyyatları apardıqda böyük əsəbi enerjisi sərf
olur.
İnsan əməyinin intensivliyi, bədənin gərginliyinin elə
dərəcəsidir ki, burada adamların sağlamlığına xələl gətirmədən
bütün iş vaxtı və müasir texniki vasitələrdən istifadə edilməklə
fiziki və əsəbi enerjilərinin sərfi tələb olunur.
Əməyin intensivliyi aşağıdakı faktorlardan asılıdır:
sosial şərait (kollektivdə əməyin xarakteri, texnikanın
səviyyəsi və təhlükəsizlik şəraiti, maddi maraq), xarici şərait
(klimatik və sanitar-gigiyena şəraiti), yaşayışın sosial-iqtisadi
şəraiti (sağlamlıq, qida ev və s.) və bəzi fərdi faktorlar.
Əmək şəraitini düzgün təşkil etmədikdə, adam tez
yorulur, onun diqqəti azalır və xəsarət alma təhlükəsi artır.
Normal iş şəraitinin yaradılmasında əsas təsir göstərən
8
faktorlar: iş yerinin işıqlandırılması, havanın vəziyyəti
(nəmlik, temperatur, təzyiq, təmizlik), avadanlıqların yaratdığı
səs və vibrasiyalardır.
Fəhlələr və mühəndis-texniki işçilər üçün, kimlər ki,
elektrik qurğularına və elektrikləşdirilmiş istehsal aqreqat və
cihazlara xidmət edir, elektrik cərəyanının xəsarətindən tam
təhlükəsiz olmalıdır.
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına
cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir
göstərirsə, belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat
təsirlərə qeyri-kafi meteroloji şərait, xoşagəlməyən işıqlanma,
radioaktiv şüalanmasının və elektromaqnit sahələrinin
mövcudluğu, istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs,
vibrasiyalar və nəhayət bədəndə yaranan ümumi fiziki
gərginlik (məsələn, əzələlərin artıq yüklənməsi, əsəblərin
həddən artıq gərilməsi və s.) aiddir.
Zərərli istehsalat şəraitinə həmçinin akkumulyator
sexlərindəki və elektrik qaynaq işlərini göstərmək olar. Bu cür
işlər, kəskin peşə xəstəliklərinə (zəhərlənmə, böyük dozada
şüalanma və s.) səbəb olur.
İstehsalatda işçilərin normal işini təmin edən texniki
sənədlərdə işlərin təhlükəsiz yerinə yetirilməsi üçün kompleks
tədbirlər (çəpərlər, mühafizə vasitələri, istehsalat təlimatları və
s.) nəzərə alınıb.
İstehsalat avadanlıqlarının layihələndirilməsində və
istehsalatın texnologiyasını yaratdıqda, istismar şəraitində
texniki təhlükəsizlik qaydalarını nəzərə almaq vacibdir. Qeyd
etmək lazımdır ki, baxılan halda istehsalatın maksimum
dərəcədə mexanikləşdirilməsi və avtomatlaşdırılması çox
9
vacibdir.
Son illər elektrik-quraşdırma, təmir və istismar işlərində
mexanikləşdirmədən geniş istifadə olunur.
Dostları ilə paylaş: |