Qreq Smit
www.azadliqciragi.org
8
XÜLASƏ
Millətin sərvəti onun xəzinəsindəki qızıl və gümüĢün miqdarı ilə deyil, onun ümumi
istehsal və ticarəti ilə ölçülür ki, bu gün biz onu ümumi daxili məhsul adlandırırıq.
Azad mübadilədə hər iki tərəf varlanır. Kimsə mübadilədən itirəcəyini gözləsəydi, ona
qoĢulmazdı. Bizim ixrac etdiklərimiz baĢqaları üçün dəyərli olduğu kimi, idxal da bizim üçün
qiymətlidir. Biz özümüzü zənginləĢdirmək üçün baĢqalarını yoxsullaĢdırmağa ehtiyac duymuruq.
Bundan baĢqa, əgər bizim müĢtərilərimiz zəngin olarsa, biz daha çox qazanarıq.
Ticarətin tənzimlənməsi qaydaları nöqsanlı qoyulub və təsirsizdir. Yerli sənaye sahələrinin
inkiĢafı vergilər, ixrac tarifləri, ixrac subsidiyaları və imtiyazlarla təhlükə altına alınıb.
Millətin istehsal qabiliyyəti onu mümkün edən əmək bölgüsündə və kapital yığımındadır.
Ġstehsal prosesini mütəxəssis əlləri ilə icra olunan çoxlu kiçik vəzifələrə bölməklə, yüksək
səmərəlilik əldə oluna bilər. Bu istehsalçılara sərmayə qoymaq üçün izafi məhsul yaradır.
Ölkənin gələcək gəliri kapital yığımının həcmindən asılıdır. Daha yaxĢı istehsal
proseslərinə yatırılan daha çox investisiya, gələcəkdə daha çox sərvət yaradacaq.
Azad ticarət və rəqabət olduğu zaman, bazar sistemi avtomatik Ģəkildə ən çox ehtiyac
duyulan tələbatların üzərinə yönəlmiĢ olur. Harada ki, məhsul məhdud miqdardadır, insanlar
onlara daha çox ödəməyə hazırdırlar. Onların təchiz olunmasında daha çox qazanc var,
beləliklə, istehsalçılar da daha çox istehsal etmək üçün daha çox kapital yatırırlar.
Məcburiyyətsiz və azad mübadiləyə əsaslanan açıq, rəqabətli bazar Ģəraitində inkiĢaf
daha sürətli gedir. Bu açıqlığı saxlamaq üçün müdafiə, ədalət və qanun normaları tələb olu-
nur. Azadlıq və Ģəxsi maraq xaosa aparmağa ehtiyac duymur, amma, əgər o, “görünməz əl”
tərəfindən idarə olunursa, qayda və uzlaĢma yaradacaq.
Qanuni baxımdan əsaslandırılmıĢ hüquqlar (monopoliyalar) hakimiyyətin gücünü öz
mənafeləri naminə azad bazar sistemini dağıtmaq üçün istifadə edir. ĠĢ adamları və
sənətkarlar rəqabəti boğmaq üçün qaydaları dəstəkləyə bilər ki, insanların xüsusi ticarət sa-
hələri ilə məĢğul olmasının qarĢısında əngəl yaratsınlar.
Vergilər qazanca uyğun müəyyənləĢdirilməli, dəqiq və ödəniĢ üçün uyğun olmalıdır.
Onlar toplanmaq üçün ucuz olmalı, biznesə mane olmamalı, elə ağır olmamalıdır ki,
hiyləgərliyə imkan yaratsın və vergi toplayanların vaxtaĢırı səfərlərini tələb etsin.
Ġnsanların baĢqalarına təbii “rəğbət” hissi (bu gün biz ona “Ģəfqət” deyirik) var. Bu,
onlara öz davranıĢlarını tənzimləmək və uyğunluğu saxlamaq imkanı verir. Bu, davranıĢ və
insan ləyaqətinin mənbəyi haqqında əxlaqi hökmlərin əsasıdır. Ġnsan təbiəti fəaliyyətdə olan
cəmiyyətin həmahəngliyinin yaradılmasına etibarlı bələdçidir, nəinki fanatikin və ya
xəyalpərəstin təkəbbürlü ağlı.
www.azadliqciragi.org
9
ADAM SMİT NƏ ÜÇÜN ÖNƏMLİDİR?
ġotland filosofu və iqtisadçısı Adam Smit indiyədək yazılmıĢ ən təsirli nəĢrlərdən biri olan
“Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” (“Xalqların sərvəti”)
(1776) kitabının
müəllifi kimi məhĢurdur. Smit insan cəmiyyətinin fəaliyyətinə dair tamamilə yeni düĢüncəyə
əsaslanaraq, bizim iqtisadi həyat prinsipləri haqqında fikirlərimizi qədim formadan müasir aydın
formaya salmıĢdır.
İqtisadiyyata dair keçmiş bir baxış
Smit bizim fikirlərimizdə o qədər dəyiĢiklik etmiĢdir ki, həqiqətən, onun zamanında hakim olan
iqtisadi sistemi təsvir etmək belə çətindir. “Merkantilizm” adlanan bu sistemə görə milli sərvət
ölkənin sahib olduğu qızıl və gümüĢ ehtiyatları ilə ölçülürdü. Malların xaricdən idxal olunması
zərərli sayılırdı, elə düĢünülürdü ki, sərvətlər o mallara ödənilib tükədilir; malların ixracı isə xeyirli
hesab olunurdu, çünki bu qiymətli metallar geri qayıdırdı. Ticarət alıcıdan deyil, yalnız satıcıdan
mənfəət götürürdü və əgər baĢqaları getdikcə yoxsullaĢırdısa, bir xalq zənginləĢirdi.
Bu baxıĢ əsasında, xalqın sərvətinin kənara - idxal olunan mallara vergilər, idxal edənlərə
subsidiyalar və yerli istehsal sahələrinin qorunması formasında axıb getməsinin qarĢısını almaq
üçün böyük bir ciddi nəzarət sistemi qurulurdu. Hətta Britaniyanın öz amerikan koloniyaları da bu
sistem əsasında fəlakətli hesablarla cərimələnirdi. Əslində, bütün kommersiya sahələrinə Ģübhə ilə
yanaĢılırdı və proteksionizm mədəniyyəti yerli iqtisadiyyata da nüfuz etmiĢdi. ġəhərlilər baĢqa
Ģəhərlərdən gələn sənətkarların ticarətlə məĢğul olmasının qarĢısını alırdı; istehsalçılar və tacirlər
kraldan monopoliyaların qorunub saxlanmasını xahiĢ edirdilər; ağır əməyi yüngülləĢdirən vasitələr,
yeni corabtoxuyan maĢın kimi, mövcud istehsalçılara təhlükə kimi qadağan olunmuĢdu.
Azad mübadilənin məhsuldarlığı
Smit göstərdi ki, bu böyük merkantilist nəzəriyyəsi yanlıĢlığa əsaslanır və səmərəsizdir. O, sübut
etdi ki, azad mübadilədə hər iki tərəf varlanır. Tam gerçək olaraq, kimsə mübadilədən itirəcəyini
gözləsəydi, ona qoĢulmazdı. Satıcı kimi, alıcı da mənfəət götürür. Bizim ixrac etdiklərimiz baĢqaları
üçün dəyərli olduğu kimi, idxal da bizim üçün qiymətlidir. Biz özümüzü zənginləĢdirmək üçün
baĢqalarını yoxsullaĢdırmağa ehtiyac duymuruq: bundan baĢqa, əgər bizim müĢtərilərimiz zəngin
olarsa, biz daha çox qazanarıq.
Əsas həqiqət odur ki, ticarətdə azad mübadilə hər iki tərəfə xeyir gətirir. Smit təsdiq edir ki,
ticarət və mübadilə kənd təsərrüfatı və istehsalda olduğu kimi bizim mülkiyyətimizi artırır.
Millətin sərvəti onun xəzinəsindəki qızıl və gümüĢün miqdarı ilə ölçülmür, onun ümumi
istehsal və ticarəti ilə ölçülür ki, bu gün biz onu ümumi daxili məhsul adlandırırıq.
Bu, yeni, amma çox güclü ideya idi. Həmin ideya 16-cı əsrdən bəri Avropa ölkələri ətrafında
qurulmuĢ ticarət divarlarından böyük bir intellektual oyuq açdı. Və onun təcrübi nəticələri də
oldu. “Xalqların sərvəti” öz sərrast, kəskin, mübariz xarakterli üslubu, iti hazırcavablığı və
saysız-hesabsız misalları ilə, öz ideyalarını fəaliyyətə çevirmək istəyən təcrübi insanlar
tərəfindən asanlıqla istifadə olunur.
Kitab Amerika müstəmləkələri ilə müharibənin qarĢısını almaq üçün çox gecikdi. Amma
BaĢ nazir Uilyam Pittin azad ticarət və verginin sadələĢdirilməsini müdafiə etməsi və cənab
Robert Pilin kənd təsərrüfatı bazarlarının liberallaĢdırılması istiqamətində daha sonrakı tədbirləri
üçün əsas oldu. Ola bilsin ki, sonralar bu addım azad ticarət və iqtisadi inkiĢaf erası olan
möhtəĢəm XIX əsr üçün baza rolunu oynadı. Hətta bu gün sağlam azad ticarət düĢüncəsi bütün
dünyada qəbul olunur, baxmayaraq ki, ona nail olunmasında müəyyən təcrübi çətinliklər var.
www.azadliqciragi.org
10
Azadlığa əsaslanan ictimai quruluş
Smit belə təsiri gözləmirdi. Amma fərdi azadlığa və ticarət azadlığına artan bu inam insan
cəmiyyətlərinin həqiqətən necə fəaliyyət göstərdiyi haqda onun birbaĢa özünün radikal, yeni
düĢüncəsinə əsaslanır. O anlayırdı ki, insanlar birlikdə yaĢamaq və iĢləmək üçün yollar tapmaq
istiqamətində mübarizə apardıqca, sosial harmoniya təbii olaraq meydana çıxacaq. Azadlıq və
Ģəxsi maraq xaosa aparmağa ehtiyac duymur, amma əgər o, “görünməz əl” tərəfindən idarə
olunursa, qayda və uzlaĢma yaradacaq.
Bu hal həmçinin resursların mümkün qədər daha səmərəli Ģəkildə istifadəsinə səbəb olacaq.
Azad insanlar yalnız öz vəziyyətlərinin daha yaxĢı olması naminə baĢqaları ilə sövdələĢmələri
pozmaqla, xalqa məxsus torpağı, kapitalı, bilik və bacarıqları, vaxt və biznesi, ixtiraçılığı
avtomatik və labüd Ģəkildə sərf edərək o məqsədə xidmət göstərir ki, insanlar daha artıq qazanc
götürsünlər.
Beləliklə, inkiĢaf edən ictimai quruluĢun qorunub saxlanması kral və nazirlərin davamlı
idarəçiliyini tələb etmir. O, insan təbiətinin məhsulu kimi sistemli Ģəkildə böyüyür. Lakin, ən
yaxĢı Ģəkildə böyümə və daha səmərəli fəaliyyət üçün o, məcburiyyətsiz və azad mübadiləyə
əsaslanan açıq, rəqabətli bazar tələb edir. Onun bu açıqlığı saxlamaq üçün qaydalara ehtiyacı var
– manqalın odun saxlanmasına ehtiyacı olduğu kimi. Amma o qaydalar – ədalət və əxlaq
qaydaları ümumidir və merkantilist nümayəndələrinin xüsusi və Ģəxsi müdaxilələrindən tama-
milə fərqli olaraq, konkret Ģəxsi nəzərdə tutmur.
Buna baxmayaraq, “Xalqların sərvəti” ancaq bizim bu gün baĢa düĢdüyümüz “iqtisadiyyat”
elmi deyil, insan sosial psixologiyası haqqında – həyat, maddi rifah, siyasi institutlar, qanun və
əxlaq haqqında əhəmiyyətli traktatdır.
Əxlaq psixologiyası
Smit elə bir zamandan gəlmiĢdir ki, orada təhsil almıĢ bir ziyalı üçün elm, sənət, ədəbiyyat,
fəlsəfə, klassiklər və əxlaq kimi sahələri öyrənmək mümkün idi və o, buna nail oldu. O, nəhəng
bir kitabxana topladı, liberal sənətlərin tarixini, həmçinin qanun və dövlət haqqında kitab tərtib
etdi. Və bu, ona ilk nüfuz gətirən “Xalqların sərvəti” deyil, əxlaq haqqında “Əxlaqi duyğular
nəzəriyyəsi” kitabı idi. Bu kitab günümüzdə çox yaxĢı tanınmayıb, lakin zamanında “Xalqların
sərvəti” qədər təsirli, öz müəllifi üçün də o dərəcədə önəmli idi.
“Əxlaqi duyğular nəzəriyyəsi” bizim formalaĢdırdığımız əxlaqi hökmlərin əsasını müəy-
yənləĢdirməyə cəhd göstərir. Bir daha, Smit onu dərin insan psixologiyasının mahiyyəti kimi
görür. Ġnsanların baĢqalarına təbii “rəğbət” hissi (bu gün biz ona “Ģəfqət” deyirik) var ki, onlara
öz davranıĢlarını necə tənzimləmək və uyğunluğu saxlamağı anlamaq imkanı verir. Bu, davranıĢ
və insan ləyaqətinin mənbəyi haqqında əxlaqi hökmlərin əsasıdır.
Şəxsi maraq və ləyaqət
Bəzi adamlar bu gün heyrətlənir ki, Smitin iqtisadi sistemini hərəkətə gətirən Ģəxsi maraq onun
“əxlaqı”nı fəaliyyətə gətirən “rəğbət”lə necə uyğunlaĢa bilər. Onun cavabı budur: “Ġstənilən halda,
bir Ģəxsin nə dərəcədə xudbin olduğu düĢünülsə belə, təbiətində, Ģübhəsiz bəzi prinsiplər var ki, onu
baĢqalarının taleyi ilə maraqlandırır və onların xoĢbəxtliyini onun üçün önəmli edir, baxmayaraq ki,
o, özünə məmnunluq verən Ģeydən baĢqa heç nə düĢünmür.”
BaĢqa sözlə, insan təbiəti mürəkkəbdir. Çörəkçi bizi xeyirxahlıqdan çörəklə təmin etmir,
amma nə də Ģəxsi maraq kimisə təhrik etmir ki, çaya baĢ vurub tanımadığı batan adamı xilas
etsin. Smitin kitabları Ģəxsi maraqları olan insanların bir yerdə necə dinc (mənəvi sahədə) və
səmərəli Ģəkildə (iqtisadi sahədə) yaĢamağı bacarması və yaĢamasını müəyyənləĢdirmək üçün
əlavə cəhddir.
www.azadliqciragi.org
11
Ancaq, “Xalqların sərvəti” əlbəttə, bəzən karikatura edildiyi kimi, canavar kapitalizmin vəkalət
qeydi deyildir. ġəxsi maraq iqtisadiyyatı hərəkətə gətirə bilər, amma əgər həqiqətən orada və
məcburiyyətin olmadığı açıq rəqabət varsa, bu, yaxĢılığa aparan qüvvədir. Və istənilən halda, Smitin
öz insanlığı və xeyirxahlığı hər səhifəyə rəng verir. O, xalqın və xüsusi olaraq yoxsulların maddi
rifahını tacirlərin və güclülərin xüsusi maraqlarından yüksək tutur, azad rəqabətə mane olmağa
çalıĢan və onlara kömək edən hökumətləri ittiham edən istehsalçıları tənqid atəĢinə tutur.
İnsan təbiəti və insan cəmiyyəti
XVIII əsr düĢüncə sahibləri inanmağa baĢladılar ki, cəmiyyət üçün sağlam əsas olmalıdır, nəinki,
bir ehkam ruhanilər tərəfindən nəsillərə ötürülür və ya siyasi səlahiyyətlilər tərəfindən amiranə olaraq
tətbiq edilir. Bəziləri qanun və əxlaqın “rasional” sistemlərini tapmaq üçün mübarizə aparırdılar.
Ancaq Smit sübut etdi ki, insan cəmiyyəti-elm, dil, sənət və kommersiya daxil olmaqla insan
təbiətinin dərinliyindən kök atmıĢdır. O göstərdi ki, bizim təbii instinktlərimiz, hər hansı məhdud
təfəkkürdən necə daha yaxĢı bələdçidir. Əgər biz həqiqətən “üstün tutulan və ya məcburi bütün sis-
temləri” ləğv etsək və “həqiqi azadlığa” arxalansaq, özümüzü durulaĢmıĢ, düĢünülməmiĢ, amma Ģüb-
həsiz həmahənglik, dinclik və təsirli ictimai quruluĢ içində görəcəyik.
Bu liberal ictimai quruluĢ onu saxlamaq üçün kral və nazirlərin daimi qayğısını tələb etmir.
Amma bu, baĢqa insanların yaĢayıĢ və mülkiyyətinə ədalət və hörmət göstərildiyi kimi,
Ģəxslərarası davranıĢa dair qəti qaydalara riayət edən insanlara arxalanır. Səmərəli ümumi ictimai
quruluĢ sonra tam təbii olaraq meydana çıxır. Smitin axtarıĢı da insan davranıĢının qanunauyğun
prinsiplərini müəyyənləĢdirmək idi ki, həqiqətən bu uğurlu nəticəyə gətirir.
www.azadliqciragi.org
12
SMİTİN HƏYATI VƏ KARYERASI
Marqaret Duqlasın yüksək cəmiyyətdə yaxĢı əlaqələrə malik vəkil və keçmiĢ gömrük məmuru
olan əri 1723-cü ilin yanvarında vəfat edən zaman o, hamilə idi. Ġyunun 5-də o, uĢağın doğumunu
rəsmən qeydiyyatdan keçirdi, ona mərhum ərinin adını verdi-Adam Smit. Bu oğlan gələcəkdə öz
dövrünün aparıcı düĢüncə sahiblərindən biri və tarixən yazılmıĢ ən təsirli kitablardan birinin müəllifi
olaraq yetiĢəcəkdi.
Kirkaldi və Qlazqou
Biz onun uĢaqlığı haqqında az Ģey bilirik. Bildiyimiz bircə budur ki, o, üç yaĢında qısa
müddətə qaraçılar tərəfindən qaçırılmıĢ, sonra əmisi tərəfindən tapılıb geri qaytarılmıĢdı. Amma
doğulduğu yerdə həyatının hər günü bizi onun sonrakı karyerası barədə zəngin materialla təmin
edə bilərdi. Edinburqdan Fert - Fort körfəzi boyunca yerləĢən Ģotland limanı Kirkaldi balıqçı
gəmilərinin yan aldığı, yerli mədənlərdən daĢ kömür ixrac edən və əvəzində dəmirlə iĢləyən
sənaye sahələri üçün dəmir qırıntıları idxal edən
ticarət mərkəzi idi. Smit dənizçilərin, balıq
tacirlərinin, mismar ustalarının, gömrük xidmətçilərinin və qaçaq yolla ticarət edənlərin əhatə-
sində böyümüĢdü ki, onlar haqqında “Xalqların sərvəti”ndə bəhs edir.
Hələ dəyiĢikliklər gedirdi; Amerika ölkələri ilə tütün və
pambıq kimi mallar sahəsində ticarət
geniĢlənməkdə idi
– Qlazqou kimi müasir qərb limanları Kirkaldi kimi köhnəlmiĢ Ģərq limanları
üzərində hökmranlıq edirdi. Smitin önəmli kitabı həm də ticarətin belə növbələĢən
nümunələrinin və yaĢamları ondan asılı olan cəmiyyətlərin “protokolu” oldu.
Məktəbdə onun kitablara olan sonsuz həvəsi və qeyri-adi hafizəsi üzə çıxdı. O, 14 yaĢında
(zamanında tam normal yaĢda) Qlazqou Universitetinə daxil oldu. O, universitetdə böyük
mənəviyyat filosofu Frankis Hyutçesonun rəhbərliyi altında təhsil aldı. Azad düĢüncə tərəfdarı,
rasionalist, praktik, parlaq natiq və səlahiyyət sahibi kimi tikanlı Ģəxs olan Hyutçeson, görünür,
Smiti də bəzi oxĢar xarakterik cəhətləri ilə “yoluxdurmuĢdu”.
Oksford və stimullar
Smit fərqlənərək irəli getdi və Oksford Universitetinin Balliol Kollecinin təqaüdünü qazandı.
1740-cı ildə 17 yaĢında o, yəhərli at belində bir aylıq səyahətə çıxdı. Əgər inkiĢaf yolunda, ticari
Qlazqou geridə qalmıĢ Kirkaldidən olan bu oğlanın gözünü açmıĢdısa, Ġngiltərə ona fərqli bir
dünya kimi görünmüĢdü. O, Ġngiltərənin öz doğma ġotlandiyasının kasıb nümunələri ilə
tamamilə fərqli olan arxitekturasının əzəmətliliyi və maldarlığının məhsuldarlığı haqqında yazdı.
Amma ingilis təhsil sistemi ona yüksək təsir bağıĢlamadı. Əslində, bu sistem ona saxta
motivlərə əsaslanan gücü ilə mühüm dərs verdi ki, o bunu “Xalqların sərvəti”ndə kəskinliklə
sistemləĢdirdi. Oksford müəllimləri tələbələrin təhsil haqqından deyil, geniĢ kollec ianə
fondundan maliyyələĢirdi. Nəticədə, Oksfordda olan professor ictimaiyyətinin böyük bir hissəsi,
bu uzun illərdə dərs demək vərdiĢlərini belə tamamilə tərgitdi və kollec həyatı “ maraq və ya
daha düzgün danıĢmaq, sənətkarların sərbəstliyi” üçün kəĢf edildi. Smitin iqtisadi təhsili sürətlə
irəliləyirdi.
Balliol kollecinin dünya səviyyəli kitabxanası sayəsində, Smit klassiklər, ədəbiyyat və baĢqa
fənlər sahəsində təhsil qazanmaq imkanı əldə etdi. 1746-cı ildə o, təqaüd proqramının müddəti
baĢa çatmamıĢdan əvvəl Oksfordu tərk etdi və Kirkaldiyə qayıtdı. Smit orada iki il vaxtını
ədəbiyyat, fizika, məntiq və elmi metodlar haqqında yazmağa sərf etdi.
www.azadliqciragi.org
13
İlkin mühazirəçilik karyerası
Ailə əlaqələri vasitəsilə, aparıcı hüquqĢünas və alim Lord Keyms onu Edinburqda ingilis
ədəbiyyatı və hüquq fəlsəfəsi mövzularında silsilə ictimai mühazirələr oxumağa dəvət etdi. Bu
mühazirələrdən biz görə bilərik ki, Smit 20 yaĢlarında artıq çoxlu aparıcı ideyaları təfərrüatı ilə
iĢləyib hazırlamıĢdı (əmək bölgüsü kimi) ki, bu lap sonralar “Xalqların sərvəti” əsərinin mühüm
əsaslarını formalaĢdıracaqdı.
Bu mühazirələr onun sonrakı karyerasının inkiĢafında böyük uğur və tramplin oldu. 1751-ci
ildə – 27 yaĢında o, məntiq, əxlaq fəlsəfəsi, ədəbiyyat və ritorikadan dərs demək üçün Qlazqou
Universitetinə qayıtdı. (Zamanında “ritorika”nın bugünkü gizli mənaları yox idi və yalnız üslub
və ünsiyyət haqqında elm kimi baĢa düĢülürdü ).
Onun fəlsəfə kursu teologiya, etika, hüquqĢünaslıq və dövlət siyasətini əhatə edirdi. Bir çox
ideyaların əhatə olunduğu (qiymət sisteminin fəaliyyəti, protektionizmin qüsurları və dövlət və
iqtisadi institutların inkiĢafı kimi) hüquqĢünaslıq və siyasət mövzularındakı mühazirələr (yalnız
tələbə qeydlərində qalan) illər sonra, az qala nöqtəbənöqtə “Xalqların sərvəti” kitabında əksini
tapacaqdı.
Lakin bu, Smitin etika mövzusunda düĢüncələri idi ki, onun taleyini müəyyənləĢdirəcəkdi.
1759-cu ildə o, bunları “Əxlaqi duyğular nəzəriyyəsi“
kimi nəĢr etdirdi. Kitab müasir və orjinal
tərzdə, insan sosial psixologiyasına münasibətdə bizim əxlaqi ölçülərimizi
izah edirdi. Smitin
dostu filosof və tarixçi Deyvid Hyum bunun nüsxələrini bir neçə dostuna göndərdi. Onlardan
biri, bundan çox təsirlənən siyasi xadim Çarlz Taunzend dərhal Smiti, həyat ehtiyaclarını
qarĢılaya biləcək 300 paundluq yüksək maaĢ müqabilində, ögey oğlu, gənc Dyuk Buçleuç üçün
repetitor olaraq götürdü.
Səyahətlər
Brilyant intellektinə baxmayaraq, Smit Ģəxsi müəllim kimi təsadüfi seçim idi. Yazıçı Ceyms
Bosvel deyirdi ki, onun beyni hər cür mövzularla dolu idi ki, bu, onun geniĢ dairədə məlum olan
huĢsuzluğuna gətirib çıxarmıĢdı. Bir dəfə fikrə dalmıĢ halda o, çay əvəzinə yağla çörək biĢirmiĢdi.
Bir dəfə də, müəyyən problemləri götür-qoy edə-edə, harada olduğunu hiss etmədən Dunfermlinə
qədər 8 mil piyada getmiĢ, qarĢıdakı yolun fərqinə varmadan bir xəndəyə düĢmüĢdü.
Çox uzun çəkmədən,
Smit və Ģagirdi Fransaya yola düĢdülər. Səyahət o zaman hər bir gənc
aristokratın təhsilinin bir hissəsi idi. Parisdə səfirin Ģəxsi katibi olan Deyvid Hyumun parlaq
əhatəsi onların xoĢuna gəldi. Amma Smitin fransızca danıĢığı çox zəif idi və bu, ona baĢqa
əlaqələr qurmaqda çətinlik törədirdi.
Sıxıntı baĢladı və
o, Hyuma dedi: “Mən vaxt keçirmək üçün bir kitab yazmağa baĢlamıĢam.”
Bu kitab “Xalqların sərvəti” idi.
Cənubi Fransaya, Cenevrəyə və geriyə Parisə sonrakı səyahətlərində Smit Avropanın
iqtisadi, mədəniyyət, dövlət, ticarət, idarəçilik həyatı haqqında fakt üstünə fakt topladı və evdə
onları qruplaĢdırmaq üçün düĢünməyə baĢladı. Avropanın bəzi müdrik simaları ilə müzakirələr
onun öz möhtəĢəm kitabını yazmaq fikrini daha da itiləĢdirdi.
“Xalqların sərvəti”
1766-cı ildə onlar Londona qayıtdılar. Smit Kirkaldiyə dönüb orada yerləĢdi. Burada o,
“High Street” dəki böyük evə sahib oldu və bu evi anası və xalası qızı Janetlə bölüĢdü.
(Smit 1784-cü ildə anasının ölümünə qədər ona sadiq qaldı, ondan ayrılmadı. Əvvəllər “çox
gözəl və heyranedici gənc bir xanımla” bağlılığı olmasına baxmayaraq, o heç zaman evlənmədi).
O, Krikaldidə, bəzən onun sağlamlığı bahasına baĢa gələn əlyazmasının yazılması, düzəliĢləri
və cilalanması üçün uzun illər keçirdi. O ancaq 1773-cü ildən 1776-cı ilədək Londonda yaĢadığı
www.azadliqciragi.org
14
uzun müddətdə yenidən canlandı. O müddət ərzində Smit qədim tarixçi Edvard Qibbon, radikal
siyasətçi Edmund Burke, Bosvell və hətta (aralarındakı toqquĢan baxıĢlara baxmayaraq)
leksikoqraf doktor Samuel Conson kimi baĢqa düĢüncə adamlarının təmsil olunduğu bir
cəmiyyətdən zövq alırdı.
Nəhayət, 1776-cı ilin mart ayında “Xalqların sərvəti” nəĢr olundu. Cəmi bir neçə il ərzində
çoxlu nəĢr və dillərdə iĢıq üzü görən bu kitab, böyük bir kommersiya uğuru idi. Bu həm də
təcrübi bir uğur idi: onun ticarətin liberallaĢdırılması kimi “reseptləri” dövlət siyasətinə yol
açmağa baĢladı.
Xüsusi səlahiyyətli gömrük müfəttişi
Smit Edinburqda, 600 pound məbləğində yüksək maaĢla xüsusi səlahiyyətli gömrük müfəttiĢi
vəzifəsinə gətirildi. Britaniyanın özbaĢına və səmərəsiz vergi sisteminin qatı tənqidçisi, indi o
sistem üçün nəsə edə biləcəyi bir vəzifədə idi və o, bunu etməkdə əzmli idi. O, həmçinin
Ġrlandiyada ticarət məhdudiyyətləri və amerikan müstəmləkə “iğtiĢaĢları” haqqında da
məsləhətlər verirdi. Sonra BaĢ nazir Uilyam Pitt Smitin prinsiplərini Fransanın ticarət paktının
iĢlənməsi və milli vergi sistemində geniĢ islahatların həyata keçirilməsinə tətbiq etdi.
Smit dostları ilə müzakirə və debatları sevirdi. 1790-ci ilin iyulunda Edinburqun belə
axĢamlarının birində o, yorğunluq hiss etdi və diskussiyanı hansısa baĢqa yerdə aparmağa ehtiyac
olduğunu deyərək yatmağa getdi. Bir neçə gün sonra o vəfat etdi və layiqli, amma məhdud qəbirüstü
abidə ilə Kanonqeytdəki evinin yaxınlığındakı kilsə həyətində dəfn olundu.
www.azadliqciragi.org
15
Dostları ilə paylaş: |