Müstəmləkə ticarətinin məhdudiyyətləri
“Xalqların sərvəti” Amerikada qaynayan narazılıqların açıq üsyana çevrilməsindən aylarla
sonra çap olunmuĢdu. Smitin müstəmləkələr haqqında fəsli amerikanlara rəğbətini üzə çıxarır,
əsasən o məsələdə ki, merkantilist məhdudiyyətləri onların ticarətinə zərər vurmuĢdu (və
Britaniyanı prosesdə pis vəziyyətdə qoymuĢdu). O, ayrıca olaraq, Amerikanın vergi gəlirlərinə
yardımı olduğunu düĢündüyü üçün, ədalət məsələsi kimi, o mövzuya Parlamentdə böyük
təqdimat hüququ verir.
Müstəmləkələrin mənĢəyini izləyərək, Smit iĢarə edir ki, onlar adətən qızıl və gümüĢ tapmaq
ümidi ilə yaradılmıĢdı, hansı ki, merkantilistlər bunu aydın olaraq sərvət mənbəyi sayırdılar.
Amma Amerikanın ən böyük sərvəti torpaqdır. Bu kifayət qədərdir və ucuzdur ki, onun potensial
məhsulunu üzə çıxarmaq üçün çox əmək tələb olunurdu. Bu, əməyi bahalaĢdırır, ancaq amerikan
kənd təsərrüfatı gerçəkdən çox məhsuldardır ki, əmək heç nəyə baxmayaraq sərfəli olaraq qalır.
www.azadliqciragi.org
26
Həqiqətən, Amerika elə məhsuldar və zəngindir ki, hətta Britaniyanın vergiləri və ticarət
məhdudiyyətləri (hələ) onu dağıda bilməyib.
Təəssüf ki, Amerikanı yalnız ölkə daxilində ticarət aparmağa vadar edən siyasət, Britaniya kapi-
talını və biznesini daha məhsuldar istifadə olunmaqdan yayındırır – öz inkiĢafını Amerika ilə birlikdə
sıxıb saxlayır və kapital yığımını ləngidir və beləliklə, hər iki halda, gələcək gəlirlərin daha aĢağı
olmasına gətirib çıxarır. Britaniya – o deyir, Amerikanı “müĢtərilərin xalqı” etməyə çalıĢırdı, amma
əvəzində siyasət onları fermerlərdən siyasətçilərə çevirdi və o zamandan ki, belə çox Britaniya sə-
nayesi Atlantik ticarəti üzərində mərkəzləĢib, siyasi risk böyükdür. Yalnız ticarət və siyasi
liberallaĢma təhlükəni azalda bilər, lakin Britaniyanın sərmayəsi elə deformasiyaya uğrayıb ki, lazımi
islahatlar aparmaq itkili olardı.
Ġstehsalçının üstün olmaq istədiyi yerdə, merkantilistlərin düĢüncəsinə görə, Britaniyanın
Amerika üzərində ticarət məhdudiyyətləri artıq baĢqa bir misaldır. Ancaq: “Ġstehlak bütün
istehsal prosesinin yeganə nəticəsi və məqsədidir; və istehsalçının marağı ona yönəlməlidir ki,
istehlakçının ona zəruri ehtiyacı nə dərəcədədir.”
Liberal alternativ
Smit fransız fiziokratlarını bu baxıĢlarına görə tənqid edir: bütün dəyər kənd təsərrüfatı və
torpaqdan alınır - Ģəhər tacirləri və “sənətkarları” yalnız bu sərvəti yenidən qruplaĢdırırlar, ancaq
özləri heç nə istehsal etmirlər. O hesab edir ki, Ģəhər adamları həqiqətən məhsuldardırlar. Onlar
sadəcə kapitalı istehlak etmirlər: həm də, onu dəyiĢirlər. Onlar məhsuldardırlar, qeyri-məhsuldar
iĢçi deyillər.
Bununla belə, o düĢünür ki, fiziokratların iqtisadi fəlsəfəsi ən yaxĢılardan biridir. Onlar pul
müqabilində yanlıĢ məhsul yaratmırlar və gözəl görürlər ki, ticarət azadlığı o məhsulu
maksimuma çatdırmağın ən yaxĢı yoludur.
Smit qərar verir ki, bazar iqtisadiyyatı yaĢamaq üçün kifayət qədər güclüdür, hətta bu azadlıq
əla səviyyədən aĢağı olsa belə. Ancaq azad iqtisadi sistemin ləzzəti odur ki, o, avtomatik olaraq
iĢləyir. Smitin sözlərinə görə, “əsl azadlığın açıq və sadə sistemi özü öz ahəngini yaradır”.
Adamlar öz maraqlarının arxasınca getmək üçün sərbəst buraxılırlar və bunun vasitəsilə, biz
gördüyümüz kimi, onlar bilməyərəkdən hər kəsin marağına yardım edirlər. Heç bir mərkəzi
göstəriĢ tələb olunmur:
“Soveren (Ġngiltərədə monarxiya və cinayət hüququnun xərcləri (qızıl pul)) tamamilə
rüsumdan azad olunub; amma bu hansısa dəyərli insan zəkası və ya bilgisi hesabına deyil, Ģəxsi
adamlara məxsus sənaye sahəsinin idarə olunmasından gələn rüsum və onu cəmiyyətin
maraqlarına uyğun ən sərfəli iĢlər istiqamətinə yönəltməklə baĢ verib.”
Smitin fikrincə, uğurlu hesab olunur ki, hər bir sistem öz resurslarını xüsusi istiqamətə aparmağa
çalıĢdığı vaxtdan “əslində, böyük məqsədin dağıdıcısıdır, hansı ki, bu, “yardım göstərmək” anlamında
baĢa düĢülür.”
Dövlətin rolu
Smit V Kitabda dövlətin xüsusi rolunu araĢdırır. O, hökumət və bürokratik aparatın tənqidçisidir və
azad ticarətə siyasi müdaxilənin tərəfdarı deyil. O inanır ki, onun təsvir etdiyi bazar iqtisadiyyatı yalnız
onun qaydaları müĢahidə olunduğu – mülkiyyətin təhlükəsiz olduğu və müqavilələrə əməl olunduğu
zaman iĢləyə və öz faydalarını verə bilər. Ədalətin və qanun normasının qorunub saxlanması buna görə
də vacibdir.
Bu, müdafiədir. Əgər bizim mülkiyyətimiz xarici hökumət tərəfindən oğurlana bilirsə, biz ondan
çox da yaxĢı deyilik ki, öz qonĢularımız əmlakımızı oğurlayır.
Amma Smit bundan da uzağa gedir və iddia edir ki, ictimai işlərin təmin olunmasında və
təhsilin inkişaf etdirilməsində də hökumətin rolu var.
www.azadliqciragi.org
27
Müdafiə
Smit güman edir ki, ovçuluq zamanında, hər kəs özünü müdafiə etməliydi. Ancaq ovçuların o
zamanda yaĢadıqlarına, kiçik əmlak sahibi olmasına və ya olmamasına baxmayaraq, hər hansı
mərkəzi hakimiyyətə tələbatı vardı. Bununla belə, kənd təsərrüfatı dövründə, adamlar dəyərli
mülkiyyət toplamağa baĢlayır (məsələn, məhsul və mal-qara) və onun qorunması əsas məsələyə
çevrilir. Əmək bölgüsü prinsipinə əsasən, ixtisaslı ordu yaradıldı. Onlar çox mülkiyyətlə çox
qazanırlar, amma “biletsiz sərniĢinlər”in qalmasındansa, hər kəsi ianə verməyə vadar edirlər. Belə-
liklə, müdafiə hökumətin funksiyasına çevrilir.
Ədalət
Eyni tarixi arqument ədalət prinsipinə də tətbiq olunur. Adamlar mübadilə, ticarət cəmiyyətinə
keçdikcə, onların mülkiyyəti ilə heç nəyi olmayan qonĢularından müdafiə olunması üçün mülki
dövlət yaranır:
“Zənginlərin varlanması dəfələrlə ehtiyacdan və ya həsəddən hərəkətə gəlmiĢ yoxsulun
qəzəbini oyadır ki, zənginin əmlakını ələ keçirsin. O mülkiyyəti uzun illər çalıĢdıqları iĢdən və
ya bəlkə neçə davamlı nəsillərdən əldə etmiĢ həmin qiymətli əmlak sahibləri, yalnız mülki Ģəhər
idarəsinin himayəsi altında bütün gecəni təhlükəsiz yata bilər.”
Əgər hər kəs azad hakimin hökmünü qəbul edirsə, bu Ģübhəsiz olaraq faydalıdır. Ancaq
zəngin və güclünün özlərinə qanuni sığınacaq yaratmaq səyləri güc, zəka, ehtiyatlılıq, kamillik,
sərvət və status kimi Ģəxsi keyfiyyətlərin mövcudluğuna hörmət etmək kimi təbii insan
meylindən irəli gəlir.
Mülki dövlət, baĢqa sözlə, kommersiya cəmiyyətində meydana çıxan münaqiĢə və
bərabərsizliyin nəticəsidir. Bu, təbii qanunauyğun bir nəticədir, ümumilikdə sərfəlidir, amma o
demək deyil ki, əladır.
Mülki dövlət, mülkiyyətin qorunması üçün yaranandan bəri, gerçəkdən kasıblara qarĢı
zənginlərin və ya heç nəyi olmayanlara qarĢı müəyyən qədər əmlakı olanların müdafiə olunması
məqsədilə təsis olunub.
Bu gözlənilməz deyil ki, qeyri-təkmil əsaslarla yaradılmıĢ hökumətin strukturu da təkmil
deyil. Hakimiyyət vergiyə böyük resurslar yaratmağa imkan açır. Amma onun öz mülkiyyətini
səmərəli idarə etmək meyli ayrı-ayrı fərdlərdən daha azdır. Beləliklə:
“Nə zaman ki, dövlət torpaqları özəl mülkiyyətə çevrildi, onlar bir neçə ildə yaxĢılaĢmıĢ və
becərilmiĢ torpaqlara çevrildilər. Bu torpağa görə gömrük rüsumu və aksizlərdən götürülən
qazanc da labüd olaraq adamların gəlir və istehlakını artırdı.”
Bu istəksizlik belə düzəldilməlidir: “Kommunal xidmətlər, onun icra olunmasına görə haqq
ödənilməyincə və bu, onların icra olunmasına göstərilən zəhmətə uyğunlaĢdırılmayınca, heç
zaman yüksək səviyyədə yerinə yetirilmir.”
İctimai işlər və institutlar
Smitə görə hökumətin üçüncü vəzifəsi “müəyyən ictimai iĢlərin yaradılması və qorunub
saxlanmasıdır ki, bu məsələ heç bir zaman hər hansı fərdin və ya kiçik fərdi qrupların marağında
ola bilməz.”
Bunlar təhsil və biznesə yardım edən infrastruktur layihələridir ki, insanlara ictimai və
iqtisadi qayda-qanunun yaradıcı bir hissəsi olmağa kömək edir.
www.azadliqciragi.org
28
İctimai işlər
Firavanlıq biznesin və biznes də yollar, körpülər və limanlar kimi infrastrukturun olmasını tələb
edir. Bunlardan bəziləri, Smit düĢünür, öz xərcini ödəyə bilməz və vergi fondu hesabına tikilməsi
tələb olunur. Amma xərclərin ən azı bir hissəsi, bütünlükdə əhalidən gələn vergilərdənsə, o
infrastrukturdan istifadə edənlərin rüsumlarından ödənə bilərdi. Eyni zamanda, əsas mənfəət yerli
xarakter daĢıyır və xərc rüsumlardan ödənə bilməz, ən yaxĢısı yerli vergidir. Məsələn, London vergi
ödəyiciləri asfalt döĢəmənin salınmasını və küçə iĢıqlarının qoyulması xərcini ödəməlidirlər.
Smit həmçinin “barbar” ölkələrlə ticarət baĢlamaq üçün, adamları həvəsləndirmək məqsədilə
ictimai güzəĢtlərə ehtiyac olduğunu görür. Amma bu kömək ümumi vergi ödəyicilərinin
subsidiyalarındansa, müvəqqəti yerli monopoliyalar (patentlər və ya müəllif hüquqları kimi)
formasında edilməlidir.
“Xalqların sərvəti” bu məqsədə yaxınlaĢdığı vaxtdan, hökümət üçün əhalinin “kapitalının istiqa-
mətləndirilməsi” üzrə uzadılmıĢ məhkəmə hökmünə çevrilib, bu dövlət xərc təklifləri ən yaxĢı imkan
kimi görünür. Biznes əlbəttə ki, infrastruktur tələb edir, ancaq ona görə ki, onun ədalət normalarına
ehtiyacı var. Aydın deyil, bununla belə, niyə yollar, körpülər və limanlar kommersiya əsasında inĢa
olunmamalı və bu xərc bütünlükdə onları istifadə edənlərin xərcləri hesabına ödənilməməlidir. Hətta
asfalt döĢəmə və küçə fənərləri də yerli bizneslər hesabına quraĢdırıla və maliyyələĢdirilə bilərdi ki,
nəticədə ticarət qazanmıĢ olardı. Və əgər yeni ticarət marĢrutları açmağa dəyərsə, onda hökumətin
cəlb olunmasına nə ehtiyac var?
Bəlkə də, biz ona əsaslanaraq ki, bu gün yeni ticarət müəssisələrini maliyyələĢdirmək və mühüm
infrastruktur yaratmaq üçün bahalı maliyyə vasitələrimiz var, Smitə bəraət qazandıra bilərik. Bizim
yollar, körpülər və baĢqa vasitələrdən istifadə edənlərdən ödəniĢ toplamaq üçün də ən yaxĢı texnologi-
yalarımız var. Amma 18-ci əsrdə dövlət maliyyələĢməsi və təĢəbbüsü hər kəsin mühüm olduğuna
razılaĢdığı müəyyən məsələləri həll etməyin yeganə yolu hesab olunurdu.
Gənclərin təhsili
Smit ibtidai təhsilin inkiĢafını infrastruktura yaxın sayır – kommersiyanın çiçəklənməsinə
imkan yaratmaq yolu ilə nəsə tələb olunur.
Amma yenə burada, onun analiz və “reseptləri” onun ümumi analizləri ilə ziddiyyətli
görünür.
Onun baĢlanğıc nöqtəsi odur ki, təhsilin bütün faydaları üçün əmək bölgüsünün arzuolunmaz
nəticələri ola bilər. Diqqətin gündəlik olaraq təkrar tapĢırıqlar üzərinə yönəldilməsi, labüd olaraq
insanların fikir və maraqlarını çərçivəyə salır:
“Bütün həyatı bir neçə sadə-bəlkə də, hər zaman eyni və ya çox bənzər əməliyyatı icra
etməklə keçmiĢ insanın, öz düĢüncəsini toplamağa və ya heç zaman çətinliklər baĢ vermədiyinə
görə, onları aradan qaldırmaq üçün yollar axtarmasına və ya öz düĢündüyünü-ixtirasını tətbiq
etməsinə səbəb də yoxdur.”
Marks sonra bunu “təcridetmə” adlandırır və Smit təkid edir ki, təhsil dəyiĢiklik tələb edir.
Təhsil daha çox əziyyət çəkən yoxsul əməkçiyə (daha stimullaĢdırıcı sahədə çalıĢan istehsalçılar
və ticarətçilərə) yönəldilməlidir. Və Smit deyir ki, biznesi asanlaĢdırmaq üçün insanların
“oxumağa, yazmağa və hesablamağa” ehtiyacı var. Bununla yanaĢı həndəsə və texniki elmlər də
faydalıdır.
“Dövlət” məktəblər yaratmaqla bu təhsilə yardım edir. Yerli hökumət tərəfindən
maliyyələĢdirilən belə məktəblərin birinə də Smit Krikaldidə getmiĢdi. Ancaq dövlət məktəb
binalarını maliyyələĢdirməli olduğuna görə, bütün müəllimlərin maaĢlarını ödəməməlidir. Əgər
müəllimlər tələbələrin təhsil haqqına arxalanırlarsa, onların fəaliyyəti daha da yüksələcək. Smit
Oksfordda oxuduğu dövrü əsəbiliklə xatırlayır: “Məktəblərin və kolleclərin yardım fondu
müəllimlərin ehtiyaclarını az və ya çox səviyyədə ödəmək üçün əhəmiyyətli dərəcədə azalmıĢdı.
Onların təminatı tamamilə müstəqil uğurlarında və onların xüsusi ixtisaslarının nüfuzundadır.”
www.azadliqciragi.org
29
O, dövlətin bu ibtidai təhsilə dəqiq olaraq nə qədər vəsait ödəməsi məsələsində tərəddüd
göstərir. Bütün təhsil xərcini tələbələrin özləri ödədikləri rəqs və qılıncoynatma bacarıqları üzrə
ixtisaslaĢmıĢ özəl məktəblərə yüksək rəğbətini ifadə edir. Amma Smitin diqqətliliyi dövlət
müəssisələri haqqında xəbərdarlıqdır, müasir oxucu soruĢa bilər, yoxsul tələbələrin
məktəblərindənsə, onların özlərinə yardım etmək daha yaxĢı deyilmi?
Bütün yaşlarda olanlar üçün təhsil
Smit yeniyetmələrə və dini təhsilə yardım göstərilməsində də dövlətin rolu olduğunu
düĢünür. Kilsə torpaqları kilsə xidmətçilərinə maaĢ ödəyəndə, onlar ləng inkiĢaf edir, ancaq
Ģəhərlərin böyüməsinin cazibədarlığı o deməkdir ki, dini və əxlaqi təhsil heç zaman çox önəmli
olmayıb.
Beləliklə, o yenə də spesifik olmayaraq, sənətlərin, fəlsəfənin, elmi biliklərin dəstəklənməsində
dövlətin heç olmasa müəyyən rolunun olmasını müdafiə edir.
Və o, mübahisə edir ki, hökumət cəsa-
rətsizliyin “mənəvi Ģikəstliyi” ilə mübarizə aparmağa “ciddi diqqət” verməli, “cüzam və ya baĢqa
bezdirici və mənfur xəstəliklərin” yayılmasının qarĢısını almalıdır.
Soveren
Sonuncu məsələ vergidən kənar ödənməli “soverenin Ģöhrətinin” qorunub saxlanmasıdır ki,
o, monarxiya və cinayət hüququnun xərclərini əhatə edir. Amma əsasən mülki məhkəmələr,
mübahisələrə cəlb olunan səbəbkarlar – prosesdən əsaslı qazanc götürən Ģəxslər tərəfindən
maliyyələĢdirilməlidir – deyə o fikrini davam etdirir.
Verginin tətbiq olunma prinsipləri
Qəbul olunub ki, az da olsa, müəyyən vergi tətbiq olunması vacibdir. Smit onu ən yaxĢı yolla
necə toplamaq məsələsinə baxır. Burada onun daha məlumatlı və möhkəm əsasa malik olduğu
görünür. O, tam əmindir: “BaĢqa belə bir sənət yoxdur ki, hökumət onu adamların ciblərinin
pulunu boĢaltmaq qədər tez öyrənsin.”
O zaman açıq-aydın, müəyyən məhdudiyyət tələb olunur və Smit vergiqoymanın dörd
məhĢur prinsipini irəli sürür. Birincisi, adamlar dövlətin müdafiə təhlükəsizliyi çərçivəsində
faydalandıqları gəlirlərə müəyyən hissə yardım etməlidirlər. Ġkincisi, vergilərin miqdarı vergi
məmurlarının sərbəst qərarlarından asılı olmaqdansa, dəqiq və dəyiĢməz olması məqsədə-
uyğundur. Üçüncüsü, vergi ödəniĢ üçün uyğun olmalıdır. Dördüncüsü, vergilərin təsirli tərəfləri
az olmalıdır: onlar toplanmaq üçün az olmalıdır; müəssisə və sənayeyə mane olmamalıdır; elə
ağır olmamalıdır ki, hiyləgərliyə (məsələn, qaçaqmalçılıq kimi), imkan yaratsın; və o, “vergi
toplayanların vaxtaĢırı səfərlərini və eybəcər yoxlamalarını” tələb etməməlidir.
“Vergi tətbiq olunması elə bir Ģeydir ki, hökumətlər onunla hüquq əldə edir” – Smit deyir. ġirkət-
lər üzərində vergi qoymaq ağılsızlıqdır, məsələn, onun böyük açıqgözlüklə müĢahidə etdiyi kimi bi-
zim gəlirin asılı olduğu kapital yüksək dərəcədə çevikdir:
“Kapital sahibi əslində dünyanın vətəndaĢıdır və önəmli deyil ki, o, ayrıca bir ölkəyə bağlı
olsun. Müəyyən olunmuĢ ağır vergi cəriməsinin məĢəqqətli sıxıntısına məruz qaldığı halda, onun
ölkəni tərk etməsi uyğun olardı. O, kapitalını hansısa baĢqa bir ölkəyə aparardı ki, orada ya öz
biznesiylə məĢğul olar, ya da öz azad həyatını yaĢayardı.”
Amma Smitin buradakı planlarında da sistemsizliklər var. O, istehlak üzərində verginin
əleyhinə çıxır, ancaq əyləncə sahələri üzrə vergiləri dəstəkləyir (bura elə Ģeylər daxildir ki, biz
onu gündəlik tələbatımızdan artıq düĢünürük, ev quĢları kimi).
O deyir ki, adamlar öz gəlirlərinə uyğun nisbətdə vergi ödəməlidirlər, ancaq istəyir ki, zəngin
“o nisbətdən nəsə artıq” ödəsin.
www.azadliqciragi.org
30
Dövlət borcları
Smitin dövlətin rolu haqqında məyyən fikirləri onun ümumi prinsipləri ilə fərqli göründüyü
halda, onun siyasi “reseptlər”i də həmiĢəki dəqiqliyi ilə düĢünülmüĢ görünmür. O qeyd edir ki,
hökumətlərin adamların cibindən boĢalda biləcəklərindən də artıq xərcləməyə meyli var.
Beləliklə, o, “Xalqların sərvəti”ni belə bir xəbərdarlıqla sona çatdırır ki, böyük dövlət borcu
xüsusi olaraq zərərlidir.
Borc verməklə hökumətlər kapitalı sərmayə və artımdan yayındırır və onu hökumət
fəaliyyətləri formasında hazır istehlak istiqamətinə aparır. Bu, o deməkdir ki, inkiĢaf büdrəyərək
əsaslı Ģəkildə geri qalır. Bundan baĢqa, hökumətin borc verməsi xalqdan daha artıq vergi tələb
etmədən, siyasətçilərə daha çox funksiyalar əldə etməyə imkan yaradır və onların Ģəxsi hakimiy-
yətini gücləndirir. Və onlar əsasən ödəmələrdən, necə olursa olsun, yayınmaq üçün yollar tapır.
Bu səbəblərə görə, dövlət borcu ancaq bir qrupdan baĢqasına zərərsiz ötürmə deyil. Bu azadlığa
real təhlükədir və demək ki, inkiĢafa, çiçəklənməyə də real təhlükədir.
www.azadliqciragi.org
31
“Xalqların sərvəti” bu gün
Smitin dövrü bizim yaĢadığımız dövrdən çox fərqlidir, Ģübhəsiz, Sənaye Ġnqilabından əvvəlki
hər Ģey dəyiĢib. O, bu gün kapitalizmin əsasında dayanan Ģərik müəssisələrə Ģübhə edirdi,
mübahisə edirdi ki, “böyük sayda sahibkar” onları heç zaman mərkəzləĢdirilmiĢ halda saxlaya
bilməz. Bəlkə də, o, haqlı idi. O, birləĢmiĢ güclərin artmasını, sənaye tullantıları ilə bağlı
problemləri, kağız pulların infliyasiyasını və bu gün iqtisadçıları narahat edən bir çox baĢqa
məsələləri proqnozlaĢdırmamıĢdı.
“Xalqların sərvəti” hələ də iĢləmək, ticarət aparmaq, qənaət etmək və sərmayə qoymaq üçün
birbaĢa hakimiyyətə ehtiyac duymadan azadlıq və təhlükəsizliyin bizi necə irəli apardığını
göstərməklə, içinə düĢdüyümüz ən ağır iqtisadi problemlərin güclü həll yollarını verir. Azad
iqtisadiyyat çevik və adaptasiya olunan bir sistemdir ki, yeni gələn bir sistemin zərbəsinə dayana
bilər və hər hansı gələcək sistemlərin də öhdəsindən gələr.
www.azadliqciragi.org
32
“ƏXLAQİ DUYĞULAR NƏZƏRİYYƏSİ”
“Əxlaqi duyğular nəzəriyyəsi” 1759-cu ildə, Adam Smit 35 yaĢında olan zaman nəĢr olunub.
Əsər onun Qlazqou Universitetində “Etika” haqqında mühazirə kursu əsasında yazılıb. Bu asan
oxunan bir kitab deyil. Smit “Ədəbi və ritorik üslub” üzrə də mühazirə oxuyurdu və əsərin dili
bu günün filosoflarının qısaldılmıĢ elmi nəsrlərindən çox qəlizdir. Həqiqətən, Smitin dostu
Edmund Burke bu əsəri “yazıdan çox rəssamlıq” kimi təsvir edirdi. O, aramla oxunmağı tələb
edir.
Kitabın əsas ideyaları
Ancaq “Əxlaqi duyğular nəzəriyyəsi” real elmi nailiyyət idi. O göstərir ki, bizim əxlaqi
fikirlərimiz və fəaliyyətlərimiz, sosial varlıq kimi gerçək təbiətimizin məhsuludur. Əsər iddia
edir ki, bu sosial psixologiya əxlaqi fəaliyyət üçün ağıldan daha yaxĢı göstəricidir. O, cəmiyyətin
yaĢaması üçün tələb olunan sayıqlıq və ədalətin təməl qaydalarını müəyyənləĢdirir və onun
inkiĢafını təmin edən əlavə, faydalı fəaliyyətləri aydınlaĢdırır.
Şəxsi maraq və rəğbət
Fərd kimi bizim özümüzün öz qayğımıza qalmaq kimi təbii meylimiz var. Bu sadəcə
tədbirlilikdir. Və ancaq sosial varlıqlar kimi – Smit izah edir – bizə baĢqalarına münasibətdə təbii
rəğbət hissi də verilib. (Bu gün o söz baĢqa mənalarda qəbul olunub və “şəfqət” sözü bu anlayıĢı
daha yaxĢı izah edərdi). Biz baĢqalarını fəlakət içində və ya xoĢbəxt görən zaman, onların
hisslərinə az da olsa Ģərik çıxırıq. Bənzər olaraq, baĢqaları da bizə Ģəfqətlə yanaĢır və bizim
dərdimizə Ģərik çıxır. Amma onların hissləri xüsusilə güclü olan zaman, Ģəfqət hissi onları təhrik
edir ki, bizim təsirsiz reaksiyalarımızla uyğunlaĢmaq üçün hisslərini cilovlasınlar. Tədricən, biz
uĢaqlıqdan yeniyetməliyə doğru böyüdükcə, hər birimiz öyrənirik ki, baĢqa adamlar üçün nə
qəbulolunandır, nə yox. Mənəviyyat bizim sosial təbiətimizdən gəlir.
Ədalət, xeyriyyəçilik və ləyaqət
Bu, ədalət yaradır. Biz mənfəətpərəst olsaq da, yenə baĢqaları arasında onlara zərər
vurmadan yaĢamaq məsələsini həll etməliyik. Bu, cəmiyyətin mövcudluğu üçün önəmli bir
minimumdur. Əgər adamlar uzağa gedir və təqdir olunan yaxĢı əməl – xeyriyyəçilik edirsə, biz
onu alqıĢlayırıq, ancaq biz bu hərəkəti, ədalət tələb etdiyimiz kimi tələb edə bilmərik.
Ləyaqət
Sayıqlıq, ədalət və xeyirxahlıq önəmlidir. Lakin ideal odur ki, hər hansı bitərəf real və ya
xəyali Ģəxs- Smit onu “bitərəf seyrçi” adlandırır – bizim hiss və əməllərimizə tam Ģərik olardı.
Bu özünüidarə tələb edir ki, onda həqiqi ləyaqət var.
Təbii şəfqət hissi ləyaqətin əsası kimi
Smitin dövründəki filosoflar döğru və yanlıĢ hərəkətlərin nədən yarandığının rasional
izahlarını axtarırdı. Ancaq Smit düĢünürdü ki, bizim mənəviyyatımız heç də hesablanan deyildir.
Əksinə, bu, bizi sosial varlıqlar kimi formalaĢdıran təbii bir Ģeydir. Bizim hər birimiz baĢqalarına
www.azadliqciragi.org
33
münasibətdə rəğbət (və ya Ģəfqət) hiss edirik ki, bu hiss açıq, səmimi, xeyirxah və təbiidir. Biz
təxəyyülümüzdə özümüzü baĢqalarının yerində görürük. Biz kiminsə hücuma məruz qaldığını
görürüksə, səksənirik;
nə zaman gözümüzü kəndiri dartan icraçıya zilləyirik, onlarla əzab
çəkirik
.
Amma biz adamları xöĢbəxt və ya qəmli görəndə, biz də xoĢbəxt və ya qəmli oluruq.
Eynilə, biz insanların təqdir etmədiyimiz yollarla hərəkət ediyini görən zaman da onların
halına acıyırıq. Həqiqətən, biz baĢqalarınım fikir və hisslərini bölüĢməkdən səmimi zövq
duyuruq. Və nə zaman biz baĢqalarının hisslərini bölüĢmürük və ya onların hərəkətlərini
qiymətləndirmirik, bu qarĢılıqlı olaraq bədbəxtlikdir.
Bununla belə, Smit deyir ki, bizim təsirləndiyimiz hisslər özü o qədər də çox deyil, amma
Ģərait onun artmasına imkan yaradır. Biz acıqlı Ģəxs görən zaman, daha çox qəzəbin potensial
qurbanları olmaq qorxusuna yaxınıq, nəinki onu bölüĢməyə. Ən azı, o vaxta qədər ki, hadisənin
səbəblərini öyrənək və öz mühakiməmizi verək ki, bu qəzəb nə dərəcədə əsaslıdır. Əgər biz hiss
etsək ki, adamlar müəyyən hadisəyə həddindən artıq dərəcədə reaksiya verib, onlar bizim Ģəfqət
hissimizdən məhrum olurlar.
Dostları ilə paylaş: |