Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə12/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   8   9   10   11   12   13   14   15   ...   100
Siyasetname

Birinci fəsil 
ĠNSANLARIN HALl, RUZĠGARIN DÖVRANI VƏ DÜNYANIN 
SULTANI QĠYASƏDDÜNYA VƏ DĠNĠN MƏDHĠ HAQQINDA 
Böyük yaradan hər əsrdə insanlar arasında bir adam seçib ona Ģahlara 
məxsus istedad və qabiliyyət bəxĢ edir, ona ad və Ģöhrət qazandırır; dünyanın 
asayiĢini, rəiyyətin yaĢayıĢını ona tapĢırır; fitnə, fəsad qapıları onun vasitəsilə 
bağlıdır. Onun qorxusu qəlblərə çökür, əzəməli göz qamaĢdırır. Bunun nəticəsində 
insanlar onun ədaləti sayəsində güzəran keçirib əmin-amanlıqda yaĢayar və onun 
dövlətinin davamını istəyərlər. Əgər qullardan üsyan, Ģəriətə qarĢı etinasızlıq, itaət 
və ibadətdə qüsur baĢ versə və böyük yaradan bunun müqabilində onları tənbeh 
etmək, əməllərinin cəzasını daddırmaq istədikdə (allah-taala o günü bizə 
göstərməsin, belə bəladan bizi uzaq etsin) onlara müxtəlif bəla göndərər; yaxĢı Ģah 
onların arasından gedər, cürbəcür qılınclar qınından çıxarılar, çoxlu qan axıdılar; 
kimin qolu daha güclüdürsə istədiyini eləyər, nəhayət, o günahkarlar bu çaxnaĢma 
və qanlı vuruĢmalar içərisində məhv olub gedərlər. Bu, odun qamıĢlığa düĢməsinə 
bənzər; qurular büsbütün alıĢar, ona qonĢu olduqlarına görə yaĢların əksəriyyəti də 
qurunun oduna yanar. Sonra allahın köməyi ilə bəndələrdən birinə xoĢbəxtlik üz 
verər. Dövlət əlinə keçər, allah-taala ləyaqətinə görə ona tale bəxĢ edər, ona ağıl və 
bilik verər ki, o da bu ağıl və bilik sayəsində əli altında olanların hərəsinin öz 
yerini bilsin, hərəsinə özünə layiq vəzifə və məncəb tapĢırsın; xidmətçiləri və 
onların köməkçilərini adamların içindən seçə bilsin, onların hərəsinə bir iĢ və peĢə 
versin, din və dünya iĢlərinin yerinə yetirilməsində onlara inansın. 
Elə ki, rəiyyət itaət edib öz iĢləri ilə məĢğul olmağa baĢladı, onları 
incitməməli, öz ədaləti nəticəsində rahat güzəran keçirmələrinə imkan yaratmalıdır. 
Lakin xidmətçilərdən və mənsəb sahiblərindən biri yenidən nalayiq iĢlərlə məĢğul 
olub əliuzunluq etməyə baĢlasa, öyüd, nəsihət, qulaqburması ilə səhvini baĢa düĢüb 
düzəlsə, onu haman iĢdə saxlamaq olar, yox, qəflət yuxusundan ayılmasa, təxirə 
salınmayıb, dərhal layiqli bir Ģəxslə əvəz edilməlidir. 
Nemətin qədrini bilməyən, naĢükür, əmin amanlığa rahatlığa qiymət 
verməyən, ürəklərində xəyanət haqqında fikirləĢən, açıqda dikbaĢlıq edib, həddini 
aĢan adamları qüsurlarına müvafıq danlayıb məzəmmət etməli, günahlarına 
mütabiq cəza verməli, sonra onu rahat buraxmalı, haman günah üstündə bir daha 
incitməməlidir. 
ġah dünyanın abadanlığı ilə məĢğul olmalı, kəhrizlər çəkdirməli, arxlar 
qazdırmalı, böyük çaylar üzərində körpülər saldırmalı, kəndləri, talaları abad 
etməli, qalalar ucaltmalı, yeni Ģəhərlər saldırmalı, yüksək binalar, gözəl 
malikanələr tikdirməli, böyük caddələrdə (böyük karvan yollarında) karvansaralar 
yaradılmasına əmr etməlidir. Bu iĢlərdən onun adı əbədi olaraq qalar, savabı isə o 
dünyada çatar, ona həmiĢə xeyir-dua oxunar. 


29 
Ġndi allah-taala elə istəmiĢdir ki, keçmiĢ tarix yenidən təkrar edilsin, 
əvvəlki Ģahların rəftarı bərpa olunsun, xalq bundan əvvəlkilərin ağlına belə 
gəlməmiĢ bir xoĢbəxtliyə çatsın, ona görə o, nəsli iki böyük nəslə (Ģah və üləma), 
ata-babası gedib Əfrasiyaba çatan, dünyanın hökmdarı və ən böyük sultanını 
yaratdı, onu dünyanın Ģahlarına nəsib olmamıĢ kəramət və üstünlüklərlə 
bəzədi, Ģahlara nə lazımsa; gözəllik, xoĢxasiyyət, ədalət, mərdlik, qoçaqlıq, at 
çapmaq, silah oynatmaq, bilik, bütün sənətlərdən istifadə etməyi bacarmaq, 
Ģəfəqqət və mərhəmət, səxavət və sədaqət, nəzir vermək, ehsan paylamaq, dini 
doğru, etiqadı təmiz, ibadətçi olmaq, allahın buyruğunu yerinə yetirmək, çox gecə 
namazı qılıb, artıq oruc tutmaq, elm adamlarına hörmət edib, zahidlərə əl tutmaq, 
əməlisaleh və hikmət sahiblərinə kəramət göstərmək, yoxsullara sədəqə, 
məzlumlara yaxĢılıq, xidmətçilərlə xoĢ rəftar elmək, rəiyyəti zülm edənlərdən 
qorumaq - o, bunların hamısını ona bəxĢ etdi. 
Allah-taala bu dövləti qiyamətə qədər var etsin, bədnəzərdən və 
eynəlkəmallar
30
bu ölkədən uzaq olsun! Qoy xalq dünya hökmdarının ədalətli və 
siyasəti himayəsində güzəran keçirib, xeyir-dua ilə məĢğul olsunlar. 
Dövlətin vəziyyəti, dediyimiz kimi olduğundan biliyin səviyyəsi, yaxĢı 
ənənələrin səciyyəsi də dövlətə uyğun olar. Onun biliyi elə bir məĢələ bənzər ki, 
ondan çoxlu iĢıq yaranar və xalq bu iĢıqlı yolu tapıb, zülmətdən xilas olar, onun 
özünün isə heç bir müĢavirə və bələdçiyə ehtiyacı yoxdur. Amma hökmdarı elə 
Ģeylər düĢündürür ki, rəiyyətin bundan baĢı çıxmaz, ağıl, bilik və kamalı ona 
çatmaz. Lakin mənə əmr etdi ki, Ģahlar üçün ən zəruri və onlarsız keçinmək 
mümkün olmayan yaxĢı xüsusiyyətləri yaz, əvvəlki Ģahların gördükləri, indi isə 
unudulmuĢ yaxĢı-pis nə varsa hamısını qələmə al. Mən də qarĢıma çıxan 
eĢitdiklərim, bildiklərim və oxuduqlarımdan nə yadımda isə Ģahın yüksək əmrinə 
müvafıq olaraq qısa Ģəkildə bu neçə fəsli yazdım, hər fəslə nə layiq idisə, onu da 
aydın bir ifadə ilə deməyə çalıĢdım. Bunu böyük allahın köməyi ilə etdim. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin