Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə13/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   9   10   11   12   13   14   15   16   ...   100
Siyasetname

İkinci fəsil 
 
PADġAHLARIN ALLAH-TAALANIN 
 VERDĠYĠ NEMƏTĠN QƏDRĠNĠ BĠLMƏLƏRĠ HAQQINDA 
ġahlar allahı-onun Ģəni böyük olsun - razı salmalıdırlar, allahın (adı böyük 
olsun) razılığı ilə xalqa edilən ehsan, onlar arasında yayılan ədalətlə olar. Xalqın 
dühası Ģahın dühası ilə birləĢdikdə ölkə mökəmlənir, günü-gündən inkiĢaf edər, 
dövlət qapıları və xoĢbəxtlik hökmdarın üzünə gülər; bu dünyada yaxĢı ad qazanar, 
o dünyada hesabı yüngül olar. Odur ki, deyiblər: "Dövlət küfr ilə dağılmaz, zülm 
dağılar". 
Haman mənada bir hekayət. Belə rəvayət edirlər ki,Yusif ə.s. öldükdə 
belə vəsiyyət edir ki, onu babası Ġbrahim ə.s.-ın yanında basdırsınlar. Yusifın 


30 
tabutunu onun qəbrinin yanına gətirdikdə Cəbrayıl ə.s. gəlib deyir: "Onun yeri bura 
deyildir, çünki o etdiyi Ģahlıq üçün qiyamət günü cavab verməlidir." 
Yusifin halı belə olanda gör baĢqalarınınkı necə olacaq! 
Rəvayət. Peyğəmbər ə.s.adından belə bir rəvayət söyləyirlər: "Xalq 
üzərində hökmranlıq etmiĢ adamları məhĢər ayağına əlləri boyunlarına bağlı 
gətirəcəklər, adil olublarsa, ədalət onların əlini açacaq, behiĢtə gedəcəklər, zalım 
olublarsa, eləcə əlibağlı cəhənnəmə salacaqlar". 
Rəvayət. Yenə də rəvayətdə deyilir ki, hər kəs xalqa, saray adamlarına və 
ya əli altında olanlara hökmranlıq edibsə məhĢər günü bunun cavabını ondan 
soruĢacaqlar. Qoyunu saxlayan çobandan da qoyunun hesabını istəyəcəklər. 
Rəvayət. Deyirlər Abdullah ibn Ömər Əlxəttab (allah onların hər 
ikisindən razı olsun) atası can üstündə olarkən ondan soruĢdu: "Ey ata, səni nə vaxt 
görəcəyəm?". Dedi: "O dünyada". Dedi: "Tez istəyirəm". Dedi: "Ya birinci, ya 
ikinci, ya da üçüncü gecə məni yuxuda görəcəksən". 
On iki il keçdi, lakin onu yuxuda görmədi. On iki ildən sonra bir dəfə 
yuxuda gördü və soruĢdu: "Ey ata, sən deməmiĢdinmi ki, üç gecədən sonra səni 
yuxuda görəcəyəm?!,, Dedi: "BaĢım qarıĢıq idi. Bağdadın ətrafında bir körpü 
uçulmuĢdu, məmurlar isə onu təmir etməmiĢdilər. Bir qoyunun ayağı körpüdəki 
deĢiklərdən birinə keçib sınmıĢdı. Ġndiyə qədər onun cavabını verməklə məĢğul 
idim". 
Dünyanın hökmdarı (allah onun dövlətini əbədi etsin) həqiqətən bilməlidir 
ki, onun hökmü altında olan bu camaatın cavabını o böyük gündə ondan 
soruĢacaqlar və əgər baĢqasının boynuna atsa, qəbul etməyəcəklər. 
Ġndi ki belədir, Ģah bu mühüm iĢi heç kəsə tapĢırmamalı, özünün və 
xalqının iĢindən qafil olmamalıdır, açıq və gizli məsələləri bilməli, xalqın halına 
qalmalı, uzun əlləri qısaltmalı, zalımların zülmünün qarĢısını almalıdır onda o tək 
allahın köməyi ilə onun dövləti güclənər, çörəyi bərəkət tapar, ölkədə bolluq olar. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin