Məqalədə müxtəlif makroiqtisadi göstəricilərin modelləşdirilməsi və proqnozlaşdırılması
zamanı qarşıya çıxan problemlər və praktiki çətinliklərdən söhbət açıldı. Doğrudur, burada ölkə
iqtisadiyyatının makro göstəriciləri üzrə model quran və proqnozalaşdırma işi aparanların
qarşılaşdıqları bütün problemlər və çətinliklər əhatə oluna bilməz. Biz burada daha çox siyasət
Apardığımız təhlillər və qiymətləndirmələr göstərdi ki, makroiqtisadi göstəricilər arasında
qarşılıqlı asılılıqlar zəifdir. Çox təəccüblü olsa da buna nümunə kimi büdcənin kapital xərcləri ilə
q/n ÜDM-i arasında qarşılıqlı asılılığın mövcud olmamasını göstərə bilərik. Digər tərəfdən
təhlillər göstərdi ki, artıq son dövrlərdə bir sıra əsas göstəricilərin, daha dəqiq desək, q/n ÜDM-i
və inflyasiyanın, proqnozlaşdırıla bilən komponenti mövcud deyil. Bu xüsusiyyət həm də özünü
həmin göstəricələr üzrə proqnoz intervallarının əhəmiyyətli böyüməsində də biruzə verir. Məhz
elə bir sıra göstəricilərin dövrü volatilliyinin yüksək olması proqnozlaşdırma işini çətinləşdirən
Qeyd etmək yerinə düşərdi ki, iqtisadi fəaliyyət bir-biri ilə sıx, möhkəm və qarşılıqlı əlaqə və
asılılıqlara malik olan biznes fəaliyyətlərinin məcmusudur. Həmin əlaqələri ortaya çıxarmaq
üçün bizens fəaliyyətinin düzgün uçota alınması vacibdir. Başqa sözlə, iqtisadi fəaliyyəti təhrif
etmədən, onları dolğun və dürüst əks etdirən statistik göstəricilərin olması əsas şərtdir. Burada da
qeyd olunduğu kimi bir sıra mövcud praktikalar statistik göstəricilərin keyfiyyətinin aşağı
düşməsinə şərait yaradır. Belə ki, vahid hesabatlılıq sisteminin yaradılması əllərində heç bir təftiş
rıçaqı olmayan DSK və digər təşkilatların işini yüngülləşdirəcək və onların daha etibarlı
göstəricilər əldə etməsinə imkan verəcəkdir. Digər tərəfdən uçota alma işinin düzgün təşkili,
bütün hüquqi şəxslər üçün ictimai hesabatlılıq mükəlləfiyyətinin gətirilməsi, biznes fəaliyyəti ilə
bağlı şəffaflığın artırılması, köhnə məlumatlara reviziya imkanının əldə olunması, statistik
məlumatların hazırlanması metodologiyalarının beynəlxalq metodologiyalarla harmonizasiyası,
statistik göstəricilər və onlara çıxış imkanının genişlənməsi, ictimaiyyətin statistik məlumatlarla
bağlı maarifləndirilməsi kimi tədbirlər statistik məlumatların keyfiyyətini yaxşılaşdırmağa
xidmət edəcəkdir.
Bu məqalədə biz bir sıra göstəriciləri təhlil etmək fürsəti əldə etdik, lakin düşünürük ki,
araşdırmacılar və təhlilçilər belə tədqiqatları digər göstəricilər üçün də aparmalı və problemləri
qeyd etməlidirlər. Bunun üçün araşdırmacıların göstəriciləri əldə etmək imkanı asanlaşdırılmalı,
o cümlədən onların tədqiqat və təhlil işləri təşviq olunmalıdır. Belə ki, statistika qurumları yalnız
məlumlatların toplanması, emal olunması və aqqreqatlaşdırılması işini həyata keçirirlər. Lakin
göstəricilər arasında asılılıqları təhlil etmək, buradakı problemləri və ziddiyyətləri göstərmək işi
araşdırmacıların üzərinə düşür. Ancaq bu şəkildə biz iqtisadi və biznes fəaliyyətini əks
etdirdiyini güman etdiyimiz göstəricilərin keyfiyyətini yoxlaya və bundan əmin ola bilərik.
Dostları ilə paylaş: