Şəkil 5. Büdcənin kapital xərcləri (son) Şəkil 6. Orta faiz dərəcəsi
Mənbə: DSK, AMB
Şəkil 3-də büdcənin kapital xərclərinin dinamikasına nəzər yetirək. Bu dinamikadan ölkə
iqtisadiyyatında baş verən mühim hadisələri oxumaq qeyri-mümkündür. Bir çox hallarda rüblük
dəyişmələrin miqyası 100%-dən yüksəkdir (məsələn, 2007 R2 – 117%, 2008 R2 134%, 2009 R4
– 294%, və s.). Həmin dövr ərzində göstəricinin rüblük həcminin keçən ilin müvafiq rübünə
nəzərən dəyişməsi də böyük volatillik nümayiş etdirir (məsələn, 2006 R4 – 151%, 2007 R2 –
108%, 2008 R4 – 155%, və s.). Göstərici üzərində mövsümi təmizləmənin aparılması belə
mövcud problemləri həll etmir
6
(Şəkil 4). Məsələn, mövsümi təmizləmə nəticəsində 2009-cu ilin
4-cü rübündə 2,310 mln manat təşkil edən büdcənin kapital xərci 1,470 mln manata ensə də,
həmin məbləğ hələ də yüksək olaraq qalmaqdadır. Göstərici üzrə mövsümi faktorların təhlili
göstərir ki, mövsümi amillər son rübdə büdcənin kapital xərclərinin trenddən yüksək qalmasına
səbəb olur. 4-cü rüb üzrə müvafiq məbləğin mövsümi amillərdən təmizlənməsi onun 57%
azalmasını təmin etsə də, qalan məbləğdə hələ də mövsümilikdən qaynaqlanan şişmənin olduğu
aşkardır.
7
Bu səbəbdən mövsümi amillərdən adekvat təmizlənmədiyini düşündüyümüz dövrləri
interpolyasiya edirik (Şəkil 5). Beləliklə, göstəricinin sonda əldə olunmuş dinamikasının təhlili
ölkə iqtisadiyyatında baş verən proseslər haqqında nisbətən əsaslı mülahizələr yürütməyə imkan
verir. Qrafikdən də aydın olduğu kimi büdcənin kapital xərcləri ilk dövrlərdə sürətlə artsa da,
sənaye istehsalında olduğu kimi 2008-2009-cu illərinin maliyyə böhranı ilə əlaqədar kəskin
düşmüşdür. Oxşar düşməni biz 2013-cü və 2014-cü illərdə də müşahidə edirik. Bu mülahizələri
göstəricinin orjinal dinamikasına (Şəkil 3) baxaraq söyləmək xeyli çətin olsa da, göstərici
üzərində aparılan bir sıra təmizləmə işləri onun son dinamikasının iqtisadi vəziyyəti nisbətən
adekvat əks etdirməsini təmin edir.
6
Bütün göstəricilər üzrə mövsümi təmizləmə TRAMO-SEATS paketi əsasında aparılır.
7
Ölkə üzrə əsas göstəricilərin mövsümi amillərdən təmizlənməsi məsələsi kifayət qədər problemlidir və bu
mövzunun özü müstəqil təqdiqat işi tələb edir. Təcrübə göstərir ki, mövsümi təmizləmə metodlarının ölkə üzrə
makroiqtisadi göstəricilərə mexaniki tətbiqi bir çox hallarda yanıldıcı nəticələrə gətirib çıxara bilər.
|