Şəkil 3. Büdcənin kapital xərcləri Şəkil 4. Büdcənin kapital xərcləri (mövsümi təmiz)
Mənbə: DSK
İlk öncə bəzi göstəricilərin dinamikasının ilkin müayinəsinə nəzər yetirək. Cari qiymətlərlə
rüblük sənaye istehsalı göstəricisinin dinamikası Şəkil 1-də təsvir edilmişdir. Qrafikdən məlum
olur ki, bəzi dövrlərdə sənaye istehsalının həcmi bir rüb ərzində kəskin dəyişmişdir (2006 R4 –
46%, 2007 R4 – 115%, 2008 R3 – 84%). Bəzi rüblərdə isə sənaye istehsalının həcmi keçən ilin
müvafiq rübünə nəzərən əhəmiyyətli artım nümayiş etdirir (2006 R4 – 59%, 2008 R3 – 131%,
2010 R4 -58%). Hesab edirik ki, buradakı dəyişmələr mövsümi xarakter daşımır, çünki
mövsümilik il ərzində təkrarlanan qanunauyğunluğu əks etdirməlidir. Biz burada sənaye istehsalı
həcminin kəskin dəyişdiyi dövrləri interpolyasiya etməyi üstün tuturuq. Nəzərə almaq lazımdır
ki, tədqiqat apararkən istifadə etdiyimiz modellər əksər hallarda xətti modellərdir və onların belə
kəskin dəyişmələri izah etməsi qeyri-mümkündür. Qeyd edək ki, sənaye istehsalının aylıq
göstəricilərinin dinamikasında mövcud olan problemlər və onların volatilliyi rüblük göstəricilərə
nəzərən daha dərindir.
Şəkil 2-də interpolyasiya olunmuş sənaye istehsalının həcmi təsvir olunmuşdur. Bu
göstəricinin dinamikasına nəzər yetirdikdə ölkə iqtisadiyyatında baş verən bəzi mühim hadisələr
qabarıq olaraq önə çıxır. Xüsusilə, sənaye istehsalının həcminin 2008-2009-cu illəri əhatə edən
dünya maliyyə böhranı zamanı əhəmiyyətli aşağı düşdüyü aydın olur. Müqayisə üçün həmin
göstəricinin orjinal dinamikasına (Şəkil 1) nəzər yetirsək eyni mülahizələri söyləmək və ya
iqtisadiyyatda baş verən prosesləri anlamaq çətindir. Ümumiyyətlə, statistik göstəricinin
dinamikası təsvir etdiyi prosesi dolğun və düzgün əks etdirməlidir. Əks halda, siyasət qurucuları
və təhlilçilər iqtisadi vəziyyət haqqında təhrif olunmuş siqnallar əsasında fikir yürütməli və
yanlış nəticələr çıxartmalı olurlar.
Dostları ilə paylaş: |