Bu fəsildə tədqiqat obyekti olan əsas göstəricilər q/n ÜDM-i, sənaye istehsalının həcmi,
büdcənin kapital və cari xərcləri, 1-3 aylıq manat kreditləri üzrə faiz dərəcəsi və İQİ indeksidir.
Qeyd etmək yerində düşərdi ki, Dövlət Statistika Komitəsi (DSK) ÜDM və onun
komponentlərinin real həcminin hesablanmasını iki müxtəlif metodologiya əsasında aparır.
Burada istifadə edilən real q/n ÜDM-i 2005-ci ilin sabit qiymətləri (orta) ilə hesablanan rüblük
göstəricidir.
Dostları ilə paylaş: