Economy: problems and practical issues



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17168
1   2   3   4   5   6   7   8   9   ...   14
1.

 

Giriş 

Tənzimləyici qurumlar üçün ölkə iqtisadiyyatının vəziyyətini düzgün və dolğun əks etdirən, 

həmçinin  vaxtlı-vaxtında  nəşr  olunan  statistik  göstəricilərin  əhəmiyyəti  böyükdür.  Böhran 

idarəetməsinin  müvəffəqiyyəti  əksər  hallarda  əldə  olunan  statistik  məlumatların  keyfiyyətinə, 

həmçinin  onların  operativ və müntəzəm  qaydada  əldə  olunmasına birbaşa bağlıdır.  Başqa ifadə 

ilə,  anti-böhran  tədbirlərinin  uğuru  iqtisadi  vəziyyət  haqqında  təqdim  olunan  informasiyanın 

düzgünlüyü ilə yüksək asılılıq nümayiş etdirir.  

Aydındır  ki,  tənzimləyici  qurumun  iqtisadi  vəziyyətə  vaxtında  düzgün  diaqnoz  qoyması 

iqtisadiyyatı  böhranlardan  və  onların  dərinləşməsindən  qoruyur.  Burada  obrazlı  ifadəyə  və  ya 

təşbehə  müraciət  edib  tənzimləyici  qurumları  həkimlərə  də  bənzətmək  olar.  Şübhəsiz,  həkimin 

xəstəliyi  düzgün  təşxisdəki  müvəffəqiyyəti  ön  diaqnoz  aparatları  və  laboratoriya  alətlərinin 

dürüst  işləməsinə  birbaşa  bağlıdır.  Oxşar  olaraq,  yalnız  iqtisadi  vəziyyət  haqqında  düzgün 

təsəvvür  formalaşdıran  statistik  məlumatlar  tənzimləyici  qurumun  tədbirlərinin  effektivliyini 

təmin edə bilər. Başqa bir ifadə ilə, problemin təbiəti haqqında düzgün diaqnozunun qoyulması 

və  vaxtında  zəruri  tədbirlərin  görülməsi  iqtisadi  vəziyyətlə  bağlı  qəbul  edilən  siqnalların  və 

məlumatların keyfiyyəti ilə düz mütənasibdir. 

Heç  şübhəsiz,  hər  bir  göstəricinin  keyfiyyəti  onun  daşıdığı  informasiya  yükünün  baş  verən 

prosesləri  dolğun  və  dürüst  əks  etdirmə  dərəcəsinə  əhəmiyyətli  bağlıdır.  Göstəricinin  keyfiyyət 

diapazonu  üzrə  aşağı  səviyyəli  qiymətləndirilməsi  isə  bir  sıra  amillərdən  asılı  ola  bilər. 

Göstəricilərin  keyfiyyətini  aşağı  salan  faktorlara  nümunə  olaraq  onların  emalı  zamanı  yanlış 

tətbiq olunan metodologiyadan qaynaqlanan xətaları, onların toplanması və aqqreqatlaşdırılması 

zamanı buraxılan texniki qüsurları, ixtiyari və ya qeyri-ixtiyari təhrifləri göstərmək olar.  

Bir çox hallarda göstəricilər üzrə ortaya çıxan keyfiyyət problemləri daha ilkin mərhələlərlə 

bağlı olur. İstifadə etdiyimiz bir çox göstəricilər sorğular vasitəsi ilə əldə olunur və bu mərhələdə 

baş  verən  xətalar  sonda  əldə  etdiyimiz  nəticələrə  təsir  göstərir.  Sorğulardakı  problemlər  isə 

onların  reprezentativlik  və əhatəlilik  dərəcəsi,  onları  dolduran  respondentlərin qoyulan suallara 

səmimi  cavab  verib-verməməsi,  sorğu  toplayanın  təftiş  imkanının  olub-olmaması  və  bunu 

respondentin bilməsi, və s. misal göstərmək olar. 

Bu  məqalədə  ölkə  iqtisadiyyatı  üzrə  makroiqtisadi  göstəricilərin  modelləşdirilməsi  və 

proqnozlaşdırılması zamanı qarşıya çıxan praktiki çətinliklər, statistik göstəricilərin keyfiyyəti ilə 

bağlı  problemlər  və  onların  qiymətləndirmə  nəticələrinə  təsirləri  tədqiq  edilir.  Burada 

göstəricilərin  empirik  modellərə  daxil  edilmədən  öncəki  ilkin  müayinəsi,  onların  dövrü 

dinamikasının  tədqiqi,  mövsümi  amillərdən  təmizlənmə  prosesi  və  bu  zaman  ortaya  çıxan 

problemlər,  göstəricilər  arasında  ilkin  asılılıqların  təhlili  və  onların  nəzəri  əsaslandırılması 

məsələlərinə toxunulur.  

Statistik göstəricilərin empirik modellərə daxil edilməsindən öncəki təhlilinin vacibliyi aşkar 

olsa  da,  bir  çox  hallarda  tədqiqatçılar  bu  mərhələni  sürətlə  və  səbirsizliklə  qət  edirlər.  Lakin 



yadda saxlamaq lazımdır ki, model nəticələri statistik göstəricilərin keyfiyyətinə birbaşa bağlıdır 

– yüksək keyfiyyətli nəticələr yüksək keyfiyyətli göstəricilərlə əldə olunur və ya əksinə. Bir çox 

hallarda  tədqiqatçılar  məhz  statististik  məlumatların  ilkin  tədqiqi  və  müayinəsinə  az  vaxt  sərf 

etmələri səbəbindən göstəricilərin nəzəri əlaqələri doğrultmaması nəticəsinə gəlirlər.  

Bu  məqalədə  bütün  statistik  göstəricilərin  ilkin  müayinəsini  və  onlar  arasındakı  əlaqələrin 

təhlilini  aparmaq  fiziki  baxımdan  mümkün  deyil.  Buradakı  məqsəd  əsas  makroiqtisadi 

göstəricilərin  (q/n  ÜDM,  inflyasiya,  büdcə  xərcləri,  sənayə  istehsalı,  faizlər,  və  s.)  ilkin 

müayinəsini  və  mövsümi  təmizlənməsini  apardıqdan  sonra  onlar  arasındakı  əlaqələri  tədqiq 

etmək  və  bu  zaman  qarşıya  çıxan  problemləri  nümayiş  etdirməkdir.  Qeyd  etmək  lazımdır  ki, 

məqalədə  istifadə  edilən  göstəricilər  bir  çox  tədqiqatçıların  və  siyasət  qurucuların  tez-tez 

müraciət etdiyi makroiqtisadi dəyişənlərdir. 

Burada  biz  ilk  olaraq  bəzi  makroiqtisadi  göstəricilərin  ilkin  müayinəsini  və  aralarındakı 

nəzəri əlaqələrin ön tədqiqini aparırıq. Biz ilkin müayinə zamanı göstəririk ki, ümumiyyətlə, bir 

çox göstəricilərin dinamikasında yüksək volatillik mövcuddur. İlkin təhlillər həmin göstəricilərin 

dövrü  dinamikasında  mövcud  olan  anomaliyaları  və  ekstrim  qiymətləri  aşkarlamağa,  bununla 

bağlı  ekspert  qiymətləndirməsi  aparmağa  imkan  verir.  Sonrakı  mərhələdə  biz  bir  sıra 

interpolyasiya metodlarından istifadə etməklə anomaliya hesab etdiyimiz qiymətləri əvəzləyirik. 

Burada  biz  həm  də  mövsümi  təmizləmə  üsullarına  müraciət  etməklə  göstəriciləri  mövsümi 

amillərdən təmizləyirik.  

Sonrakı  mərhələdə  biz  həmin  göstəriciləri  ekonometrik  modellərə  daxil  edirik.  Burada 

istifadə olunan modellər göstəricilər arasındakı əlaqələri struktura (nəzəri çərçivəyə) salmağa səy 

göstərmir.  Başqa  sözlə  müraciət  edilən  modellər  qeyri-struktur  modellər  olub  daha  çox 

proqnozlaşdırmağa xidmət  edir. Bu məqalədə istifadə olunan modellər müxtəlif miqyaslı (7 və 

32  dəyişənli)  Vektor  Avtoreqressiv  (VAR)  modellərdir.  Həmin  modellərdən  istifadə  etməklə 

göstəricilərin  dinamikasının  qarşıdakı  dövr  üçün  proqnozlaşdırması  aparılır.  Bu  zaman 

proqnozlaşdırma  işi  şərtsiz  və  gələcəkdə  bir  sıra  göstəricilərin  öncədən  müəyyən  olunmuş 

trayektoriya izləyəcəyi şərtini nəzərə alan şərtli formada həyata keçirilir. 

Qiymətləndirmə  və  proqnozlaşdırma  işi  göstərir  ki,  ölkə  üzrə  bəzi  makroiqtisadi 

göstəricilərin  proqnozlaşdırılma  imkanı  aşağıdır.  Bir  sıra  təhlillər  onların  proqnozlaşdırmağa 

imkan verən ətalətli komponentinin, demək olar ki, mövcud olmadığına işarə edir.  Bu nəticəni 

həmin  göstəricilərin  kifayət  qədər  geniş  proqnoz  intervalları  da  dəstəkləyir.  Digər  tərəfdən  biz 

müəyyən  edirik  ki,  əsas  makroiqtisadi  göstəricilər  arasında  əlaqələr  zəifdir.  Məsələn,  büdcənin 

kapital  xərclərinin  q/n  iqtisadi  fəaliyyət  sahəsi  üçün  lokomativ  rolunu  oynadığını  güman  etsək 

də, biz  müvafiq  makroiqtisadi  göstəricilər arasında statistik  əhəmiyyətli asılılıqlar  aşkarlamırıq. 

Bu faktı həm ilkin asılılıqların təhlili ilə bağlı apardığımız qiymətləndirmələr, həm də şərtsiz və 

şərti proqnozlaşdırma nəticələri təsdiqləyir. 




Beləliklə, məqalənin strukturu belədir: 2-ci fəsildə biz bir sıra göstəricilərin ilkin müayinəsini 

aparır, onlar arasında mümkün qarşılıqlı əlaqələri təhlil edir, qiymətləndirmə və proqnozlaşdırma 

zamanı istafdə etdiyimiz metodologiyalar haqqında məlumat veririk. 3-cü fəsildə biz iki müxtəlif 

şərtli  proqnozlaşdırma  metodologiyasından  istifadə  etməklə  üç  müxtəlif  ssenari  üzrə  əsas 

göstəricilərin  proqnozlarını  hazırlayırıq.  4-cü  fəsildə  biz  ölkə  üzrə  statistik  göstəricilərin 

keyfiyyətinin  yaxşılaşdırılması  üçün öz təkliflərimizi  verir, 5-ci  fəsildə  isə  ümumi  nəticlərimizi 

qeyd edirik. 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin