53
HÜQUQİ İCMAL
Vergilər nazirliyi daşınmaz əmlaka görə ədV
tutulması qaydalarını açıqlayıb
Vergi Məcəlləsinin 102.1.9-cu maddəsinə əsasən vergi
ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşın-
maz əmlakının təqdim edilməsindən gəliri vergidən azad-
dır. Bu da o deməkdir ki, belə daşınmaz əmlak 3 ildən sonra
satılarsa, o, vergiyə cəlb olunmur. Başqa sözlə, evi 3 ildən
tez satanlardan vergi tutulacaq.
“Qeyri-yaşayış sahəsi hesab olunan daşınmaz əmlakın
(əsas vəsaitin, maddi aktivin) təqdim edilməsi hüquqi
və fiziki şəxsin sahibkarlıq fəaliyyəti hesab olunur. Ver-
gi Məcəlləsinin XI fəslinin müddəalarına əsasən, belə
daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən
gəlir ƏDV-yə, habelə mənfəət və gəlir vergisinə də cəlb
edilir. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən
Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla,
ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl
12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutu-
lan əməliyyatların həcmi 120000 manat və ondan az olan
şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna
malikdirlər”, -deyə məlumatda bildirilir.
Məlumata əsasən, məcəllənin 219.1-ci maddəsinə
əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən
(Vergi Məcəlləsinin 218.1.1-ci maddəsində nəzərdə tu-
tulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş
mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş
ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə
mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə)
həcmi vergitutma obyektidir.
“Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahib-
karlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən
ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi
120 000,0 manatdan artıq olan şəxslər (Vergi Məcəlləsinin
218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər is-
tisna olmaqla) Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində
göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri
üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd
və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120000,0
manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan
əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs
bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri
üçün qeydiyyata dair ərizə verməyə borcludur. Məcəllənin
159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi,
işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan
idxal ƏDV-nin vergitutma obyektidir”, - deyə məlumatda
vurğulanır.
Dostları ilə paylaş: