879) İnyeksiya məhlulunu stabilləşdirmək üçün hansı maddələr istifadə olunmur?
A) 10%-li natrium-xlorid məhlulu
B) Qələvi stablizatorlar
C) Antioksidantlar
D) Qarışıq stablizatorlar
E) Turşu stablizatorlar
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 222
880) Hansı xassəyə malik dərman maddələrinin məhlulları aptekdə aseptik üsulla hazırlanır?
A) Suda həll olmayan
B) Suda həll olan
C) Termolabil
D) Termostabil
E) Yağda həll olan
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 219
881) Aptekdə otaqların havasını zərərsizləşdirmək üçün nədən istifadə olunur?
A) Adi lampadan
B) Rentgen şüasından
C) Günəş işığından
D) Bakterisid lampadan
E) Kondisionerdən
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 249
Dostları ilə paylaş: |